Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə18/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   14   15   16   17   18   19   20   21   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
69 
 Məmməd Səid Ordubadinin «Dumanlı Təbriz» kimi çox-
cildli,  çoxsücetli,  monumental  əsəri  ədəbi  tənqidin  diqqətini 
cəlb  etdi.  Bu  roman  Azərbaycan    bədii  nəsrinin  böyük 
müvəffəqiyyəti,  Azərbaycan    romançılığının  qüdrət  və 
qüvvətinin  nəticəsi  kimi  dəyərli  idi.  Mir  Cəlalın  «Böyük 
problemlər romanı» məqaləsini digər tənqidçilər tarixi  inqilabi 
romanın  bir  sıra  nəzəri  probleminin  həlli  sahəsində  «özünün 
konseptual  monoqrafik  xarakterinə,  obyektivliyinə,  yüksək 
tənqidi  təfəkkürünün  parlaqlığına,  aydınlığına  görə  seçilən» 
qiymətli  məqalə  kimi  yüksək  dəyərləndirir.  Bu  məqalədə 
«tənqidçi romanın əsas tarixi və əfsanəvi macəra qaynaqları ilə 
bərabər,  onun  sücet,  kompozisiya,  fabula  üslubundakı 
şairanəlik,  obrazlar  aləmi,  sənətkarlıq  problemlərinin  və  ən 
başlıcası  əsərin  ictimai-siyasi,  fəlsəfi,  həyati  məsələlərin, 
xüsusilə 
azadlıq  uğrunda  gedən 
mübarizələrin 
faciəli 
mahiyyətini 
proffessional 
tənqidçi 
mövqeyindən 
təhlil 
etmişdir».  
30-cu illərdə yaranan «Şamo», «Dirilən adam», «Daşqın», 
«Dünya qopur», «Gizli Bakı», «Döyüşən şəhər»  kimi tarixi  və 
əfsanəvi  mövzuda  yazılmış  əsərlərdə  konkret  tarixi-inqilabi 
mübarizələri  müəlliflərin  böyük  sənətkarlıqla  əks  etdirdikləri 
bildirilir.  Bəzi  cüzi  çatışmazlıqlar  nəzərə  alınmaqla,  nöqsanlar 
göstərilməklə    geniş təhlil  və tədqiqini tapmışdır.  Bu cəhətdən 
N.  Əfəndiyevin  professional  tənqidçi  kimi  fəaliyyətini  qeyd 
etməliyik. Bu dövrün Salman Mümtaz, R.Axundov, Əli Nazim, 
H.Zeynallı,  M.Hüseyn,  M.Arif,  M.Cəfər  kimi  tənqidçiləri 
yetişmişdi.  Bu  dövrün  tənqidi  və  ədəbiyyatşünaslığı  «sənət 
sənət üçündür» nəzəriyyəsinə, vulqar sosiologizmə, hər cür yad 
meyillərə qarşı mübarizələrdə bərkimiş, inkişaf etmiş olduğunu 
sonrakı dövr alim və tədqiqatçıları dönə –dönə söyləmişlər. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
70 
Bu  illərdə  ədəbiyyatşünaslıqda  bir  sıra  məsələlərin  həlli 
yolları, klassik irsimizin, ədəbiyyat tarixinin müxtəlif problem-
ləri  araşdırılır.  Nizami,  Füzuli,  Mirzə  Fətəli  Axundov,  Mirzə 
Ələkbər  Sabir,  Cəlil  Məmmədquluzadə  və  başqalarının  həyat 
və  yaradıcılığı  əhatəli  şəkildə  tədqiq  edilir,  monoqrafiyalarda 
Azərbaycan  ədəbiyyatının  tarixi  araşdırılır,  öyrənilir.  Klassik 
irs  dərindən  öyrənilirdi,  dünya  ədəbiyyatına  böyük  sənət 
inciləri  bəxş  etmiş  Nizaminin  800  illik  yubileyi  ərəfəsində 
ədəbiyyatşünaslığın  bütün sahələri  bu  işlə  məşğul olmuş,  onun 
əsərləri  farscadan  ana dilimizə tərcümə edilmiş,  yaşadığı dövr, 
həyat  və  yaradıcılığı  ilə  bağlı  məqalələr,  monoqrafiyalar 
yazılmışdı. 
 Bu  illərdə  Füzuli  yaradıcılığı  da  geniş  şəkildə  tədqiq 
olunmağa başlandı. Mir Cəlal «Füzulinin poetik xüsusiyyətləri» 
(1940)  əsəri  ilə  ilk  dəfə  çıxış  etdi.  F.  Qasımzadə,  Mikayıl 
Rəfili,  filosof  Heydər  Hüseynov  M.F.  Axundov  irsinin 
öyrənilməsində  müstəsna  xidmətlərə  malikdirlər.  Onların 
tədqiqatlarında  ilk  dəfə  Axundovun  həyatı,  fəaliyyəti,  şair, 
filosof, dramaturq, tərcüməçi, ictimai xadim, maarifçi, islahatçı 
kimi  tədqiq  olunmağa  başlanıldığı  məlumdur.  1938-ci  ildə 
əsərlərinin 3 cildliyi çapdan çıxdı və bu onu daha yaxşı tanımaq 
üçün  oxuculara  kömək  etdi.  Bu  illərdə  Ə.  Nazim  «Molla 
Nəsrəddin»  (1936),  Mirzə  İbrahimov  «Böyük  demokrat» 
(1939),  Cəfər  Xəndan  «Sabir»  (1940)  və  s.  irihəcimli  tədqiqat 
əsərləri  yazdı.  Tədqiqatçılar  təkcə  Azərbaycan    ədəbi  irsini 
deyil,  eyni  zamanda  rus,  dünya  xalqlarının  ədəbiyyatı,  onun 
nümayəndələri  haqqında  Azərbaycan    oxucusuna  məlumat 
verir, bu mövzuda əsərlər çap etdirirdilər. 
Azərbaycan  sovet  ədəbiyyatı  öz  inkişafı  dövründə  çox 
çətinliklərə,  mənəvi  təqiblərə,  cismani  cəzalara  məruz  qalmış 
ədib və şairləri ilə də tarixə düşüb.  


 
Sənət, sənətkar və zaman
 
 
 
71 
20-ci ildə Bolşevik Rusiyası  Azərbaycanı işğal etdi. Xalq 
Cümhuriyyəti  süquta  uğradı  və  ölkədə  yaranan  gərgin  ictimai-
siyasi  vəziyyət  ideoloci  ovqatı  da  dəyişməyə  başladı.  Milli 
məfkurəyə  qarşı  amansızlıqlar  baş  alıb  gedir,  xalq,  ziyalı 
təbəqəsi kommunist ideologiyası ilə «silahlandırılırdı». Bu çox 
çətin, ağır illərdə yaradıcılıqları çiçəklənən,  müdriklik dövrünü 
yaşayan  C.  Məmmədquluzadə,  Hüseyn  Cavid,  Nəcəf  bəy 
Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, 
Seyid  Hüseyn  bu  dövrün  ədəbi  tələblərinə  uyğunlaşa  bilmir, 
müqavimət  göstərirdi.  Buna  görə  də  inqilabi  kommunist 
quruluşun  düşmənləri  kimi  təqib  olunurdular.  Azərbaycan 
ədəbi  posesinin  belə  sürətlə  inkişafı  düşmənlərimizin  xoşuna 
gəlmirdi.  Siyasi-ictimai  gərginlik  onların  xeyrinə  idi.  «Yaşlı» 
ədəbiyyata  qarşı  yeni  formalaşmaqda  olan  gənc  ədəbi    qələm 
sahiblərindən  istifadə  olunmağa  başlandı.  Ədəbiyyata  qarşı 
kommunist siyasətinin bu üsulundan yararlanmaq üçün 1925-ci 
ildə  Bakıda  müxtəlif  ədəbi  dərnəkləri  öz  ətrafında  birləşdirən 
«Qızıl  qələmlər»  cəmiyyəti  yarandı  və  onun  bölgələrdə 
fəaliyyət  göstərən  şöbələri  ətrafında  da  oktyabr  inqilabının 
təntənəsini  tərənnüm  edən,  təbliğ  edən  gənc  ədib  və  şairlər 
toplaşırdı.  «Qızıl qələmlər» cəmiyyətinin  fəaliyyətini genişlən-
dirmək  üçün  Bakıda  qurultaylar  keçirilirdi.  1928-ci  ildə 
Azərbaycan  Yazıçılar  Cəmiyyəti  yaradıldı.  Bütün  nəsillərdən 
olan  yazıçıların  sovet  ideologiyası  ətrafında  birləşdirilməsi 
üçün  bütün  cəhdlər  göstərilirdi.  Baxmayaraq  ki,  milli  əqidəyə 
sədaqətli  sənətkarlarımız  kommunist  partiyasının  hakim 
ideologiyasına  tabe  olmaqdan  boyun  qaçırır,  müxtəlif  yollarla 
da  bundan  imtina  edirdilər.  Belə  bir  dövrdə  proletar 
beynəlmiləlçiliyindən,  rus  xalqının  qüdrətindən,  Lenindən 
yazmayan 
bu 
sənətkarlar 
«sosialist 
inqilabını 
gözü 
götürməyən» sənətkarlar kimi amansız təqibə məruz qalırlar. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
72 
1934-cü  ildə  Azərbaycan  Yazıçılar  Cəmiyyəti  əsasında 
daha mütəşəkkil yaradıcılıq təşkilatı olan Azərbaycan Yazıçılar 
İttifaqı 
yaradıldı. 
Senzura 
sosialist 
prinsiplərini 
öz 
yaradıcılıqlarında  yetərincə  ifadə  edə    bilmədiyi  bəhanəsiylə 
Azərbaycan  yazıçılarının  böyük  bir  hissəsini  təqib  etməyə 
başladı  və  onlar  bu  repressiyanın  qurbanı  oldular.  Ölkədən 
gedən,  mühacirət  həyatı  yaşayan,  vətəndən  didərgin  salınan 
sənətkarlarımız oldu.  
Kommunist-sovet ideologiyası milli məfkurəyə qarşı mü-
barizə  aparırdı  və  bu  mübarizə  özünü  aşağıdakı  sahələrdə  də 
göstərirdi: 
(A)  azərbaycançılığın  əsas  əlaməti  olan  türkçülük,  tama-
milə  əsassız  olaraq,  millətçilik  hesab  edilir;  ədəbiyyatda  milli 
tarixi  mövzuların,  ideyaların  yer  tutmasına  imkan  verilmir; 
milli  mənafe  əvəzinə  sinfi  mənafelərin  mübarizəsindən 
danışılır, vulqar beynəlmiləlçilik təbliğ olunurdu. 
B)  azərbaycançılığın  ikinci  əlaməti  olan  müsəlmançılıq, 
ümumiyyətlə,  hər  cür  dini  dünyagörüş  bütünlüklə  inkar  edilir: 
onun  mənəvi-əxlaqi  imkanlarından,  bədii  yaradıcılıqdakı 
ənənəvi rolundan imtina olunurdu; 
C)  azərbaycançılığın  üçüncü  əlaməti  olan  müasirlik 
vulqarlaşdırılaraq  sosialist  inqilabının,  sovet  gerçəkliyinin 
tərənnümü  ilə  məhdudlaşdırılır;  dünyaya  geniş  pəncərə 
açılmasına icazə verilmirdi». 
Bütün  bunlara  baxmayaraq  azərbaycançılıq-  milli  məf-
kurə  beşiyində  boğula  bilmədi.  Demək  olar  ki,  bütün  şair, 
yazıçı,  dramaturqların    əsərlərində  millilik  qorundu,  inkişaf 
etdirildi, özünü bir xalq kimi təsdiq etdi. 
 Bu  dövrdə  xalq  ədəbiyyatının  toplanması,  nəşri,  onun 
yazılı  ədəbiyyata  təsiri,  xalq  ruhunun  ədəbiyyatda  əksi  görün-
məmiş  bir  şəkildə  kütləvi  hal  almışdı  və  xalq  ədəbiyyatını  öz 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə