Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə6/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   2   3   4   5   6   7   8   9   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
21 
hissəsinə çevrilir. XII əsrdə farsdilli poeziya geniş şöhrət tapsa 
da  ərəbdilli  ədəbiyyat  öz  mövqeyini  saxlayırdı.  Dövrünün 
məşhur  şairi,  şairlər  xaqanı  təxəllüsü  almış  Xaqani  fars  diliylə 
yanaşı ərəb dilində də gözəl əsərlər yaradırdı. Bu da ərəb dilinin  
hər sahədə oduğu kimi ədəbi sahədə də bu dövrdə işlədildiyinə 
sübutdur. 
 XII  əsrdə  fars  dili  Azərbaycan  poeziya  dili  kimi  hakim 
mövqe  tutmasına  baxmayaraq,  ərəb  dilində  yazan  sənətkarlar 
olmuş,  onlar  elmi  və  bədii  əsərlərini  bu  dildə  yazmışlar. 
Sührəvərdi  Şərqin  mədəniyyət  və  elmində  qüdrətli  bir  filosof 
olmaqla  yanaşı  şairdir.  O,  38  illik  ömründə  özündən  sonra 
böyük  fəlsəfi  bir  irs  (  «Hikmət  əl-işraq»,  «Həyakil  ən-nur», 
«Ət-Təlvihat  əl-lavhiyyə  va-l-ərşiyyə»),  «Risalə  fi  itiqad  əl-
hukəmə»,  («Əl-Mutarahat»),  («Əl-Əlvah  əl-imadiyyə»),  «Əl-
Muqavamat»,  «Əl-Məaric»  və  s)  qoyub  getmişdir.  Təbiət  və 
cəmiyyət  məsələləri,  həyatın  hikmətinə  aid  nəzəri  fikirləri 
verilən  bu  əsərləri  ilə  yanaşı,  o,  qələmini  poeziya  sahəsində 
sınamış,  lirik  incə  qəlbli  bir  şair  kimi  tanınmışdır.  Mənbə  və 
məxəzlərdə    onun  poeziya  yaradıcılığı  haqqında  qiymətli 
fikirlər  var.  Sührəvərdinin  divanı  Həmid  Araslı  tərəfindən 
tapılmış 
və 
əlyazmasının 
fotosurəti 
 
respublikamıza 
gətirilmişdir.  Bu  tapıntı  filosof  şairin  yaradıcılığını  geniş  və 
hərtərəfli  tədqiq  etməyə  imkan  verir.  Həcmcə  kiçik  divan 
tamamlanmamışdır.  Onun  yaradıcılığı  ərəbdilli  Azərbaycan 
poeziyasında  xüsusi  yer  tutur.    VII-VIII  əsr  şairlərinin 
ənənələrini  davam  etdirmiş,  keyfiyyətcə  zənginləşdirmişdir. 
Ona  qədər  poeziyada  real  hisslərin  tərənnümü  qüvvətli  idi,  
Sührəvərdinin  şeirlərində  isə  «rassionalist  istiqamət,  fəlsəfi 
dərinlik,  romantik  vüsət»  üstünlük  təşkil  etdiyi,  onun 
poeziyasının  «fəlsəfi  ümumiləşdirmənin,  əqli  mühakimənin 
gözəl nümunələri kimi» diqqəti cəlb etdiyini qeyd edən alimlər 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
22 
bildirirlər  ki,  «əgər  Musa  Şəhəvat  ərəbdilli  Azərbaycan 
poeziyasına  ictimai  motiv  gətirmişsə,  İsmayıl  ibn  Yəsar  onu 
siyasi  və  ideoloci    vuruşmalar  meydanına  çevirmiş,  Mümkan 
Təbrizi  isə  sənətin  xalq  həyatı  ilə  bağlılığı  ideyasını  meydana 
atmışdır.  Həmin  poeziyanın  filosofu  isə  məhz  Sührəvərdi 
olmuşdur». 
Zəncan yaxınlığındakı Sührəvərdi şəhərində anadan olan, 
Marağada təhsil  alan,  elmi,  biliyi  ilə diqqəti cəlb  edən,  Hələbə 
gələrkən    oranın  hakiminin  hörmətini  qazanan,  bilik  və 
bacarığına  həsəd  aparılan,  «cəsarətli  fəlsəfəsindən  qorxuya 
düşən «Hələb fəqihləri alimin qətlinə fitva verirlər».  
Onun  kimi  tale  sahibi  Eyn  əl-Quzat  dövrünün  böyük 
filosofu,  həm də  nasiri  və şairi olmuşdur.  Babası  dövrünün ta-
nınmış  şairlərindən  olmuşdur.  Eyn  əl-Quzatın  Azərbaycanın 
fəlsəfi,  ictimai,  siyasi,  ədəbi  fikir  tarixində  rolu  alimlər 
tərəfindən yüksək dəyərləndirilir. 
Ərəbləşdirmə  siyasətindən  narazı  Yaxın  Şərq  xalqlarının 
üsyan  və  mübarizələri  Əməvilər  sülaləsini  süquta  uğratdı  və 
Abbasilər  sülaləsi  hakimiyyət  başına  keçdi.    Onların  haki-
miyyətə  gəlməsində  fars  zadəganlığı  xüsusi  rol  oynadığından  
ərəb  dili  öz  hakim  mövqeyini  saxlamaq  istəsə  də,  fars  dili  də 
xilafət sarayına yol tapdı. IX əsrdən fars dili poeziya dili  oldu: 
«dini  və  elmi  əsərlər  ərəb  dilində  yazılır,  şəriət  qanunları  ilə 
əlaqədar məsələlər bu dildə aparılırdı, ərəb dili din dili kimi öz 
hüququnu saxlasa da, fars dili şeir dili olaraq şöhrətləndi və bu 
dil  Orta  Asiya,  İran  və  Azərbaycan  feodal  saraylarında  rəsmi 
dövlət  dili  və  ədəbi  dil  kimi  möhkəmlənməyə  başladı».    Fars 
dilində  şeir  yazdırmaq  dəb  şəkli  aldı,  xalq  kütlələrindən 
fərqlənmək  üçün  dillərinə  xor  baxan  feodallar  idi.  XI  əsrdən 
etibarən  fars  dili  uzun  müddət  ədəbi  dili  olduğundan  ana 
dilində  yazan  sənətkarlar  fars  dilində  də  əsər  yazmaq 


 
Sənət, sənətkar və zaman
 
 
 
23 
məcburiyyətində  qaldılar.  «Bu  dövrdə  yaranan  şifahi  xalq 
ədəbiyyatı  qədim  atəşpərəstlik  ənənələrini  mühafizə  etməklə 
xalqın  şikayətlərini,  etirazlarını,  baş  verən  gündəlik  tarixi 
hadisələri, eyni zamanda məişət, adət və ayin məsələlərini əhatə 
edirdi.  Şifahi  xalq  ədəbiyyatı  dünyəvi  hadisələri  tərənnüm 
edirdi.  Bu  ədəbiyyatı  xalqın  içərisindən  çıxmış    sənətkarlar 
yaşadır  və  bunlar  nəsildən-nəslə  keçərək  ağızlarda  dolaşırdı. 
Dini  dairələr  bu  ədəbiyyatı  dindən  xaric,  dinə,  şəriətə  zidd 
adlandırıb  təqib  edirdilər».    Belə  bir  dövrdə  Azərbaycan  ədə-
biyyatının qüdrətli qələm ustadları dilimizin yüksək bədii ifadə 
vasitələrindən  istifadə  etməklə,  Azərbaycan  şeirinin  şah 
əsərlərini  həm  öz  dilində,  həm  ərəb,  həm  də  fars  dilində 
yaratmağa məcbur oldular. Qətran Təbrizi, Əfzələddin Xaqani, 
Nizami,  hakim  feodal  ruhani  görüşləri  təbliğ  edən  Əbül-Üla 
Gəncəvi,  Fələki, İzzəddin Şirvani, Qivami Mütərrizi,   Məhsəti, 
Mücirəddin    Beyləqani  kimi  şairlər  yazıb-yaradırdılar. 
Xaqaninin  yaradıcılığının  onun  özündən  sonra  gələn  şairlərin 
yaradıcılığına  böyük  təsiri  olmuş,  onun  sənətkarlıq  şöhrəti 
bütün  Yaxın  Şərqdə,  Hindistan,  İraq,  İran,  Orta  Asiyada 
yayılmış, Mücirəddin Beyləqani onu öz ustadı sanmış, xarəzmli 
Rəşidəddin Vətvat, Fərqanəli Əsir Axsiketi kimi şairlər onunla 
şeirləşməyə  çalışsalar  da,  «Xaqani  sənəti  öz  qüdrət  və 
üstünlüyü ilə həmişə qalib gəlmişdir». Onun «Qəsideyi-şiniyə» 
əsəri XII əsrdə klassik Şərq poeziyasında elə bir yenilik oldu ki, 
dünyanın  böyük  ustadlarını  yerindən  tərpətdi.    Qəsidənin 
məzmunundan  «təsirlənmiş»  XIII  əsrin  böyük  hind  şairi  Əmir 
Xosrov  Dəhləvi  «Meratüs-səfa»  (saf  güzgü)  adlı  174  beytlik 
qəsidəsini,  böyük  tacik  şairi  Əbdürrəhman  Cami  (XIV  əsr) 
«Cilair-  ruh»  («Ruhun  cilası»)  130  beytlik  qəsidəsini,  Füzuli 
«Ənisül-qəlb»  138  beytlik  əsərini  yazır,  onun  bu  qəsidəsinə 
hamıdan  öncə  Nizaminin  nəzirə  yazdığını    Əbülqasim  Şirazi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
24 
Əmri  Xaqaninin  qəsidəsinə  nəzirə  olaraq  yazdığı  «Ənvarül-
üyun» («Gözlərin  işığı») qəsidəsində   qeyd edir,  o qəsidə  bizə 
gəlib  çatmayıb.    Xaqani  yaradıcılığının  özündən  sonra  gələn 
sənətkarların yaradıcılığına böyük təsir göstərdiyini sübut edən 
bu  siyahını  artırmaq  olar.  «Xaqani  dühasına  pərəstiş  və  onun 
ayrı-ayrı  əsərlərinə  nəzirə  yazmaq  ənənəsi  ən  çox  Azərbaycan 
ədəbiyyatında  dərin  izlər  buraxmışdır.  Xaqaninin  əsərləri 
Azərbaycan  klassik  şairləri  tərəfindən  daha  çox  sevilmişdir. 
Zəmanəsindəki  ictimai  hadisələrə  həssas və coşqun  münasibət, 
yüksək  sənətkarlıq  kimi  gözəl  xüsusiyyətlər  Xaqanini 
Azərbaycanın  bir  çox  şairləri  üçün  müəllim  və  ustad  etmişdir. 
Nizami  Gəncəvi,  Mücirəddin  Beyləqani,  Füzuli  öz  əsərlərində 
Xaqaninin sənətkarlıq xüsusiyyətlərindən   istifadə ilə onu daha 
da inkişaf etdirmişdir». 
Nizaminin  yaradıcılığı  ilə  orta  əsr  Azərbaycan  ədəbiy-
yatında  və  ictimai  fikir  tarixində  yeni  bir  dövr  başlanmışdır. 
Misilsiz  sənətkarlıqla  yazılmış  əsərləri  xalqının  ibrətamiz, 
hikmətamiz,  mütərəqqi əxlaqi görüşləri ilə zəngin olub. Dünya 
ədəbiyyatı  tarixində  «Xəmsə»  adlanan  beş  böyük  əsəri  bədii 
sözün  dəyərini  bilənlər  tərəfindən  ölməz  əsərlər  kimi 
dəyərləndirilmiş, bu misilsiz bədii qüdrətə malik əsərləri  bütün  
dünyaya  yayılaraq  hələ  sağlığında  belə  ona  dünya  şöhrəti 
qazandırmışdır.  XIII  əsrdən  başlayaraq  Nizami  motivləri 
əsasında  əsərlər  yaranmağa  başlayır.  Sədi  Şirazinin  «Bustan», 
Cəlaləddin  Ruminin  «Məsnəvi»  əsərlərini  görürük.  Onun 
«Xəmsə»si  əsasında  XIII  əsrin  klassik  şairi  Əmir  Xosrov 
Dəhləvi,  Əlişir  Nəvai,  Əbdürrəhman  Cami  «Xəmsə»lər 
yaratdılar.  Yaxın və Orta Şərq xalqlarının ədəbiyyyatına böyük 
təsir göstərmiş, XVII əsrdən Avropa, Amerika alimləri (fransız 
şərqşünası  dErbelo,  Hammer  Purqştal,  F.  Erdman,  Eduard 
Braun,  M.  Xautsma,  R.Levi,  Xorn,  F.B.  Şarmuan,  V.  Baxer, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə