Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə15/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   11   12   13   14   15   16   17   18   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
57 
sadə  dildə  ifadə  olunduğunu,  xüsusilə  aşıq  poeziyasından 
səmərəli  istifadə  etdiyini»  söyləmişdir.  A.Musaxanlı,  Əli 
Nazim,  H.Zeynallı  onun  yaradıcılığına  diqqət  göstərmişlər. 
Azərbaycan   sovet tarixi poemasını  ilk dəfə Hacı  Kərim Sanılı 
yazıb.  Onun  «Namus  davası»,  «Zülmün  sonu»,  «Novruz  və  
Gülarə»,  «Qurub  qaçaqları»  poemalarını  məharətlə  qurulmuş 
sücetləri,  xarakter  aləmləri,  bitkin  tabloları  ilə  işlədiyi  qeyd 
edilir:  «Onun  poemalarının  əsas  problemləri  xalqın  qəhrəman 
keçmişi,  inqilab tarixi  və  yeni dövrün  sosial,  iqtisadi  həyatının 
geniş, əhatəli mənzərəsi ilə yaxından bağlıdır». 
 «Aran köçü» adlanan ilk poeması da təbiət lirikasına aid 
gözəlliklərlə,  poetik  ifadələrlə  zəngindir:  «Aran  köçü»  təbii 
gözəlliyin  tərənnümü,  təsviri,  elat  həyatının  daha  çox  zahiri 
dəbdəbəsi, hay-küyü, romantik örtüyü barədə şairin heyranlıqla 
oxuduğu  müxtəlif  nəğmələrin,  çəkdiyi  bədii  lövhələrin 
müəyyən  ideya  məhvərində  hərəkət  edən  təravətli  çiçəklərdən 
tutulmuş gül  dəstəsini  xatırladır.  Əlbəttə,  onu da  deməliyik ki, 
şair  təbiət  qarşısında  sanki  heyran  qalır,  əfsunlanmış, 
sehrlənmiş kimi baxır».   
Bununla  belə,  əsərdə  bu  gözəlliyin  «insanla  təmasda 
olduğunu»  unutmaq,  konkret  insan  surəti  yaratmaması,  ədəbi 
təcrübənin  azlığı  tənqidçilərin  nəzərindən  qaçmır.  Bununla 
belə,  səmimi,  emosional,  düşündürücü  köçəri  həyatının  bədii 
təsvirini 
Əli 
Nazim 
kimi 
tənqidçilər 
dəyərləndirir: 
«...Ədəbiyyatımızda  xalqın  saf,  doğru,  məsum,  həssas  və  aşiq 
qəlbi çırpınır. Xalqın, avam camaatın, bilxassə kəndlilərin ruhu 
qeyri-təbiilikdən uzaqdır. Onların bütün ruhları,  mühitləri kimi 
təbii və safdır. Məsələn, Sanılının «Axşam», «Sabah», «Bəzək» 
şeirləri («Aran köçü»nün ayrı-ayrı parçalarıdır) el ədəbiyyatının 
ən təbii bir ədəbiyyat olduğunu sübut etməzmi?» 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
58 
İnqilabi  mövzuya  həsr  etdiyi  «Zülmün  sonu»,  köhnə, 
istismarçı,  dünyaya  nifrət,  «müasir  cəmiyyətə  hüsn-rəğbət» 
ruhunda  yazılmış  «Turut  qaçaqları»,  yığcamlığı,  lakonikliyi, 
bitkinliyi  ilə  seçilən  «Novruz  və  Gülarə»  və  s.  poemaları 
dövrün  ədəbi  tənqidinin  diqqətindədir,  lakin  onun  yaradıcılığı  
geniş  şəkildə  yalnız  1956-cı  ildən  sonra  tədqiq  edilməyə 
başlandı.  
Bu  sırada  Əhməd  Cavadın  da  adı  layiqli  yer  tutur.  O, 
yurduna,  vətəninə,  xalqına  bağlı  sənətkar  idi.  Sadə  zəhmətkeş, 
əliqabarlı  insanların,  mənəvi  azadlıqlardan  məhrum,  haqları 
tapdanan qadınların xoşbəxt, azad gələcəyini arzulayan («At bu 
çadranı»,  «Qurban  olduğum»,  «Sənsiz»,  «Gəlin»,  «Səsli  qız», 
«O  qıza»,  «Leyla»)  şeirlərində  qadın  qəlbinin  incəliklərini 
duymaq,  bu  incəlikləri  şirin  nəğmələrə  çevirmək  bacarığını 
göstərmişdir. «Əhməd Cavad lirikası, əlbəttə, ilk növbədə, xalq 
şeirindən,  aşıq  qoşmalarından  bəhrələnmiş,  onun  həm 
şəkillərindən,  həm  də  ifadə  və  ibarələrindən  mayalanmışdır. 
Bununla  belə,  şairin  özünəməxsus  baxışları,  sənətdə  fərdi 
deyim  ədası  vardır;  həzinlik,  çılğınlıq,  aya,  ulduza  məftunluq, 
obyektdə yeni bir məna aramaq, sağlam pafos və sabaha çağırış 
notları  onda  güclüdür,  bu  isə  onun  üslubu  üçün  səciyyəvidir. 
Bu  məziyyətlərinə  görədir  ki,  Əhməd  Cavad  hiss  və  duyğular 
şairidir.  Onun  şair  duyğuları  bəzən  naməlum  səmtə  baş  alıb 
getsə də, əvvəl-axır yenə gözəllik aləminə qovuşur». 
V.Şekspirin  «Otello», «Romeo və Cülyetta»,  F.  Rablenin 
«Qarqantua  və  Pantaqruel»  əsərlərini,  eyni  zamanda  Şota 
Rustavelinin  «Pələng  dərisi  geymiş  pəhləvan»  poemasını 
oricinaldan  Azərbaycan    dilinə  çevirmiş  «mahir  tərcüməçi», 
«əsrin  səsinə  səs  verən»,  «ədəbiyyat  tarixində  oricinal  və  lirik 
şeirlər» müəllifi kimi tarixdə layiqli yerini tutmuşdur. 


 
Sənət, sənətkar və zaman
 
 
 
59 
Bu dövrdə Azərbaycan  ədəbiyyatında bədii nəsr-hekayə, 
povest,  roman  yaradıcılığı  inkişaf  edirdi.  M.S.  Ordubadi, 
Y.V.Çəmənzəminli 
kimi 
nasirlərlə 
yanaşı, 
H.Nəzərli, 
Ə.Əbülhəsən,  S.Rəhimov,  M.Hüseyn,  Mir  Cəlal,  Ə.Vəliyev, 
S.Rəhman  kimi  gənc  nasirlər  də  yetişməkdə  idi.  Onlar  povest, 
roman,  hekayə  canrlarında  yaratdıqları  əsərlərdə  xalqın 
mənafeyini,  ictimai  mənafeyi  əsas  tutur,  cəmiyyətdə,  ictimai 
həyatda  olduğu  kimi,  düşüncə  və  şüurlarda  da  inkişafı  əsas 
götürürdülər. 
 Dövrün  yeni ədəbiyyatını  yaratmaq  lazım  idi.  Bu  illərdə 
yaranan 
əsərlərin 
əksəriyyətinin 
«köhnəliklə 
yeniliyin 
mübarizəsi,  münaqişəsi»  üzərində  qurulmasını  tənqidçilər  «tə-
sadüfi kimi deyil, zəruri və təbii bir hal» kimi qiymətləndirirlər: 
«Çünki  köhnə  cəmiyyət  daxilində  yerləşən  yeni  münasibətlər 
saf,  təmiz  halda,  göydəndüşmə  şəkildə  əmələ  gəlmirdi.  Onda 
içərisindən  çıxdığı  cəmiyyətin  bir  sıra  xüsusiyyətləri  bərkimiş, 
sabitləşmiş şəkildə qalırdı. Bu cəhət özünü xüsusilə geriliyə və 
fanatizmə,  mövhumata  və  başqa  təsisatlara  ictimai  əzabın, 
istismarın amansız buxovlarından yenicə azad olmuş adamların 
münasibətlərində özünü göstərirdi». 
S.S.Axundovun  «Molla  Qasım»  hekayəsi  bu  cəhətdən 
«ibrətamiz»  sayılır  və  hekayədə  əhvalat  inqilabdan  əvvəl  baş 
versə də, keçmişlə bu günün müqayisəli təsviri əsasında yazılsa 
da, «müasir səslənirdi». 
30–cu  illərdə  Azərbaycan    bədii  nəsri  «coşqun  inkişaf 
mərhələsinə»  qədəm  qoydu,  ictimai  həyatda  baş  verən 
dəyişikliklə  bağlı  olaraq,  ədəbiyyatın  da  qarşısında  «yeni 
tələblər  dururdu,  «başlıca  vəzifələrdən  biri  ictimai  varlığı 
dolğun  və  hərtərəfli  əks  etdirən,  zəhmətkeşlərdə  quruculuq 
işinə sədaqət ruhu aşılayan dərin mündəricəli, «bitkin formalı» 
əsərlər  yaratmaqdı,  bunlar  həm  tanınmış,  həm  də  gənc 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
60 
yazıçıların  qarşısına  qoyulan  vəzifələr  idi.  Onlar  yeni  bir 
ədəbiyyat uğrunda mübarizə aparır, nəsrin geniş imkanlarından 
yararlanmaqla  qələmə  aldıqları  həyatı  geniş,  hərtərəfli  təsvir 
edir,  insan  mənəviyyatı,  psixologiyasında  gedən  yeniliyi, 
inkişafı  bədii  boyalarla  ifadə  edir,  yazdıqları  əsərlərdə  aktual 
məsələləri  ön  plana  çəkir,  «yeni  şüurun,  ictimai  əxlaqın, 
humanizm  ruhunun  formalaşmasını,  yaşanılan  tarixin  ayrı-ayrı 
mərhələlərini  bədii sənətin qüdrəti  ilə  yenidən canlandırırdılar. 
Ə.Haqverdiyevin 
«Xortdanın 
cəhənnəm 
məktubları», 
Qantəmirin 
«Kolxozıstan», 
V.Talıblının 
«Dirək», 
Ə.Məmmədxanlının «Burulğan», «Bakı gecələri», M.Hüseynin 
«Daşqın»,  «Komissar»,  İ.Əfəndiyevin  «Kənddən  məktublar» 
kimi  əsərlərində  «dövrün  bir  sıra  diqqətəlayiq  və  səciyyəvi 
ictimai  –  mənəvi  məsələləri  əks  etdiril»diyini  tənqidçilər  qeyd 
edirlər.  
Bu  dövrdə  C.Məmmədquluzadə  bədii  nəsr  sahəsində 
fəaliyyətini  davam  etdirir.  1920-ci  ildə  Cənubi  Azərbaycana 
gedən,  böyük  çətinliklə  «Molla  Nəsrəddin»  curnalının  səkkiz 
nömrəsini  çap  etdirən,  1922-ci  ildə  Bakıya  qayıdıb  ətrafına 
yenidən  məsləkdaşlarını  (Ə.Haqverdiyev,  M.S.Ordubadi,  Əli 
Nəzmi, Ömər Xəyyam)  yığaraq curnalın nəşrini davam etdirən 
C.Məmmədquluzadə kiçik hekayələr ustası, qüdrətli dramaturq, 
publisist  kimi  fəaliyyətini  davam  etdirir:  «İnqilabdan  əvvəl  öz 
dövrünün  uzaqgörən,  açıqfikirli  bir  mütəfəkkiri  kimi  tanınan, 
ictimai  eybəcərliklərə  zülm  və  əsarətə  qarşı  kəskin  mübarizə 
aparan,  avamlığa,  geriliyə,  qadın  əsarətinə,  dini  fanatizm  və 
mövhumata qəzəblə gülən C.Məmmədquluzadənin tənqid atəşi 
inqilabdan  sonra,  əsasən,  köhnəlik  qalıqlarına  qarşı  çevrilir. 
Ədibin 
realizmində, 
mövzularında, 
əsərlərin 
canr 
xüsusiyyətlərində yeni keyfiyyətlər meydana çıxır». 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə