Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə136/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   132   133   134   135   136   137   138   139   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
541 
fəaliyyəyətə  başladı.  Başımıza  erməni  millətçilərin  gətirdiyi 
faciələr,  xüsusilə  erməni  daşnaklarının  1918-ci  ildə  Bakıda, 
Şamaxıda,  Qubada,  eləcə  də  Azərbaycanın  digər  bölgələrində  
törətdikləri  qırğınlar,  talanlar,  vəhşilik  və  vandalizmlər  barədə 
məlumatlar  tarixin səhifələrinə, qan yaddaşımıza həkk olunub. 
O günlərin ən dəhşətli günlərindən  biri olan  Martın 31-i tarixə 
erməni  yırtıcılarının  vəhşi  əməlləri  kimi  düşdü.  «31  Mart 
azərbaycanlıların  soyqırımı  günü»  elan  ediləndən  bəri 
AzərbaycanYazıçılar  Birliyi  bu  günü  daima  yad  edir.  Hər  il 
soyqırım  günü  birliyin  üzvləri  bir  yerə  toplaşır,  xalqımızın 
başına  gətirilən  müsibətlər  ürək  ağrısıyla  qeyd  edilir, 
şairlərimiz,  yazıçılarımız  yazdıqları  əsərləri  oxuyur,  düşmənin 
çirkin,  vəhşi  simalarını  ifşa  edən  əsərlərində  onların  məkrli 
siyasətini  unutmağa  haqqımız  olmadığını  bir  daha  bəyan 
edirlər. Tariximizin qanlı səhifələrini unutmağa haqqı olmayan 
ədiblərimiz,  qələm  sahibləri  bu  dəhşətli  faciələri  xatırlatmaqla 
gəncliyimizi  hərbi  yurddaşlıq  və  qisasçılıq  yönündə,  düşmən 
tapdağı 
altında 
qalan 
torpaqlarımızın, 
girov 
saxlanan 
insanlarımızın  geri  qaytarılması  uğrunda  mübarizə  aparmaq 
ruhunda  tərbiyə  etməliyik.  Hər  an  xalqımızı  bədnam 
qonşularımıza 
qarşı 
münasibətdə 
ayıq-sayıq 
olmağa 
alışdırmalıyıq.  Tarixi  yaşantılarımızdan  ibrət  dərsi  götürməli, 
nəticə çıxarmalı,  milli borc, vətəndaş həmrəyliyi,  etnik-mənəvi 
bütövlük  naminə  qüvvələrimizi  birləşdirməli,  Azərbaycanın 
ərazi bütövlüyünə qovuşmalıyıq.  
Azərbaycan  həmişə  türk  dünyasına  bağlı  olub,  işiylə, 
əməliylə,  saflığıyla  türk  dünyasına,  kökünə,  soyuna  hörmət  və 
ehtiramla  yanaşıb.  Dünyanın  bütün  nöqtələrində  yaşayan 
türklərlə  əlaqə  qurmaq,  türk  birliyi  arzusunda  olanlarla  əlaqə 
saxlamaq, şeir-sənət mühitiylə əlaqə saxlamaq ürəyindən keçir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
542 
«Elazığ Türkiyənin Şərqində yerləşir. Yanından Firat çayı 
axır. Bizim Araz kimi ona da gah sevinc dolu, gah qəmli şeirlər 
yazılıb.  Elazığın  yaxınlığında,  dağlar  başında  Narput  yerləşir. 
Uzun  Həsən  xeyli  vaxt  burada  hökmdarlıq  etmiş,  anası  Sara 
xatın  üçün  cami  tikdirmişdi.  Cami  bu  gün  də  sağ-salamatdır. 
Hər  cümə  günü  elazığlılar  Narputa-Sara  xatun  camisinə  gəlib 
namaz qılırlar. Narputun qədim evlərinə,  abidələrinə baxmaqla 
doymursan.  Elazığ  düzənlikdə  salınıb.  Adət-ənənələr  eynilə 
bizdəki  kimidir.  Danışıqları  da  bizə  çox  bənzəyir.  Elazığı 
dünyaya  tanıdan  burada  məşhur  «Firat»  universitetinin 
olmasıdır.  Elazığda  məşhur  Xəzər  gölü  var.  Bu  göl  təmiz 
suyuna  görə  dünyada  birinci  yeri  tutur.  Hər  il  Elağızda  Xəzər 
şeir axşamı keçirilir. Hər dəfə şeir şöləni olanda dünyanın   hər 
yerindən  gələn  qonaqlar  şeir  şölənini  Azərbaycanda,  böyük 
Xəzərin sahilində keçirməyi arzulayırlar». 
Bu  arzuları  gerçəkləşdi.  Azərbaycan  Yazıçılar  Birliyində 
«Saman  TV,  «TRT  1»  televiziya  proqramları,  curnalistlər 
qatılaraq  keçirilən  mətbuat  konfransını  açan  sədr  Anar  qonaq-
ları  salamladı,  onları  öz  evlərində  gördüyünə  sevindiklərini 
bildirdi.  Dünyanın  müxtəlif  yerlərindən-Türkiyə,  Qazaxıstan, 
Quzey  Kipr  Cümhuriyyətindən,  Makedoniya    və  digər 
yerlərdən  gələn  şairlərin  Musiqili  Komediya  Teatrında  aprelin 
10-da  keçirilən  tədbirində  onların  şeirləri  dinlənildi,  Yavuz 
Bülənt Bakilər, İsa Koçakaplan, Abbas Abdulla, Əsəd Cahangir 
«Türk şeirinin dünəni  və  bu günü»  haqda danışdılar.  AYB-nin 
Birinci  katibi  F.Qoca,  Birliyin  şeir  bölməsinin  rəhbəri 
Ç.Əlioğlu,  «Ədəbiyyat  qəzeti»nin  baş  redaktoru  A.Vəfalı  belə 
türk ədəbi əlaqələrinin daha da genişləndirilməsinin, mətbuatda 
ardıcıl işıqlandırılmasının vacibliyini bildirdilər. 
TUSİAB  başqanı  iş  adamı  Əkrəm  Duan  öz  çıxışında 
«dünyanın  hər  yerindən  gələn  şairləri  qoynuna  alıb  bu  qədər 


 
Sənət, sənətkar və zaman
 
 
 
543 
diqqət  göstərdikləri  üçün»  Azərbaycan  Yazıçılar  Birliyinə, 
şəxsən  Anar  müəllimə,  Azərbaycan  Mədəniyyət  Nazirliyinə, 
Bakı  Dövlət  Universitetinin  rəhbərliyinə,  «Vektor»  beynəlxalq 
elmi mərkəzinin rəhbəri Elçin İsgəndərzadəyə, azərbaycanlılara 
öz təşəkkürünü bildirdi.  
Aprelin  30-da  Azərbaycan  Yazıçılar  Birliyinin  Natəvan 
klubunda  «Dünya  ədəbiyyatı»  curnalının  ilk  nömrəsinin  təq-
dimat  mərasimi  keçirildi.  Oricinaldan  və  ruscadan  edilən 
tərcümələrdən ibarət sanballı dərginin işıq üzü görməsi   ədəbi-
mədəni  həyatımızda  maraqlı  hadisə  kimi  qarşılandı.    Dərgiyə 
maliyyə  dəsətəyi  verdiyinə  görə  Azərbaycan  Respublikası 
Gənclər,  İdman  və  Turizm  nazirinə  təşəkkürünü  bildirən 
Birliyin  sədri  Anar  müəllim  gələcəkdə  də  bu  istiqamətdə 
birlikdə  səylərin  birləşdiriləcəyinə,  curnalın  nəşrinin  davamı 
olacağına  inamını  ifadə  etdi.  Sözü  Azərbaycan  Respublikası 
Gənclər,  İdman  və  Turizm  naziri  Əbülfəs  Qarayevə  verdi. 
«Azərbaycan  dövlətinin  gənclərlə  bağlı  siyasətinin  hələ 
ümumilli 
liderimiz 
Heydər 
Əliyev 
tərəfindən 
müəy-
yənləşdirildiyini xatırladan Ə.Qarayev başçılıq etdiyi nazirliyin 
yeni nəsil istedadlı yaradıcı gənclərlə bağlı gördüyü işləri yada 
saldı,  keçirdikləri  sənət  və  yaradıcılıq    müsabiqələrinin 
əhəmiyyətindən  danışdı.  Yazıçılar  Birliyi  ilə  birgə  bir  sıra 
layihələrin gerçəkləşdirilməsi ilə bağlı təklifləri  məmuniyyətlə 
qarşıladıqlarını deyən Nazir çağdaş dünyada tərcümənin rolunu 
xatırlatdı,  gənc  oxucuların  həm  Qərb,  həm  də  Şərq  ədəbi-
mədəni  söz  abidələri  ilə  tanışlığının  vacibliyini  vurğuladı. 
Oxşar dərgilərin Azərbaycanın ümumi intellektual səviyyəsinin 
yüksəlməsindəki  əhəmiyyətini  vurğulayan  Ə.Qarayev  bundan 
sonra 
da 
nazirlik 
tərəfindən 
bu 
qəbil 
layihələri 
dəstəkləyəcəklərini, 
habelə 
yazarlarla 
bağlı 
işləri 
gücləndirəcəklərini  söylədi».  Curnalı  ədəbi gəncliklə  Azərbay-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
544 
can  Yazıçılar  Birliyinin  rəhbərliyinin  səmərəli  əməkdaşlığının 
məntiqi  nəticəsi  kimi  dəyərləndirən  S.Babullaoğlu  milli 
tərcümə sahəsindəki boşluqlara, ortaya çıxan problemlərin həlli 
məsələlərinə toxundu. Sonda Anar çıxışını «Dünya ədəbiyyatı» 
dərgisinin  ilk  sayı  bu  yöndə  uğurlu  başlanğıcdır.  Lakin  uğurla 
kifayətlənməməliyik,  yeni-yeni  işlərlə  bu  işi  davam  etdirməli, 
qarşılıqlı  tərcümə  sənətini  inkişaf  etdirməliyik»,-fikriylə 
yekunlaşdırdı. 
Azərbaycan  tarixin  çox  dolanbac  yolları  ilə  irəliləyib. 
Həyatında  XX  əsrin  ən  böyük  inqilabi  hadisələri  ilə  yadda 
qalıb.  Xalq  Cümhuriyyəti,  Oktyabr  inqilabı  və  bir  də  Xalq 
Cümhuriyyətinin  bərpa  edilməsi.  Bir  əsrdə  üç  inqilabi,  tarixi 
hadisənin  şahidi  olan  Azərbaycan  ədəbiyyatının  itirdikləri  də 
çox  olub,  qazandıqları  da.  Xalq  Cümhuriyyəti  ilə  müasir 
Müstəqil  Azərbaycan  dövləti  bərqərar  olan  illər  arasında  70  il 
Azərbayan  ədəbiyyatı  öz  inkişafını  davam  etdirib.  O  illərdə 
qazandığımız  nailiyyətlərimizi  kürüyüb  çölə  ata  bilmərik. 
Heydər  Əliyev    bir  çox  tarixi  əhəmiyyətli  fikrində  haqlıdır  ki, 
«biz  bu  quruluşda,  bu  həyatda,  bu  dövlətdə,  bu  şəraitdə 
yaşamışıq,  təhsil  almışıq,  böyümüşük  və  respublikamızı, 
xalqımızı  yaşatmışıq.  Ona  görə  də  o  dövrlərdə  əldə  olunan 
nailiyyətləri  inkar  etmək  olmaz-bu,  cinayət  olardı.  Onu 
unutmaq da olmaz». 
O  dövrlərdə  görülən  çox  işlərin  bir  nəticəsi  kimi  Azər-
baycan Yazıçılar Birliyinin sıralarındakı  yüzlərlə insanın məhz 
sovet  dövründən  öz  inkişaf  istiqamətini  tapdığını  qeyd  edən 
Prezident  inkişaf  etmiş  ölkələrin  heç  birində  bu  qədər  yazıçı, 
qurultay  nümayəndəsi  olmadığını  və  bunun  da  «boş  yerdən 
əmələ  gəlmədiyini»  deyir:  «Bəli,  bunu  o  dövr,  dövrün 
imkanları  yaradıbdır.  İnsanlar,  bizim  Azərbaycan  yazıçıları, 
şairləri  də  öz  istedadlarına,  aldıqları  təhsilə  və  bu  sənətə 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə