Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə142/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   139   140   141   142   143   144   145   146   147

 
Sənət, sənətkar və zaman
 
 
 
565 
keçmişimizi,  öz  mənəvi  dəyərlərimizi,  öz  mədəniyyətimizi 
olduğu  kimi  təhlil  edib  xalqımıza,  millətimizə  və  gələcək 
nəsillərə çatdırmağa qadirik». 
Heydər Əliyev xalq ədəbiyyatına, onun zəngin mənəvi ir-
sinə  qayğıyla  yanaşdığı  kimi,  klassik  sənətkarlarımızın  da  ya-
radıcılığının təbliğinə, onların müasir gənclik üçün təbliğinə də 
həmişə  diqqətlə  yanaşıb.  Əsərlərinin  nəşri,  yaradıcılığının 
tədqiqi  ilə  yanaşı  onların  Bakının,  şairlərin  doğulduğu 
bölgələrin  mərkəzi  yerlərində  möhtəşəm  abidələrini  ucaltdırdı. 
Nizaminin, 
Füzulinin, 
Nəsiminin, 
N.Nərimanovun, 
C.Cabbarlının, 
S.Vurğunun, 
Ə.Vahidin, 
M.Ə.Sabirin, 
M.F.Axundovun,  M.Müşfiqin  və  adını  çəkmədiyim  onlarca 
sənətkarımızın  heykəlləri  qoyulub,  adlarına  küçələr,  bağlar, 
parklar  salınıb.  Ölkədən  kənarda  da  adları  əbədiləşdirilir. 
Dünya  şöhrətli  dahi  sənətkar  Nizaminin  Heydər  Əliyevin 
təşəbbüsü  ilə  Sankt-Peterburqda  abidəsi  qoyuldu  və  təntənəli 
açılışı  oldu.  Onun  Nizami  haqqında  dəyərli  fikirləri  ədə-
biyyatımızın  klassik  dövrünə  dəyəri  kimi  də  qiymətləndirilə 
bilər:  «Bütün  Azərbaycan  xalqı    Nizami  ilə  fəxr  edir.  Onun 
yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il 
bundan  öncə  bu  qədər  böyük  əsərlər  yaratmaq!..  Bu  əsərlər 
təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, 
böyük  fəlsəfə,  dahi  fikirlər  var.  Buna  görə  onun  əsərləri  də 
yaşayır. Özü də yaşayır». Şəhərin mərkəzində abidəsi ucaldılan 
Nizami Azərbaycan ədəbiyyatının dahi ustadıdır. 
Heydər Əliyev Məhəmməd Füzulinin irsinin tədqiqi, nəşri 
sahəsində çox iş görüb, onun qüdrətli bir sənətkar kimi dünyada 
tanınmasıyla  fəxr  edən  dövlət  başçısı  idi.  1994-cü  ildə 
Füzulinin  500  illik  yubileyi  təkcə  Azərbaycanda  deyil, 
dünyanın  çox  yerində  keçirildi,  İranda,  İraqda  keçirilən, 
Bağdad və Kərbəlada keçirilən yubiley tədbirlərində Ədəbiyyat 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
566 
və  İncəsənət  xadimlərimizin  böyük  bir  qrupu  və  prezident 
H.Əliyev Rusiyada, Türkiyədə keçirilən tədbirlərdə şəxsən özü 
iştirak  etdi.  Orta  Asiya  respublikalarında,  Avropanın  bir  sıra 
ölkələrində,  Danimarkada,  Kanadada  keçirilən  şairin  500  illik 
yubileyində  xaricdə  yaşayan  soydaşlarımız da  yaxından  iştirak 
edirdi.  YUNESKO-nun  xətti  ilə  keçirilən  Füzulinin  əsərlərinin 
sərgisi dünya xalqlarına Azərbaycan ədəbiyyatının nələrə qadir 
olduğunu  sübut  edən    faktlar  idi.    Yubileyin  təşkilat 
komissiyasının  iclasında  H.Əliyev  böyük  sənətkarın  layiqli 
qiymətini  verdi:  «...Məhəmməd  Füzulinin  həyatı  da,  bütün 
yaradıcılığı da həm yüksək mənəviyyat, həm yüksək fəlsəfədir, 
həm də insanlara mənəvi, estetik qida verən bir mənbədir... Biz 
Məhəmməd  Füzuli  ilə  fəxr  edirik.  ...  biz  millətimizdən 
danışarkən deyirik ki, 500 il bundan öncə yaşamış azərbaycanlı 
Məhəmməd  Füzuli  dünya  mədəniyyətinə  öz  böyük  töhfəsini 
veribdir.  Məhz  Füzulinin  yaradıcılığı  və  əsərləri  ilə  göstəririk 
ki,  xalqımız  hansı  zənginliyə,  hansı  mədəniyyətə,  hansı 
mənəviyyata, hansı elmə malikdir». 
Heydər  Əliyev  şairin  500  illik  yubileyi  ilə  bağlı  «Füzuli 
adına  Beynəlxalq  Mükafatın  təsis  edilməsi  haqqında»,  «Füzuli 
ensiklopediyasının 
yaradılması 
haqqında», 
«Azərbaycan 
Respublikası  Elmlər  Akademiyasının  Əlyazmalar  İnstitutuna 
Məhəmməd  Füzulinin  adının  verilməsi  haqqında  çox  mühüm 
sənədləri  imzalamaqla  ədbiyyatımıza,  klassik  irsimizə  öz 
hörmət və ehtiramını ifadə etmiş oldu.  
Böyük  tarixi  şəxsiyyət  Azərbaycan  elminin,  mədəniyyə-
tinin,  maarifinin,  eləcə  də  ədəbiyyatının  inkişafında  müstəsna 
xidmətləri olan C.Məmmədquluzadə kimi xadimlərimizin ədəbi 
irsinə,  həyatına,  fəaliyyətinə  yüksək  dəyər  verir.  Cəlil 
Məmmədquluzadənin  Bakıda  böyük  təntənə  ilə  qeyd  olunan 
125  illik  yubileyində  çıxış  edərkən  dövlət  başçısı  fəxrlə 


 
Sənət, sənətkar və zaman
 
 
 
567 
«C.Məməmdquluzadə  Azərbyacan  tarixində  görkəmli  yer 
tutmuş  dahi  bir  insan,  yazıçı,  publisist,  filosof,  mütəfəkkir, 
xalqımızın mədəniyyətini  çox zənginləşdirmiş bir şəxsiyyətdir. 
O,  ədəbiyyatımızın,  mədəniyyətimizin  klassikidir.  Eyni 
zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim 
sıralarımızdadır.  Bizimlə  bərabər  Azərbaycanın  müstəqilliyinə 
sevinir  və  bizimlə  bərabər  Azərbaycan  Respublikasının  daim 
müstəqil  dövlət  olması  uğrunda  öz  yaradıcılığı  ilə,  qoyduğu 
mənəvi  irslə  çalışmaqdadır»,-  deyir.  Onun  «Molla  Nəsrəddin» 
curnalı 
ilə 
bağlı 
fəaliyyətini, 
bu 
curnalın 
dünyada 
məşhurluğunu,  yaratdığı  ölməz  səhnə  əsərlərinin  kamil  ideya-
məzmun  keyfiyyətlərinin  bir  ədəbiyyatşünas  kimi  də  düzgün 
təhlilini  verən  prezident  H.Əliyev  onun  ev  muzeyinin 
açılmasıyla  bağlı  verdiyi  fərmanın  yerinə  yetirildiyini, 
heykəltaraş  Mirqasımovun  yaratdığı  abidəsini  layiqincə 
dəyərləndirdi  və  Bakıda  da  onun  heykəlinin  qoyulmasının 
vacibliyini söylədi.  
Əliağa  Vahidin-Füzuli  ədəbi  irsinin  əsrimizdə  davamçısı 
qəzəlxan  şairin,  qüdrətli  qəzəl  ustası  kimi  tanınmış  sənətkarın 
1996-cı  ilin  avqustunda  100  illik  yubileyi  dövlət  səviyyəsində 
qeyd  edildi.  «Vahid  böyük  xəzinədir.  Xalqımız  Vahidi  həmişə 
sevibdir.  Onun  sağlığında  da,  o,  həyatdan  gedəndən  sonra  da 
Vahidin qəzəllərinə çox gözəl mahnılar bəstələnibdir» sözlərini 
hörmətli prezident yubiley gecəsində çıxışında bildirirdi. 
H.Əliyevin  əsrimizin  böyük  dramaturqu  C.Cabbarlının 
1982-ci  ildə  abidəsinin  açılışında  dediyi  dəyərli  fikirləri 
C.Cabbarlı  haqqında  yazılmış  cild-cild  kitablara  bərabərdir: 
«Cəfər  Cabbarlının  simasında  Azərbaycan  mədəniyyəti  elə  bir 
yeni sənətkar tapdı ki, onun üçün ədəbiyyat  və sənət yalnız real 
həyatı əks etdirmək vasitəsi deyildi. Həm də həyatın mürəkkəb 
inkişafına  fəal  müdaxilə  etmək  vasitəsi  idi.  Şair,  nasir  və 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
568 
dramaturq  C.Cabbarlının  yaradıcılığı  çoxşaxəlidir.  Onun 
gördüyü  işlər  sözün  əsl  mənasında  yorulmaz  əmək  fədaisinin 
hünəridir». 
Nəriman  Nərimanovun,  Nəsiminin,  Vaqifin  Şuşadakı 
məqbərəsinin,  Naxçıvanda  Hüseyn  Cavidin  məqbərəsinin  açı-
lışında  şəxsən  özü  də  iştirak  edən  dövlət  başçısı  həmişə  ədəbi 
mühitlə  sıx  əlaqə  yaratmış,  Azərbaycan  mədəniyyətinə, 
ədəbiyyatına bağlı olduğunu işiylə, fəaliyyətiylə sübut etmişdir. 
XX əsrin böyük ədibi, repressiyaya məruz qalmış Sibirdə 
vəfat etmiş,  böyük irsi talanmış,  məhv edilmiş,  böyük sənətkar 
Hüseyn Cavid  irsinə,  şəxsiyyətinə prezidentin göstərdiyi  qayğı 
və  diqqət  repressiyaya  məruz  qalmış  yüzlərcə  ədib  və 
şairlərimizə hörmət və ehtiram kimi dəyərləndirilməlidir. Sovet 
imperiyasının  qılıncının  kəskin  dövründə  belə  ədəbi  irsimizə, 
mədəniyyətimizə, ədəbiyyatımıza çətinliklə də olsa öz qayğı və 
köməyini 
əsirgəməyən 
Prezident 
müstəqil 
Azərbaycan 
dövlətinin  rəhbəri  kimi  yenidən  hakimiyyətə  gələndə  sanki 
illərlə  ürəyində  yatıb  qalmış  arzularını  həyata  keçirmək  üçün 
yorulmadan  işə  girişdi.  Hələ  1982-ci  ildə  Cavidin    cənazəsini 
Azərbaycana  gətirdən,  onun  Naxçıvanda  da  dəfnini  məsləhət 
bilən  prezident  H.  Əliyev  1981-ci  ildə  onun  100  illik 
yubileyinin  keçirilməsi    haqqında  qərar  qəbul  etmişdi.  Şairin 
məzarı  üstündə  tikiləcək  məqbərənin  kağız  üstündə  qalmasına 
səbəb ölkə başçısının 1982-ci ildə Moskvaya aparılması, orada 
işləməsi,  dəfələrlə  bu  məsələylə  bağlı  müəyyən  işlər  görsə  də, 
Azərbaycanda  rəhbərlik  edən  kəslərin    «bunun  mahiyyətini, 
əhəmiyyətini  dərk  edə  bilməməsindən»  məsələni  yubatdılar. 
Bunu  təəssüflə  qeyd  edən  dövlət  başçısı  1996-cı  ildə  özünün 
fəaliyyəti  dövründə  Hüseyn  Cavidə  qoyulan  məqbərənin 
açılışında  iştirak  etdi,  bu  böyük  sənətkarın  XX  əsr 
ədəbiyyatının  inkişafında  xidmətlərini  dilə  gətirdi,  onun 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə