Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə141/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   137   138   139   140   141   142   143   144   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
561 
adət və ənənələr təsvir edilmişdir. ... Dədə Qorqud»un mətnini 
nəşr  edən  Həmid  Araslı  eposun  yalnız  ideyasını  deyil,  onun 
dilini  də  saxtalaşdırmış  və  Azərbaycan  dilinə  süni  surətdə 
uyğunlaşdırmışdır.  Dəmirçizadə  bununla  kifayətlənməyərək 
uşaqlar  üçün  «Dədə  Qorqud»  mövzuları  əsasında  «Qaraca 
Çoban»  adlı  zərərli  pyes  yazmış  və  Azərbaycan  Dövlət 
Filarmoniyası üçün xüsusi konsert proqramı tərtib etmişdir». 
Heydər Əliyev eposun əleyhinə, alimlərin əleyhinə dövlət 
səviyyəsində  ittihamların  uzun  müddət  davam  etdiyini,  başqa 
türkdilli  respublikalarda,  Türkmənistanda    xüsusilə  «dəhşətli 
təbliğat»  aparıldığı,  bununla  «eposa  qadağa  damğası» 
vurulduğunu,  onun  dərslik  və  proqramlardan  çıxarıldığını, 
bununla belə prinsipial əqidə sahiblərinin mübarizəsinin davam 
etdiyini,  1957-ci  ildə  «Kommunist»  qəzetində  H.Araslı, 
Ə.Dəmirçizadə,  M.Arif,  M.Təhmasibin  yazdığı  «Dədə  Qorqud 
dastanları» məqaləsi ilə eposun «Azərbaycandakı yasağına son 
qoyuldu»ğunu 
açıqlayır, 
dastanla 
bağlı 
çoxlu 
sayda 
məqalələrin,  əsərlərin,  şairlərin  müxtəlif  əsərlər  yazsa  da,  ona 
dövlət  himayəsinin  olmamasından,  Dədə  Qorqudla  bağlı 
yüksək  səviyyədə  tədbirin  təşkil  edilməməsindən  təəssüflənir.  
Eyni  zamanda  bunun  səbəblərini  də  dilə  gətirir,  xalqımıza 
vurulan 
pantürkist 
damğasını, 
alimlərimizin, 
ictimai 
xadimətlərimizin,  həbs  olunduğunu,  repressiyaya  məruz 
qaldığını,   yazılan əsərlərin məhv edildiyini nəzərə alıb cəsarət 
edə bilmədiklərini deyir.  
Lakin xalqımızın tədqiqatçı alimlərinin, sənət adamlarının 
belə bir çətin şəraitdə də işlədiklərini, fədakarlıq göstərdiklərini 
qeyd  edir.  Ü.Hacıbəyovun  «Koroğlu»su  ilə  xalqımızın 
Koroğlunu  daha  dərindən  dərk  etdiyini,  S.Vurğunun  «Vaqif» 
dramı    ilə  şairin  həm  əsərləri,  həm  də  tarixi  şəxsiyyət  kimi 
tərcümeyi-halı,  Ələsgər  Ələkbərovun  ifasında  yaradılan  Vaqif 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
562 
obrazının  yaddaşlara  həkk  olmasını  diqqətəlayiq  bilir.  «Dədə 
Qorqud»  dastanlarının  təbliğində  Anarın  rolunu  xüsusilə  qeyd 
edir:  «Məhz  «Kitabi-Dədə  Qorqud»un  təbliği  baxımından 
Anarın  xidmətlərini  xüsusi  qeyd  etmək  istəyirəm.    Bəlkə  də 
Anar  uşaqlar  üçün  Dədə  Qorqud  haqqında  kitab  yazanda, 
yaxud  Qorqudla  bağlı  başqa  kitablarını  yazanda  çoxları  bunun 
nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. 
Amma  indi  biz  artıq  öz  milli  dəyərlərimizi,  köklərimizi, 
tariximizi  olduğu  kimi  təsvir  etməyə  çalışarkən  vaxtilə  atılmış 
belə  addımların  nə  qədər  qiymətli  olduğunu  dərk  edirik.  Mən 
Anarın  bu  münasibətlə  yaratdığı  filmi  də  qiymətləndirirəm. 
Təqdirəlayiqdir  ki,  «Kitabi-Dədə  Qorqud»  ensiklopediyasının 
yaranma  ideyası  da  məhz  Anara  məxsusdur».  Bu  böyük 
dastanın «Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və 
zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq hadisə 
olduğunu  nəzərə  alaraq  dastanın  «1300  illik  yubileyinin 
layiqincə  hazırlanması  və  keçirilməsi  məqsədilə  1997-ci  il 
aprelin  20-də»  imzaladığı  fərmanın  böyük  tarixi  əhəmiyyətini 
vurğuladı:  «Bu  fərmanla  biz  bildirdik  ki,  «Kitabi-Dədə  Qor-
qud»  dastanı  bütün  türk  dünyasına  məxsusdur,  onun  vətəni 
Azərbaycandır, 
sahibi 
Azərbaycan 
xalqıdır, 
müstəqil 
Azərbaycan  dövlətidir».  Dastanın  yubileyinin  keçirilməsi, 
hazırlanan,  keçirilən  tədbirlərlə  yanaşı  prezident  onun  ensik-
lopediyasının  yaranmasının  böyük  əhəmiyyətini  xüsusilə  qeyd 
etdi:  «Ensiklopediya  gənc  qorqudşünas  alimlər  nəslinin 
yetişdirilməsi  üçün  əsas  ilkin  mənbələrdən  biri  olacaqdır.  O, 
geniş  oxucu  kütlələrinin    faydalana  biləcəyi  məlumatları  da 
əhatə  etdiyinə  görə  «Kitabi-Dədə  Qorqud»un  xalq  arasında 
geniş  təbliğ  olunmasına  imkan  yaradacaqdır.  Ensiklopediya 
Azərbaycanın  dövlət  müstəqilliyinin  bəhrələrindəndir.  Onun 
məhz  müstəqillik  dövründə  yaranması  da  olduqca  önəmlidir. 


 
Sənət, sənətkar və zaman
 
 
 
563 
Biz  indi  sərbəstik,  azadıq,  müstəqilik,  biz  tariximizi  olduğu 
kimi  tədqiq  edirik  və  bundan  sonra  da  edəcəyik.  Biz  öz 
tariximizlə,  mədəniyyətimizlə,  ədəbiyyatımızla  fəxr  edirik  və 
fəxr  etməyə  haqqımız  vardır.  Həqiqətən  də,  «Kitabi-Dədə 
Qorqud»  dastanı  kimi  böyük  elm,  mədəniyyət,  ədəbiyyat 
abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər». 
2000-ci ildə Bakıda  bu təntənəli yubileydə  türkdilli döv-
lət  və  məclis  başçıları,  türkdilli  xalqların  görkəmli  şair,  nasir, 
ədəbiyyatşünas,  qorqudşünas  alimləri,  incəsənət  xadimləri, 
beynəlxalq 
təşkilatların 
nümayəndələri 
qatılmaqla 
həm 
xalqımızın  milli  sərvətinə,  həm  də  H.Əliyev  şəxsiyyətinə 
bəslənən  hörmət və ehtiramın  nəticəsi  idi.  Eyni zamanda 1300 
illik  yubileydə  öz  çıxışında  dövlət  başçısı  türk  xalqlarının 
birliyi,  inkişafı  məsələlərinə  də  toxundu.  Bakıda  keçirilən 
Türkdilli  Dövlətlər  Birliyinin  IV  Bakı  zirvə  görüşündə    bu 
birliyin  yarandığı vaxtdan keçmiş 8 il ərzində görülmüş işlərin 
nəzərdən  keçirildiyini,  bu  birliyin  yaranmasının    xalqlarımızın 
hər birinin həyatında böyük hadisə olduğunu və bunun gələcək 
üçün  də  gərəkli  olacağını  vurğuladı.  IV  zirvə  toplantısından 
sonra «Kitabi-Dədə Qorqud»un yubileyinə toplaşmış qonaqları 
salamladı:  «mən  bu  yubileydə  iştirak  edənlərin,  bizim 
dəvətimizi  qəbul  edib  Azərbaycana  gələnlərin  hamısına 
təşəkkürümü bildirirəm və onların hamısını salamlayıram. 
Türkiyə Cümhuriyyətinin Prezidenti, Azərbaycan xalqının 
böyük dostu, əziz qardaşım  Süleyman Dəmirəli salamlayıram. 
Qazaxıstan  Respublikasının  Prezidenti,  hörmətli  qona-
ğımız,  əziz  dostum,  qardaşım  Nursultan  Nazarbayevi  sa-
lamlayıram! 
Qırğızıstan  Respublikasının  Prezidenti,  əziz  dostum, 
qardaşım Əsgər Akayevi salamlayıram! 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
564 
Özbəkistan  respublikasının  nümayəndə  heyətinin  başçısı, 
Özbəkistan  Milli  Məclisinin  sədri  hörmətli  Erkin  Xəlilovu 
salamlayıram! 
Türkmənistan  Respublikasının  nümayəndə  heyətinin 
başçısı,  Türkmənistan  Məclisinin  sədri  hörmətli  Səhhət  Mu-
radovu salamlayıram! 
YUNESKO təşkilatının baş direktoru, hörmətli qonağımız 
cənab Koisuro Matsuranı salamlayıram! 
Azərbaycan  xalqının  qocaman  üzvü,  veteranı  cənab  Cak 
Bomeli  salamlayıram!  Məmnuniyyət  hissi  ilə  qeyd  edirəm  ki, 
«Kitabi-Dədə  Qorqud»un  yubileyinə  dünyanın  bir  çox 
ölkələrindən  ictimai-siyasi  xadimlər,  alimlər,  yazıçılar  qonaq 
gəlmişlər,  Azərbaycanda  keçirilən  elmi  konfranslarda  iştirak 
etmişlər.  Onlar  bizimlə  bərabər  buradadırlar.  ...  «Kitabi-Dədə 
Qorqud»  xalqları,  millətləri  daim  birliyə,  sülhə  dəvət  edibdir. 
1992-ci  ildə  Türkdilli  Dövlətlər  Birliyinin  yaranması  Dədə 
Qorqud 
vəsiyyətlərinin 
yerinə 
yetirilməsinin 
parlaq 
nümunəsidir». 
Dövlət başçısının xalqımızın sülhsevər siyasət yeritdiyini,  
Dədə  Qorqud  vəsiyyətlərinə  sadiq  qaldığını,  Ermənistanın  20 
faizini  işğal  etdiyi  Azərbaycan  torpaqlarında  törətdiyi 
vəhşilikləri,  yerindən-yurdundan  didərgin  salınmış  xalqımızın 
qan  tökməklə  yox,  sülhsevərlik  nümayiş  etdirdiyini,  bu 
münaqişənin sülh yolu ilə həllini istədiyini, sülh, əmin-amanlıq 
ideyaları  ilə  yaşadığını,  əcdadlarımızın  qoyduğu  ənənələrə 
sadiq  qaldığını,  Dədə  Qorqud  vəsiyyətlərinə  sadiq  qaldığını 
bəyan  etdi.  Dövlət  başçısı  bu  fikirləri  ilə  bütün  Azərbaycan 
ziyalılarının,  qələm  sahiblərinin  fikir  və  iradəsini  ifadə  etmiş 
oldu:  «Biz  bu  gün  böyük  iftixar  hissi  keçiririk.  Çünki  bizim 
«Kitabi-Dədə  Qorqud»  kimi  böyük  tarixi  abidəmiz  vardır. 
Çünki  bu  gün  biz  sərbəstik,  azadıq,  müstəqilik  və  öz  tarixi 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə