Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə144/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   139   140   141   142   143   144   145   146   147

 
Sənət, sənətkar və zaman
 
 
 
573 
verilən  yüksək  qiyməti  görürük.  M.Dilbazinin  85  illik 
yubileyində:  «Şair  olmaq  asan  deyil.  Təkcə  bizim  xalqın 
tarixində  yox,  bütün  dünya  xalqlarının  tarixində  şairlər, 
yazıçılar, alimlər adətən kişilərdən olubdur. Ancaq qadın şairlər 
xüsusi  hörmətə  malikdirlər.  Onlar  gərək  nə  qədər  yüksək 
istedada  malik  olsunlar  ki,  kişilərlə  bərabər  səviyyədə,  bəlkə 
onlardan  da  üstün  səviyyəyə  qalxaraq,  şeirlər  yazaraq,  böyük 
şairlər  dəstəsinə  qoşula  bilsinlər»,  deyir,-qadın  yazarlarımıza, 
onların istedadına, qabiliyyətinə olan heyranlığını ifadə edir. 
1991-ci  ilin  fevralında  dünyasını  dəyişən  Mədinə  Gülgü-
nün  hakimiyyətdə  olmasa  da  dəfn  mərasimində  fəxri  qaro-
vulunda  duran  şəxsiyyətlərdən  biri  Heydər  Əliyev  oldu. 
Naxçıvanda    yaşasa  da,  özünə  mənəvi  borc  bilib  baş  sağlığına 
gələn  Prezident  Balaş  Azəroğlunu  bağrına  basıb  ona  təsəlli 
verdi.    Ədəbiyyat  xadimləri  ilə  görüşdü  və  bu,  onun  daima 
qəlbində  ədəbi  mühitə  bəslədiyi  hörmət  və  ehtiramın  nəticəsi 
idi. 
Hakimyyətə  dönüşündən  sonra  da  H.Əliyev  Azərbaycan 
ədəbiyyatına,  mədəniyyətinə qayğısını əsirgəmədi. 90-cı illərin 
əvvəllərində  ölkədə  hökm  sürən  özbaşınalıq,  hərc-mərclik  hər 
sahədə  olduğu  kimi  YB-nin  fəaliyyətinə  də  böyük  təsir 
göstərdi.  Dövlətdən  gələn  vəsaitin  kəsilməsi  ədəbi  orqanların 
fəaliyyətini  iflic  vəziyyətinə  saldı.  1993-cü  ildə  müstəqil 
Azərbaycan  Respublikasının  prezidenti  seçilən  H.Əliyevin 
köməyi  ilə  yenidən  YB  fəaliyyətə  başladı,  mətbu  orqanları  öz 
himayəsinə  götürdü.  Həm  Yazıçılar  Birliyinin,  onun  yaşlı 
üzvlərinin,  eləcə  də  gənc  ədəbi  nəslin  qayğısına  qaldı,  
Prezident  təqaüdləri    ayırdı,    Xəlil  Rza,  Məmməd  Araz  kimi 
istiqlal şairlərinə xüsusi qayğı və diqqət göstərdi. 
1996-cı  ildə  keçirilən  Türk  dünyası    yazıçılarının  III 
qurultayının işində iştirak etdi   və bu qurultayın Azərbaycanda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
574 
keçirilməsini  əlamətdar    bir  hadisə,    Azərbaycan  dövlətinə  və 
xalqına  ehtiramın  təzahürü  kimi  qiymətləndirdi.  Çoxəsrlik 
tarixə malik xalqlarımızın bəşər mədəniyyətinə verdiyi töhfələri 
xatırlatdı, əsrlərin sınağında çox müharibələrdən, təcavüzlərdən 
üzüağ  çıxmış,  bu  gün  böyük  mədəniyyəti  ilə  dünya  tarixinə 
adını  yazmış  türkdilli  xalqları  birləşdirən  kökə,  soya,  milli-
mənəvi  bağlılıqlara,  ən  böyük  milli sərvət olan dil  məsələsinə, 
onu  yaşadan  yazıçıların,  şairlərin    bu  sahədəki  böyük  roluna 
diqqəti  yönəldən  dövlət  başçısı  bununla  öz  tariximizi, 
mədəniyyətimizi  təbliğ  etdiyimizi  xatırladır.  «Dədə  Qorqud», 
«Manas»,  «Alpamış»,  «Koroğlu»  kimi  qüdrətli  dastanlarımızı, 
ortaq  türk  yazarlarımız  Nizami,  Yunis  İmrə,  Əlişir  Nəvai, 
Füzuli,  Məhtimqulu,  Abay  və  s.  kimi  böyük  dühaların 
yaratdığı,  bəşər  mədəniyyətinin  zəngin  sərvəti  olan  türk 
ədəbiyyatının  möhtəşəmliyini,  türk  ədəbi  irsinin  zamanın 
dolaylarında  uğradığı  əzabları,  müharibələri,  lakin  bütün 
sınaqlardan  keçib  gəlib,  dünyada  özünəməxsus  yer  tutduğunu 
xatırladır. Həmişə, hər dövrdə ədəbiyyatımızın Avropa, Rusiya 
ilə  ədəbi,  mədəni  əlaqələr  saxladığını,  Qərbin  də  həmişə  Şərq, 
«xüsusən  türkdilli  xalqların,  müsəlman  Şərqinin  yaratdığı 
böyük  tarixi  əsərlərdən  istifadə  etmiş»  olduqlarını,  Şərq-Qərb 
mədəniyyətinin müsbət nəticələrini qeyd etməklə yanaşı müasir 
siyasi durumu,  müstəqilliyini  əldə etmiş respublikamızın uğur-
ları  ilə  fəxr  etdiyini  görürük:  «Milli  azadlığın,  sərbəstliyin, 
müstəqilliyin  xalqlarımıza  bəxş  etdiyi  töhfələr  göz  qaba-
ğındadır.  Ancaq  biz  bunun  böyük  gələcəyini  də  görürük. 
Bunlardan  da  biri  ondan  ibarətdir  ki,  biz  sərbəst,  müstəqil  
olaraq  heç  bir  kəsdən,  heç  bir  dövlətdən  asılı  olmayaraq,  öz 
istədiyimiz  kimi  əlaqələrimizi  qururuq  və  əməkdaşlıq  edirik, 
milli ənənələrimizi, milli dəyərlərimizi, mədəniyyətimizi birlik-
də  inkişaf  etdirməyə  çalışırıq.  Türk  dünyası  yazıçılarının  III 


 
Sənət, sənətkar və zaman
 
 
 
575 
qurultayı  da  ümumiyyətlə,  belə  bir  qurultayın  yaranması, 
ənənəyə  çevrilməsi  də  əldə  etdiyimiz  azadlığın,  müstəqilliyin 
bəhrələridir». 
Müstəqilliyin  əldə  edilməsi  uğrunda  mübarizədə  şair  və 
yazıçılarımızın  rolunu  yüksək  qiymətləndirən  dövlət  başçısı 
Məmməd  Araz  poeziyasına  həsr  olunmuş  gecədə  öz  çıxışında 
bu  zəhməti,  əməyi  yetərincə  qiymətləndirdi:  «Dövlətimiz 
müstəqil 
dövlətdir, 
formalaşır. 
Onun 
özünün 
yüksək 
mükafatları var. Ən yüksək mükafat təsis olunub-bu, «İstiqlal» 
ordenidir.  Kimə  birinci  çatmalıdır  bu  orden?    Mən  bir  neçə 
aydır  bu  haqda  düşünürəm.  Çox  götür-qoy  eləmişəm  və  xeyli 
müddət bundan qabaq belə qərara gəlmişəm ki, bu orden bizim 
şəxsiyyətlərimizə  çatmalıdır.  Şəxsiyyətlərimiz  birinci  növbədə 
buna layiq görülməlidirlər... Azərbaycan xalqının milli azadlığı 
uğrunda  mübarizəsində  xüsusi  xidmətlərinə  görə  hörmətli 
şairimiz Bəxtiyar Vahabzadə, hörmətli şairimiz Məmməd Araz 
və  çox  hörmətli  şairimiz  mərhum  Xəlil  Rza    bu  ordenlə  təltif 
edildilər...ona görə də sizi təbrik eləyirəm, Məmməd Araz, səni 
təbrik  edirəm,  Bəxtiyar,  səni  təbrik  eləyirəm.  Sizin  uzun  illər 
həqiqətən  xırda-xırda,  misra-misra,  damcı-damcı  yaratdığınız 
əhvali-ruhiyyə  Azərbyacan  xalqını  gətirib  bugünkü  vəziyyətə 
çıxartdı». 
H.Əliyev hər bir istedadlı sənətkarın yaralıcılığı haqqında 
geniş  məlumata  malik  şəxsiyyətdir.  Müasir  poeziyanın 
görkəmli  nümayəndəsi  N.Xəzri  yaradıcılığı  haqqında  «Xalq 
şairi  N.Xəzri  ədəbiyyatımızda    öz  layiqli  yerini  tutmuşdur. 
N.Xəzri  öz  şeirlərində  xalqımızın  həm  qəhrəman  keçmişini, 
həm  də  bugünkü  həyatını  və  sabahını  yüksək  ustalıqla,  fitri 
sənətkarlıqla  tərənnüm  edir.    Öz  şeirlərində  və  poemalarında 
şair  cəmiyyətimizin  inkişafı  üçün,  indiki  nəslin  tərbiyəsi  üçün 
birinci  dərəcəli  əhəmiyyəti  olan  problemlər  qaldırır.  Nəbi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
576 
Xəzrinin  lirikası,  poemaları,  bütün  bədii  əsərləri,  publisistik 
çıxışları ictimaiyyətimiz tərəfindən, xalqımız tərəfindən sevilir. 
Onun  əsərləri  dillərdə  əzbər  olub,  bir  çox  şeirlərinə  musiqilər 
bəstələnib,  incəsənətimizi  bəzəyən  mahnılar  yaranıb»  fikirləri 
onun  hər  bir  sənət  adamının  ədəbi  prosesimizdə  gördüyü  işi, 
onun  fəaliyyətinin  qiymətləndirmək  baxımından  yetərlidir, 
layiq gördüyü Müstəqil Azərbaycanın «Şöhrət» ordeni ilə təltif 
etməsi dediyimizə əyani sübutdur. 
60  illik  yubileyi  ilə  bağlı  xalq  yazıçısı  Anarın  «İstiqlal» 
ordeni ilə təltif etməklə onun həm yazıçı, həm dramaturq, həm 
publisist kimi fəaliyyətinə, ölkəmizin inkişafında ictimai xadim 
kimi  fəaliyyətinə  verilən  yüksək  qiymətdir.  Bu  münasibətlə 
yazıçıya  ünvanlanmış  fikirləri  60-cılar  nəslinə,  onların  ədəbi-
bədii yaradıcılığına hörmətin bariz ifadəsidir: «Siz 60-cı illərdə 
ədəbiyyatımıza  yeni  ab-hava  gətirmiş  yazıçılar  nəslinin 
görkəmli  nümayəndələrindən  birisiniz.  Müasirlərimizin  zəngin 
mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə 
əks  etdirən  əsərləriniz  daim  ədəbiyyat  həvəskarlarının  diqqət 
mərkəzində  olmuşdur.  Bəşəriliklə  milliliyin  üzvi  vəhdətini 
təşkil  edən  çoxcəhətli  yaradıcılığınız  cəmiyyətimizdə  milli 
şüurun  aşılanmasına  və  xalqımızın  bir  çox  ölkələrdə 
tanınmasına xidmət etmişdir». 
60-cılar  nəslinin  görkəmli  nümayəndələri  Rüstəm  və 
Maqsud  İbrahimbəyov  qardaşlarının  yaradıcılığı,  R.İbrahim-
bəyovun  60  illik  yubileyindəki  çıxışında  dövlət  başçısı  60-cı 
illərin əvvəllərində ədəbiyyata gəlmiş R.İbrahimbəyovun  «nəsr 
əsərləri,  kino  əsərləri,  səhnə  əsərləri  ilə  Azərbaycan 
mədəniyyətini»  zənginləşdirməklə  yanaşı  «dünya  mədə-
niyyətinə  layiqli  töhfələr»  verdiyi,  çox  məhsuldar  yazıçı, 
dramaturq,  kinossenarist  olduğu,  böyük  oxucu  auditoriyasına 
malik  olduğu,  təkcə  keçmiş  Sovetlər  ölkəsində  deyil,  dünyada 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə