Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə13/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   9   10   11   12   13   14   15   16   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
49 
verirsə,  qarşı  tərəfdən  onun  yazılarının    Cümhuriyyət  idealları 
ilə bağlılığından mayalanır». 
Repressiya  qurbanı  olmuş,  həbsxanalara  salınmış  Um-
gülsüm  Sadıqzadənin  «Əsgər  anasına»,  «Çəkil,  dəf  ol»,  «Bir 
mayıs  günündə»,  «Yolunu  bəklərdim»  şeirlərində  azadlığını, 
müstəqilliyini  əldə  etmiş  Azərbaycan    xalqına,  onun  yenicə 
qurduğu  azad,  müstəqil,  suveren  dövlətinə  məhəbbət,  Vətənin 
sabahı üçün  narahatlıq,  xalqın çətin anda köməyinə  çatan,  onu 
düşmən  caynağından  qurtarmağa  gələn  Türk  ordusunun  arxa, 
dayaq olmasından ürəyində doğan qürur hissi, dili bir, qanı bir 
Azərbaycan    xalqının,  türklərinin  hiss  və  duyğuları,  bu  tarixi 
həqiqətlərin  xalqın  ruhunda,  yaddaşında  buraxdığı  dərin  izlər 
yaşayır.  Onun  şeirlərində  eyni  zamanda  ölkədə  Xalq 
Cümhuriyyətinin 
süquta 
uğraması, 
başımıza 
gətirilən 
müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapmışdır. 
 Məmməd  Səid  Ordubadi,  Əliqulu  Qəmküsar,  Cavid,  Əli 
Şövqü,  Davud  Ağamirzadə  və  başqa  sənətkarlarımız  Xalq 
Cümhuriyyətinin  yaşadığı  dövrün  ümumi  mənzərəsini  poezi-
yada  verdiyi  kimi,  Cəlil  Məmmədquluzadə,  Əbdürrəhimbəy 
Haqverdiyev,  Yusif  Vəzir  Çəmənzəminli,  Abdulla  Şaiq,  Seyid 
Hüseyn,  Tağı  Şahbazi  kimi  tanınmış  ədiblər  də  öz  nəsr 
yaradıcılıqlarında bunu əks etdirirdilər. 
Cəlil  Məmmədquluzadə  hekayələrində  qadın  azadlığı 
(«Konsulun arvadı» «Xanın təsbehi», «Qəssab») problemlərinə 
toxunur.  «Zırrama»  hekayəsində  mənfi  əxlaqi  keyfiyyətlər 
tənqid  olunur.  Ə.Haqverdiyevin  «Mirzə  Səfər»,  Seyid 
Hüseynin  «Həzin  bir  xatirə»,  «İsmailiyə»  hekayələri  diqqəti 
cəlb  edir.  «İsmailliyə»  hekayəsində  ədəbiyyatşünaslar  Seyid 
Hüseynin  «bu  tarixçənin  istiqlal  və  azadlıq  hərəkatı  ilə  bağlı 
məqamlarına  diqqət  yetirildiyini,  əslində  İsmailliyənin  sima-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
50 
sında  yazıçının  bütün  ruhu  və  qəlbi  ilə  bağlı  olduğu  doğma 
Azərbaycanın obrazını yaratdığını bildirirlər. 
Abdulla  Şaiqin  «Əsrimizin  qəhrəmanları»  romanının  bir 
hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinci 
dünya  müharibəsi,  çar  Rusiyasının  tənəzzülü,  Oktyabr  inqilabı 
dövründə  yeni  nəsli  düşündürən  və  narahat  edən  problemlərin 
diqqət mərkəzinə çəkildiyi qeyd edilir. 
 Ağababa Yusifzadənin «Sınan qanad» romanında xalqın, 
millətin  qayğılarını  bir  vətəndaş  kimi  irəli  çəkmək  məsələləri, 
vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir. 
Bu  dövrdə  Cəfər  Cabbarlının  «Ədirnə  fəthi»,  «Trablis 
müharibəsi»,  yaxud  «Ulduz»,  «Aydın»,  Hüseyn  Cavidin  «İb-
lis»,  Cəlil  Məmmədquluzadənin  «Anamın  kitabı», «Kamança» 
əsərləri  Cümhuriyyət  dövrünün  dramaturci  əsərləri  kimi  bədii 
cəhətdən  yüksək  qiymətləndirilir.  Cəfər  Cabbarlının  dram 
əsərlərində Türkiyə mövzusunun daha qabarıq şəkildə verildiyi 
və  bu  cəhətdən  kamil  əsərlər  kimi  səciyyələndirildiyi 
məlumdur. 
Tədqiqatçılar  Hüseyn  Cavidin  «İblis»  faciəsinin  «bu 
illərdə  cərəyan  edən  hadisələrin  ümumi  ruhundan  və  mahiy-
yətindən  qaynaqlan»dığını  bildirir:  «Dramaturq  I  Dünya    sa-
vaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin 
fitvası  ilə  törədilmiş    Mart  faciəsinin  onun  şüurunda  və 
dünyagörüşündə  yaratdığı    güclü  təəssüratın    təsiri  ilə  belə  bir 
əsərin yaradılmasını vacib  hesab etmişdir».  
Dramaturqun  «İblis»  faciəsinə ziddiyyətli  münasibət olsa 
da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır: «Cavidin 
«İblis» faciəsini ideoloci cəhətdən tənqid edənlərə onun nə kimi 
təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş  
bir fəlakəti yazmaq məcburiyyətindəyəm. 


 
Sənət, sənətkar və zaman
 
 
 
51 
Cavid  Bakıda  Nikolayevski  küçəsində  yerləşən  «Təbriz» 
otelində yaşayırdı. 1918-ci ilin mart  hadisəsindən sonra yazıçı 
və  münəqqid  Hüseyn  Sadiq  ilə  bərabər  bizə  gəlmişdi.  Cavidin 
bət-bənizi  ağarmışdı.  O,  son  dərəcə  nəşəsiz  və  mütəəssir 
görünürdü.    Əhval  sordum.  Hüseyn  Sadiq  Cavidin  əsir 
düşdüyünü 
və 
ölümdən 
qurtulduğunu 
söylədi....Cavid 
Azərbaycan  səhnəsinin  şah  əsərlərindən  olan  «İblis»  faciəsini 
bu acı təsirlər altında yazmışdı».  
Milli  birlik,  mənəvi  bütövlük  ideyaları  üzərində  qurulan 
dövlətin  tərəfdarı  olan  Cəlil  Məmmədquluzadənin  «Anamın 
kitabı»  pyesinin  ədəbi  tənqiddə  dərin  təhlili  verilmişdir: 
«Böyük  mütəffəkkirin  fikrincə,  birliyi  və  bütövlüyü  olmayan 
millətin iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi olması, tarix 
səhnəsində  uzun  müddət  duruş  gətirməsi  mümkün  deyildir. 
Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə 
Məhəmmədəli,  Səməd  Vahidin  timsalında    köləlik  və  əsarətin 
millətin  xarakterində  qoymuş  olduğu  acı  nişanələrə  diqqəti 
yönəldə  bilmişdir.  Eyni  zamanda,  müəllif  millətin  ruhuna 
hopdurulmuş  yabançı  xislətləri  diqqət  mərkəzinə  çəkməklə 
kifayətlənməmiş,  bu  bəlalardan  xilas  olmağın  yollarını 
göstərmişdir». 
Azərbaycan    ədəbiyyatı  tənqidi  və  ədəbiyyatşünaslığı 
Cümhuriyyət  dövründə  özünəməxsus  inkişaf  yolu  keçib.  «Bu 
özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir 
müstəvisində  təhlil  və  tədqiqinin  aktuallıq  kəsb  etməsi, 
həmçinin  ədəbiyyatşünaslığı  məşğul  edən  problemlərin  daha 
operativ 
şəkildə 
diqqət 
mərkəzinə 
çəkilməsi 
ilə 
şərtlənməkdədir.  Belə  ki,  Cümhuriyyət  dövründə  bir  tərəfdən 
klassik  ədəbi  irsin  tədqiqi  istiqamətində  mühüm  addımlar 
atılmış,  digər  tərəfdən  çağdaş  ədəbi  proses  yetərincə  də-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
52 
yərləndirilmiş,  həmçinin  ədəbiyyatın  nəzəri-estetik  problem-
lərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür».  
Məmməd  Əmin  Rəsulzadə  milli  azadlıq  yolunda  əldə 
edilən  müvəffəqiyyətlərin  qazanılmasında  bədii  ədəbiyyatın 
rolunu  belə  dəyərləndirir:  «Azadlıq  və  istiqlaliyyət  əsas 
süngüləri  ilə  yox,  ədəbiyyat  və  incəsənət  vasitəsi  ilə  əldə 
olunur»  və  «Qurtuluş  günü»  məqaləsində  yazır:  «Ey  millətin 
lisanül-qeybi  olan  şairlər,  ədiblər,  millətin  əməllərini,  ülvi 
niyyət  və  məqsədlərini  oxşayınız,  kəndisinə  millət  sevgisi, 
vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz». 
Cümhuriyyət  dövründə  Seyid  Hüseyn  «Yaşıl  qələm» 
ədəbi  –  elmi  cəmiyyət  yaradır.  Bu  cəmiyyət  Məmməd  Əmin 
Rəsulzadə,  Hüseyn  Cavid,  Seyid  Hüseyn,  Nəcəf  bəy  Vəzirov, 
Üzeyir  Hacıbəyov,  Abdulla  Şaiq,  Əhməd  Cavad,  Cəfər 
Cabbarlı,  Salman  Mümtaz,  Əli  Yusif  və  digər  ziyalıları, 
sənətkarları 
özündə 
birləşdirirdi. 
«Cəmiyyətin 
məqsədi  
Azərbaycan  xalqının  fikrən  yüksəlməsinə  çalışmaq  və 
Azərbaycan  ədəbiyyatında  müşahidə  edilməkdə  olan  yeniliyi 
qüvvətləndirmək,  onu  türklüyə  və  sadələşməyə  sövq  etmək» 
idi.    Onlar  müxtəlif  yığıncaqlar  keçirir  və  bu  yığıncaqlarda 
qələm  sahiblərinin  yaradıcılığı  müzakirə  edilir,  əsərlərin  nəşri 
(məsələn,  Sabirin  «Hop  Hopnamə»sinin  nəşri)  məsələsi 
müzakirə 
edilir, 
ədəbiyyatımızın 
tarixinin 
öyrənilməsi, 
araşdırılması məsələləri ilə yanaşı ədəbi  tənqidin inkişafına da 
diqqət göstərirdi. 
Yusif  Vəzir  Çəmənzəminli  bu  dövr  ədəbiyyatşünaslığına 
dəyərli əsərlər vermişdir. «Azərbaycan  ədəbiyyatına bir nəzər» 
monoqrafik tədqiqat əsəri 1919-cu ildə İstanbulda nəşr edilmiş 
öz elmi – nəzəri əhəmiyyəti ilə seçilir. Firidun Köçərli Tiflisdə 
«Azərbaycan    teatrının  ədəbiyyatı»    əsərini  rus  dilində  nəşr 
etdirir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə