Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə145/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   139   140   141   142   143   144   145   146   147

 
Sənət, sənətkar və zaman
 
 
 
577 
tanındığı,  əsərlərinin  dünya  dillərinə  tərcümə  edildiyini,  bu 
əsərlərdə  oxuculara  «Azərbaycan  həqiqətləri  haqqında  və 
ümumiyyətlə,  müasir  həyatımızın  həqiqətləri  haqqında  çox 
gözəl  məlumatlar  vermiş»  olduğunu,  bu  gün  də  yazıb-
yaratdığını,  Azərbaycan  mədəniyyətini  yüksəklərə  qaldırdığını 
söyləyir:  «Rüstəm  İbrahimbəyovun  bütün  əsərlərində  əsas 
məzmunu,  mənanı  təşkil  edən  budur  ki,  o,  həmişə  həyatın 
reallığını  təsvir  edibdir.  Amma  o  dövrdə,  Sovet  ideologiyası 
çərçivəsində  bu  o  qədər  də  asan  deyildi.  Çünki  bəzən  bu 
istiqamətdə  yazanlar  bir  az  da  kənara  çıxanda  dissident  
olurdular.  Ancan  R.İbrahimbəyovun  həyatı  olduğu  kimi  təsvir 
etməsi  və  həyatın  hər  tərəfini-həm  müsbət tərəfini,  həm  mənfi 
tərəfini  olduğu  kim  göstərməsi  onun  yaradıcılığının  ən  gözəl 
cəhətidir və əsərlərinə böyük şöhrət gətirən amildir». 
Dövlət başçısı Qabili, Hüseyn Abbaszadəni, Əzizə Cəfər-
zadəni,  İsmayıl  Şıxlını,  İsa  Hüseynovu,  Yusif  Səmədoğlunu, 
B.Azəroğlunu,  Zəlimxan  Yaqubu,  ədəbiyyatşünas  alimlərimiz 
Seyfulla  Əsədullayevi,  A.Axundovu,  B.Nəbiyevi  də  «Şöhrət» 
ordeni ilə təltif etmişdir. 
Azərbaycan  Yazıçılar  Birliyinin  birləşdirdiyi  böyük  bir 
ədəbi qüvvə məhz qüdrətli şəxsiyyət, dövlətimizin ideal rəhbəri 
Heydər  Əliyevin  hakimiyyətdə  olduğu  dövrlərdə  misli 
görünməmiş  bir  qüdrətlə  inkişaf  etmişdir.  Dövləti  olan  xalq 
xoşbəxtdir.  O  xalqın  ki,  dövləti  var,  nəsibi  səadətdir.  Qüdrətli 
dövlət  meyarı  olmayan  sərvətdir.  O  sərvəti  əldə  edən  qüdrətli 
sərkərdəsi  olan  xalqdır.  Qüdrətli    sərkərdə  dövləti,  dövlətçiliyi 
qoruyub saxlamağı bacarandır. Millətinə, xalqına layiq sərkərdə 
ümummilli 
liderimiz 
Heydər 
Əliyev 
dövlətçiliyimizin, 
demokratik dəyərlərimizin qoruyucusu, tarixi şəxsiyyət, xalqın, 
millətin 
dahi 
oğludur. 
«Mənim 
həyatımın 
məqsədi 
Azərbaycandır, 
Azərbaycan 
xalqıdır, 
Azərbaycan 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
578 
respublikasıdır,  Azərbaycan  vətəndaşıdır.  Əgər  buna  nail  ola 
bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam». Bu 
sözlər  onun  həyat  devizi  idi.  Ölkəni  vətəndaş  müharibəsindən 
xilas  edən,  müstəqilliyinin  başı  üzərini  alan  təhlükədən 
qurtaran, 
Azərbaycanın 
beynəlxalq 
aləmdə 
nüfuzunun 
artmasında  əvəzsiz  rolu  olan  Heydər  Əliyev  böyük  siyasətçi, 
xalqının  qarşısında  olan  borcunu  sona  qədər  həyata  keçirməyə 
çalışan,  bunu  dəfələrlə  öz  çıxışlarında  bəyan  edən,  qüdrətli 
dövlət xadimi, Azərbaycan ədəbiyyatının sədaqətli dostu idi... 
Bu  gün  böyük  sərkərdənin  daxili  və  xarici  siyasətini  bir-
mənalı  şəkildə  davam  etdirən  İlham  Əliyevin  Azərbaycan 
dövlətini  müasir,  zəngin,  qüdrətli  bir  dövlətə  çevirmək  üçün 
gördüyü  misilsiz  işlər  göz  qabağındadır.  Sosial,  iqtisadi 
sahələrdə  olduğu  kimi  mədəniyyətimizin  inkişafı  sahəsində  də 
uğurlu  fəaliyyəti  onun  səriştəli  bir  dövlət  rəhbəri  olduğunu 
sübut  edir.  Elmin,  təhsilin,  mədəniyyətin,  ədəbiyyatın  inkişafı 
sahəsində  apardığı  islahatlar,  görülən  işlər  ürəklərdən  xəbər 
verir.  Dövlətin  qayğısını  ədəbi  mühit  də  çox  gözəl    hiss  edir. 
Yaradıcı  insanlara  dövlət  qayğısının  artırılması,  bu  qurumların 
yerləşdiyi  binaların  əsaslı  təmiri,  yüksək  səviyyədə  müasir 
avadanlıqlarla  təmin  edilməsi,  yaradıcı  insanlara  ayrılan 
təqaüdlər,  kitabların  latın  qrafikası  ilə  yenidən  nəşrinin  təmin 
edilməsi,  sənət  adamlarına  verilən  fəxri  adlar...    dövlət 
başçısının ədəbiyyatımıza,  mədəniyyətimizə,  yaradıcı insanlara 
qayğısının təzahürüdür. Dövlətçiliyimizin möhkəmləndirilməsi, 
hərbi,  sosial,  iqtisadi,  mədəni,  hərbi  sahələrdə  sürətlə 
inkişafımız  onun  gərgin  əməyinin,  yüksək  təşkilatçılıq 
qabiliyyətinin nəticəsidir. 
İlham Əliyevin ölkəmizin  həm  xarici,  həm daxili,  sosial-
iqtisadi  və  mədəni  sahələrində  apardığı  uğurlu  islahatlar  məq-
sədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada sürətlə 


 
Sənət, sənətkar və zaman
 
 
 
579 
inkişaf  edən  bir  ölkə  kimi  tanınmaqdadır.  Hər  sahədə 
uğurlarımız  artır.  Heydər  Əliyevin  yaratdığı  dövlətçilik 
məktəbi, müstəqil Azərbaycanımızın sabahı etibarlı əllərdədir. 
 Sosial, iqtisadi, siyasi, mədəni sahələrdə böyük müvəffə-
qiyyətlərin  qazanılmasında  Heydər  Əliyev  fondunun,  onun 
rəhbəri  Mehriban  Əliyevanın  fəaliyyəti  böyükdür.  O, 
mədəniyyətimizin,  ədəbiyyatımızın  səmimi  dostu  olmaqla 
bərabər,  onun  qayğılarına  diqqətlə  yanaşan  ədəbiyyatsevərdir. 
Böyük sənətkarımız Mir Cəlalın ailəsində dünyaya gələn, ədəbi 
mühitə    yaxın  olan  bir  insan  kimi  ədəbiyyata  qarşı  daima 
diqqətlidir.  Heydər  Əliyev  fondunun  dəstəyi  ilə  nəşr  olunan 
saysız-hesabsız  həm  Azərbaycan,  həm  dünya  ədəbiyyatından 
seçmələrin nəşri dediklərimizə əyani sübutdur. 
 
80 yaşlı Azərbaycan Yazıçılar Birliyi 
 
Bu gün dövlətimizin qayğısı ilə təmin olunan Azərbaycan 
Yazıçılar  Birliyinin  yaranması  və  inkişafı  prosesi  80  ilə  yaxın 
dövrü  əhatə  edir.  Bu  80  ildə  AYB  bir  çox  lüzumsuz  təsir  və 
meyllərlə  mübarizə  apara-apara  fəaliyyətini  davam  etdirmiş, 
tam  şəkildə  formalaşa  bilmiş,  bütöv  Azərbaycan  ədəbi 
prosesinin  bir  birlik  tərkibində  formalaşmasına  nail  olmuşdur.  
Onun  keçdiyi  çətin  və  şərəfli  yola  nəzər  saldıqda  hansı 
vasitələrlə  inkişaf  etdiyini,  böyük  inkişaf  yoluna  çıxdığını 
müşahidə etmək o qədər də çətin deyildir. 
80  illik  fəaliyyətinin  yarım  əsrindən  çoxunu  xalqımızın 
sosializm  quruculuğundakı  fəaliyyətini,  bu  tarixi  prosesdəki 
rolunu  bədii  şəkildə  əks  etdirən  əsərlər  yaratmaqla  yanaşı,  
onun  daha  geniş,  vətənimizdən  uzaqlarda  da  tanıtmaq, 
Azərbaycan  ədəbi  prosesini  təbliğ  etmək,  təmsil  etmək 
vasitəsinə  çevrilməsinə  də  nail  olmuşdur.  İndi  80  illik  ədəbi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
580 
fəaliyyəti  dövründə  yaranan  əsərlərimiz  dünyanın  bir  çox 
ölkələrində  məlumdur.  AzərbaycanYazıçılar  Birliyi  hər  biri 
fərdi yaradıcılığı ilə tanınan, oricinal sənət əsərləri yaradan, bu 
yolda  istəklərinə  nail  olmaq  üçün  öz  üzərində  işləyən  mindən 
çox  ədəbi  qüvvəni  birləşdirir.  Mədəniyyətimizin,  incə-
sənətimizin  bütün  sahələrində  olduğu  kimi  ədəbiyyatımızın  da 
80  illik  inkişafı  dövründə  haqqında  iftixarla  danışa  biləcək 
nümayəndələri  yetişmişdir.  AYB-nin  üzvləri  arasında  dünya 
miqyasında,  keçmiş  SSRİ  ölkələrində,    dünyanın  bir  sıra 
ölkələrində  ədəbiyyatımızı  təmsil  edən,  ona  şöhrət  qazandıran 
şair  və  yazıçılarımız  vardır.  Onların  fərdi  bədii  üslubları, 
oricinal  yaradıcılıq  keyfiyyətləri,  sənətkarlıq  imkanları, 
ədəbiyyatımızın  həm  mövzu,  həm  məzmun,  həm  forma 
cəhətdən  zənginləşməsində  ədəbiyyata  gətirdikləri  yeniliklər, 
özünəməxsus oricinal fərdi cəhətləri ilə ümumi ədəbi prsosesin 
inkişafında  oynadıqları  rol  bunların  hər  biri  haqqında,  onun 
yaradıcılığı haqqında söz demək imkanı verir.  
80  illik  fəaliyyəti  və  inkişafı  dövründə    AYB-nin  üzvlə-
rinin yaratdığı sovet ədəbiyyatı  canr və sahələrinə görə tədqiq 
edilmiş, bu ədəbiyyatın nümayəndələrinin həyat və yaradıcılığı 
öyrənilmiş, 
ədəbi 
tənqidin, 
ədəbiyyatşünaslığın 
diqqət 
mərkəzində  olmuşdur.    Bu  tədqiqat  işlərində  quruluşa  uyğun 
olaraq  yaranan  əsərlərin  sosioloci  mahiyyəti,  mövzu  və 
məzmun  xüsusiyyətləri,  ideoloci  mahiyyəti  məsələlərinə 
toxunulmuşdur.  Bir  çox  əsərlərin  müəlliflərinin  yaradıcılığı 
müstəqillik dövründə ayrı-ayrı  aspektlərdən də tədqiq edilir  və 
maraqlı tədqiqat işləri aparılır.  
Yetmiş  illik  Azərbaycan  sovet  ədəbiyyatının  ümumi 
yaradıcılıq  metodu  sosializm  realizmi  olmuşdur.    Bu  ədəbi 
metodun  məhdud  cəhətləri  ilə  yanaşı  özünəməxsus  mütərəqqi 
cəhətləri  də  var.  Onun  demokratik  mahiyyəti,  hər  bir  sovet 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə