Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə4/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   2   3   4   5   6   7   8   9   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
13 
mədhiyyələri,  həcvləri  qalıb.  Musa  Şəhəvatın  şeirləri  məşhur 
idi.  Onlar  hikmətli  sözlər,  zərb-məsəllər  kimi  ağızdan-ağıza 
keçirdi,  cariyələrdən  tutmuş  xəlifələrə  qədər  onun  şeirlərini 
əzbər  söyləyirdilər.  O,  şeirlərində  özündən  razı  adamlara, 
mənsəb  və  vəzifəsinə  arxalanıb  heç  kəslə  hesablaşmaq 
istəməyən  lovğalara  üz  tutur,  «insan  daimi  yaşamır,  o,  gec-tez 
ölüb  gedəcəkdir»,-deyir,  xeyirxahlıq,  saflıq  kimi  nəcib  insani 
sifətləri  tərənnüm  edir.  Dünyada  insanın  ancaq  yaxşı 
əməllərinin  əbədi  qalacağını  söyləyir.  Onun  aşağıdakı  beyti 
bunu təsdiq edir: 
Mərdlik düşmənlərinə de ki, Xaliddə səxavət 
                                                 məhv olmuşdur. 
                  Ancaq Səidin fəzilətləri məhv olmayacaqdır. 
Belə  dəyərli  fikirləri  ondan  sonra  gələn  şairlər  üçün  də 
ilham  mənbəyi  olmuş,  onun  bir  çox  qiymətli  fikirləri  digər 
qəsidələri  də  bəzəmiş,  məzmununu  xeyli  qüvvətləndirmişdir. 
Dövrünün aktual məsələləri onun şeirlərində var. Ədalətsiz qazi 
və  valilərə  düşmən  olan  şair  Allah  adından  istifadə  edib  min 
fırıldaq  törədənləri  ifşa  edir,  cəmiyyətdə  gördüyü  eybə-
cərliklərdən iyrənib həyatdan əl üzmür, əksinə, ədalətin, haqqın 
gücünə inanır, zülmkarlara lənət yağdırdığı kimi yaxşı əməlləri 
də alqışlayır. Ailə münasibətlərinə aid şeirlərində yaxşı qızların 
ləyaqətli  adama  ərə  getməsini  alqışlayır,  özünə  layiq  ər 
seçməyənləri  məzəmmət  edir.  Onun  əsərlərindən  görünür  ki, 
yüksək  sənətkar olub,  ərəb dilinin  incəliklərinə dərindən  bələd 
olub, şeir qanunlarını mükəmməl öyrənib, ərəb şeirlərinin əlavə 
vəznlərini 
məharətlə  öz 
yaradıcılığında  tətbiq  etməyi 
bacarmışdır.  
İsmayıl  İbn  Yəsar  ərəbdilli  Azərbaycan  poeziyasının 
qüdrətli  nümayəndələrindən  biridir.  VII-VIII  əsrdə  yaşayıb  -
yaratmış    bu  görkəmli  şairin  ədəbi  fəaliyyəti    şərqşünasların 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
14 
diqqətindən kənarda qalıb.   Onu  müasir  fars tədqiqatçılarından  
Zəbihullah  Səfa  və  ərəb  alimi  Əhməd  Əmin  heç  bir  əsasları 
olmadan  fars  şairlərinin  siyahısına  daxil  etmiş,  Məhəmmədəli 
Tərbiyət  isə  onun  Azərbaycan  şairi  olduğunu  bir  daha 
təsdiqləmişdir. O, ədəbiyyat tarixinə kəskin  siyasi şeirlər, zərif 
mədhlər, yanıqlı mərsiyələr, səmimi vəsflər, incə aşiqanə şeirlər 
müəllifi  kimi  daxil  olmuş,  o  Musa  Şəhəvatdan  fərqli  olaraq 
ömrü  boyu  ərəb  hegemonluğuna  qarşı  çıxmış,  qələmini  əsarət 
altına  alınmış  xalqların  heysiyyatının  qorunmasına  həsr 
etmişdir.  Əhməd  Əmin  onun  yaradıcılığını,  şeirlərinin 
xüsusiyyətlərini  xüsusi  qeyd  edir,  göstərir  ki,  «orada 
hekayəçilik    ruhu,  gözəl  məntiqi  ardıcıllıq  hakimdir.  İsmayıl 
ibn  Yəsar  köhnə  ənənələri  cəsarətlə  qırmış,  şeirin  yalnız 
formaca  deyil,  məzmunca  da  sabitliyini  ərəbdilli  ədəbiyyata 
gətirmişdir.  Artıq  onun  aşiqanə  şeirlərində  dəvə  karvanlarının, 
səhraların  boz  qumlarının,  qəbilələrin  təsvir  və  tərənnümünə 
rast  gəlmirik.  Ondan  qabaqkı  ərəbdilli  şairlərin  hamısı  bu 
köhnə  ənənənin  çərçivəsindən  çıxa  bilmir,  müxtəlif  hadisələr 
yığımını bu şeirdə əlaqəsiz şəkildə əks etdirirdilər. İbn Yəsarın 
böyük  xidmətlərindən  biri  elə  bu  şeiri    səliqəsizlikdən  xilas 
etmək,  mövzu  vəhdətini  poeziyaya  gətirmək  olmuşdur:  bunu 
tənqidçilər    qədim  Azərbaycan  ədəbiyyatının  təsiri  ilə 
bağlayırlar. Onun sözləri, tərkiblər, poetik vəzni ərəb qəlibində 
verilsə  də,  Azərbaycan  təfəkkürü,  Azərbaycan  ruhu  onun 
şeirlərinə  daxil    ola  bilmiş,  yeni  məna  və  mahiyyət  kəsb 
etmişdir. Onun şeirlərində poetik obrazlar, bədii ifadə vasitələri 
yüksək  sənətkarlıq  nümunəsi  kimi  qiymətləndirilir,  əsassız 
mübaliğələr,  şit  təşbehlər,  real  həyatdan  uzaq  bənzətmələr 
yoxdur. Dili yığcam və canlı, axıcıdır.  
Əbul Abbas əl əma Cəzimə ibn Əli ibn əd Deyl ibn Bəkr 
ibn  Əbd  Mənat  qəbiləsinin  mövlası  olmuşdur.  Onun 


 
Sənət, sənətkar və zaman
 
 
 
15 
yaradıcılığı  Yəsar  və  Şəhəvat  kimi  müasirlərindən  bəzi  xüsu-
siyyətləri ilə fərqlənsə də, ardıcıl, qəti mövqeyi ilə seçilib. Əldə 
olan  mədhləri,  həcvləri  siyasi  xarakter  daşıyır.  Onun  maraqlı 
şeirlərindən  biri  bir  atanın    dilindən  nankor  oğula  qarşı 
çevrilmiş  və  yüksək  sənətkarlıqla  yazılmış  kiçik  bir  şeir 
parçasıdır.  Atanın  duz-çörəyi  ilə  boya-başa  çatan  oğul  ata 
qəlbinin yanıqlı fəryadını dərk etmir: 
Anadan olan gündən sənə çörək verib, su qabını  
dodaqlarına yaxınlaşdırıb, 
Qurtum-qurtum içirdərək səni boya-başa çatdırdım. 
Gecələr sənə bir bədbəxtlik üz verdikdə gözlərimi 
Səhərə qədər yummayıb sənin dərdin üçün  
                                                               narahatlıq keçirdim. 
Sanki sənə üz verən bəla mənə də sirayət edib 
Hönkür-hönkür ağladırdı. 
VII-VIII  əsrlərdə  yaşayıb  yaratmış  və  məvali  şairlər 
adlanan  bu  təfəkkür  sahibləri-azərbaycanlı  şairlər  ərəbdilli 
poeziyanın  inkişafına  xeyli  köməklik  göstərmiş,  eyni  zamanda 
öz  xalqının    bədii  və  fəlsəfi  təfəkkürü  ilə  bağlı  olmuşlar. 
«Onların yaradıcılığı sübut edir ki,  Azərbaycan xalqının həmin 
dövrdəki  bədii  təfəkkürü  digər  müsəlman  xalqlarının  mədəni 
səviyyəsindən  heç  də  geri  qalmamış,  bir  çox  millətlərin  birgə 
səyi  nəticəsində  meydana  gəlmiş  ərəbdilli  poeziyanın  yeni 
keyfiyyətlər 
kəsb 
etməsində, 
 
forma 
və 
məzmunca 
dərinləşməsində,  ictimai  və  siyasi  həyata  dərindən  nüfuz  et-
məsində öz faydasını əsirgəməmişdir. Azərbaycanlı ruhu, azər-
baycanlı  təfəkkürü,  azərbaycanlı  zövqü  ərəbdilli  ədəbiyyata 
daxil  olaraq  bu  ədəbiyyatın  mövzuca  genişlənməsinin  əsas 
amillərindən  birinə  çevrilmişdir.  X-XI  əsrlərdə  Azərbaycanda 
yaranan  ərəbdilli  poeziya  məhz  belə  bir  zəmin  üzərində 
yüksələrək, məzmunca daha da müstəqilliyə doğru getmişdir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
16 
Əbul-Həsən  əl  Baxərzinin  «Dumyat  əl-qəsr  və  usrat  əhl 
əl-əsr»  məcmuəsində    XI  əsr  Azərbaycan  poeziyasının  səkkiz 
Azərbaycan  şairinə  yer  verilməsi  o  dövrdə  poeziyamızın  çox 
zəngin  olduğundan  xəbər  verir.  Onların  yaradıcılığı  haqqında 
ərəbdilli  mənbələrdə  öz  əksini  tapmamasına  səbəb  onların  öz 
şəhərləri  ilə  bağlı olması,  ümummüsəlman ədəbiyyatının geniş 
meydanına  çıxmaq  imkanı  olmamasıdır.  Başqa  bir  səbəbin  də 
siyasi  hadisələrlə  bağlı  olduğu  bildirilir:  «Belə  ki,  səlcuqların 
zəifləməsindən  sonra  vahid  imperiyanın  dağılması  və  bununla 
əlaqədar  müxtəlif  döv-lətlərin,  ayrı-ayrı  əlaqəsiz  elm  və 
mədəniyyət  mərkəzlərinin  meydana  gəlməsi  bir  zamanlar  çox 
möhkəm  olan  ümummüsəlman  mədəniyyətinin  bütövlüyünü, 
sıx  rabitəsini  və  vahidliyini  aradan  qaldırır.  Bu  da  öz 
növbəsində 
ərəbdilli 
ədəbiyyatın 
ümumi 
ahənginin 
pozulmasına,  onun  ayrı-ayrı  ölkələrdə    müstəqil  inkişafına 
gətirib  çıxarır.  Təbii  ki,  belə  bir  şəraitdə  təzkirə  müəllifləri 
bütün  şərq  aləmini  əhatə  etmək  imkanından  məhrum  olurlar». 
Bu  dövrdə  monqol  işğalları,  ölkədə  baş  verən  siyasi 
dərəbəyliklər,  müharibələr  bir  çox  sənətkarların  əsərlərinin 
məhvinə,  unudulmasına    səbəb  olmuşdur.    Baxərzinin 
məcmuəsinin  bu  cəhətdən  misilsiz  dəyəri  var.  Məhz  həmin 
məcmuədə XI əsrin səkkiz Azərbaycan şairinin adı çəkilir.  Bu 
məcmuədəki Azərbaycan şairlərinin siyahısı Mənsur Təbrizinin 
şeirləri  ilə  açıldığı  söylənir.  Baxərzi  yazır:  «Təbriz  əhli 
içərisində  böyük  istedadı  ilə  məşhurlaşmış,  mənaları  saf 
qızıltək  cilalanmışdır.  Bu  kafiyədə  gətirdiyim  (parçalar)  onun 
adı üçün kifayətdir. Bu, Şam  diyarında yüksək zövqü oxşayan, 
indi  də  söz  xəzinəsinin  incisi  hesab  olunan  bir  qəsidədir». 
Mənsur  Təbrizinin  buradakı  şeirlərini  araşdıran  tədqiqatçılar 
onun  məcmuədəki  şeirlərini  «nadir  poetik  ilhamın,  qanadlı 
təfəkkürün,  vüqarlı  mənliyin  vəhdətindən  yoğrulan,  bakir 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə