Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə10/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   6   7   8   9   10   11   12   13   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
37 
onları  bir-iki  cümlə  ilə  yada  salmaqda,  min  illərin  ədəbi-bədii 
lövhələrini bir lent kimi göz önündən «ötürməkdə» məqsədimiz 
budur ki, deyək ki, «ot kökü üstündə bitər». 
Hər  əsrdə,  hər  nəsildə  yetişən  bir  və  ya  bir-iki  böyük 
sənətkarların yaradıcılığı haqqında məlumatımız vardır, bu şeir, 
sənət  dühaları  barədə,  Azərbaycan  söz  sənətinin  tarixiliyi, 
qədimliyi haqqında məhz XX əsrin ilk iki onilliyindən üzü bəri 
və  indi  daha  geniş  məlumatlar  əldə  edə  bilirik.  Bu  dövrdə 
Azərbaycan  xalqının  bu  günü,  sabahı,  uzaq  keçmişi,  kökü, 
soyu, tarixi, millət kimi formalaşması üçün keçib gəldiyi yollar, 
mərhələlər  araşdırılmış,  tədqiq  edilmiş,  min  illərin  açılmamış 
səhifələri açılmış, böyük sənətkarlarımızın bədii irsi toplanmış, 
nəşr  edilmiş,  tədqiq  edilmiş,  haqqında  cild-cild  tədqiqat  işləri 
aparılmış,  neçə-neçə  yazıçımız,  şairimiz  içərisində  alimlər-
folklorşünaslar, 
ədəbiyyatşünaslar, 
qorqudşünaslar, 
nizamişünaslar,  füzulişünaslar,  nəsimişünaslar,  dilşünaslar... 
yetişmiş,  onların  yaradıcılığı,  keçdiyi  həyat  yolu  neçə-neçə  
romanların, povestlərin, dram əsərlərinin mövzusu olmuşdur. 
 Xalq  bir  əsr  ərzində    on  iki  minillik  tarixini,  mədəniy-
yətini,  ədəbi prosesini üzə çıxarmaq üçün yüksək biliyə,  məlu-
mata  sahib  olmuşdur.  Maarifin,  elmin  inkişafı  insanı,  xüsusilə 
ədəbi  prosesin  nümayəndələrini  xalqına,  tarixinə,  keçmişinə, 
eləcə  də  bu  gününə  və  sabahına  diqqət  kəsilməyə  «məcbur 
edilmişdi».  Bununla  xalqımız,  millətimiz  öz  keçmişi,  qədim 
keçmişi, şanlı keçmişi, zəngin elmi, bədii, fəlsəfi, ədəbi keçmişi 
ilə  dünya  dövlətləri,  sivil  dövlətlər  arasında  yeri  olduğunu 
sübut  etməyə  nail  olmuşdur.  Bu  böyük  işi  bacarmaq,  yerinə 
yetirmək üçün getdiyi yolda başı müsibətlər də çəkdi... 
80  illik  ədəbi  dövrə  qədər  hər  hansı  bir  Azərbaycan 
sənətkarı haqqında nadir kitablarda, cünglərdə bir-iki cümlə ilə 
məlumat  verilmişdirsə,  XX    əsrin  30-cu  illərindən  üzü  bəri 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
38 
Azərbaycan  ədəbiyyatı  tarixi  qədim  dövrdən  üzü  bəri 
mərhələlərlə  araşdırılmış,  tədqiq  edilmişdir.  Onların  dövrünü, 
həyatını, ədəbi irsini, dilini öyrənmiş ədəbiyyatşünaslar ordusu 
yaranmış,  Azərbaycan  Elmlər  Akademiyasında  Nizami  adına 
Ədəbiyyat  İnstitutu,  Dilçilik  İnstitutu  yaranmış,  onların  irsi 
ədəbi-tarixi,  etnik  mövqedən  araşdırılmış,  bu  böyük  irsin 
tədqiqi  nəticəsində  cild-cild    ədəbi-tənqid,  ədəbiyyatşünaslıq 
nöqteyi-nəzərindən sanballı kitablar yazılmışdır, yazılır. 
 Bu  kitabda  80  illik  Azərbaycan  ədəbiyyatının  keçdiyi 
tarixi  mərhələlər,  yaranan  əsərlər,  Azərbaycan  dövlətinin  bir 
dövlət  kimi  formalaşmasında,  qurulmasında  ədəbiyyatın 
fəaliyyəti,  verdiyi  qurbanlar,  əqidə  dönməzliyi,  ədəbiyyat 
sahəsində qazandıqlarımız, itirdiklərimiz, itirdiklərimizin içində 
möhkəmlənən  Azərbaycan  Respublikası,  onun  ədəbiyyatı,  bu 
ədəbiyyatın  inkişafında  az  da  olsa  belə  rolu  olan  qələm 
sahiblərimiz  haqqında,  ədəbiyyatımızın  inkişafı  haqqında  qısa, 
konkret məlumat verməyə çalışmışıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Sənət, sənətkar və zaman
 
 
 
39 
 
 
 
 
 
 
 
 
 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
40 
 
XALQ CÜMHURİYYƏTİ  
DÖVRÜNDƏ ƏDƏBİYYAT 
 
(1918-1920) 
 
 
Y.V.Çəmənzəminli:  «Hankı  yolda 
qənaət  olunsa,  nəşriyyat  üçün  qənaət 
olmasın. 
Çünki 
bugünkü 
basılan 
kitablar  kəsilən  pullardan  qiymətlidir. 
Bir  çox  pullar  var  ki,  sərf  olunur  və 
əməli  nəticələr  vermir.  Nəşriyyata 
xərclənənlər  millət  üçün  böyük  sərma-
yə  vücudə  gətirər.  Bütün  gələcəyimiz 
mədəni  binalarımız,  tərəqqi  məhsulla-
rımız bu sərmayə üzərinə binalanacaq-
dır».  
 
XX  əsr  Azərbaycanın  ictimai-siyasi,  ədəbi-mədəni 
həyatında elə bir əsrdir ki, onda daha böyük oyanış var, bu əsr 
milli  azadlıq  hisslərinin  güclənməsi,  dövlətçilik,  azadlıq  və 
tərəqqipərvər  hisslərlə  zəngindir.  Bu  milli  azadlığın  şirinliyini 
XX  əsrin  ilk  onilliyində  daddıq,  sonra  itirdik  və  əsrin  son  iki 
onilliyində yenidən əldə etdik. Qanımız, canımız bahasına əldə 
etdik... 
Azərbaycanda  Xalq  Cümhuriyyətinin  qurulması  ölkə-
mizdə ictimai həyatda olduğu kimi,  mədəni, ədəbi həyatda bö-
yük  bir  canlanmaya  təkan  verdi.  Xalqımızın  milli  azadlıq, 
dövlət  müstəqilliyi  uğrunda  mübarizə  apardığı  və  arzularına 
nail olduğu və qurduğu Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə