Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar


Sənət, sənətkar və zaman       557  HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə140/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   136   137   138   139   140   141   142   143   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
557 
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN 
 ƏDƏBİYYATI 
 
Azərbaycan  ədəbiyyatının  inkişafında  misilsiz  xidmətləri 
olan böyük bir şəxsiyyət var. O, bu gün xalqımızın ümummilli 
lider  kimi  yüksək  ada  layiq  gördüyü  tarixi  şəxsiyyət, 
Azərbaycan dövlətinin mahir sərkərdəsi, dövlət başçısı, mənəvi 
sirdaşı,  mənəvi  qardaşı  olmuş  Heydər  Əliyevdir.  Azərbaycan 
mədəniyyəti,  ədəbiyyatı  onun  misli  görünməmiş  qayğıları  ilə 
əhatə  olunmuşdu.  1969-cu  ildən  üzübəri  müəyyən  fasilələrlə 
Azərbaycan  dövlətinə  rəhbərlik  edən  H.Əliyev  Azərbaycan 
ədəbiyyatına-onun  şair  və  yazıçılarına,  alim,  tənqidçi  və 
dramaturqlarına arxa, dayaq olub. 
Onun  sayəsində  Bakı  həmişə  ədəbiyyat  və  mədəniyyət 
günlərinin keçirilidiyi mərkəzə çevrilmişdi. O nəinki xalq ədəbi 
irsinə,  eləcə  də  klassik  ədəbi  irsimizə  daima  bağlı  olmuşdur. 
Sovet  dövründə  «Yazıçıların  Ümumittifaq  konfransı»ndakı 
nitqində  deyir:  «Azərbaycan  poeziyası,  bədii  ədəbiyyatı  uzaq 
keçmişə  dərin  köklərlə  bağlıdır.  Onun  tarixi  xalqın  bədii 
şüurunun  yaranması  və  inkişafı    tarixidir.  Öz  dahi 
yaradıcılarının şəxsində ədəbiyyat xalqın istək və arzularının ən 
mühüm  ifadə  forması,  azadlıq  və  istiqlaliyyət  uğrunda  açıq  və 
«üstüörtülü» mübarizənin  başlıca vasitələrindən biri idi. Xalqın 
həyatının  bədii  salnaməsi  olan,  öz  dövrünün  mütərəqqi  və 
humanist  ideyalarından  qidalanan  Azərbaycan  klassikası 
həmişə  nəcib  və  pak  mənəvi  ideyalar,  ideya-fəlsəfi  axtarışlar 
ədəbiyyatı olmuşdur». 
 Heydər Əliyev Azərbaycan klassik ədəbiyyatına dərindən 
bələd  bir  alim  kimi  X11  əsr  Nizami,  Xaqaninin  timasalında 
intibah  dövrünü  keçirən  Azərbaycan  ədəbiyyatının  sonrakı 
əsrlərdə  Nəsiminin,  Füzulinin,  Vaqifin,  M.F.Axundovun, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
558 
Sabirin  timsalında  dünya  şöhrəti  qazandığını,  dünya  ədəbi 
prosesinə  təsirini,  «Avropa  ədəbiyyatını  ideyalar,  mövzular  və 
sücetlərlə zənginləşdirdiyini» gözəl bilirdi. Ömrünün böyük bir 
hissəsini Azərbaycan dövlətçiliyinin inkişafına həsr edən dövlət 
başçısı Azərbyacan ədəbiyyatına da daima diqqət göstərmişdir.  
Heydər Əliyevin ədəbiyyatla bağlı fikir və mülahizələrini 
nəzərdən  keçirdikdə  onun  bir  alim,  tənqidçi,  ədəbiyyatşünas 
kimi  yüksək  elmi-nəzəri  düşüncələrinin,  fikirlərinin  şahidi 
oluruq.  «Kitabi-Dədə  Qorqud»  ensiklopediyasının  1-ci  cildinə 
yazıdığı  ön  sözü  gözdən  keçirərkən  dediklərimizin  faktlarla 
sübütunu 
gördük. 
Onun 
ədəbiyyatşünaslığında 
Qazi 
Bürhanəddin,  Şah  İsmayıl  Xətayi  duyumlarını  gördük. 
Dövlətçilik  prinsipləri  içində  ədəbiyyatın  yerini  görür.    1300 
illik yubileyi qeyd olunan «Kitabi-Dədə Qorqud»u «gənc nəslə 
ünvanlanan  bir  kitab»  kimi  dəyərləndirərkən  narahat  olduğu 
məqamları  dilə  gətirir.  Ona  tarixi  reallıqlarla  yanaşır: 
«müstəqilliyə  nail  olmaq  və  həyatın  bir  çox  sahələrində  köklü 
dəyişikliklər  etmək  çox  çətin  və  məsul  bir  prosesdir.  Müs-
təqilliyi  elan  etmək,  onun  möhkəmləndirilməsi  istiqamətində 
dövlət  tədbirləri  həyata  keçirmək  nə  qədər  vacib  olsa  da,  əsl 
müstəqilliyi qazanmaq üçün  bu hələ azdır.  Gərək hər bir  insan 
və  xüsusən  gənc  nəsil  müstəqilliyin  nə  qədər  müqəddəs 
olduğunu  bütün  varlığı  ilə  dərk  etsin.  Bunun  üçün  isə  o, 
azərbaycançılığın,  mənsub  olduğu  xalqın  mədəniyyətinin, 
ədəbiyyatının,  incəsənətinin,  elminin  nə  olduğunu  dərindən 
bilməlidir.  Bu  çox  mühüm  məsələdir.  Məhz  bu  baxımdan 
«Kitabi-Dədə Qorqud ensiklopediyası»  ilk  növbədə gənc  nəslə 
ünvanlanan kitabdır».   
Böyük tarixi şəxsiyyət taleyüklü məsələlərin həyata keçi-
rilməsi,  müstəqilliyimizin  möhkəmləndirilməsi  üçün  tariximizi 
yaxşı  bilməyimizi,  milli  köklərdən  qaynaqlanmaqla,  öz  tarixi 


 
Sənət, sənətkar və zaman
 
 
 
559 
keçmişimizin  dəyərli  tarixini  öyrənməklə,  varisi  olduğumuz 
mədəni  irsimizi  dərindən  mənimsəməklə,  ondan  böyük  qürur 
duymaqla qazanacağımız müvəffəqiyyətləri uzaqgörənliklə dilə 
gətirir:  «Bizim  zəngin  tariximiz,  qədim  mədəniyyətimiz  və 
milli  dəyərlərimiz  «Kitabi-Dədə  Qorqud»  eposunda  öz  əksini  
tapmışdır.  Bu  epos  bizim  ümumi  sərvətimizdir  və  hər  bir 
azərbaycanlı  onunla  haqlı  olaraq  fəxr  edə  bilər.  Dastanın 
məzmununu,  onun  hər  bir  kəlməsini  hər  bir  azərbaycanlı 
məktəbdən  başlayaraq  bilməlidir.  Bu  bizim  ana kitabımızdır.... 
dünya  qorqudşünaslığı  «Kitabi-Dədə  Qorqud»un  istər  etnik, 
mənşə,  istər  tarixi-coğrafi,  ərazi,  istərsə  də  dil  və  məfkurə 
baxımından  Azərbaycan  xalqına  mənsub  olması  fikrini  qəti 
şəkildə təsdiq edir. «Kitabi-Dədə Qorqud»un Azərbaycan tarixi 
üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir». 
Bir  ədəbiyyatşünas  kimi  dastanı  «qəhrəmanlıq  eposu», 
«bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir epos» 
adlandırır,  əsərin  əsas  ideyasının  «baş  sərkərdədən  tutmuş 
böyükdən 
kiçiyə 
kimi 
bütün 
qəhrəmanlarının 
doğma 
torpaqlarını  qorumaq  uğrunda  canlarından  keçməyə  hazır 
olduqlarını  göstərməkdir»-deyir  və  əsas  fikrini  bildirir  ki,  « 
ölkəmizin  yaşadığı  bugünkü  mərhələdə  xalqımızın  qarşısında 
duran  ən  ümdə  problemlərin  həlli,  o  cümlədən  respublikanın 
suverenliyinin  və  müstəqilliyinin  möhkəmləndirilməsi,  ərazi 
bütövlüyünün  qorunması  baxımından  müasir  Azərbaycan 
Respublikası  vətəndaşlarının  qəhrəmanlıq  ideologiyasından 
faydalanmasının nə dərəcədə vacib olduğu gün kimi aydındır». 
Dastanın  etik,  estetik  keyfiyyətləri  haqqında,  Dədə  Qor-
qud  fəlsəfəsi  haqqında,  dastanın  dilimiz,  mənəviyyatımızla 
bağlı kəsb etdiyi mədəni estetik əhəmiyyəti haqqında söylədiyi 
dəyərli fikirlər, dastanın yaranma, inkişaf prosesi, tədqiqi tarixi 
ilə  bağlı  mühakimələri  maraq  doğurur.  XX  əsr  tarixində 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
560 
dastanın təqiblərə məruz qaldığını, onu üzə çıxaran Əmin Abid, 
B.Çobanzadə kimi tədqiqatçıların repressiyaya məruz qaldığını, 
müharibə  dövründə  xalqın  düşəmənə  qarşı  mübarizə  ruhunu 
artırmaq  üçün  «Koroğlu,  «Dədə  Qorqud»  kimi    dastanlardan 
istifadə  etməyə  cəhd  göstərildiyini,  müharibədən  sonra  dinc 
quruculuq  illərində    «gənc  nəslin  «Kitabi-Dədə  Qorqud» 
ruhunda tərbiyə edilməsinə  yasaq qoyulmasını,  «ədəbiyyata və 
incəsənətə qarşı yönəldilmiş məşhur «Cdanov qərarları»nın ab-
havasına  uyğun  olaraq 
«Kitabi-Dədə  Qorqud»a  qarşı 
hücumlar»ın  başlandığını  unutmur:  «Əgər  1949-cu  ildə 
akademik  Heydər  Hüseynovun  «X1X  əsrdə  Azərbaycanda 
ictimai və fəlsəfi fikir tarixindən» əsəri tənqid atəşinə tutularaq 
Azərbaycan  xalqının  tarixinə  yanlış,  elmə  zidd  qiymət 
verməkdə  ittiham  olunurdusa,  bundan  sonra  «Kitabi-Dədə 
Qorqud» eposunun ümumən xalq  eposu olmadığı bildirilirdi və 
bu  eposu  «yayanları  amansızlıqla  ifşa  etmək  və  onlara  divan 
tutmaq» şüarları səsləndi».  
H.Araslının,  M.Təhmasibin,  Bartoldun  ruscaya  çevirib 
çap  etdirdiyi  «Kniqa  moeqo  Deda  Korquda»  kitabının  sovet 
reciminin  sərt  reaksiyasına  məruz  qaldığını  xatırladan  dövlət 
başçısı  «sonrakı  dövrlərdə  bu  eposun  xalqa  zidd  olduğu, 
Azərbaycan  xalqına  məxsus  olmadığı  haqqında  dövlət 
səviyyəsində  işlərin  davam  etdirildi»yini  bildirir.  H.  Əliyev 
1950-ci il partiya yığıncağında deyilən fikirləri diqqətə çatdırır. 
Həmin 
partiya 
yığıncağının 
hesabatında 
deyilirdi: 
«Pantürkistlər  tərəfindən  Azərbaycan  ədəbiyyatının  qədim 
abidəsi kimi qələmə verilən «Dədə Qorqud» eposunun mürtəce 
burcua 
millətçilik 
mahiyyəti 
son 
zamanlaradək 
ifşa 
edilməmişdir.  «Dədə  Qorqud» eposunun  Azərbaycan  xalqı  ilə, 
onun  tarixi,  folkloru  və  dili  ilə  heç  bir  əlaqəsi  yoxdur.  «Dədə 
Qorqud»da  Azərbaycan  xalqı  üçün  yabançı  olan  həyat  tərzi, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə