Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə143/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   139   140   141   142   143   144   145   146   147

 
Sənət, sənətkar və zaman
 
 
 
569 
Azərbaycan  xalqını,  mədəniyyətini,  ədəbiyyatını,  elmini 
«yüksəklərə  qaldıran  böyük  şəsiyyətlərdən  biri»  kimi  amal  və 
məqsədini  yaratdığı  əsərlərdə  yaşatdığını  söylədi:  «Hüseyn 
Cavidin  bütün  yaradıcılığı,  bütün  fəaliyyəti  Azərbyacan 
xalqının  mədəniyyətini  yüksəklərə  qaldırmaqdan,  xalqımızı 
azad,  müstəqil  etməkdən  ibarət  olubdur.  Onun  bütün 
yaradıcılığı  Azərbaycan  xalqını  milli  azadlığa,  müstəqilliyə 
çağırıbdır.  O,  həmişə  öz  iradəsi  ilə  yaşamış,  öz  iradəsinə, 
millətinə  sadiq  olmuşdur,  millətini,  xalqını  həddindən  artıq 
sevmiş  və  millətinə  həddindən  artıq  xidmət  edən  bir  insan 
olmuşdur».  
Nizaminin,  Füzulinin,  Nəsiminin  yaradıcılığının  tədqiqi, 
nəşri, adlarının əbədiləşdirilməsi sahəsində tarixi qərarlar imza-
lamış Heydər Əliyev müasiri  olduğu çağdaş ədəbi prosesinə də 
eyni  diqqət  və  qayğıyla  yanaşıb.  Zəmanəsinin  ədəbi  prosesini 
düzgün  və  yüksək  qiymətləndirib:  «Müasir  Azərbaycan 
ədəbiyyatında  cərəyan  edən  proseslər  mühüm  və  diqqətəlayiq 
proseslərdir.  Onlar  özləri  ilə  yenilik  gətirir,  bütövlükdə 
ədəbiyyat üçün ümumi olan  inkişaf qanunlarını  bu və  ya digər 
yollarla təsdiq edirlər.  Bədii söz sənətkarlarının gerçəkliyi tam 
əhatə  etməyə,  həyatı  daha  dolğun  şəkildə  təsvir  etməyə, 
adamlar  və  zaman  haqqında  həqiqəti  bər-bəzəksiz  deməyə  səy 
göstərdiklərini 
xüsusilə 
nəzər 
çarpdırmaq 
istəyirəm. 
Azərbyacan  xalqının  ən  əsas,  ümdə  arzu  və  istəkləri,  ən  nəcib 
əməlləri bədii əsərlərdə getdikcə daha tez-tez və daha dərindən 
təsvir olunur». 
S.Vurğunun  95  illik  yubileyinə  həsr  olunmuş  tədbirdə 
şairin  yaşadığı  dövrün  «həddindən  artıq  mürəkkəb,  qarışıq, 
çətin»  dövr  olduğunu  söyləyir:  «XX  əsr  bəşər  tarixində  çox 
ziddiyyətli,  mürəkkəb  proseslər  dövrüdür...  Birinci  dünya 
müharibəsi  dünyaya  nə  qədər  ziyanlar  vurubdur.  Ondan  sonra 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
570 
yer  kürəsinin  altıda  bir  hissəsində  yeni  bir  quruluş,  yeni  bir 
ideologiya  hökm  sürməyə  başlayıbdır.  Çonra  bəşəriyyət  üçün 
ən  təhlükəli  olan  faşizm  meydana  çıxıb,  İkinci  Dünya 
müharibəsi  başlanıb,  nə  qədər  insanlar  qurban  gedib.    İkinci 
dünya  müharibəsindən  sonra  «soyuq  müharibə»  başlayıb,  yer 
üzündə yenə də gərginlik yaranıb, eyni zamanda sülhü müdafiə 
etmək  üçün  qüvvələr  yaranıbdır.  Bunlar  o  dövrün  ən  böyük 
tarixi  hadisələridir.  Belə  bir  dövrdə  yaşamaq,  yaratmaq  və 
yüksək  yaradıcılıq  səviyyəsinə  çatmaq  hər  insana  nəsib  ola 
bilməzdi».  Belə  bir  dövrdə  yazıb-yaradan  S.Vurğunun 
Azərbaycaq  ədəbiyyatını,  mədəniyyətini,  eləcə  də  dünya 
ədəbiyyatını  zənginləşdirən  yaradıcılığının  böyüklüyünü,  onun 
öz  dövrünün  «şairlərinin  şairi»  olduğunu  söyləyən  H.Əliyev 
onun yaradıcılığında ən mühüm bir məqama tarixi qiymət verir: 
«Səməd  Vurğun  Azərbaycan  şeirinə  çox  böyük  yeniliklər 
gətiribdir... Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir 
dilini  xalq  dilinə  daha  da  yaxınlaşdırdı.  Onun  yazdığı  şeirləri 
xalqın bütün təbəqələri həm anlaya, həm də qavraya bildi, həm 
də  sevdi.  Beləliklə,  o,  Azərbyacan  şeirində  yeni  bir  yol  açdı. 
Səməd  Vurğun  Azərbaycan  klassiklərinin  ənənələrini  davam 
etdirərək,  bizim  dövrümüzdə  -məhz  20-ci,  30-cu,  40-cı  illərdə 
Azərbaycan  şeirini  daha  da  yüksəklərə  qaldırdı.  S.  Vurğunun 
şeiri  Azərbaycan  dilini  zənginləşdiribdir,  inkişaf  etdiribdir. 
Azərbaycan  dilini  hər  bir  azərbaycanlı  üçün  doğma,  sevimli, 
şirin  edibdir.  Bu  da  Səməd  Vurğunun  Azərbaycan  xalqı  qar-
şısında  göstərdiyi  xidmətlərdən  biridir».  Şairin  yaradıcılığının 
geniş  təhlilini  verən,  «Vaqif»  pyesi  üzərində  xüsusilə  dayanır, 
onun  poema  yaradıcılığını,    böyük  alim,  filosof  kimi 
fəaliyyətini  yada  salır:  «Səməd  Vurğun  Azərbaycan  Elmlər 
Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd 
Vurğun 
Elmlər 
Akademiyasının 
yaradılmasının 


 
Sənət, sənətkar və zaman
 
 
 
571 
təşəbbüsçülərindən  biridir.  O,  sadəcə  akademik  seçilmiş  bir 
adam  deyil.  S.Vurğun  və  məhz    onun  kimi  Ü.Hacıbəyov, 
H.Hüseynov,  Y.Məmmədəliyev,  M.Topçubaşov,  M.İbrahimov 
və  başqa  belə  insanların  təşəbbüsü  nəticəsində  1945-ci  ildə 
Azərbaycanın  Milli  Akademiyası  yaranıbdır.  Bu,  böyük  tarixi 
hadisədir.  Burada S.Vurğunun  xidmətləri  böyükdür.  Ən böyük 
xidməti  ondadır  ki,  S.Vurğun  ömrünün  son  illərində  həmin 
akademiyanın 
vitse-prezidenti 
vəzifəsini 
daşımışdır 
və 
Azərbaycan  elminin,  ədəbiyyatşünaslığının  inkişafında  çox 
əvəzsiz xidmətlər göstərmişdir». 
Heydər Əliyev bir dövlət başçısı kimi fəaliyyəti dövründə 
yazıçılarımızı  Sovet  İttifaqının  ən  yüksək  fəxri  adı  olan 
Sosialist  Əməyi  Qəhrəmanı  adına  (Süleyman  Rəhimov,  Sü-
leyman  Rüstəm,  Mirzə  İbrahimov,  Rəsul  Rza)    layiq  görmüş-
dür.    Süleyman  Rüstəmi  «nadir  insan»,  Tanrının  verdiyi  «fitri 
istedad  sahibi»,  onun  yaradıcılığının    nəsillərin  «təhsilinə, 
mənəviyyatına,  formalaşmasına  böyük  təsir»  etmiş  olduğunun 
danılmaz həqiqət olduğunu qeyd edir.  
Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi böyük 
sənətkarların,  o  dövrdə  repressiyaya  məruz  qalmış  nəslin 
nümayəndələri  kimi  ədəbiyyatımızı,  mədəniyyətimizi  inkişaf 
etdirmələrini təqdirəlayiq bilən prezident  «əgər 30-cu illərdə o 
itirdiklərimizlə  yanaşı,  Səməd  Vurğun,  Rəsul  Rza,  Süleyman 
Rüstəm    və  bizim  o  nəsildən  olan  görkəmli  başqa  şairlərimiz 
olmasaydı, 
onlar 
yazıb-yaratmasaydılar, 

əsərlərimiz 
olmasaydı,  indi  bizim  o  dövr  tariximizin,  ədəbiyyatı, 
mənəviyyatı,  mədəniyyəti  nədən  ibarət  olardı?  Mən  bizim 
ədəbiyyatımızı  Səməd  Vurğunsuz  da,  Rəsul  Rzasız  da, 
Süleyman  Rüstəmsiz  də  təsəvvür  edə  bilmirəm»,-deyir,  «əgər 
kimsə  80-ci  illərin  axırları,  90-cı  illərin  əvvəllərində  
tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
572 
onlar buna nail olurdusa, özləri heç bir xidmət etməmiş adamlar 
xalqa  sədaqətlə  xidmət  etmiş  insanları  aradan  çıxarmağa 
çalışırdılarsa,  bunlar  keçici  bir  şeydir.  Gördünüz  ki,  onlar 
keçdilər,  getdilər.  Bu  gün  onu  deyə  bilərəm  ki,  Süleyman 
Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların 
yaradıcılığında bugünkü uyğun olmayan hansısa nüansları tapıb 
irad  tutmaq,  hesab  edirəm  ki,  mənəviyyatsızlıqdır.  Belə 
adamların özləri xalq, millət, ölkə üçün heç nə etməyiblər, əgər 
bizim  xalq  dili  ilə  desək,  onlar  nə  Səməd  Vurğunun,  nə  Rəsul 
Rzanın, nə Süleyman Rüstəmin dırnağı belə ola bilməzlər». 
Ölkə prezidentini belə qəzəbləndirən amillər var idi. Öm-
rü  boyu  tariximizin  təhrif  olunduğunu,  düşmənlərimizin 
çoxluğunu, bizi bir millət, xalq kimi qiymətdən salmaq istəyən-
lərin  olduğu  bir  vaxtda  düşmən  dəyirmanına  su  tökənlərin 
içimizdə  olmasından  narahatlığını  gizlətmir,  «biz  tariximizi, 
millətimizi, xalqımızı belə adamlardan qorumalıyıq»-deyir. 
1975-ci  ildə    Sosialist Əməyi Qəhrəmanı adına  layiq gö-
rülmüş    ilk  nasir  Süleyman  Rəhimovun  90  illik  yubileyi  ilə 
bağlı  kitablarının  yenidən  çap  olunması,  Azərbaycan  ədəbi 
prosesində  novator  şair  kimi  tanınan,    poeziyada  yeni  bir  yol 
açan,  onu zənginləşdirən  R.Rzanın 90  illik  yubileyinin təntənə 
ilə  qeyd  olunması,  əsərlərin  yenidən  çapı  haqqında  verdiyi 
qərarlar,  yazıçı,  dramaturq  kimi  sevilən,  tanınan,  yüksək 
sənətkarlıqla  yazılmış  əsərləri  ilə  sevilən  İlyas  Əfəndiyevin 
müstəqil  Azərbaycan  respublikasının  «Şöhrət»  ordeninə  layiq 
görülməsi,  qadın  yazarlarımıza  hörmət  və  ehtiramı,  Məhsəti, 
Ağabəyim,  Heyran  xanım,  Natəvan  kimi  sənətkarlarımızla 
yanaşı    Mirvarid  Dilbazi,  Nigar  Rəfibəyli,  Mədinə  Gülgün, 
Hökümə Bülluri sənətinə,  yaradıcılığına verilən yüksək qiymət  
dövlət  başçısının  nəcib  keyfiyyətlərlə  zəngin  xarakterindən 
xəbər  verir.  Bir  dövlət  başçısı  kimi  qadın  əməyinə,  istedadına 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə