Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə9/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   5   6   7   8   9   10   11   12   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
33 
yaradıcılıq  metodu  inkişafa  başlayır,  dramaturgiya,  milli 
mətbuat, ədəbi tənqid, estetika, bir sıra canr və formalar, ictimai 
və  fəlsəfi    fikir  sahəsində  müəyyənləşmiş  və  sistemləşmiş 
materialist  və  ateist  baxışlar  meydana  çıxır.  Abbasqulu  ağa 
Bakıxanov,  professor  Mirzə  Kazım  bəy,  Mirzə  Şəfi  Vazeh, 
İsmayıl  bəy  Qutqaşınlı,  Mirzə  Baxış  Nadim,  Baba  bəy  Şakir, 
Qasım  bəy  Zakir,  Mirzə  Fətəli  Axundov,  Həsən  bəy  Zərdabi, 
Seyid  Əzim  Şirvani,  Nəcəf  bəy  Vəzirov,  aşıq  şeiri  tərzində 
yazan  Seyid  Əbülqasım  Nəbati  kimi  simalar  yetişir,  onlar 
xalqımızı  dramaturgiya  və  teatrla,  milli  mətbuatla,  inqilabi-
demokratik  fikirlərlə,  azadlıq  ideyaları  ilə  tanış  edir,  onların 
yaradıcılığında  real,  gördükləri  hadisələr  öz  əksini  tapır  və  bu 
realizm  Axundovun  yaradıcılığında  kamala  çatır:  «Öz 
dövründəki  ictimai-mədəni  həyatın  elə  bir  sahəsi  tapılmaz  ki, 
oraya böyük mübariz yazıçı nəzər salmamış və öz qəti, hərarətli 
sözünü  söyləməmiş  olsun.  Ədəbiyyat,  sənət,  fəlsəfə,  din, 
siyasət-bütün bu mühüm sahələrdə M. F. Axundov yorulmadan 
mübarizə aparmış və döyüşkən bir materialist-ateist kimi köhnə 
ideyaları 
alt-üst 
etməyə 
çalışmışdır. 
Bütün 
ideoloci 
mübarizəsində  Avropanın  mütərəqqi,  demokratik  burcua 
yazıçılarından  və  böyük  rus  maarifçilərindən  ruhlanan  M.F. 
Axundovun  fikirləri  ardıcıl  və  möhkəmdir.  Parlaq  istedad, 
geniş bilik sahibi olan yazıçı toxunduğu hər bir məsələdə dərin 
məlumat,  fikir  genişliyi,  gözüaçıqlıq  və  uzaqgörənlik 
göstəmişdir»  (M.  Arif).  Nizami,  Füzuli,  Nəsimi,  Vaqif...  
Azərbaycan  ədəbiyyatında  «poeziyanı  dünya  meydanına 
çıxardıqları  halda,  bədii  nəsr  və  dramaturgiya  öz  böyük 
sənətkarını M. F. Axundov simasında qazandı». 
M.F.Axundovun  özündən  sonra  yetişən  realist  sənət-
karların (N. B. Vəzirov, C. Məmmədquluzadə, Əbdürrəhimbəy 
Haqverdiyev, C. Cabbarlı....) yaradıcılığına böyük təsiri olmuş,  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
34 
böyük  sənətkarlarımız  M.F.  Axundovun  yolu  ilə  getmiş,  onun 
realizmini inkişaf etdirmişlər. 
  XIX  əsrin  ikinci  yarısında  aşıq  poeziyası  ilə  yanaşı, 
qəzəl  şairlərinin  sayı  getdikcə  çoxalır.    Qarabağda  («Məclisi-
üns»  və  «Məclisi-fəramuşan»),  Şamaxıda  («Beytüs-səfa»), 
Bakıda  («Məcməüş-şüəra»),  Ordubadda  («Əncüməni-şüəra»), 
Lənkəranda («Fövcül-füsəha») şeir məclisləri fəaliyyət göstərir, 
Seyid  Əzim  Şirvani,  Xurşudbanu  Natəvan,  Fatma  xanım 
Kəminə,  Mirzə  Ələsgər  Növrəs,  Əbdülxalıq  Cənnəti,  Mirzə 
İsmayıl  Qasir,  Bahar  Şirvani,  Cənubi  Azərbaycanda  Mirzə 
Məhəmmədbağır Xalxali və b. yetişir. 
Bu dövrdə Axundovdan sonra tanınmış ikinci böyük icti-
mai xadim Həsən bəy Zərdabi «Əkinçi» (1875-1877) qəzetinin 
nəşrinə nail olmaqla, milli Azərbaycan mətbuatının bünövrəsini 
qoydu. Onun səhifələrində şairlərin imzaları da vardı.  
Ustad  sənətkar  Cəlil  Məmmədquluzadə  milyonlarla  xalq 
kütlələri  ilə  danışmağın  «qaydasını  bilən»,  böyük  təsiredici, 
təşviqedici  qüvvəyə  malik  olan  «Molla  Nəsrəddin»  curnalının 
nəşrinə  başlamaqla  hər  sahədə olduğu kimi,  Azərbaycan ədəbi 
təfəkkürünün  də  nələrə  qadir  olduğunu  bir  daha  sübut  etmiş 
oldu.    Bu  curnal  müsəlman  Şərqində,  bütün  Yaxın  və  Orta 
Şərqdə ən qabaqcıl  satirik  curnal olub,  dövrün  mühafizəkar  və 
mürtəce  qüvvələrini,  ictimai  bəlalarını  inqilabi-demokratik 
cəhətdən  cəsarətlə  tənqid  edən  bir  ədəbi  orqan  kimi  dünyada 
məşhur  idi.  «Məktəb»,  «Dəbistan»,  «Təkamül»,  «Hürriyyət», 
«Rəhbər»,  «Həyat»,  «İrşad»,  «İşıq»,  «Füyuzat»,  «Şəlalə», 
«Dirilik»,  «Qurtuluş»  kimi  mətbu  orqanlarla  birlikdə  «Molla 
Nəsrəddin»  öz  səhifələrində  A.  Səhhət,  M.Ə.Sabir,  N.  B. 
Vəzirov,  Ə.  Haqverdiyev,  S.  S.  Axundov,  Ə.  Qəmküsar,  Ə. 
Nəzmi,  Məhəmməd Hadi,  M.S.  Ordubadi,  R.Əfəndiyev,  S.  M. 
Qənizadə 
kimi 
ədibləri 
birləşdirirdi. 
Bu 
dövrdə 
C. 


 
Sənət, sənətkar və zaman
 
 
 
35 
Məmmədquluzadə 
ədəbiyyatımızın 
inkişafında 
misilsiz 
xidmətləri olan böyük şəxsiyyətdir. «Azərbaycan ədəbiyyatında 
qədim  dövr  humanizminin  mahiyyət  və  xarakterini  öyrənmək 
üçün Nizami poeziyası, orta əsrlər şeiri və məhəbbət lirikasının 
ictimai və intim keyfiyyətlərini bilmək üçün Füzuli yaradıcılığı, 
XX  əsr  romantizminin  mürəkkəb  xüsusiyyətlərini  araşdırmaq 
üçün  Hüseyn  Cavid  dramaturgiyası    nə  qədər  zəngin,  əlvan 
material  verirsə,  yeni  ədəbiyyatın  ən  qüdrətli  məktəbi  olan 
realizm  üslubunun    şəkil  və  məzmun  xüsusiyyətlərini  dürüst 
müəyyən  etmək  üçün  də  Mirzə  Cəlilin  əsərləri  əvəzsiz  və 
tükənməz mənbədir» (Mir Cəlal). 
 Təxminən  25  il  ömür  sürən  «Molla  Nəsrəddin»  curnalı 
ədibin  ictimai  fəaliyyətində,  Azərbaycan  mətbuatı  tarixində 
əsas  yer  tutur.  Onun  səhnə  əsərləri  təkcə  Azərbaycanda  deyil, 
bütün  müsəlman  şəhərlərində  tamaşaya  qoyulub.  Mirzə  Cəlil 
elə  bir  sənətkardır  ki,  Azərbaycan  dili  başa  düşülən  ölkələrdə 
sağlığında  belə  məşhur  idi.    Yaratdığı  curnal  «Azərbaycan 
xalqının  oyanması,  mənəvi  cəhətdən  silahlanması  və  inqilab 
yoluna  düşməsində,  əsrlərcə  feodal  zülm  və  zülmətində 
yaşayan  kütlələrin  əsarətindən,  «ölülər»  aləmindən  qur-
tarmasında,  tərəqqi  və  səadət  üçün  çarpışmasında,  öz  mü-
qəddəratı,  azadlığı  və  hüququ  uğrunda  mübarizəsində,  maarif 
və  mədəniyyətin  təbliğ  edilməsi  və  yayılması  işində,  elm  işığı 
ilə işıqlanmasında» elə böyük rol oynadı ki, ikinci belə bir xalq 
curnalını o dövrdə göstərmək çətindir... 
Onun  məsləkdaşları  M.  Ə.  Sabir,  N.  Nərimanov,  Ə. 
Haqverdiyev, Ə. Nəzmi, M. S. Ordubadi, Ə. Qəmküsar, M. Ə. 
Möcüz,  S.  S.  Axundov,  M.  Hadi,  A.  Səhhət,  Y.  V.  Çəmən-
zəminli,  S.  M.  Qənizadə,  A.  Şaiq  məktəbinin  davamçılarının 
gətirdiyi  güclü  dalğa  möhtəşəm  bir  ədəbiyyatın  gələcəyindən 
xəbər  verirdi.  Elə  bir  ədəbiyyatın  ki,  bəşər  tarixində  öz 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
36 
sıralarında  bu  qədər  ədəbiyyat  adamını  birləşdirməmişdi,  bu 
qədər  sistemli    şəkildə  millətinə,  xalqına  xidmət  işini  öz 
çiyinlərinə  götürməmişdi.  O  elə  bir  dalğa  idi  ki,  özüylə 
Azərbaycan  ədəbiyyatına  daha  bir  qüdrətli  nəfəs  gətirdi,  70  il 
ərzində  minlərlə  ziyalısı,  onlarla  ədəbiyyatçısı  repressiyalara 
məruz  qaldı,  dissident  həyatı  yaşadı.  Amma  əqidəsini,  amalını 
yeni  həyat  uğrunda  silahlanmış  ideyalarını  həyat  yolunun 
devizi  etməkdən  çəkinmədi.  Mirzə  Cəlil  kimi  sənətkarların 
yaratdığı abı-hava ilə köklənən yeni ədəbiyyatın nümayəndələri 
yetişirdi,  70    illik  ədəbi  prosesi  kommunist  ideologiyası  idarə 
etmiş  olsa  da,  senzura  hökm  sürsə  də,  bu  məmləkətdə  azad 
düşünmək,  azad  yaşamaq,  yaratmaq  hissini  tamamilə  boğa 
bilmədi.  
1929-37-ci  illərdə  əhməd  cavadlar,  müşfiqlər,  cavidlər... 
məhv edildi, almaslar, ceyhunlar, məmmədəminlər... mühacirət 
həyatı yaşamalı oldu, amma onların əqidəsinə, amalına hörmət 
və  ehtiram  göstərənlər  onların  fəaliyyətini  təqdir  edən  əsərlər 
yazdılar.  Onların közərtmək  istədikləri kiçik tonqalları   60-70-
ci  illərdə  ədəbiyyata  gələnlər  elə  alovlandırdılar  ki,  senzura, 
kommunist  ideologiyası  qarşısında  aciz  qaldı.  İlk  bünövrəsini 
Cəlil  Məmmədquluzadələrin  qoyduğu  mübarizə  bundan  sonra 
sönmədi  və  bu  gün  də  alovlanmaqdadır,  şöləsi  bütün  aləmə 
yayılmaqdadır... 
Bu  möhtəşəm,  sistemli,  bütövlükdə  xalq  və  dövlət 
tərəfindən  xüsusi  qayğıyla  da  əhatə  olunmuş  ədəbiyyatın 
yetişməsində  özündən  əvvəlki  nəsillərin,  uluların,  onların 
yaratdığı  şifahi  xalq  ədəbiyyatının  rolu  böyük  olduğu  yada 
salındı;  ərəb-fars  dilində  yazıb-yaratmağa  məcbur  olmuş, 
təzkirələrin, tarixi əsərlərin yaddaşında qalan simalar xatırlandı; 
yol  üstündə  yerləşdiyindən,  zaman-zaman  çapılıb,  talanmış 
Azərbaycan torpağının yetişdirdiyi nadir dühalara nəzər salındı; 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə