Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə12/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   8   9   10   11   12   13   14   15   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
45 
Bax bir, nə gözəldir, necə candır, nə cavandır, 
Biz verməriz əldən bunu, düşmənlərə qandır! 
M.  Hadinin  bu  sətirlərində  M.Ə.Rəsulzadənin  «Ah, 
Azərbaycan!  Biz  sənin  haqqını  tələb  etmək  deyil,  yalnız  adını 
söyləmək  üçün...  nə  qədər  töhmətlərə  məruz  qaldıq...»  kəl-
mələrində  yaşayan  bir  ruh,  amal,  ideya  var.  M.  Hadi  bol-
şeviklərin  hakimiyyətə  gəlməsinə,  Xalq  Cümhuriyyətinin  sü-
qutuna dözməyərək Gəncə üsyanında yaxından iştirak etmiş, bu 
amal, məqsədə xidmət etmiş, bu yolda həlak olmuşdur.  
Türkçülük, turançı ideyaları ilə köklənmiş Abdulla Şaiqin 
yaradıcılığında  Xalq  Cümhuriyyətinə  bəslənən  hörmət  və 
ehtiram əsasdır. «Yeni Ay doğarkən», «Marş», «Vətənin yanıq 
səsi»,  «Arazdan  Turana»  şeirlərində  vətəndaş  şairin  qəlbinin 
səsi  duyulur.  Bu  şeirlərdə  azad,  müstəqil  dövlətə,  Xalq 
Cümhuriyyətinə  sevgi  yaşayır.  Milləti,  xalqı  haqsızlığı 
yıxmağa, «Turanda gün doğunca» zülmətlə çarpışmağa,  irəlidə 
mübarizə  yolu  ilə  qazanılacaq  qələbələrə,  orada  doğacaq  
Günəşə  –  yeni  dövlətə,  dövlətin  qurduğu  gözəl,  xoşbəxt, 
firavan, cənnət kimi həyata səsləmə var.  
Haydı, yola çıxalım, haqsızlığı yıxalım, 
Turanda gün doğunca, çarpışalım. 
Arş iləri, iləridə cənnət kimi çəmən var. 
Günəş orda hər doğar, səadət orda parlar. 
 
Türk firqəsi Müsavat, 
Açalım quş tək qanad. 
Sarılıb hürriyyətə, 
Bulalım şanlı həyat. 
Milli  ədəbiyyat  tarixində  «istiqlal  şairi»  kimi  tanınan 
Əhməd  Cavadın  «Türk  ordusuna»,  «Şəhidlərə»,  «Azərbaycan  
bayrağına»,  «Elin  bayrağı»,  «İngilis»,  «İstanbul»,  «Bakı  deyir 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
46 
ki»  və  s.  şeirlərində  ölkədə  milli  azadlıq  uğrunda  gedən 
mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə 
hörmət və  ehtiram  göstərilir.  Bu şeirlərdə  «Bir kərə  yüksələn» 
və  bir  daha  enməyən,  onu  endirməyə  çalışanlara  qarşı  xalqın 
apardığı  mübarizə  əsasdır,  bu  mübarizədə  «müvəqqəti 
məğlubiyyət» 
olsa 
da, 
beşiyində 
boğulmuş 
müstəqil 
Azərbaycan  dövlətinin bayrağının 70 ildən sonra yenə başımız 
üstündə  dalğalanması  həqiqəti  yaşayır,  xalqın  mübarizə  dolu 
həyatında  qanı,  canı  bahasına  əldə  etdiyi  müstəqilliyə  yenidən 
qovuşması,  milli  duyğular  güclüdür,  bu  gün  də  şairin 
«Azərbaycan    bayrağına»  şeirində  milli  qürur,  bayrağımızın 
milli  dövlətçiliyimizin  atributlarından  biri  kimi  öyülməsi,  hər 
zaman özünü qoruyub saxlayan  müasirlik  hissi – qan  bahasına 
əldə  edilmiş  dövlətə,  onun  bayrağına  hörmət  və  ehtiramdan 
yoğrulmuş misralar yaddaşlara həkk olunub: 
Türküstan yelləri öpüb alnını, 
Söylüyor dərdini sana, bayrağım! 
Üç rəngin əksini Quzğun dənizdən, 
Ərmağan yollasın yara, bayrağım! 
Əhməd  Cavad  yaradıcılığında  ölkəni  yenidən  işğal  edən 
rus  imperiyasına  nifrət  hissi  var.  «Göygöl»  şeirinin  ideya 
məzmununda  azadlıq  göynərtisi,  müstəqillik  arzusu,  milli 
istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur. 
Türkçülük,  turançılıq  ideyalarına gənc  yaşlarından  böyük 
səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi 
ilk  illərdə  «Trablis  müharibəsi»  və  «Ədirnə  fəthi»  pyeslərini 
yazdı  və  bu  əsərlər  Türkiyədə  baş  verən  inqilabi-tarixi 
hadisələri,  türk  xalqının  öz  suverenliyi,  ərazisini  qoruyub 
saxlamaq uğrunda mübarizəsini əks etdirirdi. 
Milli  hökumətin  yarandığı  illərdə  parlamentdə  stenoqraf 
işləyən  C.  Cabbarlı  dramaturgiya,  eləcə  də  lirik  yaradıcılığını 


 
Sənət, sənətkar və zaman
 
 
 
47 
davam  etdirir,  milli  dövlətçiliyi,  vətənin,  torpağın  gözəlliyini 
tərənnüm  edir.  İlk  şeirlərində-«Azərbaycan    bayrağına», 
«Sevdiyim»,  «Sevimli ölkəm»,  «Salam»  və  s.  şeirlərində Xalq 
Cümhuriyyətinin  şirin  dadını  duyan,  bu  dövlətin  məhəbbətini 
qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız, 
türkçülük,  turançılıq  məfkurəsi  ön  planda  verilir.  Şairin 
«Azərbaycan    bayrağına»  şeiri  şairin  «azadlıq  və  istiqlal» 
sevgisini  oricinal  formada  əks  etdirən  əsərlərdən»  biri  kimi 
yüksək qiymətləndirilir.  
 «Azərbaycan  bayrağına»  şeirində  üçrəngli  Azərbay-can 
bayrağının rəmzlərini bədii şəkildə verir: 
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, 
 
Bir türk oğlu olmalı! 
Yaşıl boya İslamlığın sarsılmayan imanı, 
 
 
Ürəklərə dolmalı! 
Şu al boya azadlığın, təcəddüdün fərmanı, 
 
 
Mədəniyyət bulmalı! 
Səkkiz uclu şu yıldız da səkkiz hərfi od yurdu, 
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi 
 
 
 
 
Səhərlərə uçmuşdur. 
«Sevdiyim» şeirində də şair üçrəngli bayrağa, vətənə mü-
qəddəs  hisslərlə  yanaşır,  bu  bayraqda  türkçülük,  turançılıq 
ideyalarını ümumiləşdirir.  
Ölkədə milli hökumətin süqut etməsiylə, Xalq Cümhuriy-
yətinin  qurucuları,  ədəbiyyata  gələn  gənc  istedadlı  qələm 
sahibləri  mənəvi  cəhətdən    yaralanmışdılar.  Bu  zərbənin  ağr-
ılarını  çəkirdilər  və  C.Cabbarlı  da  onlardan  biri  idi.  «Aydın», 
«Oqtay Eloğlu» kimi əsərlərində milli kədərin motivləri vardır. 
Qorxmaz,  mübariz  C.  Cabbarlı  1920-ci  il  aprelin  27-də 
hakimiyyətin  süqutu  haqqında  qərar  qəbul  edilən  axşamı  bu 
milli  hərəkatın  bir  çox  cavan  fəalları  ilə  Məmməd  Əmin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
48 
Rəsulzadənin  evinə  yığışırlar.  «Gənc  müsavatçılar»  hərəkatı 
yaranır. Bu gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə, baş 
katib Cəfər Cabbarlı oldu. Təşkilatın bir sıra yığıncaqları Cəfər 
Cabbarlının  bağında  keçirilir,  bolşevizmə  qarşı  mübarizə 
aparan özəklər yaradılır, «İstiqlal» qəzeti dərc edilirdi. 1923-cü 
ildə  təşkilatın  üzvləri,  o  cümlədən  C.  Cabbarlı  da  bolşevik 
hökuməti  tərəfindən  həbs  edilsə  də,  avqustun  ortalarında 
müxtəlif şərtlər əsasında azadlığa buraxıldı. Onun yaradıcılığını 
ətraflı tədqiq edən alimlər bu qənaətdədirlər ki, «Cəfər Cabbarlı 
heç  bir  zaman  bolşevik  ideyalarını  qəbul  etməmiş  və  sovet 
quruculuğunun  kor-koranə  təbliğatçısı  olmamışdır.  Onun  bu 
recimlə  birbaşa  həmfikirliyini  göstərən  heç  bir  yazısı  yoxdur. 
Lakin  müəyyən  mənada    aydın  və  oqtayların  prototipi  olan  C. 
Cabbarlının bir xüsusiyyəti vardı: doğma xalqa bağlı olan ədib 
üçün  idealsız,  qayəsiz,  Azərbaycanın  sabahına  inamsız 
yaşamaq  qeyri-mümkün  idi.  Belə  qayələri  Cəfər  Cabbarlı 
qismən  20-ci  illərdə  bolşeviklərin  xüsusi  ardıcıllıqla  həyata 
keçirdikləri  mədəni  inqilabda  tapdı.  Bu  inqilab  Azərbaycan 
xalqını  Avropa  mədəniyyəti  yoluna  yönəldirdi  və  məhz  bu 
cəhət  Cəfər  Cabbarlının  xalqımızın  gələcəyi  barədə  arzularına 
uyğun  idi.  Ona görə də bu prosesdə  iştirak edən  C.  Cabbarlını 
mənəvi iflasdan və əzablardan xilas etdi».  
Xalq  Cümhuriyyətinin  köməyini,  dövlətin  qayğısını 
üzərində  hiss  edən,  onun  dəstəyi  ilə  xaricdə  təhsil  alan,  elmə, 
biliyə  yiyələnən  Əli  Yusifin  «Azərbaycanlıya»,  «Bayraq», 
«İdeal», «Bir türk yanqısı deyir ki», «Qarabağ xainlərinə» və s. 
şeirlərində  xalq,  millət,  vətən  sevgisi  əsasdır.  «Əli  Yusifin 
şeirlərini  səciyyələndirən  başlıca  keyfiyyət  onların    canlı  hiss 
və  təəssüratlardan  qaynaqlanması  yüksək  mübarizlik  əhval-
ruhiyyəsinin  məhsulu  olmasıdır.  Bu  cəhət  bir  tərəfdən  şairin 
fitri  poetik  keyfiyyətlərinin  göstəricisi  kimi  özünü  büruzə 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə