Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə8/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   4   5   6   7   8   9   10   11   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
29 
dili  də  dövlət,  sənət,  elm  dili  kimi  işlənmək  hüququ  qazanır» 
(T. Hacıyev). 
İzzəddin  Həsənoğlu,  Əbdülqadir  Marağayi,  Şah  Qasım 
Ənvar,  Sultan  Əhməd  kimi  şairlərin  yaradıcılığı,  onların  əldə 
olunan şeirləri Nəsimiyə qədərki yazılı ədəbi dilimizin abidələri 
kimi tarixi əhəmiyyətlidir. Əbdülqadir Marağayi böyük istedad 
sahibi kimi  həm də  incəsənət aləmində  məşhur  idi.  Gözəl səsə 
malik olan  şair   yüksək təfəkkür sahibi olub,  «musiqi  sənətinə 
hərtərəfli  yanaşan  musiqi  alimi»  olub,  «maraq  dairəsinin 
böyüklüyü,  zehniyyətinin  vüsəti,  görüş  üfüqlərinin  genişliyi 
etibarilə  zamanının  görkəmli  alimi,  mümtaz  musiqişünası  və 
mahir ustadı sayılır» (Əfrasiyab Bədəlbəyli). 
Əbdülqadir  Marağayinin  şairliyi  və  xəttatlığı  haqqında 
İran  alimi  məlumat  verir.  Onun  «Məqasidül-Əlhan»  («Təra-
nələrin  məqsədləri»)  və  «Cameül-Əlhan»  («Təranələr  külliy-
yatı») əsərləri əlyazma nüsxələri əsasında, Təqi Binişin tərtibatı 
ilə  çap  edilmişdir.  Birinci  əsərinin  sonuna  şairin  farsca  və 
türkcə  bir  sıra  şeirləri  daxil  edilmişdir.  Müəllif  onları 
bəstələdiyi  musiqi  əsərlərinə  mətn  kimi  yazmışdır.  Onun 
«Məqasidül-əlhan» kitabında   «Ey canü cəhan  bəhər  səfa,  bizi 
unutma»  misrası  ilə  başlanan  şeiri  yazılı  ədəbi  dilimizin  ilk 
nümunələrindən biri kimi qiymətləndirilir. 
XV  əsrdən  etibarən  Azərbaycan  ədəbiyyatı  əsasən  milli 
dildə  inkişaf  etməyə  başlayır:  «Teymurilərin  qovulmasından 
sonra  Cənubi  Azərbaycanda    təşəkkül  edən  Ağqoyunlu  və 
Səfəvilər  dövlətlərinin  Azərbaycan  dilinə  əhəmiyyət  verməsi, 
xüsusən Səfəvilər dövlətinin bu dildən dövlət dili kimi istifadə 
etməsi Azərbaycan dilinin ədəbi-bədii dil olaraq sürətlə inkişaf 
etməsinə  şərait  yaradır.  Hələ  XIV  əsrdən  başlayıb  inkişaf 
etməkdə  olan  Azərbaycan  ədəbi-bədii  dili  XV  əsrdə 
möhkəmlənir,  XVI  əsrdə    isə  yüksək  zirvəyə  çatır;  «bu  əsrdə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
30 
əsas    əsərlərini  bu  dildə  yaratmış  cahanşümul  sənətkarlar 
yetişir». 
Bu dövrdə fars dilində də şeir yazan şairlər vardı. Katibi, 
fars dilində «Həqiqi» təxəllüsü ilə şeirlər yazan Şahcahan,  fars 
dilində «Xəmsə» yazan Marağalı Əşrəf kimi şairlərlə yanaşı, bu 
dövrdə ölkədə baş verən siyasi hadisələrlə razılaşmadıqlarından 
vətəni  tərk  edənlər  də  vardı;  Türkiyəyə  köçüb  yaradıcılıqlarını 
davam  etdirən Hamidi,  Haşimi (XV  əsr),  Süruri,  Şahi,  Həbibi, 
Xəlili,  Matəmi,  Arifi,  Qasimi,  Gülşəni,  Bidari,  Pənahi,  Hafiz, 
Xəlifə,  Xəzani,  Həsiri,  Mir  Qədri  vardı;  Əlişir  Nəvainin  
başçılıq  etdiyi  ədəbi  məktəbə  maraq  göstərib  Herata  köçən,  
orada  hörmət  qazanandan  sonra  vətənə  dönən,  Nəvai  dilinə 
yaxın  bədii  dili  olan  əsərlər  yaradan    Azərbaycan  şairləri 
(Xülqi,  Allahi,  Ziyayi)  vardı.  Qəzvində  doğulub  Təbrizdə 
yaşayıb-yaratmış,  öz  ana  dilində  yazdığı  şeirləri  ilə 
müasirlərindən  fərqlənən  Kişvəri,  dostu  Həbibi,  «dünyəvi 
meyilləri,  canlı,  sadə  dili  ilə  xalq  kütlələri  içərisində  geniş 
yayılmış  və  Azərbaycan  şeirinin  sonrakı  inkişafında  müəyyən 
müsbət rol oynamış», «aşıq şeiri üslubunda, sadə, canlı xalq dili 
ilə  yazılan  və  saz  havalarına  uyğun  gələn»  qoşmalar  müəllifi, 
Azərbaycan dilində məsnəvi tərzində yazılan ilk əsərlərdən olan 
«Dəhnamə» poemasının müəllifi, üç dildə şeir yazmaq qabiliy-
yətinə  malik  «Divan»,  didaktik  mənzumələr,  lirik  qoşmalar, 
«Nəsihətnamə»  məsnəvisi,  «Dəhnamə»si  olan  Şah  İsmayıl 
Xətayi vardı;  Nizami, Xaqani ədəbi ənənələri ilə qidalanmış, o 
ənənələri  davam  və  inkişaf  etdirərək  Azərbaycan  ədəbiyyatına 
yeni  məzmun,  yeni  bədii keyfiyyətlər gətirmiş,  üç dildə ölməz 
əsərlər  yaratmış,  dünya  ədəbiyyatına,  xüsusilə,  Yaxın  Şərqin 
ədəbi  həyatına,  Türkiyə,  İran,  Orta  Asiya  xalqlarının 
ədəbiyyatına  dərin  təsir  göstərmiş,  Azərbaycan  poeziyasında 
lirikanın ən gözəl nümunələrini yaradan və onu yüksək zirvəyə 


 
Sənət, sənətkar və zaman
 
 
 
31 
qaldıran,  qəzəl  ustadı,  Azərbaycan  bədii  dilinin  banisi,  dilinin 
sadəliyini,  təbiiliyini  göz  bəbəyi  kimi  qoruyan,  dili  məcaz  və 
təşbehlərlə,  istiarə  və  mübaliğələrlə,  əlvan  epitet  və  surətlərlə 
zəngin  dili  olan,  Azərbaycan  poeziyasını  vəzn  cəhətdən 
zənginləşdirən,  vəznlərə  yeni  ruh,  yeni  ahəng  gətirən»  bir 
sənətkar  kimi  dəyərləndirilən  Füzuli    kimi  qüdrətli  sənətkarlar 
vardı  və  onlar  təkcə  Azərbaycanda  deyil,  bütün  Yaxın  Şərqdə 
tanınmış  sənətkarlar  olmuşdur.  Xüsusilə,  Füzuli  «əsərlərinin 
dərin  elmi,  fəlsəfi  məzmunu,  mövzu  cəhətdən  rəngarəngliyi, 
yüksək obrazlılığı və forma gözəlliyi əsrlər boyu ədəbi inkişafa 
təsir göstərmiş, yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə 
yetişən şairlər üçün əsl yaradıcılıq məktəbi olmuşdur». 
XVII  əsrdə  xalq  yaradıcılığından-xalqın  mübarizəsini, 
zəhmətkeş  kütlələrin  istək  və  arzularını  ifadə  edən  əsərlərdən 
qüvvət alan yazılı ədəbiyyat təkmilləşir, xalq şeiri təsiri altında 
yazan  yeni  tipli  şairlər  meydana  çıxır.    Folklor  təsirindən 
yaranan  şeir  məzmun  və  şəkli  ilə  saray  şeirindən  fərqlənirdi, 
xalqın,  yoxsul  təbəqənin  istək  və  arzuları,  əməyi,  zəhməti  ön 
plana  çəkilirdi,  xalqın  istilaçılara,  feodal  zülmünə  qarşı 
mübarizəsindən,  el  gücündən    bəhs  edilirdi:  «Əsrin  qabaqcıl 
arzularını  ifadə  edən  bu  ədəbiyyat  şəkli  xüsusiyyətləri  ilə  də 
feodal,  ruhani  və  tacir  mühitində  sevilən  ədəbiyyatdan 
fərqlənirdi.  Bu  şeirin  xalq  şeiri  ilə  səsləşməsi  ən  yaxşı 
cəhətlərindən biri idi. Onun vəzni heca vəzni idi. Bədii ifadələr 
canlı  həyatdan,  kənd  və şəhər  yoxsullarının  məişətindən alınır, 
təşbeh  və  istiarələri  ənənəvi  qəzəl,  qəsidə  ifadələrindən  fərqli 
olaraq canlı həyat, məişət ilə bilavasitə əlaqədar olurdu». 
Bu  dövrdə  xalq  şeiri  tərzində  yazan  Tufarqanlı  Abbas, 
Sarı Aşıq daha çox məşhur olub, əsərlərində məhəbbətlə yanaşı, 
daha  çox  dövrün  ictimai-siyasi    məsələlərini  əks  etdirirdilər. 
XVIII əsrdə şifahi xalq şeiri tərzində yazan şairlərin yaradıcılığı 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
32 
daha  geniş,  daha  əhatəli  olub,  «dövrün  ədəbi  inkişafına 
istiqamət verməyə  başladı».   Xəstə Qasım,  Vidadi,  Vaqif kimi 
böyük  sənətkarlar  bu  ədəbi  cərəyanı  yüksək  səviyyəyə 
qaldırdılar.  Xalq  ədəbiyyatına  olan  bu  meyil  getdikcə 
qüvvətlənərək  şifahi  xalq  şeirinin  bütün  xüsusiyyətlərini  yazılı 
ədəbiyyatda əks etdirirdi. 
Həm  xalq  yaradıcılığından,  həm  də  klassik  ənənələrdən 
yararlanmaqla  oricinal  keyfiyyətlərə 
malik  XVIII  əsr 
Azərbaycan  lirikasının  yaradıcıları  Vaqif,  Vidadi,  Nişat,  Ağa 
Məsih,  Məhcur,  Xəstə  Qasım  kimi  sənətkarlardır.  Bu  dövrün 
sənətkarlarının  əsərlərində  «romantik  və  dünyəvi  məhəbbətin 
tərənnümü,  həyatın  mənası  barədə  fəlsəfi  düşüncələr  feodal 
dünyasında  hökm  sürən  qeyri-bərabərliyə,  ədalətsizliyə  etiraz, 
xeyirxahlıq  və  nəcibliyə  çağırış,  konkret  hadisə  və  insanların 
təsviri...  bütün  bu  motivlər  XVIII  əsr  lirikasında  öz  rəngarəng 
bədii  əksini  tapmışdır.  Həmin  lirikada  əyani  səslənən 
dünyəvilik  və  nikbinlik  notları  orta  əsr  şeirinə  yeni  ruh 
gətirirdi». 
Bu dövr sənətkarlarımız həm əruz, həm də heca vəznində 
əsərlər yazsa da, heca vəzni-Azərbaycan şeirinin ana vəzni daha 
mühüm  mövqe  qazanmaqda  idi.  Onların  əsərlərinin  dili  xalq 
ifadələri,  xalq  dili,  deyimləri,  ifadələri  ilə  zənginləşirdi,  ərəb-
fars  tərkibli  ifadələrdən  təmizlənirdi.  Alimlər  bu  dövrün  bir 
əlamətdar  cəhəti  kimi  sənətkarlarının  yaradıcılığında  «həyat 
hadisələrinə,  insana  münasibətdə  realistik  dünyabaxışın  üstün 
gəlməsi  faktı»nı  dəyərləndirir    və  bu  «realistik  meyil»  realist 
ədəbiyyatın inkişafına yol açmış olur. 
XIX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixində  «ən  zəngin, 
məhsuldar,  rəngarəng,  maraqlı  və  eyni  zamanda  ən  ziddiyyətli 
bir dövr» kimi təhlil edilir. Bu əsrdə Azərbaycan ədəbiyyatında 
köhnə  ədəbi  üsulların  mövcud  olduğu  şəraitdə  realizm  ədəbi 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə