Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə7/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   2   3   4   5   6   7   8   9   10   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
25 
Y.Rıpka,  Y.E.  Bertels,  Çaykin,  Z.  Dunayevski,  Y.  Marr,  A.N. 
Boldıryev,  Vəhid Dəstgirdi,  Səid  Nəfisi  və s)   dünyanın  başqa 
qitələrinə  yayılmış  əsərlərin  müəllifi  Nizaminin  qüdrətli  bir 
sənətkar  olduğunu  qeyd  edirdilər.  Ana  dilində  yazılan  əsərləri 
əlimizə  gəlib  çatmasa  da,  bu  böyük  sənətkarın  öz  dilinə, 
xalqına  sevgisi  farsca  yaratdığı  bu  əsərlərin  qanında, 
canındadır.  «Leyli  və  Məcnun»  əsərinin  yazılmasını  istəyən 
Axsitandan  şair  əsərin  hansı  dildə-türk,  yoxsa  fars  dilində 
yazılmasını soranda hökmdarın ona : 
Fars, ərəb dilində vur ona ziynət, 
Kamal cövhərinin xəzinəsindən. 
Gör kimin sapına inci düzürsən, 
Türk dili yaramaz şah nəslimizə. 
Əskiklik gətirər türk dili bizə. 
Yüksək olmalıdır bizim dilimiz, 
Yüksək yaranmışdır bizim nəslimiz 
-deyən  şahın  doğma    dilinə  «yuxarıdan  aşağı»  baxmasına 
dözmür.  Axsitanın  bu  təklifinə  bərk  əsəbiləşən  şair  «Şahın 
halqasının  qulağıma  taxıldığını  gördükdə,    qan  ürəyimdən 
beynimə vurdu. Nə bu təklifi rədd etməyə cürətim var idi, nə də 
xəzinəyə yol tapmaq üçün gözüm...»-deyir və şahın əmrini rədd 
etmək  istəyirdi.  Ancaq  öz  «canından  əziz  tutduğu»  oğlu 
Məhəmmədin  xahişi  ilə  bu  əsəri  yazmağa  razılıq  vermiş 
olduğu,  misralarında dilinə sevgisini,  məcburən  farsca  yazmalı 
olduğunu  göstərən  tutarlı  faktlar  var.  Bununla  belə,  söz,  sənət 
xiridarı,  bədii  təfəkkür  nəsibi  olan,  bu  cəhətdən  dünyanı 
heyrətdə  qoyan  Azərbaycan  bədii  şeir  təfəkkürü  ilə  zəngin 
Nizami 
hansı 
dildə 
yazmasından 
asılı 
olmayaraq 
ədəbiyyatımızın 
qüdrət  və 
vüsətini  dünyaya 
nümayiş 
etdirmişdir.  Azərbaycan  ədəbiyyatı  tarixində  ilk  mənzum  
romanı  («Xosrov  və  Şirin»)    ilə  öz  zəmanəsinin  artıq  böyük 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
26 
şairi  kimi  tanınan  Nizaminin  «misilsiz  istedadına,  yüksək 
dühasına,  qabaqcıl  ideyalarına pərəstiş edənlərin»  öz dövründə 
belə  sayı  artmışdı.    Xaqaninin  əlimizə  gəlib  çatan  bir 
məktubunda  Nizamiyə  böyük  bir  sənətkar  kimi  hörmət 
bəslədiyi, ona yüksək ehtiram göstərdiyi aydın olur.           
XIII-XIV əsrlərdə  monqol əsarətində olan Yaxın Şərq və 
Avropanın  bir  hissəsi  kimi  Azərbaycan  da  ağır  dövrünü  ya-
şayırdı,  ədəbiyyatımız,  mədəniyyətimizin  inkişafına  ağır 
zərbələr vurulurdu.  Qarətlər, əhalinin qul kimi alınıb-satılması, 
yad  ölkələrə  aparılması  alim  və  sənətkarların  vətəndən 
uzaqlarda işləməyə aparılması, xalqın iqtisadi həyatının, maddi 
durumunun  ağırlığı,  törədilən  qırğınlar,  dəhşətlər  xalqın 
bayatılarındadır.  Xalq  bu  zülmlərdən  cana  doyur,  dağlara 
çəkilir,  silahlı  dəstələr  yaradır,  istilaçılara  qarşı  mübarizə 
aparırdılar.  Ağır  iqtisadi  bir  durumunda  xalq  öz  yaradıcılığını 
davam  etdirir,    müharibələrdə  dağıdılmış  ölkənin  yeni  mədəni 
abidələrini 
qururdular. 
Təbrizdə, 
Naxçıvanda, 
Bakıda, 
Zəngilanda,  Marağada  böyük  məqbərələr  tikilirdi.  Bu  dövrdə 
astronomiya, tarix,  fəlsəfə ilə yanaşı, poetikaya aid  əsərləri ilə 
Yaxın  Şərqdə  tanınmış  Xacə  Nəsirəddin  Tusi  Marağa 
rəsədxanasının  banisi  idi.  Onun  astronomiyaya  aid  «Zic-
Elxani» əsəri Avropada da geniş yayılmışdı.  XIII-XVI əsrlərdə 
Marağa rəsədxanası Yaxın Şərqdə məşhur bir elm mərkəzi idi. 
Bu  dövrdə  elmdə,  mədəniyyət  kimi  ədəbiyyatda  da  müəyyən 
məzmun  dəyişikliyi  duyulur.  Saray  ədəbiyyatı,  qəsidə  şeiri 
nisbətən  zəifləyir.    Monqol  istilası  feodal  hakimiyyətlərini 
dağıtdığından  saray  ədəbiyyatı  da  zəifləmişdi.  «Dövrün 
Fəzlullah  Nəimi,  Nəsimi,  Əhvədi  kimi  görkəmli  şairləri  öz 
yaradıcılıqlarının  ideya  istiqaməti  etibarilə  saray  ədəbiyyatına, 
məddahlığa  tamamilə  yabançı  idilər».  Bununla  belə,  Arif 
Ərdəbili,  Seyid  Zülfüqar  Şirvani  kimi  saray  şeirin  ənənələrini 


 
Sənət, sənətkar və zaman
 
 
 
27 
davam  etdirən  şairlər  olsa  da,  onların  da  dünyagörüşü 
«ziddiyyətlidir». Z.Şirvani saray mühiti ilə bağlı olub feodalları 
mədh etməklə yanaşı, istedadlı bir sənətkar kimi dövrün ictimai 
hadisələrindən də kənar qalmamış, zəmanədən şikayətləri qəzəl 
və  rübailərində  çoxdur.  Monqol  istilaçılarının  ölkədəki 
özbaşınalığının  doğurduğu ümidsizlik  var onun  bu əsərlərində.  
Arif  Ərdəbili  yaradıcılığının  yaxşı  cəhətlərindən  biri  onun 
Nizami  ənənələrini  davam  etdirməsi,  onu  təkrar  etmədən, 
«Xosrov  və  Şirin»  əsərinin  təsiri  ilə  «Fərhadnamə»  kimi 
oricinal bir əsər yaratmasıdır. XIV əsrdə onun «Fərhadnamə»si, 
Əssar  Təbrizinin  «Mehr  və  Müştəri»  əsəri,  Azərbaycanın  ağır 
həyatı,  zülm  və  ədalətsizliklərin  bədii  ifadəsi  olan  Marağalı 
Əhvədinin «Cami-Cəm» əsərləri əvvəlki əsərlərdən fərqlənirdi. 
Bu  əsərlərdə  həyat  lövhələri,  canlı  insan  surətləri  «poeziyanın 
mistikadan 
uzaqlaşdığını, 
onun 
həyat 
ilə 
əlaqələrinin 
qüvvətləndiyini göstərirdi». 
Yarı  fəlsəfi,  yarı  dini-mistik  cərəyan  olaraq  VII  əsrdə 
Ərəbistanda  və  Suriyada  meydana  gələn  sufizm  («suf»  yun 
parça  mənasındadır,  sufi  ideyalarını  daşıyanların  geydikləri 
paltar mənasında işlədilmişdir)  dünyagörüşü XIII-XIV əsrlərdə 
Azərbaycanda  da  geniş  yayılmışdı,  Mahmud  Şəbüstəri  fəlsəfi 
və  elmi  fikrin  inkişafında  öz  tərəqqipərvər  fikirləri  ilə 
əhəmiyyətli 
rol 
oynayan 
mütəfəkkir 
və 
alim 
kimi 
dəyərləndirilir.  
Monqol  işğalından sonra daha dəhşətli  bir  istilaya  məruz 
qalan  Azərbaycanın    Teymurləng  işğalları  zamanı  həm 
sənətkarları,  həm  mədəniyyəti,  həm  insanları    talan  və 
qırğınlara  məruz  qaldı.    Xalq  asanlıqla  təslim  olmurdu,  feodal 
istismarları,  aramsız  qətl  və  qarətlər    əhalinin  həyatını 
ağırlaşdırdığı  şəraitdə    Azərbaycanda  hürufilik  təriqəti    mey-
dana çıxdı. Öz fəlsəfi məzmunu ilə sufizm ilə üzvi surətdə bağlı 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
28 
olan hürufilik təriqətinin banisi Fəzlullah Nəimi saraydan uzaq 
ömür  sürən,  xalqla,  sənətkarlarla  bir  olan    bir  insan  olmuş  və 
hürufilik təlimini «Cavidannamə» əsərində şərh etmişdir.  Onun 
bu əsərini dostu və sirdaşı Şeyx Əbülhəsən nəzmə çəkmişdir.  
Fəzlullah  Nəimi  öz  əsərlərində  ilahi  eşqi  əsas  götürür, 
«Allahın  insanda  təcəlli  etməsini,  insanın  müqəddəsləşərək, 
nəhayət  Allaha  qovuşmasını,  bədəndə  olan  fəna  ünsürlərin 
məhv olmasını,  yalnız ilahi təcəllinin qalmasını irəli sürür». O, 
kamil  insanı  müqəddəsləşdirmiş  olur,  «özünü  mal-dövlət 
əndişəsi  ilə  məşğul  edən  zülmkarlara,  qaniçən  hökmdarlara 
yaltaqcasına xidmət edən riyakar və fitnəkar şəriət xadimlərinə 
qarşı  qoyur».  Buna  görə  də,  hakim  feodal-ruhanilər  kafir,  din 
düşməni  kimi  onun  ölümünə  fitva  verdilər.    Onun  qətlindən 
sonra bu ideyaların ən böyük təbliğatçısı olan Nəsiminin (XIV 
əsrin sonu, XV əsrin əvvəli) yaradıcılığı Azərbaycan ədəbiyyatı 
tarixində «yeni bir mərhələnin başlanğıcı» kimi dəyərləndirilir. 
Nəsiminin  böyük  tarixi  xidmətləri  öz  ana  dilində  yazıb-
yaratmasıdır, Azərbaycan ədəbi dilini, şeir dilini  Həsənoğlu və 
Qazi 
Bürhanəddindən 
sonra 
inkişaf 
etdirməsidir. 
O, 
Azərbaycan  dilində  yaradılmış  şeirin  böyük  ustadlarından  biri 
kimi yüksək qiymətləndirilir.  
XIII əsrin ikinci yarısında, XVI əsrin əvəllərində yaşayıb 
yaratmış  İzzəddin  Həsənoğlu  vaxtilə  Azərbaycanda,  Rumda, 
Misirdə  şöhrət  qazanmışdı,  «Divanı»  olduğu  söylənsə  də, 
əlimizdə  dörd  qəzəli  vardır  ki,  bunlardan  biri  farsca,  üçü 
türkcədir. 
 XIII  əsrdən  başlayaraq  xalq  dili  əsasında  inkişaf  etmiş 
Azərbaycan-türk  yazılı  ədəbi  dili  XV  əsrdə  yüksək  səviyyəyə 
çatır. Bu dövrdə Azərbaycan dilində-doğma ana dilində yazılan 
əsərlərin  sayı  artır.  «XIII  əsrdən  ölkədə  ədəbi  dilin  üçləşməsi 
müşahidə olunur. Ərəb, fars dilləri ilə yanaşı Azərbaycan (türk) 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə