Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə24/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   20   21   22   23   24   25   26   27   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
93 
yuxusu»  (1929),  «Mənim  şeirlərim»,  «Köhnə  adamlar»  və  s. 
kitablarında  felyetonları  və  şeirləri  toplanmışdır.  Bu  əsərlərdə 
daxili  və  xarici  düşmənlərin  ifşası,  yeni  həyat  quruculuğu 
sahəsində  əldə  edilən    qələbələrin  tərənnümü,  mühüm 
beynəlxalq  məsələlər  və  s.  əsas  yer  tutur.  Onun  «Oktyabr 
inqilabı»,  «Azərbaycanda  inqilab».  «İşsizlər»,  «Cəmiyyəti-
əqvam»  və s. dramlarında köhnə həyatla yeni həyat arasındakı 
ziddiyyətləri,  cəmiyyətdə  iflasa  uğramış,  öz  nüfuzunu  itirmiş 
varlı təbəqənin  yeni  cəmiyyətə qarşı  düşmən  mövqe tutmaları, 
onların  işinə  mane  olmaq,  xeyir  verməkdənsə  onları  ziyana 
salmaq cəhdləri təsvir edilirdi.  
Onun  qələmə  aldığı  «Dumanlı  Təbriz»  əsəri  ilk  tarixi 
romandır.  Dörd  kitabdan  ibarət  romanın  əsas  mövzusu  1906-
1911-ci  illər İran  inqilabı,  Səttərxan  hərəkatıdır.  Bununla  belə, 
ədib həmin dövr hadisələri ilə kifayətlənmir, 1917-ci il inqilabı 
ilə  fikri  tamamlamağa  çalışır.  Burada  yazıçının  əsas  məqsədi 
«1905-ci 
il 
rus 
inqilabı 
öz 
ölkəsinin 
daxilində 
məhdudlaşmayaraq  dünya  xalqlarının,  o  cümlədən  Asiya 
xalqlarının  azadlıq  duyğularının  coşmasına,    qəflətdə  olan 
xalqların ayılmasına qüvvətli təkan verdiyini göstərmək idi». 
 «Dumanlı Təbriz» əsərindən sonra «Gizli Bakı», «Qılınc 
və  qələm»,  «Döyüşən  şəhər»  romanlarını  yazır.  «Gizli  Bakı» 
trilogiyası  ədəbiyyatımızda  yeni,  oricinal  bir  əsər  olmaqla 
bütün  sovet  dövrü  ədəbiyyatın  tarixi-inqilabi  mövzudakı 
nailiyyətlərindən bəhrələnmiş yazıçının böyük müvəffəqiyyəti» 
kimi tənqidçilər tərəfindən dəyərləndirilir. 
 «Qılınc  və  qələm»  romanı  Nizaminin  həyatını,  yaşadığı 
dövrü,  ölkənin  xarici  əlaqələrini,  əsrin  ədəbiyyat  və  incəsə-
nətini,  sənətkarlarını,  dövlət  xadimlərini,  xalqın  azadlıq  mü-
barizələrini özündə əks etdirən  bir romandır.  Ordubadi əvvəlki 
romanlarından  fərqli  olaraq  daha  uzaq  keçmişdən  bəhs 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
94 
etdiyindən  burada  daha  ətraflı  tədqiqat  işi  aparmışdır.  Əsər 
külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır. 
Nizami haqqında, xüsusilə onun həyatı barədə məlumatın azlığı 
müəllifi  bir  çox  halda  öz  yazıçı  təxəyyülünə  qanad  verməyə 
vadar etmişdir. Tarixi sənədlə bədii təxəyyül romanda ustalıqla 
əlaqələndirilmişdir.  Buna  görə  də  deyə  bilərik  ki,  digər  tarixi 
romanlarına  nisbətən  «Qılınc  və  qələm»də  yazıçı  surətlərin 
təsvirində daha sərbəst hərəkət etmişdir».  
Onun  şeirləri,  hekayələri,  felyetonları,  məqalələri,  lib-
rettoları,  romanları  mövzu aktuallığı,  bədii  ideya  zənginliyi  ilə 
diqqəti  cəlb  edir.  «Sercant  İvanov  adına  körpələr  evi»,  «Dil-
ruba»  hekayələri,  «Gənc  çekistlər»,  «Kiçik  şəhər»  romanları 
vətən  müharibəsi  mövzusunda  yazılmış  ilk  roman  kimi  də 
dəyərləndirilir.  «Maral»,  «Qara  Məlik»,  «Camal»  «Səttarxan», 
«Tarix və qələbə» və s. kimi  oçerk portretlərdə vətənpərvər el 
qəhrəmanlarından  söz  açır.  Zəngin  ədəbi  irsi  ilə  yanaşı  ədibin 
Puşkinin «Baxçasaray fantanı», «Boris Qodunov», D. Bedninin 
«Baş  küçə»,  «Zeynəbin  andı»,  Bomarşenin  «Sevilya  bərbəri» 
və s. rus və dünya ədəbiyyatından tərcümələridir.  
Döyüş  ruhlu  poeziyamızın  gözəl  nümunələrini  yaratmış, 
«xalqlar dostluğu, humanizm ideallarının alovlu tərənnümçüsü» 
Süleyman  Rüstəmin  ilk  şeirlər  toplusu  «Ələmdən  nəşəyə» 
adlanır.  İlk  şeirləri  «Qızıl  gənc  qələmlər»  (1926),  «Oktyabr 
alovları» (1927), «Ədəbi parçalar» (1927) almanaxlarında dərc 
edilib.  İnqilab  mövzusunun  «bədii  şəkildə  canlandırılmasının» 
ən  gözəl  nümunələrini  yaradan  Süleyman  Rüstəm  «Adamlar» 
(1930), «Səs» (1932), «Şairin səsi» (1934), «Ulduzlar» (1934), 
«Çapayev»  (1936),  «Gecənin  romantikası»  (1938)  kitablarını 
nəşr etdirir. 
Böyük  Vətən  müharibəsi  illərində  «And»,  «Ana  və  poç-
talyon»,  «Qəhrəmanın  vəsiyyəti»,  «Ana  ürəyi»,  «Qocanın 


 
Sənət, sənətkar və zaman
 
 
 
95 
dedikləri»,  «Gün  o  gün  olsun  ki»,  «Yağılara  vermə  aman», 
«Qəhrəmanımsan»,  «Məktublar»  silsilə  şeirlərində  və  s. 
əsərlərində döyüş, qələbə ruhu duyulur. 
  S.  Rüstəm  yaradıcılığında  Cənubi  Azərbaycan,  ikiyə 
bölünmüş  Azərbaycanın  taleyi,  Təbriz  həsrəti,  göynərtisi  ya-
şayır.    «Bəli,  Cənubluyam».  «Yenə  Araz  qırağında».  «Uzun 
yol»,  «Könlümə  Təbriz  düşdü»,  «Ana  dilimə  dəymə», 
«Ürəyimi  verərəm»,  «Araz  gözlü».  «Səbəb  nədir»  şeirində 
«silsiləvi  bədii  suallar  vasitəsilə  yeri,  göyü,  asimanı  sorğuya 
tutaraq söyləyir ki,  nəyə görə o sahildən bu sahilə, bu sahildən 
o sahilə bulud, durna,  yaşılbaş sona, odlu nəğmə, külək, xəyal, 
arzu, dilək icazəsiz keçir, amma şair bu yollardan keçə bilmir? 
Savalanın  şəffaf  sularından  öz  təşnəliyini  söndürmək  üçün  bir 
doyunca  içə  bilmir?  O  göstərir  ki,  küləyin  əsməsində  bəzən 
Arazın şikayətini eşidir.  Dağlar,  daşlar da dilə gəlir,  hay-haray 
çəkir,  belə  anlarda  şairin  göz  yaşları  sözünə  baxmır,  səddini 
uçurmuş çaylar kimi çağlayır...» Cənubi Azərbaycanda yaşayan 
Azərbaycan poeziyasının nümayəndəsi Şəhriyara həsr olunmuş 
şeirləri,  «Cənub  şeirlərinin  poetik  zirvəsi  kimi  şah-şahrah 
beytlərlə dolu» şeir kimi yüksək qiymətləndirilir. 
Gəl söyləyim ürəyimin sözünü, 
Bir kərə də görməmişəm üzünü, 
Nigaranam yetir mənə özünü, 
Məhəbbətin bağrımdadır, Şəhriyar, 
Mənim ürək ağrımdadır, Şəhriyar! 
 
Kim deyir ki, lisanımız ayrıdır? 
Nə adımız, nə sanımız ayrıdır. 
Nə canımız, nə qanımız ayrıdır, 
Ürək birdir, bədən birdir, Şəhriyar, 
Vətən birdir, vətən birdir, Şəhriyar! 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
96 
Rəngarəng yaradıcılığa malik Süleyman Rüstəmin satirik-
yumoristik    şeirləri  («Yad  adam»,  «İki  yolçu»,  «Qəribə  aşiq», 
«Artıq  gec  deyilmi?»,  «Necə  deyərlər»,  «Tənqidçi  dostuma 
açıq  məktub»,  «Qəribə  tanışlıq»,  «Xəstəlik»,  «Qəribə  məclis», 
«Üçüncü  sağlıq»,  «Rəhbərzadə»,  «Əhsən  belə  dostlara»  və  s) 
ilə  yanaşı  poemaları  da  mühüm  yer  tutur.  «Yaxşı  yoldaş», 
«İldırım»,  «Gülbahar»,  «12-ci  tüfəng»,  «Qafurun  ürəyi», 
«Nakam  məhəbbət»,  «Şairin  ölümü»,  «Yeni  kəndin  işıqları», 
«Səbuhini  düşünərkən»  və  s.  poemaları  müasir  mövzuda 
yazılmış    əmək  prosesində  dəyişən,  tərbiyələnən  insanın  yeni 
həyat uğrunda  mübarizəsi  məsələsindən  bəhs edir,  müharibədə 
böyük qəhrəmanlıqlar göstərən, Sovet İttifaqı Qəhrəmanı adına 
layiq görülən Qafurun döyüş yolundan, şair, dramaturq, filosof 
Axundovun fəaliyyətindən və s. bəhs edir. 
 Süleyman  Rüstəmin  yaradıcılığında  dramaturgiyası 
(«Çimnaz  xanım  yuxudadır»,  «Yanğın»,  «Qaçaq  Nəbi»,  «Gəl-
di-gedər», «Durna» libretto mətni və s.) mühüm yer tutur.. Şair, 
dramaturq,  ictimai  xadim  S.  Rüstəm  xalqına,  vətəninə  bağlı 
olan,  onun  müvəffəqiyyətindən,  qazandığı  uğurlardan  vəcdə 
gələn,  əmək  qəhrəmanlarının  əldə  etdiyi  nailiyyəti  dastanlara 
çevirən,  şeirləri,  qəzəlləri  dillər  əzbəri  olan  nəğməkar  şairdir.  
«Seçilmiş  əsərləri»  4  cilddə  (1969-1972),  «Xəzərin  şəhəri» 
(1976),  «Seçilmiş  əsərləri»,  2  cilddə  (1976),  «Mənim 
Günəşim»  (1986),  «Əsərləri»  6  cilddə  nəşr  olunub. 
Xidmətlərinə  görə  üç  Lenin  ordeni,  Sovet  Sülhü  Müdafiə 
komitəsinin  fəxri  fərmanına,  yüksək  adlara  layiq  görülmüş, 
xalq  şairi,  Sosialist  Əməyi  Qəhrəmanı,  alovlu  mübariz, 
nəğməkar  şair  kimi  bu  gün  də  sevilir.  Qəzəlləri  xanəndələrin 
dillər  əzbəridir,  sözlərinə  yazılmış  mahnılar  bəstəkarlara  da 
şöhrət gətirən əsərlərdir. 
 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə