Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə16/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   12   13   14   15   16   17   18   19   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
61 
Yaradıcılığını  üç  əsas  istiqamətdə  (dramaturgiya,  bədii 
nəsr,  publisistika)  inkişaf  etdirən  C.Məmmədquluzadə  «Ana-
mın kitabı» (1919-20), «Kamança» (1920), «Danabaş kəndinin 
məktəbi»  (1921),  «Dəli  yığıncağı»  (1927)  və  s.  dramatik 
əsərlərində  vətən,  xalq  birliyi  ideyasını  irəli  sürür:  cəmiyyətin 
bir  –  birinə  zidd  qüvvələrinin  arasındakı  daxili  ziddiyyətləri 
açıb 
göstərir, 
ana 
dilinin 
saflığı 
məsələsini 
qoyur. 
Hekayələrində  qadın  azadlığı,  realist  demokratik  sənət  və 
ədəbiyyat  uğrunda  mübarizə,  mövhumata,  bürokratizmə  qarşı 
kəskin  çıxış,  dilin  təmizliyini  qorumaq,  gənc  nəslin  sağlam 
ruhda tərbiyəsi  məsələləri qoyulur.  Çadraya qarşı çıxan,  qeyri-
qanuni  evlənmə  qaydalarını  gülüş  hədəfinə  çevirən  («Yuxu», 
«Qoşa  balınc»  və  s.),  cəmiyyətdə  gedən  yeniliklərə  mane  olan 
yaramaz,  tüfeyli,  süründürməçi,  şöhrətpərəst,  xalqı  aldadıb 
varlanma  istəyində  olanlara  qarşı  («Taxıl  həkimi»,  «Qəza 
müxbiri»,  «Ucuzluq»,  «Oğru  inək»  və  s.)  çıxan,  tərbiyə 
mövzusunda  («Şərq  fakültəsi»,  «Saqqallı  uşaq»,  «Buz»  və  s.) 
hekayələrini  yazır.  Publisist  yazıları  ilə  də  xalqına,  millətinə, 
onun  inkişafına  xidmət  edən  yazıçı  beynəlxalq  imperializmə 
qarşı  yazdığı  kəskin  yazılarında  xarici  imperialistləri  tənqid 
edir.  İngilis  irticaçılarının  müstəmləkəçilik  siyasətini  ifşa  edir: 
C.Məmmədquluzadənin  inqilabdan  əvvəlki  bədii  nəsrinə  xas 
xəlqiliyi,  mənalı  gülüşü,  lakonizmi,  sadəliyi  və  mübarizliyi  bu 
hekayələrdə  də  görürük.  Ədib  cəmiyyət  quruculuğuna  mane 
olan yaramazlara, tüfeylilərə, oğrulara, süründürməçilərə,  xalqı 
aldatmaq  yolu  ilə  varlanmaq  istəyənlərə,  şöhrətpərəstlərə  qarşı 
mübarizə  aparır,  «Taxıl  həkimi»,  «Qəza  müxbiri», «Ucuzluq», 
«Oğru  inək»  «İki  alma»,  «Toy»  və  s  əsərlərində  rəhmdillik, 
qonaqpərvərlik, kimsəsizlərə əl tutmaq kimi hissləri təbliğ edir,  
Azərbaycanın  milli  sərvətlərinə  göz  dikənləri,  diş  qıcırdanları 
kəskin  felyetonları  ilə  ifşa  edir.  Publisist  yazılarında  («Şərq 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
62 
qadını»,  «Beynəlxalq  qadınlar  günü»,  «Səkkiz  mart  qadınlar 
günü»)  qadın  azadlığı  uğrunda  mübarizəni  də  əsas  götürən 
ədibin apardığı mübarizənin səmərəsindən duyduğu iftixar hissi 
öz ifadəsini tapır. «Proletar şairi», «Şeir bülbülləri», «Sənət və 
ədəbiyyat»,  «Şeir  nəşəsi»,  «Mədfən»  kimi  əsərlərində  «C. 
Məmmədquluzadə    sənət  və  ədəbiyyatın  qarşısında  həyatilik, 
ideyalılıq,  sadəlik  və  aydınlıq  kimi  ciddi,  mühüm  tələblər 
qoyur.  O,  sənət  və  ədəbiyyatı  ictimai  məzmundan  məhrum 
etməyə  çalışanlara,  sənətlə  həyat  arasında  keçilməz  sədd 
qoyanlara, xalqa yabançı, qəliz və anlaşılmaz dildə danışanlara, 
qafiyəpərdazlara  düşməndir.  Ədib  yeni  mövzulara,  böyük 
ideyalara  biganəlik  göstərən  formalist  şeirə  qarşı  qəti  etiraz 
edir,  məzmunsuz,  bayağı  şeirlərdən  «nəşə  alanlara»  üz  tutaraq 
tənqid edir: «İxtiyar məndə olsa, şeir nəşəsini qadağan edərəm. 
Necə ki, tiryək nəşəsi qadağandır». 
Azərbaycan    nəsrinin  inkişafında  Seyid  Hüseynin  rolu 
böyükdür.  Hekayə canrının  inkişaf tarixi onun adıyla  bağlanır. 
20–ci illərin sonundan 30-cu illərin  birinci yarısınadək yazdığı 
hekayələr  öz  müasirliyi  ilə,  bədii  tutumu  ilə  ona  şöhrət 
qazandırmışdır.  İnqilabdan  əvvəl  onu  tanıdan  tənqidi  əsərləri 
olmuşsa,  1927-ci  ildən  nəsr  –  hekayə  sahəsindəki  uğurları  ilə 
şöhrət  qazanmışdır.  «Gələcək  həyat  yollarında»,  «Bir  günəşin 
tarixi»,  «Sarıköynək»,  «Onun  oğlu»,  «Hacı  Sultan»  (1927), 
sonralar  «Mehriban»,  «Daxili  naziri»,  «Həzin  bir  xatirə» 
hekayələri «İnqilab və mədəniyyət» («Azərbaycan») curnalının 
səhifələrində  çap  etdirilmişdir.  1927-1937-ci  illər  arasında 
çağdaş Azərbaycan  ədəbiyyatının  yaranması tarixində mühüm 
rol  oynamış,  həyatiliyi  və  bədii  lirikliyi  ilə  oxucu  kütləsinin 
rəğbətini  qazanan  S.  Hüseynin  nəsrindəki  müasirlik  idi:  «...  o 
zaman  biz  gənclər  «İnqilab  və  mədəniyyət»  curnalının  yeni 
nömrəsini  alan  kimi  Seyid  Hüseynin  hekayəsini  axtarırdıq. 


 
Sənət, sənətkar və zaman
 
 
 
63 
Onun  hekayələrində  əks  olunan  ictimai,  əxlaqi  və  bədii 
məsələlər  oxucular    arasında  müzakirə  və  mübahisə  yaradırdı, 
çünki  Seyid  Hüseyn  müasirlərini  düşündürən  canlı  hadisələrə 
toxunur,  həyatdan,  xalqın  mübarizəsindən  yazırdı»  (Mirzə 
İbrahimov). 
 1920-ci  ildən  sonra  Seyid  Hüseyn  həm  də  publisistik, 
tənqidi  yazıları  ilə  də  mətbuatda  müntəzəm  çıxış  edirdi.  O, 
Sabir,  Hadi,  C.Cabbarlı,  Abdulla  Şaiq  haqqında  məqalələr, 
xatirələr  yazmış,  Məhəmməd  Hadinin  Azərbaycan    ədəbiyyatı 
tarixində  əhəmiyyətli  fəaliyyətini  təqdir  etmişdir.  Sabirin 
həyatı,  mühiti  haqqında  maraqlı  məlumatlar  vermişdir.  Mehdi 
Hüseyn  Seyid  Hüseyn  ədəbi  fəaliyyətinin  ideya  –  siyasi 
istiqamətinə  belə  qiymət  verir:  «Seyid  Hüseyn  ...  proletar 
hakimiyyəti  illərində  bitərəf  qalmağın  qətiyyən  müəyyən 
olmadığını  söyləyir.  O,  «Çarxların  hücumu»  adlı  hekayəsində 
hücuma keçən  inqilabın obrazını  verməyə çalışaraq,  bu hücum 
zamanında  bitərəf  qalan  və  öz  yolunu  təyin  edə  bilməyən 
adamların  ayaq  altında  əzilməkdən  başqa  bir  yol  tapa 
bilməyəcəklərini anladır». 
O,  1920  –ci  il  inqilabından  sonra  da  inqilabdan  əvvəlki 
kimi  «demokratik,  realist  sənət  haqqında  doğru  estetik» 
görüşlərini tənqidi görüşlərində davam etdirir. 
Süleyman  Sani  Axundov  da  həm  inqilabdan  əvvəl,  həm 
də  inqilabdan  sonra  1939-cu  ilə  qədər  ədəbiyyatımızın  inki-
şafında  mühüm  rol  oynayan  simalardandır.  20-ci  illərdəki 
yaradıcılığında dramaturgiya əsas yer tutan S.S.Axundov «mən 
mövhumat,  avamlıq  və  ətalətlə  mübarizə  etmək  üçün  ən  yaxşı 
vasitələrdən  biri  də  teatr  olduğunu  anlayaraq  pyes  yazmağa 
başladım»  -  deyir.  1921-22-ci  illərdə  irili–xırdalı  on  bir  pyes, 
23-cü  ildə  isə  «Yeni  həyat»  adlı  kiçik  pyesini  yazmış  və 
sonralar  bədii  nəsrlə  məşğul  olmuşdur.  «Tənqid-təbliğ»  teatrı 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
64 
üçün yazdığı doqquz pyesi aktual mövzuları özündə əks etdirən 
kiçik 
həcmli  əsərlərdir.  Ümumiyyətlə,  «Tənqid–təbliğ» 
teatrının  repertuarında  S.S.Axundovun  əsərləri  mühüm  yer 
tutmuşdur.  
 «Laçın  yuvası»,  «Eşq  və  intiqam»,  «Şeytan», «Bir eşqin 
nəticəsi»,  «Səadət  zəhmətdədir»,  «İki  yol»,  «Qaranlıqdan 
işığa»,  «Çərxi–fələk»  və  s.  pyeslərinin  bir  qisminin  müasir 
həyatın  aktual  məsələlərindən  bəhs  etdiyi,  bir  qisminin  isə 
«mövzusu  inqilabdan  əvvəlki  həyatdan  götürülsə  də,  günün 
vacib sosial problemlərinə» həsr olunduğu, «ümumilikdə isə bu 
pyeslərin  iyirminci  illər  ictimai  mühitin  vacib  aktual  mə-
sələlərinin  təhlil  və  təbliğinə»  xidmət  etdiyi  bildirilir.  20-ci 
ildən  sonrakı  nəsr  yaradıcılığında-«Kövkəbi–hürriyyət»,  «Yu-
xu»,  «Qatil  uşaq»,  «Cəhalət  qurbanı»,  «Ümid  çırağı», 
«Təbrik».  «Sona  xala»  kimi  hekayələrində  müasir  həyatın 
təsviri,  qadın  azadlığı  məsələsi,  köhnə  həyatla  yeni  həyatın 
müqayisəli  təhlili,  («Namus»,  «Mister  Qreyin    köpəyi»,  «Son 
ümid» və s.) əsasdır. 
 XX  əsr  Azərbaycan    ədəbiyyatının  realist  ənənələrini 
inqilabdan  sonra  da  inkişaf  etdirən,  bədii  və  dramaturgiya 
sahəsində tanınan, bu sahələri mövzuca zənginləşdirən görkəm-
li yazıçılarımızdan biri də Əbdürrəhim bəy Haqverdiyevdir. Ə. 
Haqverdiyev  yazdığı pyes,  hekayə,  məqalə,  xatirələrilə  yanaşı, 
rus  və  dünya  ədəbiyyatından  tərcümələri  ilə  də  ədəbiyyat 
tariximizdə  mühüm  yer  tutur.  «Ağac  kölgəsində»,  «Köhnə 
duman», «Qadınlar bayramı», «Yoldaş Koroğlu», «Çox gözəl», 
«Sağsağan»  pyeslərində  yeni  həyat,  xalqın  şüurunda  yaranan 
dönüş, 
«insanların 
şüurunda 
əmələ 
gələn 
dəyişmə», 
«yeniləşmə» əsasdır.  
1920-37-ci illərdə Tağı Şahbazi Simurqun yaradıcılığında 
qadın  azadlığı  məsələsi  əsas  yer  tutur.  «Zərifə»,  «Haqsızlıq 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə