Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə22/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   18   19   20   21   22   23   24   25   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
85 
Bəkir  Çobanzadə  ədəbiyyatşünas,  dilçi,  mətnşünas  ol-
maqla  yanaşı  şair  idi.  Bir  şəxsiyyət  kimi  adı  Azərbaycan  ədə-
biyyatı tarixinə  yazılıb.  İlk şeirlərini,  «Anan  harda» poemasını 
tələbəlik    illərində  yazan  şair  İstanbul  Universiteti  nəzdində 
olan üçillik ali kursda ərəb və fars dillərini öyrənmiş, Türkiyədə 
«Müstəqil tatar Krımı»  ideyası  ilə  yaşayan gəncləri birləşdirən 
«Krım-tatar  tələbə  cəmiyyəti»nin  yaradıcılarından  və  rəhbəri 
olmuş,  Budapeşt  Universitetində  elmi  fəaliyyətini  davam 
etdirmiş,  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  «Krım», 
«Göy  kitab»  (İstanbul),  «Şərq»  (Budapeşt)  qəzetində  şeirləri 
dərc  olunan  (1918-1919)  Bəkir  Çobanzadə  məqalələri  ilə 
ədəbiyyatda,  mətbuatda  çıxış  etmiş,  Krıma  qayıdıb  Krım 
Universitetinin 
Şərq 
fakültəsində 
krım-tatar 
dili 
və 
ədəbiyyatından mühazirələr oxumuş, S. Ağamalıoğlunun dəvəti 
ilə    Azərbaycanda  yeni  əlifba  komitəsinin  sədri,  Yeni  Türk 
əlifbası  Ümumittifaq  Mərkəzi  Komitəsinin  rəhbəri  təyin 
edildiyində  Bakıya  gəlmiş,  Türk  xalqlarının  yeni  əlifbaya 
keçməsi  sahəsində  fəal  mübarizə  aparmış,  Azərbaycan  Baş 
Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, həm 
də  Azərbaycan  Dövlət  Universitetinin  Şərqşünaslıq  fakültəsin-
də  kafedra  müdiri,  dekan  (1924-1929)  olmuşdur:  «Moskvada 
Şərq  xalqları  institutunun  həqiqi  üzvü  seçilmişdir  (1928). 
Azərbaycan  Dövlət  Elmi  Tədqiqat    İnstitutunun  aspirantura 
şöbəsinin  müdiri  (1929),  SSRİ  EA  Zaqafqaziya  filialı 
Azərbaycan  şöbəsinin  (1932),  SSRİ  EA  Azərbaycan  filialının 
(1935)  həqiqi  üzvü  seçilmişdir.  Paris  Dilçilik  Cəmiyyətinin 
üzvü olmuşdur. Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi 
maraq  dairəsinə  vüsət  vermişdir.  Nəzəri-filoloci  irsi  zəngin  və 
çoxcəhətli  idi.  Sovet  Şərqində  yaşayan  türk  xalqlarının  bədii 
ədəbiyyatının,  müasir  ədəbi  prosesin  nəzəri  problemlərinin 
tədqiqində və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
86 
olmuşdur.    O,  bir  sıra  monoqrafik  əsərlərlə  yanaşı,  «Türk 
dilinin  metodikası»  (1932),  «Elmi  qramerin  əsasları»  (1932) 
kitablarını  şərikli  tərtib  etmişdir.  Elmi  məqalələri  və  bədii 
əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. İlk şeirlər 
məcmuəsi  özbək  dilində  kütləvi  tiracla  buraxılmışdır  (1971). 
1937-ci 
ildə 
Kislovodskidə  «Qornyuk»  sanatoriyasında 
istirahətdə  ikən  həbs  edilmişdir.  1937-ci  il  oktyabrın  3-də 
şəxsiyyətə  pərəstiş  dövrünün  qurbanı  olmuşdur.  Dəfn  yeri 
məlum deyildir». 
Əli  Razi  (Şəmsizadə  Əli  Məşədi  Yəhya  oğlu)  1934-cü 
ildən  AYB-nin  üzvü  olmuş,  şair,  publisist  kimi  tanınmışdır. 
1906-cı  ildə  «Molla  Nəsrəddin»  curnalında  satirik  yazısı  dərc 
olunmuş,  onun  dünyagörüşünün  formalaşmasında  bu  curnalın 
böyük  rolu  olmuşdur.  Satirik  hekayələrini  «Dabanıçatdaq 
xala»,  «Heyvərə»  və  s.  kimi  satirik  imzalarla  çap  etdirmişdir. 
«Eşq  və  məhəbbət»,  «Nalələrim»,  «Fəğanlarım»  adlı  şeirlər 
kitabları,  «İslam  qiraətxanası»,  «Yaman  qardaş»  pyesləri  ilə 
dövri  mətbuatda  tanınmış  Əli  Razi  sovet  hakimiyyəti  illərində 
«Yeni  Gəncə»  (Gəncə),  «Qızıl  Talış»  (Lənkəran),  «Mədəni 
hücum»  (Bakı)  qəzet  və  curnalların  məsul  katibi,  Azərbaycan 
Yazıçılar  İttifaqının  Gəncə  bölməsinin  məsul  katibi  işləmiş, 
Firdovsinin  «Şahnamə»sindən  parçaları    dilimizə  tərcümə 
etmişdir. Ölüm hökmü alıb.  
Şair,  tərcüməçi  Əhməd  Cavad  tanınmış  Azərbaycan  sə-
nətkarıdır. Ərəb,  fars dillərini mükəmməl bilən ədib İstanbulda 
«Qafqaz  könüllü  dəstəsi»  tərkibində  qəsbkarlara  qarşı 
vuruşmuşdur.  Onun  «Qara  dəniz»  (1914)  şeiri  Türkiyədə 
məşhurdur. İlk mətbu əsəri L.Tolstoydan tərcümə etdiyi «İlyas 
və  övrəti  Şamşimaçı»    hekayəsidir.  İlk  şeirlər  məcmuəsi 
«Qoşma» (1916), «Dalğa» (1919), «Türk dilinin sərf və nəhvi» 
(1919)  dərsliyi  Bakıda  çap  olunub.  Müəllimlik  fəaliyyəti  ilə 


 
Sənət, sənətkar və zaman
 
 
 
87 
yanaşı  ədəbi  fəaliyyətini  davam  etdirmiş  Əhməd  Cavad 
Azərbaycan  Şura  Yazıçılar  Cəmiyyətinin  məsul  katibi  (1924-
1926)  işləyib.  «Göygöl»  şeirinə  görə  bir  neçə  dəfə  həbs 
edilmiş,  Türkiyədə  «İstiqlal»  məcmuəsində  (1928)  çap  olunan 
şeirlərinə  görə  də  təqiblərə  məruz  qalmışdır.  «1929-1937-ci 
illərdə  A.S.  Puşkinin,  İ.  S.  Turgenevin,  M.  Qorkinin,  T. 
Şevçenkonun,  K.  Hamsun  və  başqalarının  əsərlərini  tərcümə 
etmiş  və  tərcümələrdən  ibarət  17  kitabı  müxtəlif  illərdə  çap 
olunmuşdur.  1937-ci  ildə  «Xalq  düşməni»  kimi  Yazıçılar 
Birliyinin tərkibindən çıxarılmış, iki aydan sonra həbs olunmuş, 
1937-ci  ilin  oktyabrın  12-də  güllələnmişdir.  «18  ildən  sonra 
«işində»  cinayət  tərkibi  olmadığı  üçün  bəraət  verilir.  Bundan 
sonra adı  və əsərləri qadağan edilən  şairin  «Şeirlər» (1958)  və 
«Sən ağlama,  mən ağlaram» (1991) kitabları, tərcümə etdiyi F. 
Rablenin «Qarqantua və Pantaqruel» (1961) əsəri, V. Şekspirin 
«Otello»,  «Romeo  və  Culyetta»  faciələri  (1962),  Ş. 
Rustavelinin  «Pələng  dərisi  geymiş  pəhləvan»  poeması  (1978) 
nəşr  olunur».  Bakı  küçələrindən  birinə  adı  verilən  Əhməd 
Cavadın  xatirəsi  əbədiləşdirilmiş,  xalqımız  onu  Azərbaycanın 
qüdrətli şairlərindən biri kimi bu gün də yad edir. 
Əhməd  Cavad  taleyi  yaşamış,  1938-ci  ildə  güllələnmiş 
Məmmədkazım  Ələkbərli    tənqidçi  kimi  ədəbiyyatımızın  inki-
şafı  istiqamətində  öz  işini  quran  istedadlı  qələm  sahibi  ol-
muşdur. 
 Bu  adlarını  çəkdiyimiz  şair,  nasir,  dramaturq,  ədəbiy-
yatşünas  alimlərimiz  Azərbaycan  Yazıçılar  İttifaqının  ilk  fəal 
üzvləri  olmuşlar.  Azərbaycan  ədəbiyyatı  tarixində  ağır  cəza 
tədbirləri illəri dəhşətli  qorxunc iz qoymuşdu. 
Fikrət  Qoca  37-cilər  haqqında  düşüncələrində  onları 
oddan,  alovlardan keçənlər kimi  qəbul edir. «Oddan keçənlər» 
əsərində  yaratdığı  obrazlar  xalqının  nurlu,  ziyalı  şəxsiyyət-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
88 
lərinin  ümumiləşdirilmiş  obrazıdır.  Bu  əsərdə  insan  taleyinə, 
zəka sahiblərinə, millətin düşünən beyinlərinə, millətini, xalqını 
sevənlərə  qarşı  qurulmuş  edam  kürsülərinə  nifrət  əsasdır. 
Əsərdəki  Tahir  bu  obrazlardan  biridir.  O  Tahir  ki,  əsl 
Azərbaycan 
ziyalısıdır, 
qorxmadan, 
çəkinmədən 
«biz 
türkdillilərik, türkük»,-deyir. Başına yığılardı xalqının düşünən 
oğulları, qəlbinin səsinə qulaq asardı Tahir, həqiqəti söyləyərdi. 
Qorxunc  37-ci  il  qara  taun  kimi  kəsdirmişdi  millətin  başının 
üstünü.  O  taun  Tahirin  də  evinin  astanasında  idi.  Lakin 
vətənpərvərlik hissləri başından aşıb-daşan, yurd, millət sevgisi 
içərisində  alovlanan  Tahir  öz  tarixini,  şərəfli  keçmişini,  öz 
ölkəsini öyürdü: 
Deyirdi: «Ölkəmdə hər şey düzündü. 
Dövlət də, tarix də özümüzündü. 
Keçmişsiz bu günü neyləyirəm mən, 
Mənim keçmişimə atmayın güllə. 
İftixar, iftixar eyləyirəm mən, 
Keçmişim, bu günüm, gələcəyimlə. 
Tahir kimilərin arzuları gül açan gündür bu günlər. Pan-
türkist,  panislamizm adlarıyla  ittiham olunan,  güllələnən,  Sibir 
çöllərində  məhv  olan  oğullarımızın  arzuları  gül  açan  günlərdir 
bu  günlər.  Kommunist  ideologiyası  70  il  xalqı  öz  əsarət 
buxovunda saxlasa da, qırım-qırım qırıldı, çünki Xəlil Rzalar o 
zəncirlərə  nifrət  edirdi  və  bu  nifrət  idi  ki  onları  mübarizəyə 
səsləyirdi,  sinəsindən  alov  kimi  püskürürdü  bu  zəncirləri 
«gərək  qıram-qıram»,  -deyən  səs.  Tahirləri,  Cavidləri  yadına 
düşəndə azadlıq nəğməkarına çevrilirdi Bəxtiyarlar, F. Qocalar, 
F.  Sadıqlar,  Cabirlər,  Rövşənlər,  Sabirlər,  Nərimanlar,  Mədət 
kimilər  isə  F.  Qocanın  dediyi  kimi,  nə  vicdanın  gözünə,  nə 
ailənin  üzünə  baxmağa  üzü  yoxdur,  «öz  evində  adı»  olan, 
«özü» olmayanların «aşkarlıq» iç üzünü açdı: 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə