Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə23/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   19   20   21   22   23   24   25   26   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
89 
Bu aşkarlıq da bir yandan gəldi, 
Bu Mədət üçün dövr deyil, 
Şərəfsiz bir əcəldi, gəldi. 
AYB-nin  üzvləri  repressiya  dövründə  ədəbiyyatımızın 
başına  gətirilən  müsibətlərin,  faciələrin,  yaşanan  həyəcanların, 
qorxu  və  iztirabların  acısını  dadmışlar,  qəlbi,  ruhu  yazmaq, 
yaratmaq eşqi  ilə çırpınan qəlblərin ölümdən də dəhşətli  «xalq 
düşməni»,  «vətən  xaini»  kimi  damğadan  qorxması  təbii  idi, 
vətəndaş 
sənətkarların, 
vətənpərvər 
şairlərin, 
alimlərin, 
yazıçıların  ağır,  qorxunc  yaşantılarıdır  bu  adlar...  Bir  çox 
istedadlı  sənətkarlarımızın  damğalandığı  damğa  ilə  çox 
sənətkarlarımız  qarşılaşa  bilərdi.  Bu  böyük  dəhşətləri  yaşayan 
S.Vurğun,  C.  Cabbarlı....  daha  kimlər,  kimlər  yaradıcılığının 
çiçəkləndiyi  bir  vaxtda  dünyasını  dəyişdilər.  Ölüm  qorxulu 
deyildi yazıçı üçün, ləyaqət, ad, vətəndaşlıq hissi, xalqa, vətənə 
sədaqət  hissi,  əqidə,  amal,  məslək  saflığının  məsuliyyəti    idi 
onları  qorxudan.  «Vətən  xaini»,  «xalq  düşməni»  damğasıyla 
damğalanan neçə-neçə insanlarımızın öz övladlarının gözlərinə 
dik  baxmaq,  saflığını  sübut  etmək  üçün  nə  qədər  zamana 
ehtiyacları  olub.  Nə  qədər  zaman  keçəndən  sonra  oğul,  uşaq, 
qohum-əqrəba günahsız qurbanların yaşadığı mənəvi dəhşətləri 
anlayıb,  əzab  çəkib,  əzabından  stalinizmin  faşist  qəddarlığına  
nifrətini  silib  ata  bilməyib.  Bu  gün  də  o  nifrət  qəlbimizdədir. 
Gözümüz  önünə  yüzlərlə  Müşfiqlər,  Əhməd  Cavadlar,  Almas 
İldırımlar gəlir. 75 illik bir yubiley ərəfəsində olan Azərbaycan 
Yazıçılar  İttifaqı  nə  qədər  qüdrətli  qələm  sahiblərinin,  şair  və 
ədiblərinin  günahsız  yerə  təqibini,  təhdidini,  faciəsini  görüb, 
içində bişib, yanıb, köşələnib... Bu gün də Sovet maşınının po-
lad  təkərləri  altında  əzilənlərini,  sərt,  amansız,  qəddar  ideolo-
giyasının  qurbanı  olanlarını  unutmur.  Onların  Yazıçılar 
Birliyinin  binasından asılan  xatirə  lövhələrinə  baxanda  insanın 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
90 
damarlarında  qanı  donur.  «Göz  qəlbin  güzgüsüdür»,-  deyiblər. 
Hər üzdə, gözdə bir həyat eşqi, sevgi, səmimilik, həzinlik, eyni 
zamanda mübarizlik var... Belə göz sahiblərinin bəlkə də elə o 
humanist  baxışlarından  qorxub,  haçansa  qurduğu  taxtı  başına 
çevirəcəyindən  hürküb    millətin  düşünən  beyinlərini,  vuran 
ürəklərini  susdurublar.    Bir  dəfə  müstəqillik,  azadlıq  şərbətini 
içmiş  xalqın  gec-tez  «Bir  kərə  yüksələn  bayraq  bir  daha 
enməz»-şüarındakı  həqiqətin  qorxusundan  kürklərinə  birə 
düşüb,  onları  qara  basıb,  gözlərinə  hər  düşünən  insan  sabah 
qılıncını  qaldırıb  haqqını,  azadlığını,  müstəqilliyini  geri 
qaytarmaq  istəyən  azadlıq  aşiqi  kimi  görünüb,  özü  də  inanıb, 
inanıb  ki,  zor  üstündə  qurduğu  hakimiyyəti  çox  davam  gətirə 
bilməz.  Allah  istedad,  ilham  verən  insanın  duyğu  və 
düşüncələrini  zorla  bir  ideologiyaya  tabe  etdirmək  olmaz. 
Həllac  Mənsurlar,  Nəimilər,  Nəsimilər  yetişdirən  bir  dünyada 
onların  da  zamanı  gələcək,  qanla  qurduqları  taxtı-taracı 
dağılacaq.  Sadəcə  olaraq  bu  vaxtı  uzatmaq,  bir  az  vaxt 
qazanmaq,  xalqın  içinə  vahimə  salmaqla  öz  hökmranlığını  bir 
az  da  olsa  qorumaq  istəyi  içində  çırpınanların  törətdiyi 
faciələrdə  əli  qanlı  bir  ovuc  hakimiyyət  ehtirası  ilə  yananlar 
daha  böyük  günah  sahibi  idi,  heç  bir  səhvini  qəbul  etməyən 
şəxsiyyətə  pərəstiş  ideyaları  ilə  hakimiyyətini  quran,  bir  ovuc 
qaniçən  millətimizin,  keçmiş  Sovetlər  birliyinin  ən  istedadlı 
oğul və qızlarını öz eqoist ideologiyalarının qurbanları etdilər. 
Bu  dəhşətləri  yaşayan,  hər  an  qələm  dostlarının  oxşar 
talelərini  yaşamalı  olacaqlarından  qorxan,  «xalq  düşməni» 
damğası  alacağından  ehtiyatlanan,  bununla  belə  mübarizə 
meydanından  çəkinməyən  əqidə,  məslək  sahibləri  sənətkarla-
rımız  Azərbaycan  ədəbiyyatının  inkişafı  naminə  ömrünü  şam 
eləmişdi...  belə  sənətkarlardan  biri  də  C.  Cabbarlı  idi....  C. 
Cabbarlı  Azərbaycan  ədəbiyyatı  və  teatrının  inkişafında 


 
Sənət, sənətkar və zaman
 
 
 
91 
mühüm xidmətləri olan sənətkardır.  Ədəbi-bədii yardıcılığı ilə 
yanaşı ədəbi-tənqidi məqalələri ilə ədəbiyyatımızın elmi-nəzəri, 
həm  də  praktik  cəhətdən  formalaşmasına,  möhkəmlənməsinə 
çalışmışdır:  «Ədəbiyyata  şair,  nasir,  felyetonçu-curnalist  kimi 
gələn  Cabbarlı  dramaturq  kimi  şöhrət  tapmış,  Azərbaycan 
dramaturgiyasının  banilərindən  biri  mövqeyinə  yüksəlmişdir. 
Cabbarlı  ən  çox  dramaturgiya  və  teatrımıza  yeni  həyatın 
mühüm  problemlərini,  onun  real,  həyəcanlandırıcı  lövhələrini 
gətirməklə  özündən  sonrakı  yazıçılara  örnək  olmuş,  xüsusi 
ədəbi  məktəb  yaratmışdı.  Cabbarlı  məktəbi,  Cabbarlı  irsi, 
Cabbarlı  ənənələri  indi  də  yaşayır.  Böyük  sənətkar  digər 
xalqların teatr və dramaturgiyasının inkişafına da müəyyən təsir 
göstərmişdir».  
Bədii  yaradıcılığa  1915-ci  ildə  yazdığı  «Bahar»  şeiri  ilə 
gəlib. «1905-ci ildə», «Qız qalası», «Almas», «Firuzə», «Əsər-
ləri» (3 cilddə), «İlk dram əsərləri», «Seçilmiş əsərləri», «Aslan 
və  Fərhad»,  «Dilarə»,  «Od  gəlini»,  «Əsərləri»  (4  cilddə),  «Ey 
dan  ulduzu»,  «Ədirnə  fəthi»  və  s.  kitabları  nəşr  olunub. 
Əsərlərinə  olan  tələbat    seçilmiş  əsərlərinin  dönə-dönə  nəşrinə 
imkan  yaradıb.  «Solğun  çiçəklər»,  «Ədirnə  fəthi».  «Trablis 
müharibəsi»  və  ya  «Ulduz»,  «Nəsrəddin  şah».  «Aydın», 
«Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Yaşar», «Dönüş» kimi 
dram  əsərləri  onu  sovet  dramaturgiyasının  banisi  kimi 
tanıtmışdır.  O  yorulmadan  ədəbi  fəaliyyətini  davam  etdirmiş, 
gənc 
yaşlarından 
kamil 
bir 
sənətkar 
kimi 
yetişmiş, 
«yaradıcılığının  demokratik  istiqaməti  ilə  seçilən  böyük  söz 
sərrafına çevrilmişdir». Zamanın bədii nəbzini tutmağı bacaran 
sənətkar  bir-birindən  dəyərli  əsərləri  ilə  şöhrət  qazanmışdır, 
«gənc  yazıçı  əvvəlkinə  nisbətən  böhranlı  düşüncələrdən, 
dolaşıq  fikirlərdən  uzaqlaşmaq  üçün  yeni  həyatın  qaynar 
nəfəsini duymağa, onu öyrənib əks etdirməyə səylə çalışırdı».  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
92 
C. Cabbarlı  həm də tərcüməçi kimi tanınmış, rus və dün-
ya  ədəbiyyatı  klassiklərinin  bir  çox  qiymətli  əsərlərini-
Şekspirin  «Hamlet»,  «Otello»,  Şillerin  «Qaçaqlar»,  L.N. 
Tolstoyun  «Uşaqlıq»,  Bomarşenin  «Fiqaronun  toyu»,  Afino-
genovun  «Qorxu»,  Slavinin  «Müdaxilə»  və  s.  əsərlərini 
Azərbaycan  dilinə  tərcümə  etmişdir.  Onun  poeziyası,  nəsri, 
dramaturgiyası,  ədəbi-tənqidi  görüşləri  C.Cabbarlı  irsinin 
zənginliyindən  xəbər  verir.  Təbiət  təsviri  verilmiş  «Bahar» 
şeirindən  sonrakı  şeirlərində  gənc  şair    qəlbinin  narahatlıqları, 
cəmiyyət,  onun  ehtirasları,  nöqsanları,  ictimai  mövzular 
yaradıcılığında əsasdır. Lirik və satirik şeirləri ilə yanaşı, qadın 
hüquqsuzluğu,  Azərbaycan  qadınının  savadsızlığının  ağır 
nəticələri,  nadanlığın  törətdiyi  faciələr,  azadlıq,  savadlanmaq 
uğrunda mübarizə əsas qayəsini təşkil edən «Gülzar», «Dilbər», 
«Dilarə»,  «Aslan  və  Fərhad».  «Firuzə»  və  s.  adda  onlarla 
hekayələrini yazmışdır. 
Yaradıcılığının  böyük  bir  sahəsini  dramaturgiya  təşkil 
edən  C.Cabbarlı  bir  məktəb  idi.  M.  Qorki  onun  vaxtsız 
ölümündən doğan kədəri Yazıçılar İttifaqının plenumunda belə 
ifadə  etmişdir:  «Yazıçı  və  şair  30-35  yaşlarında  yazmağa 
başlayırsa, 
Cəfər 
Cabbarlı 
35 
yaşında 
tamamlanmış, 
püxtələşmiş  bir  dramaturq  idi.  Gələr  bir  zaman,  dünyanın  bir 
çox  darülfünunlarında  və  tədqiqat  ocaqlarında  Cəfər  Cab-
barlının  yaradıcılığını  təhlil  edər;  onun  dramaturgiyasını  sətir-
sətir öyrənərlər...». 
Məmməd Səid Ordubadi sovet dövrü ədəbiyyatımızın  ilk 
klassiklərindən  biri  kimi  ilk,  dolğun  və  mənalı  bir  yaradıcılıq 
yolu  keçmiş,  yaradıcılığa  maarifçiliyin  təbliği  ilə  başlasa  da, 
sonralar  inqilabçı  demokrat  və  nəhayət,  böyük  yazıçı 
səviyyəsinə yüksəlmiş sənətkardır. «Analıq» (qadınlar həyatın-
dan  şeirlər),  «Leninə»,  «Şeirlər»,  «Kənd  alverçisi»,  «Mollanın 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə