Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə139/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   135   136   137   138   139   140   141   142   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
553 
Azərbaycandan  kənardakı  bəzi  mənbələrdən  belə  məlu-
matlar  yayılır  ki,  Minsk  qrupunun  yeni  təkliflərində  Azərbay-
canın  ilkin  şərti  hesab  olunan  ərazi  bütövlüyü  prinsipi 
qoyulmayıb.  Şübhəsiz  ki,  biz  Sizin  Azərbaycan  üçün  şərəfsiz 
sülh  müqaviləsinə  qol  çəkə  biləcəyinizə  inanmırıq.  Lakin 
ölkədə  gəzən  bu  söz-söhbətlərə  son  qoyulması  üçün  Sizin 
Qarabağ  münaqişəsinin  nizamlanması  barədə  mümkün  qədər 
geniş  açıqlama  vermənizi  və  xalqın  narahatlığına,  həyəcanına 
son qoymanızı xahiş edirik. 
«Anar, Fikrət Qoca, B.Vazabzadə, Qabil, Hüseyn Abbas-
zadə» 
Heydər  Əliyev  AYB-nin  ziyalılarının  bir  qrupunu  qəbul 
etdi,  onlara  hörmət  və  ehtiramını  bildirdi,  dövlətin  Qarabağla 
bağlı  danışıq  prosesləri  haqqında  ətraflı  söhbət  açdı,  o 
cümlədən  ilk  növbədə  ərazi  bütövlüyümüzün  əsas  şərt  olması 
məsələsinə aydınlıq gətirdi. Bu görüş televiziya ilə yayımlandı, 
müəyyən  qədər  xalq  da  gedən  proseslərlə  bağlı  məsələlər 
haqqında  məlumatlandı.  İctimai rəyin  sakitləşməsi  baxımından 
dəyərli  oldu.  Zaman  şayiələrin,  uydurmaların  deyil,  həqiqətin 
qələbə çaldığını göstərdi.  
Azərbaycan  xalqı,  onun  yazarları  ümumilli  liderimiz 
Heydər Əliyevin sağlığında olduğu kimi,   bu gün də xatirəsini 
həmişə əziz tuturlar. 
Yazıçılar Birliyi tərəfindən dövlət başçısının  fəaliyyətini, 
ədəbiyyatımıza,  mədəniyyətmizə  misilsiz  xidmətini  ifadə  edən 
Ümummilli liderin 85 illik yubileyinə həsr edilmiş «Bir ömrün 
salnaməsi»  bədii  sərgisinin  keçirilməsi,  onun  ədəbiyyata, 
mədəniyyətə  qayğısının  təzahürü  idi.  2008-ci  ilin  mayın  7-də 
AYB-nin  rəhbərliyi  Ulu  öndərin    85  illiyi  ilə  əlaqədar  olaraq 
Fəxri  xiyabanı  ziyarət  etdi,  onun  məzarı  önünə  əklil  qoydu. 
Sonra  Azərbaycan  Yazıçılar  Birliyində  Heydər  Əliyevin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
554 
xatirəsinə həsr olunmuş anım  tədbirini giriş sözü ilə açan Anar 
onun 
«ədəbiyyatımızın, 
sənətimizin 
dostu, 
Azərbaycan 
Yazıçılar  Birliyinin  fəxri  üzvü»  kimi  dəyərli  olduğunu  qeyd 
etdi:  «Heydər  Əliyevin  Azərbaycan  xalqı,  Azərbaycan 
dövlətçiliyi  qarşısında  böyük  xidmətlərini  hamımız  bilirik.. 
Amma  bu  xidmətlərin  sırasında    onun  bizim  ədəbiyyata  olan 
qayğısı,  mədəniyyətə  olan  diqqəti,  sənətimizə  olan  mehriban 
münasibəti xüsusi yer tutur. O, döğrudan da,  bizim ədəbiyyatı, 
çağdaş  yazıçıları  da,  klassikləri  də  yüksək  qiymətləndirirdi. 
Onların xatirəsini əbədiləşdirmək üçün muzeylərin yaradılması, 
heykəllərin  qoyulması,  yubiley  tədbirlərinin  keçirilməsi  üçün 
çox  işlər  görürdü.  Sovet  dövründə  gənc  müəllifləri  (mən  də 
onların  arasında  idim)  cürbəcür  hücumlardan  müdafiə  etmək 
üçün  böyük  fədakarlıqlar  edirdi,  müstəqillik  dövründə  isə 
yazıçılarımızın 
güzəranını 
yaxşılaşdırmaq 
üçün 
onlara 
təqaüdlər  təyin  edirdi,  mükafatlar,  yüksək  adlar  verirdi, 
ümumiyyətlə,  yazıçılarımız,  sənət  adamlarımız  onun  diqqət 
mərkəzində idi».  
Onun  işıqlı  xatirəsini  xoş  sözlərlə  anan,  rəhmət  diləyən 
şairlərimiz  bir  azərbaycanlı  kimi  fəaliyyətini,  əqlini,  zəkasını, 
istedad  və  qabiliyyətini  yada  saldı.  Fikrət  Qocanın    onun  100, 
200  ...  neçə  belə  yüzilliklərinin  xalqı  tərəfindən  daima  təm-
təraqla bayram ediləcəyinə inamını ifadə etdi: «O, həqiqətən də 
müasir  tariximizin  ən  mürəkkəb  çağlarında  Azərbaycana 
rəhbərlik  edib.  Xalqın  xaos  içində  çabaladığı  vaxtlarda 
H.Əliyev  silahsız,  dəstəsiz,  qoşunsuz    millətin  təkidi  ilə  ikinci 
dəfə ölkəmizin hakimiyyətinə qayıtdı, respublikamıza rəhbərlik 
edərək Vətəni parçalanmaqdan,  vətəndaş  müharibəsindən  xilas 
etdi.  Böyük  öndərin  ağlı,  zəkası  onu  sovet  dövründə  Siyasi 
Büroya  aparıb  çıxartmışdı.  Bir  türk  oğlunun  heç  bir  kömək, 
dəstək  almadan  belə  mövqeyə  yüksəlməsi  onun  öz  bacarıq  və 


 
Sənət, sənətkar və zaman
 
 
 
555 
istedadının  nəticəsi  idi.  Heydər  Əliyev  neçə  ildir  cismən 
bizimlə  deyil,  ancaq  onun  ağlı,  zəkası  ilə  qurulan  relsin 
üzərində  Azərbaycan  idarə  olunur.  Ulu  öndərin  oğlu,  siyasi 
varisi  cənab  İlham  Əliyev  bu  idarəçiliyi  ləyaqətlə,  şərəflə 
davam etdirir». 
Fikrət  Qocanın  fikirlərinə  şərik  olan  Nazim  İbrahimov 
böyük  liderlə  70-ci  illərdən  tanış  olduğunu,  onun  yazıçılara, 
ədəbiyyatımıza  qayğısını,  haqqında  yazılan  əsərlərin  bədii  də-
yərini,    yazılan  əsərlərdə    onun  dahi  şəxsiyyət  kimi  fəaliyyə-
tinin təsvir və tərənnümünün reallıqlara əsaslandığını dedi: «O, 
hər  iki  dəfə  Azərbaycana  rəhbərlik  etdiyi  vaxt,  eyni  zamanda 
keçmiş  SSRİ-nin  ali  rəhbər  orqanlarında  fəaliyyət    göstərdiyi 
çağlarda  əməlləri  ilə  sübut  etdi  ki,  tarixi  şəxsiyyətlər  yaradır. 
Tarixi şəxsiyyətlər isə hər zaman millətin uğurlu gələcəyi üçün 
böyük  işlər  görürlər.  Heydər  Əliyev  də  məhz  belə  tarixi 
şəxsiyyətlərdəndir.  Heydər  Əliyevin  həyatında  elə  hadisələr, 
faktlar  var  ki,  bunlar  barədə  hələ  çox  yazılacaq.  Belə  əsərlər, 
kitablar  hələ  çox  yaradılacaq,  yazıçılarımız  Heydər  Əliyevə 
olan borclarını layiqincə qaytaracaqlar». 
Azərbaycan  Yazıçılar  Birliyi  daima  millətinə,  xalqına 
xidmət  edən  yüksək  elmi,  mədəni,  bədii  təfəkkürə  malik  şəx-
siyyətləri  öz  ətrafında  birləşdirmişdir.  Fəaliyyət  göstərdiyi  80 
illik  dövrdə  ədəbiyyatımızı  elə  möhtəşəm  bir  zirvəyə  qaldır-
mışdır  ki,  bir  əsrdən  25  il  az  müddətdə  Azərbaycan  ədəbi 
prosesinin  tarixi  salnaməsini  yaratmış,  bəşəriyyətə,  gələcək 
nəsillərə  humanist  ideyalarla  zəngin  bir  mədəni  irs  qoyub 
getmək  şərəfi  qazanmışlar.  Böyük  daşqınlar  dövrü  yaşamış 
bəşəriyyətin elə abidələri vardır ki, onlar öz bəşəri keyfiyyətləri 
ilə  bu  gün  də  yaşayır.  Azərbaycan  Yazıçılar  Birliyi  80  illik 
dövrünün  22  ilini  müstəqillik  qazandığı  dövrdə,  53  ilini  sovet 
dönəmində    inkişaf  etdirib.  Sovet  ədəbiyyatının  ən  mütərəqqi  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
556 
ideyaları  ilə  köklənmiş  sənət  əsərləri  yaratmışlar.  Sovet 
postməkanında deyil, eyni zamanda dünyanın odlu nöqtələrində 
yaşayan, azadlıq, müstəqillik eşqi ilə çırpınan ürəklərin istək və 
arzularını  qələmə  almışlar,  onlar  üçün  dünyada  azad,  xoşbəxt, 
firavan  dövlətlərin  vətəndaşı  olması  istəklərini  ifadə  etmişlər. 
Müəyyən bir senzura çərçivəsində yaratmağa məcbur olduqları 
dövrdə də əsərlərində əsas  ideya  humanizm,  bəşərilik,  dostluq, 
insani  münasibətlər  ön  planda  olub.  İmperialist  qüvvələrin 
vəhşiliklərinə  qarşı  amansız  olan,  onların  çirkin  siyasətlərini 
ifşa  edən,  müharibə,  faşist  Almaniyasının  bəşər  tarixində 
törətdiyi  faciələrə  nifrət  fonunda  yazılan  əsərlərin  də  ən  əsas 
qayəsi sülh, əmin-amanlıq, humanizmdir.  
  


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə