Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə137/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   133   134   135   136   137   138   139   140   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
545 
sadiqliklərinə  görə  bu  yolu  seçiblər.  Yazıçılıqla  məşğuldurlar 
və böyük işlər görüblər. 
Azərbaycan  Milli  Təhlükəsizlik  Nazirliyi  Sərhəd  Qoşun-
ları  komandanlığının  əmrilə  2002-ci  ildən  başlayaraq  keçirilən 
müsabiqədə  məqsəd  Azərbaycan  sərhədlərinin  mühafizəsi 
tarixinin  səhifələrini  işıqlandırmaq,  ordumuzun,  əsgərlərimizin 
milli  vətənpərvərlik  hisslərini  yüksəltmək  uğrunda  yazılan  ən 
yaxşı əsərlərin müəlliflərini mükafatlandırmaq, ədəbi irslə ordu 
arasındakı  əlaqələri  gücləndirmək  məqsədi  daşıyır.  Bədii 
ədəbiyyat  üzrə  1-ci  dərəcəli  diploma  layiq  görülən  Sərvaz 
Hüseynoğlunun  «Haqq»  silsilə  şeirləri,  Gülxani  Pənahın 
«Bizim  sərhədçilər»  poeması,  2-ci  dərəcəli  diploma  layiq 
görülən  vətənə,  sərhədə  həsr  olunmuş  Fikrət  Əsədin  şeirləri, 
Məcnun  Göyçəlinin  şeirləri,  3-cü  dərəcəli  diploma  layiq 
görülən  «Ruhumuzun  sərhədinə  doğru»  bədii  oçerklərinə  görə 
şairlərimizə fəxri fərmanları  Dövlət Sərhəd Xidməti idarəsinin 
təntənəli yığıncağında təqdim edən sərhəd qoşunları komandanı 
general-mayor  Elçin  Quliyev  qalibləri  təbrik  etdi.  Müsabiqədə 
yer  tutmuş  əsərləri  vətənpərvərlik  ruhunda  yazılmış  ən  gözəl 
əsərlər kimi dəyərləndirdi. 
Azərbaycan  Yazıçılar  Birliyinin  bölmələrindən  Gəncə 
bölməsi  uzun  illərdir  fəaliyyət  göstərir.  Burada  müxtəlif  dövr-
lərdə şairlərimizin, sənətkarlarımızın yubileylərinin (Rəsul Rza-
90,  Sabit  Rəhman-90,  Süleyman  Rəhimov-100)  keçirilməsi, 
unudulmaz  poeziya  axşamları,  Nizami  poeziya  günləri 
yaddaqalandır, Nizami-860 poeziya bayramı öz əlvan proqramı 
ilə bədii sənətə xalq məhəbbətinin ifadəsi idi. 
Mingəçevir bölməsinin «İlham pərisi», «Mingəçevir qön-
çələri»  ədəbi  məclisləri  ilə  birlikdə  keçirdiyi  görüşlər,  yubiley 
tədbirləri,  xatirə  gecələri,  ədəbi-bədii  gecələr,  şairlərlə, 
yazıçılarla keçirilən yaradıcılıq görüşləri, Azərbaycan Yazıçılar 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
546 
Birliyinin  rəhbərləri    ilə  mingəçevirli  oxucuların  görüşü 
bölgələrdə  fəaliyyət  göstərən  bölmələrin  fəallığından  xəbər 
verir. 
Aprelin 12-də Yazıçılar Birliyində görkəmli nasir, drama-
turq,  tənqidçi,  ictimai  xadim  Mehdi  Hüseynin  90  illiyinə  həsr 
olunmuş  konfrans  keçirildi.  Onun  Azərbaycan  Yazıçılar 
Birliyinin  katibi,  ədəbiyyatımızın  inkişafındakı  rolu,  «Azər-
baycan»  curnalının  baş  redaktoru  kimi  fəaliyyəti  yüksək 
dəyərləndirildi.  Nizami  adına  ədəbiyyat  institutunun  direktoru 
Yaşar 
Qarayev 
XX 
əsr 
«Azərbaycan 
ədəbiyyatında, 
mədəniyyətində  və  mənəviyyatında  öz  şəxsiyyəti,  eyni 
zamanda yaradıcılığı ilə böyük ziyalılardan olan Mehdi Hüsey-
nin dövrü üçün aktual əsərlərindən  bəhs etdi, Şamil Salmanov 
yazıçının  bədii  nəsri,  dram  və  tənqidi  əsərləri  haqqında 
fikirlərini  söylədi,  «yazıçının  yaradıcılığını  mərhələlər  üzrə 
səciyyələndirən məruzəçi Mehdi Hüseynin bir çox romanlarının  
istər Azərbaycan  bədii  nəsrinin  inkişafındakı rolunu,  istərsə də 
keçmiş 
ümumittifaq 
ədəbiyyatındakı 
yerini 
xüsusi 
qiymətləndirdi».  Hüseyn  Abbaszadə,  Balaş  Azəroğlu,  Həmid 
Abbas,  Gülhüseyn  Hüseynoğlu,  Teyyub  Qurban  yazıçı 
haqqında xatirələrini danışdı. 
Müxtəlif illərdə Qazax bölməsində S. Vurğunun 95, 100, 
Mehdi  Hüseynin  100,  M.V.Vidadinin  300  illik  yubilleylərinin 
təntənəli  şəkildə  respublika  səviyyəsində  bayrama  çevrilməsi, 
Molla  Pənah  Vaqifin,  Molla  Vəli  Vidadinin,  digər  görkəmli 
sənət  adamlarının  Qazaxda  keçirilən  yubileyləri,  poeziya 
bayramları,  yubileylər,  yaradıcılıq  gecələri,  anım  günləri, 
Naxçıvan  bölməsində  S.Vurğunun  95  illiyinə  həsr  olunmuş 
C.Məmmədquluzadə 
adına 
Naxçıvan 
MR 
Ədəbiyyat 
muzeyində  keçirilən  «Böyük  nəğməkar»  adlı  xatirə  gecəsi, 
müstəqilliyimizin  10  ili  münasibətiylə  «Müstəqilliyimiz 


 
Sənət, sənətkar və zaman
 
 
 
547 
əbədidir»    devizi  altında  keçirilən  şeir  müsabiqəsi  yaddaqa-
landır. 
Astara,  Lənkəran,  Lerik,  Yardımlı,  Masallı,  Cəlilabad, 
Biləsuvar,  Neftçala  rayonlarını  əhatə  edən  1978-ci  ildən 
fəaliyyət  göstərən  Lənkəran  bölməsində  şair  və  yazıçılarla 
keçirilən  görüşlər,  yubiley  tədbirləri,  xatirə  gecələri  AYB-nin 
fəaliyyətinin tərkib hissəsidir. 
Sumqayıt  bölməsi  1996-cı  ildə  yaradılıb.    Orada  bir  sıra 
ədəbi  qruplar  («Dəniz»  ədəbi  birliyi,  «Turan»  ədəbi  məclisi, 
«Yeni  yazarlar  və  sənətçilər  qurumunun  şəhər  bölməsi»,  «Tu-
murcuq»  ədəbi  dərnəyi  və  s.)  fəaliyyət  göstərir.    Bu  qurumlar 
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi ilə sıx əlaqə 
saxlayır. 2001-ci ilin noyabrın 15-də «Turan» ədəbi məclisində 
alman şairi Eberhard Kirxhoffla keçirilən görüşdə birliyin sədri 
Sabir  Sarvan  Azərbaycan-Almaniya  dostluğuna,  bu  xalqların 
talelərindəki  oxşar  məqamlara  toxundu.  Ədəbi  əlaqələrin 
xalqların  dostluğuna  təsirini  söylədi.  Eberhard  curnalist,  12 
kitab  müəllifi,  60    kitabda,  xeyli  qəzet  və  curnallarda  yazıları 
dərc olunan şairdir. 1987-ci ildən Almaniya Yazarlar Birliyinin 
üzvü  E.  Kirxhoff  Azərbaycan-Almaniya  ədəbi  əlaqələrinin 
inkişaf  etdirilməsi  istəyini  vurğuladı,  «Azərbaycan  haqqında 
poema»sını  və  lirik  şeirlərini  oxudu.  Bölgələrdə  də  müxtəlif 
ölkə  ədəbi  ictimaiyyəti  ilə  saxlanan  əlaqələr  Azərbaycan 
ədəbiyyatının  dünya  arenasında  təbliğinə  dəstək  kimi 
qiymətləndirilməlidir. 
Azərbaycan Yazıçılar Birliyi və onun bölmələri ölkəmizin 
milli  bayramları  ilə  bağlı  silsilə  tədbirlər  keçirir,  oxucularla 
görüşlər  təşkil  edir,  milli-mənəvi  dəyərlərimizə  sədaqətini  işi, 
fəaliyyəti  ilə  yaşadır.  Novruz  bayramı  ilə  bağlı  hər  il 
Azərbaycan  Yazıçılar  Birliyinin  Natəvan  klubunda  keçirilən 
tədbirlər,  şairlərimizin,  yazıçılarımızın  kollektivlərlə,  tələbə  və 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
548 
müəllim  heyətləri  ilə  görüşü,  Novruz  ənənələrinin  qorunub 
saxlanması,  Novruz  bayramı  ilə  bağlı  yazılan  ən  yaxşı  əsərlər 
üçün ayrılan mükafatlar diqqətəlayiqdir. 
Azərbaycan  Yazıçılar  Birliyinin  ən  böyük  ağrısı,  Şuşa, 
Laçın...., Qarabağ acıları, Xocalı fəryadı yazıçıların əsərlərində 
aparıcı mövzulardır.  Xalqın başına gətirilən müsibətlər, erməni 
işğalçılarının  törətdiyi  faciələr  əsərlərimizdə  əsas  mövzu 
olmaqla  yanaşı,  düşmənə  nifrət  motivləri  ilə  də  güclüdür. 
Azərbaycan  Yazıçılar  Birliyi  və  Dövlət  Qarabağ  mövzusunda 
yazılmış ən yaxşı əsərləri mükafatlara layiq görmüşdür.  
Azərbaycan  Yazıçılar  Birliyi  müntəzəm  olaraq  mətbuat 
orqanları  ilə  görüşlər  keçirir,  dəyirmi  masa  təşkil  edir.  Milli 
Məclisin  və  Prezident  tədbirlərini  geniş  işıqlandıran,  qəbul 
olunmuş dövlət qanunlarının  mətnini dərc edən,  ictimai-siyasi, 
beynəlxalq əlaqələrə, iqtisadi məsələlərə səhifələrində geniş yer 
verən «Azərbaycan» qəzeti ilə görüşü buna nümunədir.  
AYB-nin  bölgələrdə keçirilən ədəbi  məclislərin  bir araya 
gəlməsi üçün apardığı  məqsədyönlü  fəaliyyəti təqdirə  layiqdir. 
Qubada  fəaliyyət  göstərən  «Ay  işığı»  əvvəlki  ənənələrin  bir 
növ  davamı  kimi  dəyərləndirilməlidir.  Hələ    ötən  əsrdə 
Abbasqulu  ağa  Bakıxanov  Qubada  «Gülüstan»  ədəbi  məclisi 
yaratmışdı.  
2007  ci  il  21-25  oktyabr  günləri    «Mövlana  Cəlaləddin 
Rumi» günləri kimi ədəbiyyat tariximizdə də qaldı.  
Mövlana  Ruminin  anadan  olmasının  800  illiyinin 
YUNESKO  çərçivəsində  qeyd  olunması  ilə  əlaqədar  olaraq 
Azərbaycan  Milli  Elmlər  Akademiyası,  Azərbaycan  Yazıçılar 
Birliyi,  Azərbaycan  Rəssamlar  İttifaqı  ilə  birlikdə  Azərbay-
canda Mövlana Rumi günləri keçirildi. 
Mövlana    Ruminin  anadan  olmasının  800  illiyinin 
YUNESKO  çərçivəsində  qeyd  olunması  Mövlana  Ruminin 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə