Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə135/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   131   132   133   134   135   136   137   138   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
537 
etibarsız  sayılması  haqqında    Ermənistan  Yazıçılar  İttifaqı 
parlament  qarşısında  məsələ  qaldıraraq  Rusiya  Dövlət  Duma-
sının  bu  müqaviləni  etibarsız  sayması  üçün  parlament  qar-
şısında  məsələ  qaldırmaq  istəyəndə  Azərbaycan  Yazıçılar 
Birliyi  kütləvi  informasiya  vasitələrinin  yaydığı  xəbərin 
fitnəkar  ermənilərin  növbəti  çirkin  siyasəti  olduğunu  bildiyin-
dən  dərhal  ona  qarşı  çıxdılar.  Rusiya  Federasiyası  Federal 
Məclisin  Dövlət  Dumasına  aşağıdakı  mövzuda  bəyanatını 
bildirdi: «Moskva (16 mart 1921-ci il) və Qars (13 mart 1921-ci 
il) 
müqavilələrinə 
uyğun 
olaraq 
Naxçıvan 
vilayəti 
Azərbaycanın  tərkibində  muxtar  ərazi  kimi  tanınmışdır. 
Üstəlik,  hər  iki  müqavilənin  5-ci  maddələrinə  uyğun  olaraq 
Azərbaycanın  qarşısında  belə  bir  şərt  qoyulmuşdur  ki,  o, 
«həmin  protektoratı  üçüncü  dövlətə  güzəştə  getməyəcəkdir». 
Qars  müqaviləsini  bir  tərəfdən  Türkiyə,  digər  tərəfdən  də 
RSFSR-in  iştirakı  ilə  Azərbaycan,  Ermənistan  və  Gürcüstan 
Sovet Sosialist Respublikaları imzalamışlar. 
Ermənistanın  həmin  müqavilələrin  müddəalarını  təftiş 
etmək  üçün  göstərdiyi  bütün  cəhdlər  beynəlxalq  birlik  tərə-
findən  birmənalı şəkildə  Azərbaycanın ərazi  bütövlüyünə qəsd 
kimi qarşılanacaqdır. Yeri gəlmişkən, buna Qars müqaviləsinin 
2-ci  maddəsi  də  əyani  surətdə  sübutdur.  Bu  maddədə  deyilir: 
«Razılığa gələn tərəflər  onlardan birinin  qəbul etməyə məcbur 
ediləcəyi  heç  bir  sülh  müqaviləsini  və  ya  digər  beynəlxalq 
aktları  tanımamaq  barədə  razılığa  gəlirlər».  Qars  müqaviləsini 
imzalamaqla  Ermənistan  həmin  müqavilələrin  maddələrini,  o 
cümlədən  Naxçıvan  dövlət-ərazi  statusuna  dair  maddələri 
pozmamaq haqqında öz üzərinə öhdəlik götürmüşdür. 
Azərbaycan  Yazıçılar  Birliyi  hesab  edir  ki,  Ermənistan-
dakı  müəyyən  qurumların  Naxçıvan  məsələsini  gündəliyə 
çıxarmaq  niyyəti  Ermənistanın  bir  çox  illər  ərzində  regionda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
538 
yeritdiyi və təkcə Azərbaycan xalqına deyil, erməni xalqına da 
böyük 
ziyan 
vurmuş 
ekspansionist 
siyasətin 
davam 
etdirilməsinə sübutdur. 
Biz  erməni  yazıçılarına  müraciət  edərək  xatırlatmaq 
istərdik  ki,  qondarma  «Qarabağ  münaqişəsi»nin  əvvəlində  də 
söz  oynadılmışdır.  Yerli  məhəlli  toqquşmadan,  sonra  isə  daha 
geniş  miqyasda  hərbi  toqquşmadan  əvvəl  informasiya 
müharibəsi olmuşdur. 
Erməni  ideoloqları  öz  qonşularına  qarşı  təbliğat 
müharibəsində  ikili  standartlara  əl  atmışlar:  cuşa  gətirilmiş 
curnalistlərin  həmavaz  xoru  ittifaq    ictimaiyyəti  və  dünya 
ictimaiyyəti  üçün  nəzərdə  tutulan  materiallardan  belə  bir  fikri 
qətiyyətlə  təlqin  edirdi  ki,  DQMV-də  erməni  xalqının    milli 
azadlıq  mübarizəsi  gedir.  «Daxili  istifadə»  üçün  materiallarda  
milli  müstəsnalıq  və dözümlülük təbliğatı ön  sıraya çıxarılırdı.  
Azərbaycanla bağlı olan hər şeyə qarşı  nifrət ab-havası süni və 
məqsədyönlü  şəkildə  qızışdırılırdı.  Rusiyadakı  nüfuzlu  erməni 
lobbisi bu işdə olduqca fəal rol oynayırdı. Bu lobbi Moskvanın 
kütləvi  nəşrlərində  azərbaycanlıları  «təcavüzkarlar»  kimi 
qələmə  verən  informasiya  təbliğatını,  Rusiyada  «dəstək 
qrupları»nın  fəaliyyətini,  moskvalıların  Ermənistanda  deputat 
seçilməsini,  müxtəlif  nümayəndə  heyətlərinin  Yerevanda 
təmtəraqla qəbul edilməsini, Moskvada ermənipərəst qəzetlərin 
nəşrini, 
televiziyada 
çıxışları, 
hüquq 
müdafiəçilərinin 
fəaliyyətini səxavətlə maliyyələşdirirdi. Zəhmətkeş Azərbaycan 
və  erməni  kəndlilərinin  qanı  bahasına    Balayan,  Bonner,  ər-
arvad  Nuykinlər,  Starovoytova  kimi  «ideoloqlar»ın  əsərlərinin 
haqqı  ödənilir.  «Krunk»  və  «Qarabağ»  kimi  «komitələr» 
saxlanırdı,  saxtakarlıqla  müvafiq  videofilmlər  hazırlanır, 
şayiələr  buraxılırdı.  «Əzəli  erməni  hüquqları»  barədə  növbəti 
tarixi uydurmalar yayılırdı. 


 
Sənət, sənətkar və zaman
 
 
 
539 
Bu  gün  biz  soruşmaq  istərdik:  bu  yorucu  «Qarabağ  ma-
rafonu»nu uydurub ortaya atanlar nəyə gəlib çıxdılar? 
Onlar  DQMV  probleminin  «ədalətli  həllini»,  yəni    onun 
Ermənistana  birləşdirilməsini  və  sərhədlərin  dəyişdirilməsini 
tələb  edirdilər.  Amma  bu  «ədalətli  qərar»  Qarabağın  yalnız 
erməni  icmasının  mənafelərini  nəzərdə  tuturdu,  regionda 
yaşayan  digər  millət  və  xalqların  rəy  və  mənafeləri  nəzərə 
alınmırdı.  Öz  problemlərini  dərhal  və  nəyin  bahasına  olursa 
olsun həll etmək kimi bu ifrat müstəsna niyyət erməni xalqının 
özü üçün fəlakətli nəticələrə gətirib çıxarmışdır.  
Onlar  Dağlıq  Qarabağın  sosial  iqtisadi  geriliyindən 
danışdılar.  Təbiətin  öz  naz-nemətinin  əsirgəmədiyi  bu  diyar 
indi  yandırılıb  külə dönmüş,  səhraya çevrilmişdir.  Onlar  həya-
sızcasına  mübahisə  edirdilər  ki,  Qarabağın  maddi  mədəniyyət 
abidələri  ermənilərə  məxsusdur.  İndi  mübahisə  mövzusu  hər 
cür  mənasını  itirmişdir,  çünki  abidələrin  özləri  məhv 
edilmişdir. 
Ermənistan  rəhbərliyinin  təcridçilik  siyasəti  ölkəni  çıxıl-
maz  iqtisadi  böhrana  salaraq  onu  geniş  miqyaslı  energetika  və 
nəqliyyat  layihələrinin  tam  hüquqlu  üzvü  olmaq  imkanından 
məhrum  etmişdir.  Taktiki  üstünlüyə  malik  olan  Ermənistan 
sabit  və  dinamik  inkişaf  edən  respublikaya  çevrilmiş, 
beynəlxalq  birlik  tərəfindən    bütün  regionun    coğrafi-iqtisadi 
mərkəzi  kimi  tanınan  səkkiz  milyonluq  Azərbaycana  strateci 
cəhətdən uduzmuşdur. 
Qarabağ  avantürasının  nəyin  naminə,  hansı  məqsədlər 
naminə ortaya atıldığı o günü Ermənistan rəhbərləri  öz xalqına 
və  beynəlxalq    tərəfdaşlarına  izah  etməkdə  çətinlik  çəkirlər. 
Dağlıq  Qarabağ  münaqişəsinin    həqiqi  və  gizlin  səbəblərinin 
başa  düşülməsi,  Azərbaycanın  öz  ərazi  bütövlüyünün  bərpa 
edilməsi  barədə  haqlı  tələblərinin  dəstəklənməsi  mötəbər  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
540 
beynəlxalq təşkilatların   özündə    getdikcə daha çox tərəfdarlar 
tapır.  Ermənistanın  təcavüzkar  ölkə  adlandırıldığı  Avropa 
Şurasının qəbul etdiyi qətnamə buna sübutdur.  
Erməni  separatizminin  ideoloqları  zamanın  gedişinin 
onların əleyhinə işlədiyini başa düşərək və öz xalqının diqqətini 
çoxsaylı  problemlərindən  yayındırmağa  çalışaraq  yeni  təbliğat 
hay-küyünə  başlayır:  «Naxçıvan  məsələsi»  deyilən  qondarma 
məsələ qaldırılır. 
Biz öz tərəfimizdən bəyan edirik: belə bir məsələ yoxdur! 
Azərbaycan  dövlətçiliyinin  meydana  gəldiyi  Naxçıvan  diyarı 
Azərbaycanın  tərkibində  olmuş,  tərkibindədir  və  tərkibində 
olacaqdır!  Biz  erməni  millətçilərinin  regionda  hərbi-siyasi 
gərginliyin  yeni  dövrəsini  qızışdırmaq  cəhdlərinə,  Dağlıq 
Qarabağ  münaqişəsinin  hamılıqla  qəbul  olunmuş  beynəlxalq 
hüquq  normaları  əsasında  sülh  yolu  ilə  həllinə  əngəl  törətmək 
cəhdlərinə qarşı etirazımızı bildiririk. 
Bu  gün  bütün  sivilizasiyalı  dünya  «XX  əsrin  taunu» 
beynəlxalq  terrorizmlə  mübarizədə  birləşir.  Belə  bir  şəraitdə 
Ermənistanın  öz  qonşularının  torpaqları  barədə  aşkar  surətdə 
iddialar irəli sürməsi regionun xalqlarına ancaq yeni bəlalar və 
müsibətlər 
gətirən 
sərsəm 
anaxronizmdir. 
Aravuranlıq 
kifayətdir,  qan  tökülməsi  kifayətdir!  Yeni  avantüra  niyyətinə 
düşənlərə isə xatırlatmaq istərdik ki, tarix iki dəfə təkrar olunur: 
əvvəlcə  faciə kimi,  sonra  isə  hoqqabazlıq kimi.  Cənab  ədiblər, 
özünüzü  gülünc  vəziyyətə  qonmayın»  UNUTMAYIN  Kİ, 
QUYU QAZANIN ÖZÜ QUYUYA DÜŞƏR! 
                                   Azərbaycan Yazıçılar Birliyi. 
                                                      22 mart 2004-cü il». 
Azərbaycan  öz  müstəqilliyini  elan  edəndən,  bir  dövlət 
kimi  müstəqil  fəaliyyətə  başlayan  gündən  saxtalaşdırılmış, 
təhrif  olunmuş  tarixinin  yenidən  yazılması  üçün  böyük  əməli 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə