Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə5/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   2   3   4   5   6   7   8   9   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
17 
sənətkarlığın  əlçatmaz  qüdrəti  ilə  süslənən  poeziya  çələngi, 
nəğmələr  dünyası»  (M.  Mahmudov)  adlandırır.  M.  Təbrizi 
poeziyaya  yüksək  amallarla  yanaşırdı,  onu  ictimai  həyatın 
bütün  dərinliklərinə  nüfuz  edən,  «həyat  nəfəsli  bir  qüvvə» 
bilirdi.  XI  əsrin  mütəfəkkir  şairi  doqquz  yüz  il  bundan  əvvəl 
yazırdı: 
(Şeir) zəiflərə elə bir qətiyyət verir ki,  
Taqətdən düşmüş hər bir kəs belə kəsərli qılınc  
                                                                    hesab olunur. 
Bu  misraların  əsas  ideyası  müasir  ədəbiyyatın  qarşısına 
qoyulan  estetik  tələblərlə,  ictimai  məzmunla  səsləşir.  Şeir 
xalqın  ruhunu,  fikrini  ifadə  etməlidir,  şəxsi  maddi  maraqlara 
deyil, böyük amallara xidmət etməlidir.  Poetik sənətinin böyük 
ictimai  təsir  qüvvəsinə  inanan  şair  xalqın  düşmənlərini 
sarsıtmaq  üçün  qələmin  mübariz  gücünü  görürdü.  Söz,  qələm 
hər zaman bütün tarixi dövrlərdə mübarizə meydanında qələbə 
çalmış,  sözün qüdrətiylə neçə-neçə hökmdar qılıncı endirilmiş, 
sözün  qüdrəti  neçə-neçə  qüdrətli  hökmdarların  gücündən  daha 
təsirli olmuşdur. 
(Qələm)  öz  ucu  ilə  nə  qədər  qəddar  düşmənləri  məhv 
etmişdir? 
Həm  də  düşmənin  qanını  tökməklə  yox,  öz  qanını  axıt-
maqla. 
Burada  şair  fikrini  obrazlı  ifadə  edir.  Qələmindən  və-
rəqlərə tökülən mürəkkəbi onun qanına bənzədir. Qələmin «qa-
nının»  nəyə  qadir  olduğunu  metaforik  bir  dillə  ifadə  edir. 
Mənsur Təbrizinin şeirlərində həm də əsas mövzu məhəbbətdir. 
Özünü məhəbbət dünyasının əbədi yolçusu bilən şair, ilahi eşqi 
insan ruhunun ayrılmaz «pərisi» bilir. Onun yaradıcılığından az 
nümunələr 
zəmanəmizə 
gəlib 
çatsa 
da, 
bu 
azacıq 
nümunələrdəki  bəşəri  məsələlər,  onların  qoyuluşu,  şair 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
18 
təfəkkürünün zənginliyi Mənsur Təbrizinin dövrünün ərəb dilli 
şairləri  içərisində  qüdrətli  bir  Azərbaycan  şairi  olduğunu 
göstərir.  «Dumyat  əl  qəsr»  məcmuəsində  adı  çəkilən  Xətibi 
Urməvinin  qəsidəsindən  bir  parça  nümunəyə  daxil  edilmişdir. 
Klassik ərəb poeziyasının təsiri altında yazılmış bu şeir parçası 
kiçicik  bir  nümunədir  və  şair  onu  1070-ci  ildə    Uşnə 
yaxınlığında  Nizam  əl-Mülkü  qarşılayarkən  qələmə  alıb.  
Baxərzi diqqətini cəlb edən bir parça qəsidəni məcmuəyə daxil 
etmişdir. 
Hüseyn  Təbrizinin  (Əbu-l-Məhasin  Hüseyn  ibn  Əli  ibn 
Nəsr Təbrizi) Nizam əl-Mülkün tərifinə həsr etdiyi qəsidə şairin 
daxili  hissləri,  dövrün  tənələrinə  qarşı  şikayəti  ilə  başlayır: 
«Şair  onu  bürüyən  ətraf  mühitdən  uzaqlaşmağı,  tənhalığın 
qoynunda bir qədər dincəlməyi arzulayır. Çünki onu məzəmmət 
edənlərin  tənə  və  danlaqları  şairin  ruhunu  sanki  qandallamış, 
sevgi ağırlığından rahatlığı əldən getmişdir: 
 
Əgər təsəlli bircə saat mənə kömək etsəydi, 
Ruhumu məzəmmət edənlərin qandalından  
                                           dərhal xilas edərdim. 
Məhəbbətin ağırlığından uzaqlaşaraq rahatlanar, 
Tənə yükündən təkliyə çəkilərdim. 
Şair ona görə təklik istəyir ki, təbiətin gözəlliyinin seyrinə 
dalsın,  bu  gözəllikdən  həzz  alsın,  ilham  çırağı  daha  da 
şölələnsin,  bu  gözəlliklər  içində  gözəllikləri  bir  də  duysun... 
yüksək  sənətkarlıqla,  böyük  şairanəliklə  yaradılmış  təbiət 
mənzərəsi  kimi  Nizam  əL-Mülkün  tərifi  verilir.  Onu  ağıllı, 
tədbirli,  islam dünyasını  zülmdən qurtaran  xilaskar kimi  mədh 
edir. Şeirin sonunda ona bəslədiyi  səmimi arzularını ifadə edir. 
Şeir ərəb dilində yazılmış olsa da, burada Azərbaycan təbiətinin 


 
Sənət, sənətkar və zaman
 
 
 
19 
tərənnümü,  doğma  yurdun  gözəlliklərinə  vurğunluğunu  böyük 
sənətkarlıqla verir. 
Əli  Təbrizinin  (Əli  ibn  Hibətullah  ibn  Məhəmməd  ibn 
Xalid  Təbrizi)  yalnız  üç  beyti  məcmuəyə  daxil  edilmişdir.  Bu 
parçada  şairin  fəlsəfi  düşüncələri  verilir,  həyata  fəlsəfi 
münasibəti duyulur. 
Baxərzi  XI  əsrin  Azərbaycan  şairlərindən  olan  Xəttat 
Nizami  Təbrizini  şəxsən  tanımış,  onun  şeirlərini  şairin  öz 
məclisində  dinlədiyini  etiraf  etmiş  və  göstərmişdir  ki,  Nizam 
əl-Mülk  tərəfindən  Nişapurdakı  mədrəsəyə  müəllim  təyin 
olunan şair «öz xətti ilə kağızlar torpağında dürr əkirdi». Onun  
vətən  həsrəti  ilə  yazılmış rübaisində    vətən  həsrəti  ilə çırpınan 
qəlbinin səsi duyulur: 
Torpağıma can atıram, təəccüblü deyildir ki, 
Neçə-neçə qəribin qəlbi vətənlərinə can atmışdır. 
Səhərin şəfəqləri mənə tutqun görünür, sanki o, 
Mənim qürbətimdən bir pay götürmüşdür. 
İskafi  Zəncani  yaradıcılığından  məcmuəyə  salınmış  dörd 
beyt onun ayrı-ayrı şeirlərindən seçilmişdir.  Bir beytində insan 
mənəviyyatının 
təmizliyi, 
saflığı, 
 
digərində 
dövrün 
ədalətsizliklərinə  qarşı  üsyan,  digərində  «yaylığa  layiq  olan 
başlarda  «çələng»  görəndə  keçirdiyi  xəcalət  hissləri  ifadə 
edilib.  Cəhalətin  hökm  sürdüyü  bir  dövr,  azad  fikirlərin 
amansızlıqla  boğulmasından  doğan  qəzəb  hissi  onun  qəlbini 
xəstə salıb. Keçirdiyi sarsıntıları ifadə etdiyi aşağıdakı beytində 
haqsızlığı  görüb  qəzəbindən  alışıb  yanan  bir  şairin  üsyankar 
səsi duyulur: 
Əgər mən od olsam, sirr isə buzdan olsa, 
Onu məndən qoruyun ki, alovum ona xətər yetirməsin. 
Orta əsr şairləri içərisində yeganə şairdir ki, Xətib Təbrizi 
haqqında  məlumatlar  xeylidir.  Daha  çox  həyatı  araşdırılmış, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
20 
ona  diqqət  daha  çox  yetirilmişdir.    Onun  ədəbiyyat  və  dilçilik 
elmləri  sahəsindəki  fəaliyyətindən  bəhs  etməklə  yanaşı  bəzi 
mənbələr  bədii  yaradıcılığına  da  toxunmuş,  şeirlərindən 
bəzilərini əsərlərinə daxil etmişlər. Baxərzinin məcmuəyə daxil 
etdiyi  şeiri  Nizam  əl-Mülkə  həsr  etmişdir.    Onunla  arasında 
olan  dostluq  münasibətlərinin  möhkəmləndirilməsi  ilə  bağlı 
yazılmış  əsər  kimi  xarakterizə  edilir.  Xətib    Təbrizi  Səlcuq 
vəzirini  səxavətiylə,  xalqı  mərhumiyyətlərdən  qurtarmaq  üçün 
göstərdiyi məqsədyönlü fəaliyyəti ilə mədh edir.  
Xətib Təbrizi yüksək şairlik istedadına, incə zövqə malik, 
dərin  müşahidə  qabiliyyətli  bir  sənətkardır.  İbn  Xəlliqan  onun 
beytlərini «ən duzlu və lətif şeirlər cərgəsində» olduğunu etiraf 
etmişdir.  
Haqqında  söhbət  açdığımız  şairlərin  yaradıcılığı  az  da 
olsa  XI  əsr  ərəbdilli  Azərbaycan  poeziyasının  həm  kəmiyyət, 
həm  də  keyfiyyət  baxımından  əhəmiyyətli  dərəcədə  inkişaf 
etdiyini,  poeziyanın  ədəbi  həyatımızın  bütün  sahələrinə  nüfuz 
etmiş poeziya olduğunu sübut edir. XI əsr poeziyamız özündən 
əvvəlki dövrlərdə yaranmış ərəbdilli Azərbaycan ədəbiyyatının 
əvvəlki ənənələrinin zəruri inkişafının təzahürüdür: «Bu dövrdə 
Mənsur  Təbrizinin  ədəbiyyatı  siyasi  vuruşlar  meydanına 
çevirməsi,  ona  yüksək  amallar  carçısı  kimi  baxması,  habelə 
İskafi  Zəncaninin  mühüm  ictimai  problemləri  öz  şeirlərinin 
mövzusu etməsi, Nizami Təbrizinin şeirlərindəki vətənpərvərlik 
ruhu  yalnız  XI  əsr  Azərbaycan  bədii  fikrinin  deyil, 
ümumiyyətlə,  Yaxın  və  Orta  Şərq  xalqlarının  estetik 
təfəkkürünün 
nailiyyəti 
kimi» 
(M. 
Mahmudov) 
qiymətləndirilir. 
XII  əsrdə  Azərbaycan  ədəbiyyatı,  xüsusilə  poeziyamız 
xeyli  inkişaf  etmişdir.  Bu  əsrdə  Eyn  əl-Quzatın  şəxsində  bədii 
nəsrin  ilk  nümunələri  yaranır  və  ədəbi-bədii  fikrin  tərkib 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə