Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə11/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   7   8   9   10   11   12   13   14   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
41 
qısa  müddətdə  milli  ideya  mübarizəsində,  o  cümlədən, 
romantizm  və  realizm  yaradıcılıq  axınında  birləşir.  Və  bu 
dövrdə fəaliyyətə başlayan parlament Azərbaycan dilini dövlət 
dili elan edir. XX əsrin əvvəlindən Azərbaycan ədib və şairləri 
müəyyən  məktəblər,  üslublar  üzrə  qruplaşmaqda  idi.  «Həmin 
birliklər  ədəbiyyatın  get-gedə  daha  çox  ideoloci  məzmun  kəsb 
etdiyini,  zamanın  siyasi  konyukturasına  tabe  olduğunu 
göstərirdi.  Bu  və  ya  digər  siyasi-ideoloci  mərama  mənsubluq 
ilk  yaradıcılıq  təşkilatlarının,  yaxud  cəmiyyətlərinin  fəaliyyəti 
ilə yanaşı, adında da özünü göstərirdi. «Yaşıl qələm», «Qırmızı 
qələm»  və  s.  ədəbiyyatın  bu  cür    «rənglənməsi»  sənət 
baxımından o qədər təbii  olmasa da, bədii təfəkkürün cəmiyyət 
həyatına  yaxınlığından  irəli  gəlirdi.  «Yaşıl»  rəng  türkçülüyün, 
müsəlmançılığın,  «qırmızı»  isə    inqilabi  müasirliyin  ifadəsi 
idi». 
XX  əsrin  ilk  iki  onilliyində  Azərbaycan  çox  mürəkkəb, 
ictimai-siyasi  cəhətdən  ən  ağır  dövrünü  yaşadı.  Rusiya-Yapo-
niya  müharibəsi,  rus  imperiyasının  məğlubiyyəti,  ictimai  – 
siyasi  prosesləri  Azərbaycanda  güclənən  milli  –  azadlıq 
hərəkatı  ədəbi  prosesə  də  öz  təsirini  göstərdi.  Ölkədə  maarif-
çilik  hərəkatının  güclənməsi,  maarifçi  ədəbiyyatın  inkişafına 
kömək  etdi.  Milli  problemlərin  həlli  yollarını  axtarmaqda 
ziyalılar  bir  araya  gəlməkdə  idilər.  «Şərqi  –rus»,  «Hümbət», 
«Molla  Nəsrəddin»,  «Füyuzat»,  «İrşad»,  «İqbal»,  «Tərəqqi», 
«Təkamül»,  «Yoldaş»,  «Məktəb»,  «Dirilik»  kimi  mətbu 
orqanlar  fəaliyyətə  başladı,  ana  dilimizdə  yaranan  bu  mətbu 
orqanlar  xalqımızın  ədəbiyyatının  inkişafına  kömək  etmiş 
olurdu.  Bunlarda  ictimai  -  siyasi  və  milli  -  mənəvi  problemlər 
öz əksini tapırdı. 
Bu dövrdə realizm və romantizm ədəbi məktəbləri dövrün 
ədəbi  proseslərini  özündə  əks  etdirirdi.  «Molla  Nəsrəddin», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
42 
«Füyuzat» curnalları ətrafında toplanan maarifçi ziyalılar realist 
və romantizmin ideya–estetik düşüncələrini ifadə edirdilər. 
 Cəlil  Məmmədquluzadənin  nəşrə  hazırladığı  «Molla 
Nəsrəddin» curnalı realist şair  və  yazıçıları öz ətrafında birləş-
dirir, mollanəsrəddinçilər kimi tanınan ədiblər ədəbi dili xalqın 
danışıq  dilinin  bazası  əsasında  yaratmağı  düşünür.  Əli  bəy 
Hüseynzadənin başçılıq etdiyi «Füyuzat» curnalı romantiklərin 
ideya  və  düşüncələrini  müdafiə  edir  və  füyuzatçılar  kimi 
tanınan  ziyalılar  isə  «ortaq  türk  dilinin  formalaşdırılması 
ideyası»nı  əsas  bilir  və  «bu  məsələdə  Türkiyə  türkcəsini  əsas 
götürməyi düşünürdülər». 
 Rusiyada  1905-ci  il  inqilabı  məğlubiyyətə  uğradı  və    bu 
azadfikirli, 
maarifçi 
Azərbaycan 
 
ziyalılarının 
işini 
ağırlaşdırırdı. 1908-1910-cu illərdə Məmməd Əmin Rəsulzadə, 
Əli  bəy  Nüsrətzadə,  Əhməd  bəy  Ağaoğlu  kimi  ziyalılar 
Azərbaycanı tərk etməyə məcbur olmuş, təqib olunduqlarından 
İranda  (Məmməd  Əmin  Rəsulzadə),  Türkiyədə  (Əli  bəy 
Nüsrətzadə,  Əhməd  bəy  Ağaoğlu)  fəaliyyətlərini  davam 
etdirməli olmuşlar. 
 1905-1901-ci illərdə Səttarxan hərəkatı bütün İrana, eləcə 
də Şərqə, məşrutə hərəkatının qələbəsi ictimai - siyasi hərəkata, 
eləcə  də  ədəbi  prosesə  ciddi  təsir  göstərir.  Bu  hadisələri 
Məmməd  Əmin  Rəsulzadə,  Əli  bəy  Hüseynzadə  silsilə 
məqalələrlə  dərindən  izləyir.  «Məşrutə  hərəkatını  yaxından 
izləyən M.Ə. Rəsulzadə yazdığı silsilə məqalələrlə milli mətbu-
atda  ictimai  tendensiyanın,  vətəndaşlıq  amalının  güclənməsinə 
təkan vermişdir. Əli bəy Hüseynzadə isə «Siyasəti-fürusət» adlı 
fəlsəfi-publisistik 
traktatında 
şərti-simvolik 
 
üslubun 
imkanlarından  bəhrələnərək  diqqəti  Azərbaycanın  Güneyində  
cərəyan  edən    siyasi  hadisələrə  yönəldir,  hər  bir  millət  üçün 
azadlığın qaçılmaz olduğu zərurətini vurğulayırdı». 


 
Sənət, sənətkar və zaman
 
 
 
43 
«Səfa»,  «Niğam»,  «Nəşri–maarif»,  «Cəmiyyəti–xeyriy-
yə»  kimi  ədəbi  mədəni  mühitə  təsir  edən  cəmiyyətlərin  rolu, 
xüsusilə qeyd edilməlidir. Onların köməyi ilə keçirilən yubiley 
tədbirləri,  nəşr  olunan  kitablar,  səhnələşdirilən  dram  əsərləri 
ədəbi  prosesin  inkişafına  göstərilən  dəyərli  köməklər  idi. 
M.Ə.Rəsulzadə  «Açıq  söz»  qəzetinin  nəşrinə  başlamaqla 
Azərbaycan    mətbuatı  tarixində  yeni  bir  yol  açdı.  Bu  qəzet 
«milli ideologiyanın formalaşdırılmasında müstəsna rol oynadı. 
Onun 
səhifələrində 
dərc 
olunan 
yazılar 
Azərbaycan  
ədəbiyyatının, mədəniyyətinin inkişafına böyük təkan idi. 
Ölkədə  (1918-1920)  baş  verən  ictimai  -  siyasi  hadisələr, 
inqilabi  hərəkatın  geniş  vüsət  alması,  Azərbaycan    Xalq 
Cümhuriyyətinin  yaranması  xalqımızın  həyatında  misilsiz  rol 
oynadı.  Qısa  bir  müddət  yaşasa  da,  Azərbaycanın  ilk  müstəqil 
dövləti  kimi  böyük  çətinliklərlə  qurulan  bir  dövlət  idi  və  bu 
yolda Azərbaycan  ədəbiyyatının,  mədəniyyətinin, ziyalılarının 
xüsusi 
fəallığı 
nəzərə 
alınmalıdır. 
1918-1920-ci 
illər 
«millətimizin  həyatında  xüsusi  bir  mərhələ  olmuş  və  onun 
gələcək  inkişafına  ciddi  təsir  göstərmişdir.  Bu  dövrdə 
xalqımızın  yüz  ildən    artıq  sürən  köləlik  zəncirindən  xilas  ol-
ması,  müstəqil  həyata  qədəm  qoyması,  yalnız  ictimai-siyasi 
sferalarda  deyil,  ədəbi-mədəni  sahələrdə  də  köklü  dəyişik-
liklərin    gerçəkləşdirilməsi  üçün  zəmin  yaratmışdır.  Türk 
dilinin  dövlət  dili  elan  olunması,    milli  mətbuatın  nəşr  imkan-
larının  genişlənməsi  ictimai  ideallarla  zəngin  bir  ədəbiyyatın 
yaranmasına təkan vermişdir». 
 Azərbaycanda  1919–cu  ildə  Bakı  Dövlət  Universiteti 
fəaliyyətə başladı. Bununla belə, «Azərbaycan  Dövlət Teatrı», 
«Teatr  xadimləri  cəmiyyəti»,  «Müsəlman  Mühərrir  və  Ədiblər 
Cəmiyyəti»,  «Yaşıl  qələm»  ədəbi  birliyi  yarandı,  fəaliyyətə 
başladı. Milli mətbuat bu illərdə öz inkişafında uğurlar qazandı: 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
44 
Belə ki, bu dövrdə «Azərbaycan» (rusca, türkcə), «Azərbaycan 
hökumətinin  əxbarı»,  «İstiqlal»,  «Al  bayraq»,  «Bəsirət», 
«İttihad»,  «Gələcək»,  «Şeypur»,  «Doğru  yol»,  «El»,  «Əfkari-
nəfisə»,  «Xalq  sözü»,  «Hürriyyət»,  «Zəhmət  sədası»,  «Məşəl» 
və s. qəzet və dərgilər çap olunmuşdur. Ümumiyyətlə, 1919-cu 
ildə Azərbaycanda 92 adda qəzet və dərgi nəşr olunmuşdur ki, 
bunlardan  qırx  ikisi  türkcə,  qırx  dördü  rusca,  altısı  isə  digər 
dillərdə yayınlanmışdır». 
1918-1920–ci  illərdə  Məhəmməd  Hadi,  Hüseyn  Cavid, 
Abdulla  Şaiq,  Cəfər  Cabbarlı,  Əhməd  Cavad,  Ümgülsüm 
Sadıqzadə,  Əli  Yusif  poeziya  sahəsində  uğurlar  qazandılar. 
Məhəmməd  Hadi  «Əsgərlərimizə,  könüllülərimizə»,  «Məfxu-
reyi – aliyəmiz», «Şühədayi –  hürriyyətimizin  əhvalinə   ithaf» 
kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması 
uğrunda 
millətini 
mübarizəyə 
səsləyir. 
«Şühədayi 
– 
hürriyyətimizin əhvalinə ithaf»  şeirlərində 1918-ci ildə erməni 
daşnaqlarının  törətdikləri  qanlı  cinayətlər,  erməni  –  müsəlman 
faciəsi,  tökülən  günahsız  qanlardan  sarsılmış  şair  bu  yolda 
şəhid olanlarımızı ağlayır:  
Sizin məzarınız iştə qülubi-millətdir, 
Bu sözlərim ürəyimdən gələn həqiqətdir. 
Sizi unutmayacaq şanlı millətim əsla, 
Əmin olun buna, ey ziynəti-cahani fəna. 
Sizinlə buldu bu millət həyati -püriqbal. 
Sizinlə buldu bu millət şərəfli istiqlal. 
«Əsgərlərimizə,  könüllülərimizə»  şeirində  müstəqillik 
uğrunda  mübarizədə  igid  vətən  oğullarına  üz  tutur,  onları  və-
tənpərvər olmağa,  torpağı, milləti, dövləti qorumağa çağırır:  
Bil ki, vətənin sevgili bir madəri-candır, 
Vermə bunu düşmən əlinə, rəhm et, amandır, 
Hürriyyətimiz hürri-füsunsazi- cahandır. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə