Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə147/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   139   140   141   142   143   144   145   146   147

 
Sənət, sənətkar və zaman
 
 
 
585 
düşünən  beyni,  yazan  qələmi  ancaq  xalqına,  vətəninə  xidmət 
edir.  
Əlində  yazan  qələmi,  ürəyində  ilham  olan  insanın  bu 
torpağa,  bu  vətənə,  bu  xalqa  ancaq  xoş  məramlı  niyyəti  ola 
bilər.  Azad,  müstəqil  Azərbaycan  Respublikasının  parlaq  gə-
ləcəyi  naminə  yazıb-yaratmaq,  qələmiylə,  sözüylə  bir  ordu 
gücünə  malik  olduğunu  unutmamaq!  Öz  vəzifəsini  şərəflə, 
ləyaqətlə  davam  etdirmək,  yüksək  bəşəri  ideyaları  tərənnüm 
etmək,  dünyanın  əşrəfi  insanın  xoşbəxt  gələcəyini  düşünmək 
borcumuzdur! 
Bu gün  yazıçı,  sənətkar,  ziyalı  Azərbaycan  xalqının  milli 
təfəkkürünün inkişafı yolunda əvəsiz xidmətləri olan qüvvədir. 
Zamanın o çətin anlarında da, bu gün də onlar zülmət qaranlığa 
nur  ələyən  işıqdırlar,  gələcəyə  doğru  gedən  yolda  ömürlərini 
şama döndərən insanlardır. 
Azərbaycan ziyalısı, alimi, şairi, yazıçısı heç bir zaman öz 
əqidəsini, amalını nəyəsə qurban verməməlidir.  
Bir halda ki, Allah yanında şair-sənətkar, alim yeri bu qə-
dər  müqəddəsdir,  hər  birimiz  öz  milli-mənəvi  keçmişimizin 
saflığını qoruyub saxlamaqla, onları yaşatmaqla, əlli milyonluq 
Azərbaycan  xalqının  mənafeyini  müdafiə  edən  ideyalarla 
köklənək  və  belə  də  yaşayaq,  yaradaq!  Qoy  göylər  dayağımız 
olsun,  qüvvətli  dövlətimiz,  xoşbəxt  xalqımız  da  ümid 
çırağımızı 
şölələndirsin. 
İlhamı 
elimizdən-obamızdan, 
xalqımızdan  alaq.  Dönə-dönə  böyük  sənət  dühalarının  parlaq 
həyat  yoluna  nəzər  salaq,  yaxşı  insanları,  xalq  üçün  ürəyi 
yananları,  sənətimizi yaşadaq, əsl vətəndaş missiyasından çıxış 
edək,  gələcəyə  alnıaçıq  gedək  ki,  sabah  kimsə  bizi  əqidəsini 
nəyəsə  satan  bir  naxələf  insan  kimi  ikrahla  xatırlamasın. 
İnanırıq  ki,  alimi,  sənətkarı  göndərən  uca  Xalıqdır.  O  da  heç 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
586 
vaxt öz dərgahında  yanında oturtduğu sənətkarın-şairin,  alimin 
əqidəsinə, nuruna saflıq, düzlükdən başqa heç nə verməz. 


 
Sənət, sənətkar və zaman
 
 
 
587 
MÜNDƏRİCAT 
 
                              
Giriş ........................................................................................ 3 
Əsrin böyük sədadəti... Xalq Cümhuriyyəti  
dövründə ədəbiyyat (Gülxani Pənah) .................................... 36 
1920-1940 -cı illər dövründə Azərbaycan ədəbiyyatı
 
(Gülxani Pənah)…………………………………………….50 
Söz müharibə meydanında əsl silahdır» (1941-1945) 
(Gülxani Pənah) .................................................................... 89 
Müharibədən sonrakı dövrdə ədəbiyyat  (1946-1960) 
(Gül-xani Pənah) ................................................................ 105 
XX əsrin 60-80-cı illər ədəbiyyatı, senzura  
(Gülxani Pənah) .................................................................. 189 
1920-ci illərdən sonra uşaq ədəbiyyatı 
 
(Salatın Əhmədli) ................................................................ 260 
Müstəqillik dövründə ədəbiyyat  
(Gülxani Pənah) .................................................................. 316 
Mətbu orqanlar və ədəbi proses  
(Gülxani Pənah) .................................................................. 403 
Azərbaycan ədəbiyyatı xarici ölkələrdə  .............................. 424 
Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti
 
(Gülxani Pənah) .................................................................. 443 
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı
 
(Gülxani Pənah) .................................................................. 504 
Səksən yaşlı Azərbaycan Yazıçılar Birliyi 
(Gülxani Pənah)........................................................................ 
 
 
 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
588 
 
 
GÜLXANİ (PƏNAH) VAQİF QIZI ŞÜKÜROVA 
 
 
Şükürova Gülxani (Pənah) Vaqif qızı 
şair,  ədəbiyyatşünas,  publisist,  1996-cı 
ildən  Azərbaycan  Yazıçılar  Birliyinin 
üzvüdür.  1958-ci  ilin  iyul  ayının  1-də 
Oğuz  rayonunun  Kərimli  kəndində 
qulluqçu  ailəsində  anadan  olmuşdur. 
Oğuz  rayonunun  Kərimli  kənd  orta 
məktəbini bitirdikdən sonra. Bakı Dövlət 
Universitetinin  filologiya  fakültəsinə 
daxil olmuş, fərqlənmə diplomu ilə oranı 
bitirmişdir (1979-1985).  
1974-cü  ildən  mətbuatda  şeir,  hekayə,  poema  və  elmi-
publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olun-
muş almanaxlara daxil edilmişdir. 
İyirmidən  çox  bədii,  elmi,  tənqidi,  publisist  kitabların 
müəllifidir.  "Göydən  ulduzları  gözlə  dərərdik"  (1996),  "Yurd 
yanğısı" (1998), "Oğuz şəhid-ləri, itkinləri" (2000), "Bura Və-
təndir (2001), «Qarabağ dərdi» (2006), «Dədə Şəmşir harayı» 
(2006)  və  s.    kitablarında  toplanan  milli  vətənpərvərlik 
ruhunda yazdığı şeirlər, poemalar, hekayələr və  dram əsərləri 
onun istedadlı qələm sahibi olduğunu göstərir.  
Gülxani  Pənah  Bakı  Dövlət  Universitetinin  aspirantu
-
rasını  bitirmiş  və  «İlyas  Əfəndiyevin  yaradıcılığında  folklor 
motivləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə et-
mişdir. Hal-hazırda doktorluq işi üzərində çalışır. 


 
Sənət, sənətkar və zaman
 
 
 
589 
Gülxani  Pənah  həm  də  tədqiqatçıdır.  XVIII  əsrin  sonu 
XIX  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  Mücrim  Kərim 
Vardaninin  həyat  və  yaradıcılığını  ilk  dəfə  geniş  şəkildə  o 
tədqiq  etmiş  və  «Mücrim  Kərim  Vardaninin  həyat  və  yara
-
dıcılığı» monoqrafiyasını yazmışdır. 
Eyni zamanda o, folklorşünaslıq və ədəbiyyatşünaslıq sa-
həsində  bir  sıra  elmi  monoqra-fiyaların  müəllifidir.  «Sənətkar 
və  poeziya»,  «Fikrət  Qocanın  yaradıcılıq  yolu»,,  «Yazıçı  və 
folklor»,, «Alim, vətəndaş E. Əlibəyzadə-80»,, «Fikrət Sadığın 
poetikası», 
«Tədqiqatçı 
alim, 
folklorşünas 
Rüstəm 
Rüstəmzadə»,  «Mir  Cəlalın  elmi-nəzəri  görüşləri»,  «Sənətkar 
və  zaman»,  «Söhrab  Tahir-AzərAzərin  lirikası»,  «Azərbaycan 
ədəbiyyatında detektiv canr», “Saz-söz ustadları-Dədə Şəmşir” 
və s. monoqrafiyaları nəşr olunmuşdur. 
Bir sıra folklorşünasların elmi-ədəbi fəaliyyətini araşdır
-
mış,  üzə  çıxarmışdır.  «Xalq  ədəbiyyatına  dair  araşdırmalar», 
«Xalq ədəbiyyatının tədqiqinə dair» kitabları tərtib etmiş, geniş 
ön söz yazmış və nəşr etdirmişdir. 
Ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində çoxlu sayda 
məqalələri  müxtəlif  qəzet  və  curnallarda  dərc  edilmişdir. 
«Ədəbi  mühit  və  müasirlərimiz»  II  cildlik  kitabları  nəşrə 
hazırdır. 
"Xocalı,  ay  Xocalı",  "El  bir  olsa…",  "Sınaq"  dram  əsər-
ləri tarixi mövzuda yazılmış dəyərli əsərlərdir. Gülxani Pənah 
respublikanın  ictimai  həyatında  yaxından  iştirak  edir, 
respublika  Ziyalı  Qadınlar  Birliyinin  idarə  heyətinin  üzvü 
olmuş,  Müstəqil  Azərbaycan  Respublikası  ilk  qadınlar 
qurultayına, Yazıçılar Birliyinin qurultaylarına, Müəllimlər qu-
rultaylarına  nümayəndə  seçilmişdir.  Bir  çox  elmi  sim
-
poziumların, konfransların iştirakçısıdır. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
590 
Təhsilin  müasir  problemləri  ilə  bağlı  metodik  məqa
-
lələrlə,  bədii-publisistik  yazılarla  mətbuatda  tez-tez  çıxış  edir. 
Respublikada  "Təhsilin  hümanistləşdirilməsi  ili",  "Təhsildə 
keyfiyyət  ili"  çərçivəsində  keçirilən  "Pedaqoci  mühazirələr"də 
fəal  iştirak  etdiyinə,  təhsilin  keyfiyyətinin  yüksəldilməsi  ilə 
bağlı  bir  sıra  əhəmiyyətli  ideya  və  təkliflər  irəli  sürdüyünə, 
müasir  təlim  metodlarının  təcrübədə  tətbiqinə,  bu  baxımdan 
elmi-nəzəri və praktik əhəmiyyətli məruzələrinə və fəaliyyətinə 
görə  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyinin  Birinci 
dərəcəli  Diplomuna,  Bakı  şəhər  Baş  Təhsil  İdarəsinin 
Diplomuna və bir sıra Fəxri fərmanlara layiq görül-müşdür.  
Kitabları «Qızıl qələm», «Rəsul Rza», «Cəlaləddin Rumi» 
mükafatlarına,  Azərbaycan  Müdafiə  Nazirliyi-nin,  Dövlət 
Sərhəd  Xidmətinin  və  s.  fəxri  fərmanlarına,  birinci  dərəcəli 
diplomlarına layiq görülmüşdür. 
«İskit»  Beynəlxalq  İctimai  Birliyinin  prezidenti,  «İskit» 
curnalının baş redaktorudur. 
Əsərləri ölkə daxilində, türk, rus, fars, ingilis, alman və s. 
dillərində nəşr olunub.  
 
 
 
 


 
Sənət, sənətkar və zaman
 
 
 
591 
 
 
SALATIN  ALI QIZI ƏHMƏDOVA (ƏHMƏDLİ) 
 
 
 
Salatın Alı qızı Əhmədova 1956-
cı  ildə  Ağstafa  rayonunun  Poylu 
qəsəbəsində 
anadan 
olmuşdur. 
1974-1980-ci  illərdə  Azərbaycan 
Dövlət  Universitetinin  Kitabxana-
çılıq və biblioqrafiya fakultəsini bi-
tirib.  Azərbaycan  Memarlıq  və 
İnşaat  Universitetində  və  Xətai 
adına  kütləvi  kitabxanada  müxtəlif 
vəzifələrdə çalışıb.  
Hal-hazırda 
tədqiqatçı-alim 
Salatın  Əhmədli  Azərbaycan  Me-
marlıq  və  İnşaat  Universitetinin  Azərbaycan  dili  və  pedaqo-
gikası kafedrasının müdiri və dosentidir. Universitetin YAP-nın 
Qadınlar  Şurasının  sədridir.  Eyni  zamanda,  «Məhsəti»  və 
«İşıq»  Qadın  curnalında  baş  redaktorun  müavinidir.  «Yada 
düşdü»  curnalının  və  «Kredo»  qəzetinin  redaksiya  heyətinin, 
«Turan»  Qadınlar  Mərkəzinin,  «Bura  vətəndir»,  DAMM-ın 
Qadın şurası və idarə heyətinin üzvüdür. Dünyanın 30-dan çox 
ölkəsində olubdur.  
«Xalq şairi N.Həsənzadəyə Poylu beşiyindən məktub» (I-II 
nəşr),  «Səfərnamə»  (I-II  kitab),  «Ömrünü  Qazaxda  yaşayan 
şair», «Həcc ziyarəti», «Hüseyn Cavidin ev muzeyi», «Sənsiz» 
(tərtibçi), «Azərbaycan poeziya çələngi» (tərtibçilərindən biri), 
«Məhsəti».  Ensiklopedik  toplu  (2  müəlliflə),  «XIX  əsr 
Azərbaycan  ədəbiyyatı.  Poeziya»  (tərtibçilərdən  biri),  XIX-XX 
əsr Azərbaycan ədəbiyyatı. Nəsr (tərtibçilərdən biri), «İncilər» 
Ensiklopedik  toplu  (tərtibçilərdən  biri),  «Bura  vətəndir»  (iki 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
592 
müəlliflə), «İlqarsız dünya» (iki müəlliflə), «Şairlər vətəni bizim 
tərəflər»  (tərtibçilərdən  biri),  «Şərəfli  ömür  yolu»  (tərtibçi-
lərdən  biri),  «Şama  bənzəyən  ömür»  (tərtibçi),  «Şeirimizin 
Nərimanı»  (iki  müəlliflə),  «Hər  kim  yüz  il  unutmasa»  (iki 
müəlliflə),  «Analar  köç  edəndə»,  «Yol  gedir  Naxçıvana»,  «Bir 
elatın dastanı», «Heydər Əliyevin dil siyasəti» (Rəsmi sənədlər) 
kitabları, «Heydər Əliyevin dil siyasəti» və «Heydər Əliyev  və 
ədəbi-tarixi proses» monoqrafiyaları işıq üzü görmüşdür. 
«Heydər  Əliyevin  dil  siyasəti»  və  «Analar  köç  edəndə» 
kitabları  türkçəyə  uyğunlaşdırılaraq  Türkiyədə  çap  olunub. 
«Hər  kim  yüz  il  unutmasa»,  «Bir  elatın  dastanı»,  «Analar  köç 
edəndə»  və  «Hekayələr»  kitabı  əski  əlifba  ilə  İranda 
Azərbaycan dilində çap olunub. Xeyli sayda elmi və publisistik 
məqalələri  xaricdə  və  respublikanın  dövrü  mətbuatında  çap 
edilmişdir.  Eyni  zamanda  xalq  şairi  N.Həsənzadənin  «Poylu-
beşiyim  mənim»  və  F.Ləmanın  «Onu  zaman  seçib»  poemasını 
bədii qiraətlə diskə yazdırmışdır. «Poylu-beşiyim mənim» diski 
Tehranda  üzü  köçürülərək,  orada  azərbaycanca  çap  edilən 
«Xudafərin»  curnalına  əlavə  kimi  curnalın  abunəçilərinə 
göndərilmişdir.  
2010-cu  ildə  «Heydər  Əliyevin  dil  siyasəti»  mövzusunda 
dissertasiya  müdafiə  edərək  filologiya  üzrə  fəlsəfə  doktoru 
adını  almışdı.  Yaradıcılıq  xidmətlərinə  görə  «Qızıl  Qələm», 
«Cəfər Cabbarlı», QXC-nin «Əliağa Şıxlinski» və bir sıra İB-in 
fəxri diplomlarına və mükafatlarına layiq görülmüşdür. Qardaş 
Türkiyə,  İran,  Gürcüstan  Yazarlar  Birliyinin  və  Almaniyanın 
Nizami  Gəncəvi  adına  Azərbaycan  Mədəniyyət  İnstitutunun 
fəxri  diplom  və  ödüllərinə  layiq  görülüb.  Ukrayna  –  Azərbay-
can  mədəniyyətinin  inkişaf  etməsində  göstərdiyi  xidmətlərinə 
görə  Ukraynadakı  Azərbaycan  konqresinin  fəxri  fərmanı  ilə 
mükafatlandırılıb.  Azərbaycan  Kütləvi  İnformasiya  Vasitələri 
İşçiləri Həmkarlar İttifaqının «Ustad sənətkar» və «Azərbaycan 
bayrağı» ali media mükafatına layiq görülmüşdür.  


 
Sənət, sənətkar və zaman
 
 
 
593 
2014-cü  ildə  Azərbaycan  mədəniyyətinin  dünyada  tanıdıl-
ması və yayılması, gənclərin tolerantlıq və qarşılıqlı hörmət ru-
hunda tərbiyə olunmasında göstərdiyi  xidmətlərinə görə  Kiyev 
və  bütün  Ukraynanın  Apostol  Pravoslav  kilsəsinin  metropoliti 
tərəfindən  “Apostol  Andrey  Pervozvannıy“  ordenin  ilə  təltif 
olunmuşdur. AYB-nin və ACB-nin üzvüdür. «Kitab evi» İB-nin 
sədridir.  
 
 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
594 
 
 
 
Redaktorlar : 
   
Arifə Arifqızı 
Gülnar Zakir qızı Osmanova 
 
Korrektor
 
 
Bahar İsayeva 
   
 
 
Tural Məzahiroğlu 
 
Dizayn:            
Şəmsiyyə Əliyeva 
 
 
 
GÜLXANI PƏNAH 
SALATIN ƏHMƏDLI 
 
SƏNƏT, SƏNƏTKAR VƏ ZAMAN
 
 
Müasir ədəbi mühitə ümumi baxış 
 
 
______________________________ 
 
Çapa imzalanmışdır: 12.04.2014.  
Kağız formatı 60x84
1
/
16
 
Çap vərəqi 37.625. Sifariş 22. 
Tirac: 500 
Qiyməti müqavilə ilə. 
 
________________________________________ 
 
 
 
 

Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə