Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə3/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   2   3   4   5   6   7   8   9   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
9
söz  sənətimizlə  möhkəm  bağlı  olub.  Böyük  sənətkarlarımızın 
söylədiyi  dahiyanə  fikirlər  bədii  və  fəlsəfi    təfəkkürün 
vəhdətindən  yaranıb.  Xalq  ədəbiyyatımız  dərin  fikirlərlə, 
hikmətlə,  fəlsəfə  ilə  zəngindir.  Şeir,  sənət,  söz  bahadırlarının 
hikmətli  sözləri  dildən-dilə  keçdikcə,  büllur  sellər  axınında 
zərgər əlinə düşdükcə elə cilalanmışdır ki, min illər keçsə, yenə 
də öz dəyərini, qiymətini saxlayacaq. 
«Azərbaycan  ədəbiyyatı  keşməkeşli  bir  təkamül,  inkişaf 
yolu  keçmişdir.  Onun  ilk  izləri  Midiya  əfsanələrində, 
«Avesta»da  axtarılır.  Qədim  türkdilli  yazılı  abidələrimizin 
Azərbaycan  ədəbiyyatının  təşəkkülündə  diqqətəlayiq  rol  oy-
nadığı  getdikcə  daha  artıq  yəqinləşir.  Bu  ədəbiyyat  yalnız 
Azərbaycan  sərhədləri  daxilində  deyil,  İranda,  Türkiyədə, 
İraqda,  Hindistanda,  Suriyada...  belə  yaradılmış  və  bəzən  indi 
də  yaradılır.  Onun  nümayəndələri  yalnız  doğma  dilin  deyil, 
ərəb-fars dillərinin bədii abidəsi kimi şöhrət qazanmış əsərlərin 
müəllifləridir» (Araz Dadaşzadə.) 
 Yeni  eranın  başlanğıcından  VII  əsrə  qədər  Azərbaycan 
mədəniyyəti  müxtəlif  inkişaf  dövrləri  keçirmişdir:  «Hələ 
Sasanilər  dövründə,  Azərbaycan  xalqının  şimal  və  cənub  düş-
mənlərinə  qarşı  mübarizə  illərində  ölkəni  müdafiə  məqsədilə 
tikilən  qalalar,  çəkilən  sədlər,  burada  memarlıq  işini 
qüvvətləndirmişdi. IV əsrdən etibarən xristianlığın Azərbaycan-
da  qismən  yayılması  ilə  əlaqədar  olaraq  tikilən  kilsələr  və  bu 
kilsələr  ətrafında    təşəkkül  edən  xristianlıq  təlimi  ölkənin 
mədəni  həyatına  müəyyən  dərəcədə  təsir  edirdi.  Xristianlığın 
qəbul edildiyi yerlərdə bizans təsirlərinin qüvvətlənməsini, yeni 
alban  əlifbasının  yaradılmasını  və  yazılı  ədəbiyyatın  inkişafını 
da  təxmin  edə  bilirik.  Arran  dilində  olan  bu  ədəbiyyatın  bir 
nümunəsi  bizə  qədər  gəlib  çatmamışdır.  Hələ  VII  əsrdə 
Azərbaycanda  müstəqil  Alban  dövlətinin  yaranması  ilə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
10 
yüksələn  mədəniyyət  ərəb  istilasına  qədər  inkişaf  edərək 
gəlmişdi»  (Azərbaycan  ədəbiyyatı  tarixi).  Ərəb  istilasından 
əvvəlki  dövrə  aid  erməni  tarixçilərin  əsərlərində  ərəb 
işğalçılarına,  Sasani  qəsbkarlarına  qarşı,  xalqının  müstəqilliyi 
uğrunda  mübarizə  aparan  Cavanşirin  qəhrəmanlığı  haqqında, 
xəyanət  nəticəsində  ölümündən  doğan  kədəri  ifadə  edən  VII 
əsrdə  Davdağın  yazdığı  mərsiyə  vardır.    Bu  mərsiyə  yüksək 
üslubda,  böyük  bir  bədii  keyfiyyətlərlə  zəngindir  və  bu, 
mərsiyənin  müəllifinin  bir  çox  əsərlər  yazmış  olduğunu  da 
sübut  edir.  Bu  mərsiyə  ərəb  istilasından  əvvəlki  dövr 
Azərbaycan ədəbiyyatının «yeganə yadigarı» hesab edilir. 
VII  əsrdə  ərəblər  Azərbaycanı  işğal  etdilər.    Atəşpərəst-
liyin  bütün  nişanələrini  məhv  etməyə  çalışan  ərəb  istilaçıları 
atəşgahları  dağıdır,  yandırırdılar  və  o  məbədlərdə  saxlanan 
tarixi sənədlər, ədəbi materiallar da məhv olurdu.   
Ərəblər  öz  dillərini  qəbul  etdirir,  mədrəsələr  açdırır, 
təlim-tərbiyə  işləri  ərəb  dilində  aparılırdı.  Alban  və  pəhləvi 
əlifbaları qadağan edilir, ərəblərin özləri üçün də çətin olan kufi 
xətti qəbul etdirilirdi.  
İslam  dini  qəbul  edildikdən  sonra  ərəb  dili  hakim  dilə 
çevrilir.  Az bir zaman içərisində müxtəlif xalqlar arasında əsas 
ünsiyyət  vasitəsi  kimi  qəbul  olunur.  Bütün  əsərlər  bu  dildə 
yazılır,  bu  dildə  yayılır,  bu  dilin  vasitəsilə  ümummüsəlman 
xarakteri  alır.  Fransız  şərqşünası  Qustan  Löbenin  dediyi  kimi, 
«latın  dili  orta  əsrlərdə  Avropada  necə  yayılmışdırsa,  ərəb  dili 
də  müsəlman  xalqları  arasında  elə  intişar  tapmışdı».  Bu  hal 
ədəbiyyatda,  ilahiyyatda  qabarıq  şəkildə  özünü  göstərir.  Orta 
Asiya,  Zaqafqaziya,  İran  xalqları  nümayəndələri  ərəb  dilində 
yazır,  bu  dildə  ümummüsəlman  mədəniyyəti  meydana  gəlir. 
İsveçrə  şərqşünası  Adam Mets  yazırdı ki,  «əhalinin   tərkibinin 
dəyişməsi,  onun  bu  vaxtaqədərki  -X  əsrə  qədərki  aparıcı 


 
Sənət, sənətkar və zaman
 
 
 
11 
hissəsinin  qüvvəsinin  tükənməsi  və  qarışıq  irqlərin  qədim 
əhalisinin  ön  cərgəyə  keçməsi  ədəbiyyatda  özünü  qabarıq 
göstərir». 
Ərəb  dilli  orta  əsrlər  ədəbiyyatı  müxtəlif  xalqların  birgə 
yaratdığı, inkişaf etdirdiyi və formalaşdırdığı mədəni irsdir. Bu 
irsin əsas yaradıcılarından biri də Azərbaycan xalqı olmuşdur.  
VII  əsrin  ikinci  yarısından  başlayaraq  Azərbaycan 
sənətkarları  öz  əsərlərini  ərəb  dilində  yazır.  Artıq  Əməvilər 
dövründə  İsmayıl  ibn  Yəsar,  Musa  Şəhəvat,  Əbu-l-Abbas  əl-
Əma  kimi  qüdrətli  qələm  sahibləri  yetişir.  Müxtəlif  elmlər 
sahəsində,  xüsusən  ilahiyyat,  fiqh  və  hədis    sahələrində  azər-
baycanlıların  səsi  daha  qüvvətli  eşidilməyə  başlayır.  XI  əsrin 
əvvəllərində Əbu Mənsur əs-Səalibi X əsr ərəbdilli Azərbaycan 
şairləri haqqında qiymətli məlumatlar verir. Az sonra isə Əbu-l 
Həsən  əl  Baxərzi  öz  məcmuəsində  ərəbcə  yazan  azərbaycanlı 
şairlərə ayrıca bölmə ayırır. Xətib Təbrizi, Eyn-Əl-Quzat, Yusif 
Xoylu,  Şühavəddin  Sührəvərdi  bütün  ərəb  aləmində  tanınır. 
Şərqin elminə,  mədəniyyətinə və ədəbiyyatına, onun inkişafına 
böyük  təsir  göstərir.  Zəngin  kitabxanaların  yaradılması,  ədəbi-
elmi məclislərin təşkil olunması ümumi xarakter alır. Ərəb dilli 
Azərbaycan  ədəbiyyatı  XII  əsrdən  sonra  da  davam  edir, 
Nizami, Füzuli kimi nəhəng söz ustaları ana diliylə yanaşı ərəb 
dilində də əsərlər yazır. 
Ərəbcə yazan azərbaycanlıların öz ölkələri ilə, öz xalqı ilə 
bağlılığı  xeyli    güclənir.  Sonrakı  şairlərin,  ədiblərin  yara-
dıcılığında  milli zəminlə  əlaqə  ilk  baxışdan özünü göstərir.  XI 
əsr  Azərbaycan  şairləri  Eyn-Əl-Quzat,  Sührəvərdi,  Xoylu  və 
başqaları ərəb ölkələrindən kənarda fəaliyyət göstərir. Ərəb dili 
onlara öz fikirlərini ifadə etməkdə zahiri forma rolunu oynayır. 
Ərəb dilli Azərbaycan ədəbiyyatının XI əsrdə müstəqilliyi artır. 
Bununla belə,  bu əsərlər  ümummüsəlman ədəbiyyatının tərkib 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
12 
hissəsi  idi.  Oxşar  cəhətlər  çox  idi,  bunu  inkar  etmək  olmazdı, 
«yalnız  ərəbcə  yazmış  azərbaycanlı  şair  və  ədiblərin 
yaradıcılığına  həsr  olunub,  əsasən  Azərbaycan  xalqının  ədəbi 
fikir 
tarixi 
ilə 
əlaqədar 
olsa 
da, 
ümummüsəlman 
mədəniyyətinin də öyrənilməsi baxımından səciyyəvidir».  
Doğrudur,  ərəb  dili  bütün  Azərbaycanın  əqli  və  mədəni 
həyatına  daxil  olmayıb.  O,  tədricən  dini  və  siyasi  bir  dil  kimi 
yayılıb,  müəyyən vaxt keçdikdən sonra elmi və ədəbi əsərlərin  
dili  kimi  qərarlaşıb.  Doğrudur,  bu  dil  Azərbaycanda  hakim 
mövqe  tutmazdan  əvvəl  ərəblər  tərəfindən  əsir  alınmış  bir  sıra 
azərbaycanlı  şairlər  də  öz  qələmlərini  ərəb  dilində  sınamış, 
hətta  ərəbləri  belə  heyrətə  salan  kamil  sənət  nümunələri 
yaratmışlar.  Onlar  «məvali»  adlanan  şairlər  idi.  İbn  Qüteybə-
əd-Dinavəri  özünün  «Kitab-əş-şer  və  ş-şüəara»  adlı  məşhur 
kitabında  Əbu-l-Yəqzana  əsaslanaraq  yazır:  «Mədinədə 
məvalilərdən  elə    bir  şair  yoxdur  ki,  o  əslən  Azərbaycandan 
olmasın.  Sonra  İsmayıl  ibn  Yəsar  və  onun    qardaşının,  Musa 
Şəhəvatın və Əbu-l-Abbasın adını çəkmişdir».  
İbn Qüteybənin göstərdiyi  bu şairlər VII əsrin sonlarında 
və  VIII  əsrin  birinci  yarısında  yaşayıb  yaratmışlar.  Onlar 
«məvali»  (bu  sözün  mənası  «yaxın  olmaq,  hər  kəsin  ardınca 
getmək,  ona  qoşulmaq»  deməkdir)  idilər  və  bu  ad  islamdan 
əvvəl  və  islamın  ilk  dövrlərində  əsir  tutularaq  müsəlmanlığı 
qəbul  etmiş,  yaxud  da  ərəblərin  içərisində  yaşayan  və  könüllü 
surətdə  yeni dinin bayrağı altına keçən qeyri-ərəblərə verilirdi. 
Təkəbbürlü  ərəblər  arasında  məvalilərə  qarşı  təkəbbür, 
lovğalıq,  nifrət  vardı.  Məhəmməd  Peyğəmbər,  Əli  yanında 
məvalilər xüsusi hörmətə malik idilər. Onları bəzən ərəblərdən 
üstün tuturdular» (Əbu-l-Abbas əl-Mütərrəd). 
Şəhəvat Qüreyş qəbiləsinin  mövlası olmuşdur.  Əldə olan 
şeirləri  onun  yaradıcılığının  cüzi  hissəsini  təşkil  edir.  Onun 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə