Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə146/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   139   140   141   142   143   144   145   146   147

 
Sənət, sənətkar və zaman
 
 
 
581 
yazıçı  və  şairinin  öz  müstəqil  yaradıcılığı  və  fərdi  üslubu  ilə 
ümumi  ədəbi  prosesi  tamamladığı  haqqında  tənqidçilər  sovet 
ideologiyasına  əsasən  fikirlərini  bildirmişlər.  Azərbaycan 
Yazıçılar Birliyinin tərkibində - 
Naxçıvan Yazıçılar Birliyi;  
 
Qazax bölməsi;  
 
Qarabağ bölməsi;  
 
Quba bölməsi;  
 
Gəncə bölməsi;  
 
Lənkəran bölməsi;  
 
Sumqayıt bölməsi;  
 
Şirvan bölməsi;  
 
Şəki bölməsi;  
 
Mingəçevir bölməsi;  
 
Aran bölməsi;  
 
Moskva bölməsi;  
 
Borçalı bölməsi;  
 
Göyçə-Zəngəzur bolməsi, 
 
Türkiyə bölməsi 
 -  fəaliyyət  göstərir».  Azərbaycan  Yazıçılar  Birliyinin 
tərkibində  olan  zona  bölmələri,  Ədəbiyyat  Fondu,  Tərcümə 
Mərkəzi,  Ədəbiyyatı  Təbliğ  və  Müəllif  Hüquqları  Bürosu, 
Şüvəlan  Yaradıcılıq  Evi,  redaksiyalar  və  digər  idarə  və 
müəssisələr Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarına 
öz fəaliyyəti barədə hesabat verir. 
Azərbaycan Yazıçılar Birliyi katibliyinin bölmələri, digər 
yaradıcı təşkilatları,  yeni  ədəbi orqanları  və sair  yaratmaq, tər-
kibində olan dərgiləri, qəzetləri və qurumları bağlamaq hüququ 
var». XX əsr Azərbaycan xalqının həyatında ən yüksək mərhələ 
təşkil  edən  əsrdir.  Bu  əsrdə    baş  verən  tarixi  hadisələrin 
məngənəsində Azərbaycan xalqı ən çətin, ən şərəfli  illərini ya-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
582 
şadı.  Dünyanı  məhvərindən  tərpədən  sosializm  quruculuğu 
ideyaları  dünyanın  bir  çox  ölkələrini  tufan  kimi  qoynuna  al-
dıqda  Azərbaycanın da qismətinə 70  il  sosialist  ideologiyasına 
xidmət etmək düşdü. Nə qədər çətinlik içərisində yaşamış olsaq 
da,  yenə  qazandıqlarımızı  da  unuda  bilmərik.  Heç  vaxt 
unutmamalıyıq  ki,  Azərbaycan  70  ildə  böyük  nailiyyətlər  əldə 
etmişdir.  Bu  əsrdə  Azərbaycanda  boyük  bir  ziyalı  ordusu 
yetişmişdir.  Onun  yüksək  ixtisaslı  kadrlarının  səsi  dünyanın 
beynəlxalq konqreslərindən gəlir.  
Əvvəlki  əsrlərdə  biz  tariximizin  çox  şanlı  və  eyni  za-
manda acınacaqlı taleyinin üstündən sükutla ötüb keçmişik. XX 
əsr  isə  bütün  varlığıyla  gözümüzün  önündədir.  Onun  tarixini 
tarixçilər yazacaq. Özü də bu şərəfli işin öhdəsindən inanırıq ki, 
ləyaqətlə gələcəklər.  
Bəşər tarixində XX əsr Sovet ədəbiyyatı deyilən  bir ədə-
biyyatın  yaradıcılarının  öz  fikir  və  duyğularını  ifadə  etməkdə  
çəkdikləri çətinliklər göz qabağındadır. Lakin  sovet ədəbiyyatı 
deyilən  ədəbiyyatın  yaradıcılarının  gərgin  əməkləri  sayəsində 
yaratdıqları  qüdrətli  sənət  əsərləri  bir  daha  sübut  edir  ki,  bu 
ədəbiyyatın  nümayəndələri  psixoloci  və  cismani  gərginliklər 
içərisində  yaşayıb–yaratmışsalar  da,  ədəbiyyat  aləmində  öz 
sözlərini  deməyi  bacarmışlar.  Milli-mənəvi  sərvətlərimizin  ən 
nadir  nümunələrini  yaratmış,  yüksək  bəşəri  ideyaları tərənnüm 
etmiş  və  mənsub  olduqları  xalqlara  da    azadlıq,  müstəqillik 
ideyalarının nə qədər şirin olduğunu anlada bilmişlər. 
Bu  kitabda  XX  əsrdə  yazıb-yaratmış  şair,  yazıçı  və  ədə-
biyyatşünaslarımızın  həyatından,  sənətindən  çox  az  miqdarda 
olsa  da  söhbət  açdıq.  Bir  əsr  ərzində  yazılan  əsərləri  tərəzinin 
bir  gözünə  qoysaq,  onların    bu  sənət  əsərlərini  yazarkən 
başlarına  gətirilən  müsibətləri  də  bir  gözünə  qoysaq  tərəzi  öz 
tarazlığını  itirməz.  Hamımızın  böyük  hörmət  və  məhəbbətlə 


 
Sənət, sənətkar və zaman
 
 
 
583 
əsərlərini  oxuduğumuz,  tamaşalarına  bax-dığımız  şairlərimiz, 
yazıçılarımız,  tənqidçilərimizin  bu  əsrdə  onların  başına 
gətirilən 
əzablara, 
işgəncələrə 
mətanətlə 
dözərək 
ədəbiyyatımızın  inkişafı  üçün  nələr  etdiyi  göz  qabağındadır. 
Onlar  ləyaqətlə  sübut  etmişlər  ki,  Nizami,  Füzuli,  Vaqif, 
Ələsgər  kimi  sənət  dahilərindən  dərs  almışlar.  Onlar  böyük 
əqidə  sahibləridir.  Onlar  qürbətin  də  acısını  dadıblar,  Onlar 
haqq  sözünə  görə  Nəsimi  tək  diri–diri  soyulublar,  gördükləri 
dəhşətlər  içərisində dəmir kimi döyülüblər,  bərkiyiblər.  Dünya 
ədəbiyyatında ən aparıcı mövzu olan bəşəri duyğuları tərənnüm 
ediblər,  ədəbiyyat,  sənət  aləmində  layiqli  yerlərini  tutublar, 
xalq  içərisində  seviliblər,  sevilirlər.  Azərbaycan  ədəbiyyatı 
özündən  əvvəlki  sənətin  özülü  üzərində  qurulub.  Bunlar 
ədəbiyyatın,  sənətin  təməl  daşını  şifahi  şəkildə  qoyan 
Azərbaycan xalqının övladlarıdır. 
 
Onlar  özlərindən  əvvəlki  irsi  qoruyub  saxlayan,  bu  irsə 
hörmətlə  yanaşan,  öz  sələfləri  olan  Dədə  Qorqud,  Nizami, 
Füzuli,  Vaqif  irsini  dünya  xalqlarına  çatdıran,  bu  irsə  böyük 
hörmətlə  yanaşan,  onların  yubileylərinin  dünya  dövlətlərinin 
mədəniyyəti  səviyyəsində    təntənəli  şəkildə  qeyd  edilməsinin 
təşkilatçılarıdırlar.  Bu  insanlar öz  yaradıcılıqlarında dönə-dönə 
qələmiylə dünya mədəniyyətinə  əvəzsiz töhfələr verən Nizami, 
Füzuli, Sabir sənətinə bağlı olan, bu yolda canını qurban verən 
Almaz İldırım,  Əhməd Cavad,  Hüseyn Cavid,  Mikayıl  Müşfiq 
kimi  şəhid  sənətkarların  sənəti,  sözü,  əqidəsi  qarşısında  baş 
əyən oğullardır. 
Azərbaycanın  qüdrətli  qələm  sahibləri  Azərbaycan  ədə-
biyyatını  XX  əsrdə  elə  bir  zirvəyə  qaldırmışlar  ki,  artıq  dünya 
onun  bu əsrdə  yetişmiş  neçə-neçə   sənətkarlarını  tanıyır,  sevir. 
Bu  da  bir  daha  sübut  edir  ki,  bu  millətin  qələmi  güclü,  bədii 
təfəkkürü zəngin, ürəyi bütün azadlıq sevən insanlara açıqdır.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
584 
İllər  ötəcək,  nə  vaxtsa  XXI  əsrə  də  beləcə  ötəri  nəzər 
salınacaq,  bu  dövrdə  yazıb-yaradan  şəxsiyyətlərdən,  onların 
yaradıcılıq yolundan söhbət açacaq və fəxrlə deyəcəklər ki, XX 
əsr  sənətinin  davamçılarının  belə  uğurlu  yolu  olmalıydı.  Hər 
kəs öz fikrini azad surətdə ifadə etmək, könlü istəyəni yazmaq 
uğrunda  ən  çox  qurbanlarını  məhz  XX  əsrdə  verib  və  onu  da 
unutmayacaqlar ki,  məhz elə  bu əsrdə də söz azadlığı uğrunda 
mübarizədə  əziliblər,  təhqir  olunublar,  həm  cismən,  həm  də 
mənəvi  zərbələr  alıblar  və  yenə  bu  yoldan  çəkinməyərək 
qələbələr əldə ediblər. Azərbaycan Demokratik Respublikasının 
azadlıq,  müstəqillik  uğrunda  apardığı  mübarizəni  tərənnüm 
edən  ilk  sənət  əsərlərini  də  onlar  yazıblar.  Buna  görə  də onlar 
unutmayacaqlar ki, onlar da milli müstəqillik uğrunda mübarizə 
aparan  sənət  sahiblərinin  bu  yolda  çəkdikləri  əzab-əziyyətləri 
qiymətləndirməli,  onların  irsini  gələcək  nəsillərə  çatdırmaq 
üçün göz bəbəyi kimi qoruyub saxlamalıdır. 
Zaman  öz  axarındadır,  onu  geri  qaytarmaq,  tutub  sax-
lamaq  olmur.  Ancaq  zaman  insan  həyatında,  taleyində  elə  şı-
rımlar  açır  ki,  tarix  bunu  özü  də  bilmədən  öz  dəftərinə  qeyd 
edir.  XX  əsrin  şair,  yazıçı,  sənətkar  taleyi  də  tarixin 
dəftərindədir.  Bu da bir yazı, qismət idi. Yazıya isə pozu yox-
dur.  Bu  gün  sənətinə  hörmət  etdiyimiz,  ideyalarını  özümüzə 
doğma    bildiyimiz  şairlərimiz,  sənətkarlarımız  dönə-dönə  yad 
edilir, dövlət onların əməyini yüksək qiymətləndirir, xalq onları 
sevir.  Gələcəyə ümidlə  baxa  bilərik.  XXI əsrin  yazarlarının da 
bu gün dövlət qayğısına böyük ehtiyacı vardır. Keçid dövrünün 
çətinliklərini yaşayan orta  nəsil sənətkarlarının əsərlərinin işıq 
üzü  görməsi  üçün,  onların  az  da  olsa  yaşayış  imkanlarının 
yaxşılaşdırılması  üçün  görülə  biləcək  hər  bir  xeyirxah  iş  də 
tarixdə  qalandır,  unudulmayandır.  Yazıçının,  şairin,  sənətkarın 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə