Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə17/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   13   14   15   16   17   18   19   20   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
65 
dünyası»,  «Hacı Salman»,  «Ağanın kənizi»,  «Məşədi Qədimin 
evində  bədbəxtlik»,  «Küləkli  bir  axşam»,  «Mirzə  Badımcan». 
«Qayçı»,  «Aldanmış  ümid»  hekayələri,  «Düşmənlər»  (1932) 
povesti onun  sənətkarlığını qiymətlədirmək  baxımından  xüsusi 
əhəmiyyət  kəsb  edir.  H.Nəzərli,  B.Talıblı,  S.Hüseyn  kimi 
T.Ş.Simurq    da  hekayələr  müəllifi  olmuş,  1935-ci  il,  1960-cı 
ildə I cilddən ibarət «Seçilmiş əsərləri» Azərnəşr, 1983-cü ildə 
I cildlik  «Seçilmiş əsərləri» «Yazıçı» nəşriyyatı tərəfindən nəşr 
olunmuşdur.  
1920-ci illərdən bədii yaradıcılıqla məşğul olan «keçmişə 
qəzəbli və istehzalı münasibət» (M.Hüseyn) bəsləyən Hacıbaba 
Nəzərli 30–cu illər Azərbaycan  nəsrində ilk dəfə olaraq «döyüş 
lövhələri və döyüşçü surətləri»ni yaratmışdır. «Nişanlı gözləri», 
«Casusun  yardımçısı»,  «Laçın»,  «Satqın»,  «Üç  dövrün  canlı 
arxivi»,  «120-dən  ikisi»,  «Təəssüb»,  «Əyyaş»,  «Rəfail», 
«Qəhrəmanın  romanı»,  «Sarıköynək»  və  s.  kimi  dövrün 
oxucuları  arasında  tanınan  əsərlərin  müəllifidir.  O,  nəsrlə 
yanaşı,  dram  əsərləri  də  yazmışdır.  «Yollar»,  «Sabir»  və 
Süleyman  Rüstəmlə  birgə  «Yanğın»  komediyasını  yazmış, 
maraqlı,  yaddaqalan  obrazlar  yaratmışdır.  Onun  əsərlərində 
mənfi,  yaramaz,  qeyri-insani  hisslər  pislənir,  mərdlik,  səxavət, 
qoçaqlıq,  başqalarına kömək etmək, vətənpərvərlik kimi   yaxşı 
keyfiyyətlər təbliğ olunur, bədiiləşdirilir. 
O,  hekayələrlə  yanaşı,  yazdığı  dram  əsərlərində  də 
istedadlı  sənətkar  kimi  diqqəti  cəlb  edir.  Onun  «Casusun  yar-
dımçısı»  (1926),  «Qaratel»  (1927),  «Laçın»  (1928),  «Satqın» 
(1930),  «Ölülər  rəqs  edərkən»  (1930)  kitabları  nəşr 
olunmuşdur. 
O,  ictimai  xadim  kimi  tanınmış,  repressiyaya  uğramış, 
1958-ci  il  yanvarın  28-də  xalq  düşməni  kimi  güllələnmiş,  on 
yeddi ildən sonra bəraət almışdır.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
66 
Digər  dramaturqlar  kimi  C.Cabbarlı  da  dramaturgiyamı-
zın  inkişafında  böyük  əmək  sərf  etmişdir.  1930-1940-cı  illər 
dramaturgiyada  «yüksəliş  dövrü»  kimi  qiymətləndirilir.  Cəfər 
Cabbarlının  bu  sahədə  rolu  çox  böyükdür  və  o,  «Almaz»da 
(1929)  Azərbaycan    kəndində  kollektivləşmə  illərində  gedən 
sinfi  mübarizəni  əks  etdirir,  müxtəlif  ictimai  təbəqənin 
nümayəndələrinin dolğun obrazlarını yaradır.  
1932-ci  ildə  hadisələrin  inkişafı  cəhətdən  «Almaz»ın 
«davamı» olan «Yaşar» pyesini, 1932-1933-cü illərdə «Dönüş» 
pyesini  yazır  və  20-30-cu  illər  arasında  Cəfər  Cabbarlı 
Azərbaycan  dramaturgiyasının «sonrakı inkişafı üçün bir ədəbi 
məktəb»  yaratmış  olur.  Hüseyn  Cavid  də  bu  illərdə  «Dəli 
Knyaz»,  «Telli  saz»,  «Səyavuş»,  «Xəyyam»  kimi  qiymətli 
pyeslərini  yazır  və  bu  əsərləri  ilə  yaradıcılığında  ictimai 
motivlərin,  mütərəqqi  görüşlərin,  həyat  hadisələrinin  qüvvətli 
verilməsiylə  həm  oxucu  kütləsinin,  həm  də  tənqidçilərin 
diqqətində olur. 
Cəfər  Cabbarlının  realist  ənənələrini  davam  etdirən  gənc 
dramaturqlar yetişməyə başlayır. M.İbrahimov, S.Vurğun dram 
əsərlərinə  üz  tuturlar.  M.İbrahimov  «Həyat»  pyesini  yazır. 
Onun  bu  əsəri  C.Cabbarlıdan  sonra  «səhnədə  yaranan  ilk 
dolğun  məzmunlu,  sənətkarlıqla  yazılmış,  müasir  varlığı  geniş 
ümumiləşdirmələr 
yolu 
ilə 
əks 
etdirən 
əsər» 
kimi 
qiymətləndirilir.  İkinci  dram  əsəri  «Madrid»də  böyük  ideallar 
uğrunda vuruşan qəhrəman ispan xalqının mübarizəsi öz əksini 
tapmışdır. 
1937-ci  ildə  S.Vurğun  «Vaqif»  pyesi  ilə  tarixi  dram 
canrını yeni bir pilləyə qaldırdı və bu, zəngin xarakterlərə malik 
coşqun  ehtiraslar  dramı  kimi  tamaşaçıların  rəğbətini  qazanan 
əsər  oldu.  «Xanlar»  əsərini  yazır,  əsərin  mövzusu  inqilabi 
mübarizəyə həsr olunub.  


 
Sənət, sənətkar və zaman
 
 
 
67 
Çar  məmurlarına  və  yerli  mülkədarlara  qarşı  mübarizəni 
özündə  əks  etdirən  Süleyman  Rüstəmin  «Qaçaq  Nəbi»  pye-
sində  xalq  mənafeyini  müdafiə  edən,  xalqın  istismardan 
qurtulması  uğrunda  mübarizə  aparan,  şüurlu  şəkildə  bu  xalq 
hərəkatına  başçılıq  edən  Qaçaq  Nəbinin  mükəmməl  obrazını 
yaratmışdır. 
Bu  illərdə  tarixi  dramlarla  yanaşı,  yeni  tipli  komediyalar 
da  yaranır  və  bu  sahədə  Sabit  Rəhmanın  rolu  böyükdür. 
Axundov,  Vəzirov  ənənələrini  davam  etdirən  Sabit  Rəhman 
«Toy», «Xoşbəxtlər» (1940) komediyalarını yazır. 
30-cu  illərdə  ədəbi  tənqid  və  ədəbiyyatşünaslıq  bədii 
əsərlərlə  elə  qüvvətli  bir  zəncirlə  bağlı  idi  ki,  75  illik  ədəbi 
mühiti  nəzərdən  keçirdikdə  ondan  bir  addım  da  uzaq  olma-
dığını  görürük.  Ədəbi  tənqidi,  ədəbiyyatşünaslığı  inkişaf  et-
dirən də elə yazıçı və şair kimi ədəbi mühitə gələnlər idi. Azər-
baycan    ədəbi  tənqidində  yaranan  bədii  əsərlərin  təhlil  və 
tədqiqini  verən  Salman  Mümtaz,  Əli  Nazim,  Cəfər  Cəfərov, 
Mehdi Hüseyn, Məmməd Arif, Həmid Araslı, Əziz Şərif, Cəfər 
Xəndan, Mir Cəlal, Feyzulla Qasımzadə, Mikayıl Rəfili, Əkbər 
Ağayev...  kimi  peşəkar  tənqidçilər  var.  Yazıçılarımızın, 
şairlərimizin əksəriyyəti (Cəfər Cabbarlı,  Abdulla Şaiq,  Mehdi 
Hüseyn,  Mir  Cəlal,  Mikayıl  Rzaquluzadə,  Səməd    Vurğun, 
Mirzə İbrahimov  və s.)  bədii  yaradıcılıqla  yanaşı  nəzəriyyə  və 
tənqid məsələləri ilə məşğul olmuşlar. «Bu tənqidçilərin ən çox 
məşğul  olduqları  problemlər  əsasən  nəzəri  səciyyə  daşıyırdı. 
Onlar  ədəbiyyatda  ideyalılıq,  müasirlik,  xəlqilik,  aktuallıq, 
tarixilik,  bədii  sənətkarlıq,  bədiilik,  mövzu,  bədii  dil,  müsbət 
qəhrəman  kimi  problemləri  və  s.  bilavasitə  yaradıcılıq 
prinsipləri  ilə  bağlı  izah  edirdilər.  Onlar  həyat  həqiqətini 
dövrün  əsas  tələbi  hesab  edir  və  dolayısı  ilə  romantikanı  da 
unutmurdular». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
68 
Ədəbi  tənqid  bu  illərdə  lirik  əsərlərin  təhlil  və  tədqiqini 
diqqət  mərkəzində  saxlayırdı.  Lirik  əsərlərdə  qoyulan 
mövzular,  məsələlər  bəzən  bir–biri  ilə  toqquşur,  biri  o  birini 
tamamlamır,  əksinə  bir–birinə  zidd  olurdu:  «Lirika  və  onun 
müasir  çalarları  bu  illərdə  ədəbi  tənqidin  diqqət  mərkəzində 
dayanırdı.  «Lirikaya  baxışlarda  bir-birinə,  daban-dabana  zidd 
iki konsepsiya var idi: 
 a)  müasir  aləmdə  lirikaya  yer  yoxdur,  sovet  adamı 
kədərlənməz, sevməz, sevilməz və s. 
 b) yaşasın lirika! Birincisi insana emosional təsir edən nə 
varsa hamısını: tarı, kamançanı, sazı, muğamatı, mahnını milli-
mədəni irsi inkar edirdi, ikincisi isə deyirdi: «Oxu tar». 
 S. Vurğunun bu nəzəri fikirlərini alimlər qiymətləndirirdi 
ki,  «Bəziləri  elə  düşünürlər  ki,  sosializm  dövründə  guya  insan 
zövqlərinə,  insan  hisslərinə  ədəbiyyatda  yer  verilməməlidir. 
Guya proletar əməkçilərdə dərin hisslər,  incə zövqlər,  ilhamlar 
yoxdur. Bu, qətiyyən doğru deyildir. .. 
Biz  işçi  sinfinin  əmək  prosesindən  aldığı  dərin  həyəcan-
ları, təmiz duyğuları və onların bu əməyi ilə həyata keçirdikləri 
böyük  ideallardan  aldıqları  mənəvi  zövqləri  lirika  vasitəsilə 
ifadə etməliyik...». 
 Səməd  Vurğun,  Mikayıl  Müşfiq,  Süleyman  Rüstəm, 
Rəsul  Rza,  Məmməd  Rahim,  Osman  Sarıvəlli,  Əhməd  Cəmil 
yaradıcılığında  da  lirik  qəhrəmanın  zəngin  mənəvi  aləmi, 
mənəviyyatı, kamilliyi məsələləri əsas planda idi. 
Ədəbi  tənqid  klassik  irsə,  tarixi  mövzuda  yazılmış  əsər-
lərə  də  diqqətlə  yanaşırdı.  Yaranan  tarixi  mövzuda  əsərlər 
haqqında  tənqidçilər  çoxlu  sayda  resenziya,  məqalə,  mo-
noqrafiyalar  yazır,  tarixi  hadisələrin  müasir  həyatla  səsləşən, 
«bu günü yaxşı dərk etməkdə» oxucu və tamaşaçılara yaxından 
kömək edən ideyalar, qayələr olduğunu üzə çıxarırdılar. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə