Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə14/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   10   11   12   13   14   15   16   17   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
53 
F.  Köçərli  elə  bir  dövrdə  fəaliyyətə  başlamışdır  ki,  o 
dövrdə  Rusiyada  ictimai-siyasi    ziddiyyətlər  kəskinləşir.  Azər-
baycanda  milli  şüur  getdikcə  qüvvətlənirdi.  Azərbaycanda 
dramaturgiya,  nəsr,  nəzm,  realizm  üslubu  ilə  inkişaf  edir, 
ədəbiyyat ideyaca zənginləşir, qəzet və curnallar dilimizdə nəşr 
edilir.  Azərbaycan    ədəbiyyatı  tarixinin  sistemli  şəkildə 
öyrənilməyə  meyil  artırdı.  Firidun  Köçərli  silsilə  məqalələrini, 
«Azərbaycan    türklərinin  ədəbiyyatı»  əsərini,  «Azərbaycan  
ədəbiyyatı» əsərlərini yazır. Onun ən böyük xidməti «çox əsrlik 
Azərbaycan    ədəbiyyatı  irsini  toplayıb,  elmi  prinsip  və 
ardıcıllıqla  öyrənərək  öz  tədqiqatının  nəticələrini  «Azərbaycan  
ədəbiyyatı» əsərində xalqın istifadəsinə verməsi»dir.  
Yusif  Vəzir  Çəmənzəminli  tədqiqatlarında  Nəsimi,  Ab-
basqulu  Ağa  Bakıxanov,  Mirzə  Fətəli  Axundov,  Qasım  Bəy 
Zakir,  Mirzə  Ələkbər  Sabir  və  başqa  şairlər,  sənətkarlar 
haqqında,  onların  yaradıcılığı  haqqında  nəzəri  fikirlərini 
söyləmişdir,  Mirzə  Fətəli  Axundov  irsinə  xüsusilə  yüksək 
qiymət  verilmişdir:  «Milliyyət  hissi  birinci  dəfə  olaraq  bu 
ədibdə  oyanmışdır  və  intibahın  dəlili  olan  kritisizm  də  Mirzə 
Fətəlinin əsərlərilə başlayır».  
 Yusif  Vəzir  Çəmənzəminli  «Milli  –  mədəni  işlərimiz» 
silsilə  məqalələrində  kitab  nəşrinin  vacibliyini  qeyd  edir.  O 
yazır:  «Hankı  yolda  qənaət  olunsa,  nəşriyyat  üçün  qənaət 
olmasın.  Çünki  bugünkü  basılan  kitablar  kəsilən  pullardan 
qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr 
vermir.  Nəşriyyata  xərclənənlər  millət  üçün  böyük  sərmayə 
vücudə gətirər.  Bütün gələcəyimiz  mədəni  binalarımız,  tərəqqi 
məhsullarımız bu sərmayə üzərinə binalanacaqdır».  
 Firudin Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı 
tədqiqatlarını yüksək dəyərləndirir: «Ədəbiyyatımızı müntəzəm 
bir şəklə salmaq  və ümumə tanıtmaq əhəmiyyətli,  həm də çox 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
54 
əhəmiyyətli  məsələlərdəndir.  Bu  yolda  yigirmi  ildən  bəri 
çalışmasilə və ədəbiyyatımızı nizama salmasilə məşhur Firidun 
bəy  Köçərlidir.  Firidun  bəy  ən  müqtədir,  ən  sevimli 
ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə 
bütün keçmişimizi diriltdi...». 
Tədqiqatçılarımız    Cümhuriyyət  dövrünün  araşdırıcıla-
rından Adilxan Ziyadxanın «Azərbaycan  haqqında tarixi, ədəbi 
və  siyasi  məlumat»  (1919)  əsərinin  «milli  ədəbiyyat  tarixinin 
öyrənilməsi 
baxımından» 
dəyərli 
bilirlər. 
A.Ziyadxan 
Çəmənzəminlidən  fərqli  olaraq  azərbaycanlı  müəlliflərin,  ərəb 
və  fars  dillərində  yazıb-yaradan  ədiblərin  irsini  milli 
ədəbiyyatımızın  ayrılmaz  tərkib  hissəsi  kimi  tədqiqata  cəlb 
edir:  «tədqiqatda  ayrı-ayrı  klassiklərin  yaradıcılığının  bağlı 
olduqları ədəbi-kulturoloci və ictimai-siyasi mühit kontekstində  
təhlilə  cəlb  olunması  bütövlükdə  milli  ədəbiyyatın  regional 
çalarlarının üzə çıxarılmasına imkan vermişdir».  
 Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b. 
Azərbaycan    ədəbiyyatını,  mədəniyyətini  təbliğ  etmək  məq-
sədilə bir sıra məqalələr, kitablar Avropada çap etdirmişlər. Bu 
dövrdə Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət yaradıcılığı 
ilə  bağlı  müxtəlif  məqalələr  yazılmış,  bu  məqalələrdə  «ədəbi-
estetik fikrin milli məfkurəyə üstünlük» verdiyi, «bədii əsərləri 
bu yöndə dəyərləndirmək meyli» diqqəti çəkir. 
 
 
 
1920-1940-ci İLLƏR DÖVRÜNDƏ  
AZƏRBAYCAN ƏDƏBİYYATI 
 
XX  əsrin  20-ci  illərində  poeziya  xüsusilə  inkişafda  idi. 
Lirikada  köhnə  motivli,  Sabiranə,  məzmun  etibarilə  mücərrəd 


 
Sənət, sənətkar və zaman
 
 
 
55 
şeirlər də yaranırdı. Bir cəhət daha önəmdə idi ki, lirik şeirlərdə 
xəlqilik,  həyatilik  daha  güclü  özünü  göstərməyə  başlamışdı, 
realist  və  romantik  meyillər  bir-birinə  yaxınlaşırdı.  Onlarla 
romantizm  ədəbi  üslubunda  əsərlər  yazan  H.Cavid  kimi 
sənətkarlar  «Azər»  dastanını,  H.Sanılı  «Aran  köçü»,  «Zülmün 
sonu»,  «Namus  davası»  kimi  əsərlər  yazırdı  ki,  bunlar  ədəbi 
prosesdə  böyük  hadisələr  idi,  gənc  qələm  sahibləri  inqilabi 
ideyalara  sədaqətlə  yanaşı,  vətənə,  xalqa  bağlılıq  hisslərini  də 
geniş  şəkildə  yaratdıqları  əsərdə  əsas  götürürdülər.  Ölkədə 
qurulan  fəhlə–kəndli  hökuməti  ədəbi  prosesə  də  təsirini 
göstərməyə  başladı.  Xalqın  müstəqilliyinin,  dövlətimizin 
suverenliyinin,  ölkədə  qurulan  Xalq  Cümhuriyyətinin  qələbə 
mücdəli  arzularını,  istiqlalını  tərənnüm  edən  şairlərlə  yanaşı, 
xalqının  inkişafını,  maariflənməsini,  ölkədə  gedən  quruculuq 
işlərinə, yaxşılığa, inkişafa, tərəqqiyə doğru meyli görən şairlər 
bu  işdə  sadə  xalq  kütlələrinin  böyük  rolunu  görüb  dövrün 
nəbzini  tutmağı  –xalqının,  vətənin  səadəti  uğrunda  yazıb-
yaratmağı      «şeirin  manifesti»  elan  etdi.  Səməd  Vurğunun  bu 
misraları o manifestin ilk sətirləri idi: 
Kimindir sabahdan axşama qədər, 
Yağışda, yağmurda çalışan əllər. 
Kimindir gecələr yuxusuz qalan, 
Səhvlər buraxan, töhmətlər alan, 
Fəqət hər ağrıya köksünü gərən, 
İşıqlı bir günə yollar göstərən, 
Günəşin altında, suyun içində 
Əkində, tarlada, suda, biçində,  
Dərisi çatlayan, gönü qaralan. 
Torpağın bağrını təpiklə yaran. 
Tərlan səhərlərin laçın övladı, 
Şeirə yaraşmazmı onların adı? 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
56 
 
 Səməd Vurğunun bu fikirləri aktuallığı ilə yeni yaradıcı-
lığa  gələn  qələm  sahibləri  üçün  bir  deviz  oldu.  Hüseyn  Cavid 
kimi sənətkarın «Azər» dastanı yaratması bu aktual məsələlərin 
dərkinin  nəticəsi  kimi  tədqiqatçılar  tərəfindən  qəbul  edilir, 
«Azər»  dastanında  Böyük  Azərbaycan  xalqının  həyatının 
əvvəlinin  
Hər günəşə vardım, ləkəli gördüm, 
Hər vicdana girdim, kölgəli gördüm. 
Parlaq imanları şübhəli gördüm, 
Məgərsə hər cilvə bir xülya imiş... 
-görən şair sonrasını isə belə təsəvvür edir: 
....Hər günəşə vardım, çiçəklər güldü, 
Sövdalı bülbüllər salama gəldi. 
Hər bəzmə uğradım, meylər töküldü, 
Qədəhlər öpüşüb xurama gəldi. 
Bu  təzadlı  bəndlərdəki  məzmun,  fikir,  hətta  ruh  ayrılığı 
açıq  hiss  olunur.  Şair  burada  böyük  bir  xalqın  kədər  və  se-
vincini  poetik  bir  düstura  sığışdıra  bilmişdir.  «Həmin  misralar 
yeniləşmənin  fəal  dəyişdirici  rolunu,  onun  günəşə,  işığa, 
həyata,  yaşamağa,  yaratmağa  çağıran  səsini  eşidən,  duyan  bir 
şairin qələmindən çıxmışdır». 
Bu  dövrdə  ədəbiyyatda  görkəmli  şair,  şeirlərində  milli 
koloriti,  dil  sadəliyi,  təbiət  təsvirlərindəki  ustalığı  ilə  seçilən 
Hacı  Kərim  Sanılının  yaradıcılığının  mövzu  dairəsinin  «ge-
nişliyi», «müxtəlif bədii səviyyəli şeirləri», «bir–birindən fərq-
lənən  poemaları»,  haqqında  az  da  olsa  B.Çobanzadə 
«Azərbaycan      ədəbiyyatının  yeni  dövrü»  əsərində  danışmış, 
onun  poeziyasının  ideya  və  poetik  qaynaqları  haqqında  fi-
kirlərini  bildirmiş,  «şairin  lirik  şeirlərinin  oxucuda  gözəl  və 
təmiz  hisslər  oyatdığını,  onlarda  xalq  ruhunun  canlı,  təbii  və 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə