Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə138/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   134   135   136   137   138   139   140   141   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
549 
bədii-fəlsəfi  irsinin  milli  mənsubiyyətindən,  irqindən,  cinsin-
dən, dinindən asılı olmayaraq bütün insanlar üçün böyük dəyər 
daşıdığını  qeyd  edən  Mədəniyyət  və  Turizm  Naziri  Əbülfəs 
Qarayev    onun  insanlar  arasında  sevgi,  məhəbbət,  qardaşlıq 
hisslərini  tərənnüm  etdiyini,  «bu  gün-milli,  dini,  siyasi,  irqi 
zəmində  silahlı  toquşmaların  və  münaqişələrin  artdığı  bir 
dövrdə  Mövlana  irsinə  «ehtiyac»  duyulduğunu  xüsusilə  qeyd 
etdi:  «Əgər  insanlar    bu  dahi  mütəfəkkir  şairin  təkcə  «Ya 
olduğun kimi görün, ya da göründüyün kimi ol» kəlamına əməl 
etmiş  olsaydılar,  dünya  indikindən  qat-qat  gözəl  olar,  insanlar 
daha xoşbəxt, sülh, əmin-amanlıq içərisində yaşayardılar». 
«Mövlana  Rumi  günləri  çərçivəsində  «Çağdaşımız  Möv-
lana»  (22-23  oktyabr)  simpoziumu  keçirildi.  Bu  simpoziumda 
Anar  «Çağdaşımız  Mövlana»,  Arif  Əmrahoğlu  «C.  Rumi 
sufizmində  model»,  Teymur  Kərimli  «Mövlana  və  müasirlik» 
mövzusunda  çıxış  etdilər.    Simpoziumda  Türkiyədən  Doç.  Dr. 
Gülşen  Seyhan  Alışık,  Prof.  Dr.  Azmi  Bilgin,  Doç.  dr.  Ömür 
Seylan,  İrandan  Əsgər  Şahi,  Behruz  Sərvəti,  Həsən 
Rüstəmzadə, şəxsiyyəti sərhəd tanımayan cərrah, türkoloq-ədib, 
Fransa  Cərrahiyyə  Akademiyasının  üzvü  Dr.  Cavad  Heyət, 
prof.  Nizami  Cəfərov  və  başqaları  çıxış  etdilər.  Türkiyə  və 
Azərbaycan  Yazıçılar  Birliyinin  Mövlana  Rumi  günləri 
münasibətiylə təsis etdiyi ən yaxşı şeir, nəsr, ədəbiyyatşünaslıq 
üzrə  keçirilən  müsabiqədə  Ə.  Cahangir,  Ə.Əsgəroğlu, 
E.Quliyev,  G.Pənah,  Ş.Ana,  M.Abdullayeva  və  başqaları  fəxri 
fərman  və  mükafatlarla  təltif  edildilər.  «Hər  öyüdü  bir  kəlam, 
hər  əsəri  bir  elm  dəryası  olan»,  dünya  alimlərini  düşündürən, 
heyrətləndirən  Mövlana  fəlsəfəsinə  həm  elmi  prizmadan,  həm 
ədəbi-bədii  prizmadan  nəzər  salındı.    Azərbaycan  Yazıçılar 
Birliyinin  Türkiyənin  Konya  Böyükşəhər  Bələdiyyəsinin 
Mövlana ödülüylə təltif edilməsi, Türkiyədə keçirilən Mövlana 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
550 
günlərinə qatılması bir daha Türkiyə-Azərbaycan ədəbi, mədəni 
əlaqələrinin  möhkəmləndirilməsində  AYB-nin  fəallığından  xə-
bər  verir.  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 
Nazirliyi,  Türkiyə  Respublikasının  rəhbərliyi  Mövlana  Rumi 
günlərinin ölkədə yüksək səviyyədə keçirilməsində dəstək oldu. 
2008-ci  ilin  13-15  noyabr  günlərində  Azərbaycan  Yazı-
çılar Birliyi, Türkiyə Yazarlar Birliyi, TÜRKSOY-Türk Kültür 
ve  Sanatları  Ortaq  Yönetimi,  Qafqaz  Universiteti  ilə  birlikdə 
«Türk  xalqları  ədəbiyyatı»  çərçivəsində  Beynəlxalq  Uşaq 
Ədəbiyyatı  Konqresi  keçirildi.  Bütün  türk  dövlətlərinin  iştirak 
etdiyi  bu  konqres  Bakıda  keçirildi  və  uşaq  ədəbiyyatı 
problemlərinə həsr olunmuş tarixi konqres kimi yadda qaldı.  
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan 
Yazıçılar  Birliyi  ilə  birgə  2008-ci  ildə  Gənc  Ədiblər  Məktəbi 
yaratdı.  Məktəbin    yaradılmasında  əsas  məqsəd  bu  layihə 
çərçivəsində  yaradıcı  gənclərin  ilk  kitablarının  nəşrinə, 
əsərlərinin  mətbuatda  işıqlandırılmasına,  televiziya  və  radioda 
onlara efir vaxtının ayrılmasına və istedadı ilə seçilən gənclərin 
mükafatlandırılmasına yol açmaq idi. Gənc Ədiblər Məktəbinin  
məşğələləri  ayda  bir  dəfə  Rəşad  Məcidin  rəhbərliyi  ilə 
aparılırdı.  Böyük  uğular  əldə  edildi.  Rəşad  Məcid  yazır: 
«GƏM-dəki yazarlarla ünsiyyət zamanı apardığım müşahidələr, 
gənclərin  yaradıcılığını  davmlı  izləməyim,  təbii  ki,  məndə  bu 
barədə  müəyyən  bir  qənaət  formalaşdırdı.  Həmin  qənaətə 
əsaslanaraq  cəsarətlə  deyə  bilərəm  ki,  Məktəb  üzvlərindən  10 
nəfərə  qədər  gəncin  yüksək  ədəbi  istedadı  var  və  mən  onların 
yaxın 
gələcəkdə 
Azərbaycan 
ədəbiyyatının 
inkişafında 
əhəmiyyətli  rol  oynayacaqlarına  əminəm.  Artıq  həmin 
gənclərin  bu  istiqamətdə  ilk  uğurlu  addımlarını  atdıqlarını  də 
deməyə  əsas  verir».  Xəyal  Rza,  Zərdüşt  Şəfi,  Elxan  Zeynallı, 
Fərid  Hüseyn,  Tural  İsayev,  Vüsal  Nuri,  Elşad  Ərşad  oğlu, 


 
Sənət, sənətkar və zaman
 
 
 
551 
Sevinc  Mürvətqızı,  Ələmdar  Cabbarlı,  Şəhanə  Şükür,  Habil 
Yaşar… Onların bir çoxu Prezident təqaüdünə layiq görüldü. 
Azərbaycan  Yazıçılar  Birliyində  Cənubi  Azərbaycan 
Bölməsi  fəaliyyət  göstərir. 
Hal-hazırda  Cənubi  Azərbaycan 
ədəbiyyatı  bölməsinin  sədri  Saman  Həsənzadədir.  Kiçik 
yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq 
nümünələri  dövrü  mətbuatda,  "Mərdom  və  cameə",  "Məhdi 
Azadı",  "Şəms",  "Yarpaq",  "Yaşmaq",  "Günəş"  və  s.  dərgi  və 
qəzetlərdə cap olunmuşdur. 2001 və 2009-cu illərdə İran İslam 
Respublikasında  keçirilən  şeir  festivalında  birinci  yerə  layiq 
görülüb.  İranda  qadağa  qoyulan  "Süküt  kimi  sakit",  "Barış 
xətabaləri"  və  Bakida  nəşr  olunmuş  "Bahar  gəlmədi",  "Paltar-
larım adamsızdır", "A hərfinə uduzmaq" adında şeir və "Yüz il 
inqilab",  “Bizi  öldürməyə  gəlirlər”  adında  romanların  müəl-
lifidir.  
2009-cu 
ildən 
2011-ci 
ilə 
qədər 
 
Dünya 
Azərbaycanlıları  Əlaqələndirmə  Şurasında(DAƏŞ)  ictimaiy-
yətlə  əlaqələr  şöbəsinin  müdiri  vəzifəsində  çalışmışdır.  Hal-
hazırda  o  vaxtdan  bu  günə  kimi  AYB-nin  Güney  Azərbaycan 
şöbəsinin  rəhbəri  vəzifəsində  çalışır.    Dünya  Azərbaycanlı 
Yazarlar  Qurumunun  (DAYAQ)  təsisçisi  və  rəhbəridir.  İndiyə 
kimi Cənubi Azərbaycanın müasir şairlərinin DAYAQ adına 13 
(yeddi)  kitabı  nəşr  olunmuşdur.  Eləcə  də  dünyada  yaşayan 
soydaşlarımızın  ədəbi  yaradıcılığını  əks  etdirən  qurumun 
elektron  səhifəsi  yaradılmışdır. 
www.dayaq.info
  .  AYB  və 
Diasporla  İş  üzrə  Dövlət  Komitəsinin  birgə  layihəsi  olan 
litdiaspora.az  (Diaspor  ədəbiyyatı)-nın  ideya  müəllifi  və  baş 
redaktorudur.  Eyni  zamanda  Bakı  Dövlət  Universitetinin 
filologiya  fakültəsinin  (ikinci  təhsil)  4-cü  kurs  tələbəsidir. 
Dünya  Azərbaycanlıların  Mədəniyyət  Mərkəzinin  idarə 
heyətinin  üzvüdür.  2011-cu  ildən  etibarən  Bakı  Slaviyan 
Universitetinin  Yaradıcılıq  Fakültəsində  Güney  Azərbaycan 
Ədəbiyyatı haqqında məruzələr deyir. 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
552 
Ədəbiyyatımızın  təbliğini,  oxucu  kütləsinin  marağını 
nəzərə  alaraq  Yazıçılar  Birliyində  «Bayatı»  kitab  mağazası 
açıldı.  Xarici  ölkələrdə  olduğu  kimi  «Bayatı»  kitab 
mağazasında da imza günləri keçirilir. Azərbaycan Mədəniyyət 
və  Turizm  nazirliyinin  xətti  ilə  keçirilən  kitab  yarmarkaları 
kitabların,  ədəbiyyatımızın  təbliği  sahəsində  aparılan  uğurlu 
işlərdən xəbər verir.  
AYB müstəqillik dövrünün ilk illərindən üzü bəri həmişə 
ictimai-siyasi  hadisələrdən,  ölkəmizdə  baş  verən  qlobal 
məsələlərdən  kənarda  qalmayıb.  Xüsusilə  Qarabağla  bağlı 
məsələlər ətrafında həm ölkə daxilində,  həm beynəlxalq səviy-
yədə gedən proseslərə diqqətlə yanaşmış, xalqla dövlət arasında 
bir  körpü  rolu  oynamışdır,  desək  yanılmarıq.  AYB  xalq 
mənafeyinin,  milli  heysiyyətin,  xalqının  dilinin  qoruyucusu 
olub.  
 Qarabağla  bağlı  məsələlər,  yalanlar,  şayiələr  xalq  ara-
sında yayılıb, xalq arasında çaşqınlıq törədilən illərdə AYB-nin 
bir  qrup  yazıçısı  Prezident  Heydər  Əliyevə  bu  mövzuda 
müraciətini çatdırdı. 
«Hörmətli Prezident! 
Nə  vaxtdır  ki,  Azərbaycan  xalqı  çox  gərgin  günlərini 
yaşayır.  Ölkədəki  iqtisadi  çətinliklərə,  keçid  dövrünün  ağır-
lıqlarına  səbirlə  sinə  gərir.  Siz  Azərbaycana  qayıtdıqdan  və 
Prezident  seçildikdən  sonra  bizdə  gələcəyə  inam  və  Qarabağ 
münaqişəsinin  ədalətli  həllinə  böyük  ümid  yarandı.  Siz  bütün 
çıxışlarınızla  bəyan etmisiniz ki,  əgər torpaqlarımızı danışıqlar 
yolu  ilə  azad  etmək  mümkün  olmasa,  Azərbaycan  xalqı  hərb 
yoluna müraciət etmək məcburiyyətində qalacaq. 
Son  vaxtlar  məsələnin  sülh  yolu  ilə  həll  olunması  üçün 
kompromisin  vacibliyini  bəyan  edirsiniz.  Ancaq  Azərbaycan 
ictimaiyyəti bu güzəştin nədən ibarət olmasından xəbərsizdir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə