Sənət, sənətkar və zaman
129
aparırdılar. Milli ədəbiyyatımızın yeniləşməsini, oricinal
keyfiyyətlərlə zənginləşməsini vacib bilən bu şəxsiyyətlər bir–
birini təkrar etməyən, yamsılamayan, bir –birinin yaradıcılığına
kor-koranə səcdə etməyən sənətkarlar idi. Səməd Vurğun və
Rəsul Rza yaradıcılığındakı novatorluq sənətə belə əzəmət və
vüqarla yanaşmaqdan irəli gəlib.
Əhməd Cəmil Azərbaycan şeirinin zənginləşməsində
böyük rol oynayan «zamanı ilə, həyatla ayaqlaşa bilən şair,
həqiqi ilham sahibi olan şair» idi. Əhməd Cəmilin ilk kitabı
«Yadigar» 1942-ci ildə müharibənin odlu-alovlu illərində
çapdan çıxıb. İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz,
Krım cəbhə qəzetləri («Döyüş zərbəsi», «Hücum», «Vətən
uğrunda irəli» (1942-43) redaksiyalarında çalışmışdır. Əhməd
Cəmil şeirinin əsas istiqamətini siyasi lirika təşkil edir. O
yazdığı əsərlərində günün siyasi məsələlərini, zamanın qabaqcıl
ideyalarını yaradıcılığında əks etdirirdi. «Lenin», «Söz verin
yoldaşlar!», «Partizanın qəbri», «Adlar», «Şahinlər», «Daş
qəfəs», «1914» kimi ilk şeirlərindən Əhməd Cəmilin
yaradıcılığının bu istiqamətdə inkişafını görürük. Qələmə aldığı
mövzularda sənətkarlıq – lakonizm, sadəlik, fikri aydın ifadə,
özü də sadə ifadə edə bilmək bacarığı var. Deyilmiş fikirləri,
təşbehləri təkrardan qaçmağa çalışan, oricinallığı ilə seçilən
şeirlərində həyata yaxınlıq güclüdür. «Şairin gözəl sücetli
şeirlər yarada bilməsi, təsvirlərdə realistik detallara geniş yer
verməsi, dərin psixoloci vəziyyətləri təbii, aydın göstərməsi,
sadə dialoqlar işlətməsi, mövzunu konkret şəkildə, uzunçuluğa
yol vermədən canlandırması onun xalq həyatına, cəbhə
həyatına bir sənətkar kimi müdaxiləsi nəticəsində meydana
gəlmişdi» (Kamal Talıbzadə).
«Can nənə, bir nağıl de», «Laylay», «Nişan üzüyü» kimi
şeirləri insan qəlbinə, ruhuna nüfuz edir. Yaratdığı yeni
Gülxani Pənah, Salatın Əhmədli
130
məzmunlu, xalq ruhundan süzülüb gələn, arzu, dilək, övladına
səadət, xoşbəxtlik, sakit, xoşbəxt həyat arzulayan ana lay-
lalarından fərqli, hər misrasına, «hər sətrinə dövrün, zamanın
möhürü vurulmuş» laylay idi:
Gecə keçir... Göylər qara, ay para...
Ahu olub qaçır yuxun dağlara.
Ömrüm-günüm!... sənə laylay dedikcə,
Ürəyimdə qövr eləyir min yara.
Laylay gülüm, gözlərindən öpsün ay,
Laylay quzum, laylay balam, a laylay!
Atan sənin bir igiddir büsatlı,
Çal papaqlı, boz şinelli, boz atlı.
Düşmən üstə şığıyanda deyirsən,
Qızıl quşdur, uçur şimşək qanadı!
Laylay gülüm, gözlərindən öpsün ay,
Laylay quzum, laylay balam, a laylay!
(Ə.Cəmilin «Can nənə,
bir nağıl de» şeirindən)
Bu sətirlərdə Nənə və Nəvə dialoqunun şirinliyi könül
oxşayır, onların söhbətində dövrün, zamanın təsviri ilə yanaşı,
milyonlarla gözü yolda qalan «ata, bala, oğul» gözləyən
insanların
dərdi,
həsrəti
ifadə
edilir.
Tənqidçilərin,
ədəbiyyatşünasların diqqətindən yayınmayan bu misralarda nə
yox idi: «Körpənin yuxusuna, görüş lövhəsinin təsvirinə həsr
olunmuş sətirlər o zaman cəbhəyə öz nümayəndəsini göndərmiş
hər ailə üçün nə qədər şirin idi!.. Şeir oxucuya təsəlli verirdi,
onun arzularına, xəyalına ümid qatır, başladığı mübarizəsinə
inam oyadırdı. Özü də müharibənin lap odu-alovu içində! Özü
də nənə ilə nəvənin kiçik bir mükaliməsi ilə! Ancaq son dərəcə
Sənət, sənətkar və zaman
131
şirin, son dərəcə təbii, nəvənin yuxusu, söhbəti qədər arzulu bir
mükaliməsi ilə!».
«Əsgər qardaşıma» (1942), «Şaxta baba» (1943), «Can
nənə, bir nağıl de» (1943), «Təməl daşları» (1951), «Qələbə
yolları» (1954), «Şeirlər» (1957), «Mənim azad torpağım»
(1960), «Bahar şəfəqləri» (1964), «Seçilmiş əsərləri» (1967),
«Seçilmiş əsərləri» (1975), «Vaxtında gəlmişik bu dünyaya
biz» (1979), «Xoşbəxt uşaqlara» (1981), «Dünyanın gözəlliyi»
(1983) kitablarında Əhməd Cəmilin lirikasında təbiət təsvirinin,
peyzacın, insan düşüncələrinin, həyəcanlarının, hisslərinin
dəqiq, təbii ifadə edildiyini, zəhmətə, sülhə, qardaşlığa çağırışı,
xalqlar dostluğu ideyalarını, vətənə, xalqa məhəbbəti, cəsarətli
mövzular seçmək bacarığını görürük.
Ə.Cəmil S.M.Mixalkovun, M.Y.Lermontovun, A.Tvar-
dovskinin, S.M.Marşakın, Y.V.Hötenin əsərlərini Azərbaycan
dilinə tərcümə etmişdir. Rus, gürcü, ukrayna, özbək, belarus,
tacik və s. dillərdən etdiyi tərcümələr onun yaxşı tərcüməçi də
olduğunu göstərir.
Poeziyada–Azərbaycan poeziyasında müasirlik əsas
problem olaraq qalırdı. Şairlərimiz həyatda, dünyada baş verən
prosesləri
yaratdıqları
əsərlərdə
yüksək
sənətkarlıqla
yaradırdılar. Balaş Azəroğlunun «Elə oğul istəyir vətən», Rəsul
Rzanın «Zənci balası Villi haqqında ballada», Cabir Novruzun
«Yox, Hitler ölməyib», Məmməd Arazın «Nobel mükafatı»,
Xəlil Rzanın «Afrikanın səsi», Tofiq Bayramın «Los–Ancelos
matəmi» və s. əsərlərində dünyada baş verən hadisələr,
beynəlxalq aləmdəki ictimai–siyasi ideologiyaların gərginliyi,
müstəqillik uğrunda hərəkatda xalqların humanizmə qarşı
arzularına qarşı çıxan imperialist qüvvələrinin vəhşi simaları öz
canlı əksini tapırdı. Xəlil Rzanın «Afrikanın səsi» şeiri Afrika
xalqlarının deyil, bütövlükdə insanın–doğulan, doğulduğu
Gülxani Pənah, Salatın Əhmədli
132
dünyanın gözəlliklərindən kam almaq istəyən, səadət içində,
sülh, əmin–amanlıq, xoşbəxtlik axtaran, humanist ideyalarla
köklənən humanist insanların qəsbkar, imperialist, yırtıcı
qüvvələrə qarşı sərt ittihamıdır:
Azadlığı istəmirəm
zərrə-zərrə,
qram-qram
Qolumdakı zəncirləri gərək
qıram,
qıram.
Azadlığı istəmirəm
bir həb kimi,
dərman kimi.
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi.
Çəkil,
Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
Bu dövrdə şairlərin yaradıcılığında qoyulan həyat, dünya,
kosmos insan kontekstində çox güclü ifadəsini tapırdı. Müasir
fəlsəfi düşüncələri özündə əks etdirən əsərlər yaranırdı. Səməd
Vurğun, Rəsul Rza yaradıcılığında fəlsəfi estetik münasibətlər,
sonrakı dövrlərdə Bəxtiyar Vahabzadə, Əli Kərim və
başqalarının yaradıcılığında inkişaf etdirilmişdir.
Əliağa Vahid klassik sənətkarlarımızın, xüsusilə Füzuli
ədəbi məktəbinin müasir dövrümüzdə davamçısı kimi qiymət-
ləndirilir. İlk şeirlərini, qəzəllərini, meyxana və felyetonlarını
«İqbal», «Bəsirət», «Tuti», «Məzəli»nin səhifələrində dərc
Dostları ilə paylaş: |