Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə2/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   2   3   4   5   6   7   8   9   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
5
Vurğuna,  Əhməd  Cəmilə,  Rəsul  Rzaya,  Süleyman  Rüstəmə, 
Məmməd Rahimə döyüş bölgələrindən ünvanlanan məktublar... 
Və  yaxud:  Mir  Cəlalın  «Bir  gəncin  manifesti»i  əsərini 
oxuyan  rus  uşağı  yazıçıya  məktub  yazıb  «Qumrunun  körpə 
qızının  ağaca  çırpılmasından  nigaran  qalaraq  onun  sağ  qalıb-
qalmadığını  soruşurmuş.  Bu,  bir  uşağın  bədii  əsər  həqiqətinə 
inamını göstərən maraqlı faktdır». 
Belə  faktlar  çoxdur.  Bədii  ədəbiyyatın  təsir  gücü  bö-
yükdür. Əsrinin, zəmanəsinin övladı olan yazıçı qabaqcıl fikirli 
«ictimai  xadimdir»,  «xalqın  tərbiyəçisidir».  Yada  salaq  XX 
əsrin  mollanəsrəddinçilərini.  Bu  məktəbin  nümayəndələrinin 
«tutduğu  yol  xalq  həyatı,  mübarizə  və  arzularının  təbliği  üçün 
ən  münasib,  məqbul  yol  idi.  Bu  sənətkarlar  xalqa  nə  demək 
lazım  olduğunu  bildikləri  kimi,  nəsə  demək,  hansı  ədəbi 
formalardan,  hansı  sənət,  üslub  məharətindən  faydalanmaq 
lazım  olduğunu  da  yaxşı  müəyyən  etmişdilər.  Bu  sənətkarlar 
oxucunun  qəflət  yuxusunda  nadanlıq  tiryəki  ilə  zəhərlənən 
şüurunu  ayıltmaq,  onu  mövhumi  fikirlərin,  vahimələrin, 
xürafatın  paslı  zəncirindən  xilas  etmək  üçün  münasib  üsul  və 
formalar  axtarıb  tapırdılar.  Bunun  üçün  düşmənin  «öz 
müddəalarını öyrənib ifşa edirdilər». 
Və  yaxud,  XX  əsrin  30-cu  illərində  Stalin  məthnamələri 
ədəbiyyata  ayaq  açanda  nə  qədər  istedadlı  qələm  sahiblərimiz 
bu  məfkurədən  uzaq  olduğundan  damğalanıb  tutuldu,  məhv 
edildi,  bununla  belə,  bir  çoxları  zəncirli,  senzuralı  ədəbiyyatı  
içindən  dağıtdı,  ona  tənqidi  münasibətini  yaratdığı  əsərləri  ilə 
dedi.  Mehdi  Hüseyn,  İ.Əfəndiyev,  İ.Hüseynov,  Anar,  Elçin, 
B.Vahabzadə, F.Qoca, İ. Hüseynov, Tofiq Bayram kimi onlarla 
istedadlar  «sovet  ictimai  varlığının  astarını  üzünə  çevirdilər». 
Bu nəsil və sonradan gələn gənc nəsil bu recimin axırına çıxdı. 
Yüz    ilə  yaxın  kökündən    ayrı  düşənlərimizin  qəlbindəki 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
6
türkçülük 
ideyaları 
bütün 
türk 
dünyasının 
daha 
da 
yaxınlaşmasını  sürətləndirdi.  Azadlıq  ideyaları  ilə  köklənmiş, 
1919-cu 
ildə  qurulmuş, 
bolşeviklər  tərəfindən 
süquta 
uğradılmış  Xalq  Cümhuriyyəti  əsrin  son  illərində  yenidən 
bərqərar oldu. Azərbaycan müstəqilliyini yenidən qanı bahasına 
əldə  etdi,  Müstəqil  Azərbaycan  Respublikasını,  öz  müstəqil 
dövlətini  qurdu  və  ədəbi  proses  onun  əsas  hərəkətverici 
qüvvələrindən oldu.  
XX  əsr  ədəbiyyatımız  möhtəşəm,  köklü-köməcli,  qollu-
budaqlı,  başı  göylərə  dəyən  xan  çinarlara  bənzəyən  bir 
ədəbiyyat  olub,  kökü  tarixin  minilliklərinə  gedib  çıxır.  Azər-
baycan  ədəbiyyatı  çox  qədim  ədəbiyyatdır.  Bütün  dünya  xalq-
larında olduğu kimi bizim ədəbiyyatımız da soyumuz, kökümüz 
tərəfindən  yaradılmış  kollektiv  yaradıcılıq  xüsusiyyətlərinə 
malikdir.  Nəsildən-nəslə,  ağızdan-ağıza  keçərək  daha  da 
cilalanmış, 
uzaq 
 
keçmişimizdən 
üzü 
bəri 
qorunub 
saxlanmışdır.  Azərbaycan  ədəbiyyatının  tarixi  inkişaf  mərhə-
lələri, qədim dövrdən başlayaraq  bu günədək inkişafı müəyyən 
qədər  öyrənilmiş,  tədqiq  edilmişdir.  Ədəbiyyatımızın  tarixini 
tədqiq  edən  alimlərimiz  «bu  ədəbiyyatın  öz  daxili  aləmi,  öz 
xüsusi  qanunları  ilə  necə  inkişaf  etdiyini,  hansı  ənənələr 
əsasında  hansı  yeni  nailiyyətlər  əldə  etdiyini,  hansı  yaradıcılıq 
prinsipləri,  üsulları  yaratdığını,  hansı  məktəblər,  üslublar  və 
fərdi  istedadlarla  tarixi  zənginləşdirdiyi»ni  üzə  çıxarmağa 
çalışmışlar.  
 VII əsrə qədərki  Azərbaycan  ədəbi prosesi  folklorumuz-
da  yaşayır.  Bu  dövrə  qədərki  ədəbiyyatımızdan  danışarkən 
ortaq  türk  ədəbi  abidələrinə  üz  tutmalıyıq:  «Hər  bir  xalq  öz 
keçmişini  öyrənmədən,  onu  bilmədən  özünü  dərk  edə,  bu 
gününü  və sabahını qura bilməz.  Xalqın  bəsirət «işığı» sayılan 
ziyalı  və  gələcəyi  olan  gənclik  də  belədir:  o,  öz  keçmişini 


 
Sənət, sənətkar və zaman
 
 
 
7
bilməlidir,  kökünü,  əsil-nəsəbini,  əcdadını  tanımalı,  mənsub 
olduğu  xalqın  mənəvi  dünyası  ilə  yaxından  tanış  olmalıdır. 
Xüsusilə,  indiki  şəraitdə  bu  zamanın  qarşıya  qoyduğu  zəruri 
tələbdir. 
Azərbaycan  xalqının  mənşə  tarixi,  milli  mənsubiyyəti-
onun  soykökü  çox  əski  dövrləri  özündə  ehtiva  edir: 
«Azərbaycan  xalqının  mənşəyi,  soykökü  və  inkişaf  yolunu  üç 
mühüm mərhələ üzrə öyrənmək, tədqiq etmək olar: 
1).  Şumer  (Sumer)  –  türk  mərhələsi.  Miladi  tarixdən 
öncəki III-II minilliklər (və ondan əvvəlki dövrlər); 
2. Turan-İskit (skif) – türk mərhələsi – (massaget, sak, 
hun,  kaspi  və  onların  yeni  eradakı  davamı  olan  hun,  az,  basil, 
bulqar,  sabir//savir,  xəzər  və  b.)-miladi  öncəki  son  minillik  və 
miladi tarixin ilk yüzillikləri; 
3. Türk mərhələsi (ə n  q ə d i m  t ü r k: bulqar, uyğur, 
çuvaş, yakut və b.; q ə d i m  t ü r k: oğuz, tuvin, xakas, şor və 
b.;  y  e  n  i    t  ü  r  k:  azərbaycan,  qaqauz,  qıpçaq,  peçeneq, 
poloves, salar, türkmən, özbək, cığatay və b. “ə n  y e n i  türk: 
başqırd,  qazax,  qaraqalpaq,  qırğız,  kumık,  noqay,  tatar,  ğoyrot 
və b.-miladi tarixin başlanğıcından bu günə qədərki dövr». 
Ümumtürk dünyasının şah əsərləri qədim dünyamızın ulu 
kitabəsi  «Bilqamıs»  və  ümumən  Şumer-Babil  mədəniyyəti, 
«Avesta»,  «Orxon-Yenisey  kitabələri»,  «Dədə  Qorqud»  kitabı 
sayılır.  Nizaminin  «Xəmsə»si  də  bu  dühalardan  biridir.  Və 
buna  görə  də  onun  tarixi,  mədəniyyəti  kimi  ədəbiyyatı  da 
ümumtürk xalqlarının ədəbiyyatı ilə bağlıdır.  
Və alimlərimiz həm də bu fikirdədirlər ki,  Azərbaycanın, 
bir  sözlə,  bütün  türk  xalqlarının  «xəmiri»  əzəldən  şeirlə  yoğ-
rulub.  «Ümumtürk  kökündə  «Göy  Tanqrı-«Avesta»  müqəddəs 
dini  kitabı  və  «Bilqamıs»//«Gilqamış»  dastanı,  türklərdə  «Alp 
ər  Tonqa»,  azərbaycanlılarda  «Dədə  Qorqud»,  özbəklərdə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
8
«Alpamıs//Alpamış», 
qırğızlarda 
«Manas», 
başqırdlarda 
«Uralbatır»  və  s.  dastanları  məhz  şeirlə  nəsrin  vəhdəti-
növbələşməsilə  yaranmış  dünyəvi  sənət  inciləridir.  Türk 
xalqları    hələ  «bələkdə»  ikən  şeirlə  nəfəs  alıb,  ona  şeirlə  ana 
laylası  çalınıb;  çox  vaxt  onun  fəlsəfəsi  şeirlə  yazılıb,  hətta 
bəzən  lüğət kitabları şeirlə düzülüb-qoşulub».  Bu poetik ruhun 
məhz  8-10  min  illik,  bəlkə  də  12  min  illik  tarixi  olan  qədim 
abidələrdən  gəldiyi  fikrində  bir  məntiq  var.    Dünya 
ədəbiyyatına  bir-birindən  dəyərli,  nadir  incilər  bəxş  edən 
Azərbaycan  ədəbiyyatını  yaradan  Azərbaycan  kimi  möhtəşəm 
xalq  var.  Tarixin  müəyyən  mərhələlərində  dağıdılan,  talanan, 
parça-parça  qoparılan,  İrana,  Rusiyaya  zorla  qatılan,  qonşusu 
tamah  salan  qərbli,  şimallı,  cənublu,  şərqli  bütöv  bir 
Azərbaycan vardır ki, bu gün öz mədəniyyəti, tarixi, ədəbiyyatı 
ilə  qürur  duyur.  Aparılan  arxeoloci  qazıntılar  zamanı  əldə 
edilmiş  maddi  mədəniyyət  qalıqları,  qədim  kitabə  və  abidələr, 
antik  müəlliflərin  əsərlərində  inqilabdan  sonra  aparılan 
tədqiqatlar  sübut  edir  ki,  «Azərbaycan  Şərqin  ən  qədim 
mədəniyyət ölkələrindən biridir». 
Yazılı  ədəbiyyatdan  əvvəl  yaranmış  ədəbi  dövr  haqqında  
tarixçilərin  qələmə  aldığı  əsərlərdə,    salnamələrdə  yarı  gerçək, 
yarı  əfsanə  olan  rəvayətlər,  əfsanə  və  əsatirlər,  etnoqrafik 
məlumatlar  Azərbaycan ədəbiyyatının çox zəngin qədim şifahi 
ədəbiyyatının  varlığından  xəbər  verir.  Qədim  Azərbaycanın 
ədəbiyyatı  ortaq  türk  mədəniyyətinin,  ədəbiyyatının  tərkib 
hissəsi olub, çox böyük inkişaf yolu keçmişdir.  
Eramızdan  neçə-neçə  əsr  əvvəl  yaranmış  «Avesta» 
abidəsində,  şifahi  xalq  yaradıcılığında-əsatir,  nağıl,  dastan, 
əfsanələrdə,  yazılı  ədəbi  nümunələrdə-Nizaminin,  Xaqaninin, 
Nəsiminin,  Füzulinin  ölməz  əsərlərində  dərin  fəlsəfi  fikirlər, 
hikmətli  ifadələr  yaşayır.  Fəlsəfi  fikir  bədii  yaradıcılığımızla, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə