Sənət, sənətkar və zaman
161
haqqında onlarca əsərlər, monoqrafiyalar yazıldı. M. Rəfilinin
«Nizami və XII əsr Azərbaycan mədəniyyəti», M.Cəlalın
«Yeddi gözəl»dəki hekayələr haqqında, Əli Sultanlının
«İsgəndərnamə» və «Qərbi Avropa ədəbiyyatı», Ə.Ağayevin
«Nizami və dünya ədəbiyyatı» silsilə məqalələri, H.Araslının
Nizami haqqında yazdığı məqalələr buna misal ola bilər.
Ədəbiyyatımızın inkişafına, onun möhtəşəm bir özül üzərində
qurulduğuna, 20-ci illərdən sonra da Azərbaycan ədəbiyyatının
sürətlə, düzgün inkişafına-«sağlam metodologiya əsasında»
düzgün yolla inkişafına bir mayak olan ədəbi tənqid,
ədəbiyyatşünaslıq elmi küll halında tədqiq edilmişdir. Bunlara
M.Arifin «Seçilmiş əsərləri» (üç cilddə, (1967-1970), «Əsrin
oğlu» , «Sənətkar qocalmır» (1980), M.C.Cəfərovun «Mütəfək-
kirin şəxsiyyəti» (1966), «Həyatın romantikası» (1966),
«Seçilmiş əsərləri» (İki cilddə) (1973-1974), «Sənət yolla-
rında» (1975), «Həmişə bizimlə», (1980), B.Nəbiyevin «Ədəbi
düşüncələr» (1971), «Tənqid və ədəbi proses» (1976), «Təzə
izlər sorağında» (1979), «Kamalın təntənəsi» (1981), «Söz
ürəkdən gələndə» (1984), «F.Köçərli» (1984), B.Vahabzadənin
«Sənətkar və zaman» (1976), «Sadəlikdə böyüklük» (1978),
«Vətən ocağının istisi» (1982), «Səməd Vurğun» (1984), Əkbər
Ağayevin «Əsrin tərənnümü» (1980), S.Əsədullayevin «Tarix,
sənətkar, müasirlik» (1975), Y.Qarayevin «Tənqid, problemlər
və portretlər» (1976), «Poeziya və nəsr» (1979), «Azərbaycan
realizminin
mərhələləri»
(1980),
T.Mütəllimovun
«Ə.Əbülhəsənin yaradıcılığı» (1969), «Sənət qayğıları» (1981),
X.Əlimirzəyevin «Ədəbi qeydlər» (1975), «Problemlər və
xarakterlər dramaturgiyası», (1979), «Bədii həqiqət uğrunda»
(1984), Y.Axundovun «Azərbaycan sovet tarixi romanı»
(1979), Ş.Salmanovun «Azərbaycan sovet şeirində ənənə və
novatorluq»
(1964),
«Müasirlik
mövqeyindən»
(1982),
Gülxani Pənah, Salatın Əhmədli
162
K.Talıbzadənin «Tənqidimiz haqqında qeydlər» (1967),
«Ədəbi irs və varislər» (1974), «Sənətkarın şəxsiyyəti» (1978),
«Azərbaycan ədəbi tənqidinin tarixi» (1985), Q.Xəlilovun
«Azərbaycan romanının inkişaf tarixindən (1973), «Həyat
yaradıcılıq çeşməsidir» (1974), «Həyat və idrak» (1080),
«Həyatdan gələn səslər» (1984), P.Xəlilovun «Nəsrimizin
üfüqləri» (1982), A.Hacıyevin «Mirzə İbrahimov» (1982),
A.Zeynallının «Keçilməmiş yollarla» (1970), Q.Namazovun
«Azərbaycan uşaq ədəbiyyatı» (1984), «Azərbaycan aşıq
sənəti» (1984), Arif Hacıyevin «Romantizm və realizm»
(1972), «Azərbaycan realizmi» (1984), A.Vəfalının «Füzuli
öyrədir» (1977), «Sənətkar və xalq» (1983), 1976-cı ildə nəşr
olunmağa başlayan «Ədəbi proses» topluları Azərbaycan şair,
dramaturq, yazıçılarının yaradıcılığının sənətkarlıq, dövr,
zaman, mühit, tarixi proseslə əlaqəli şəkildə geniş təhlil və
tədqiqat mövzusu olduğunu göstərir.
Xalq yazıçısı İmran Qasımov dramaturq, nasir, ssenarist
və publisist kimi ədəbiyyat tariximizdə yaşayır. Kino-ssenarist
kimi fəaliyyətə başlayan İ.Qasımov «Yeraltı uğultu», «Yeni
üfüqlər» (1940) kinossenarilərini və «Arzu» (1938) pyeslərini
yazmışdır. 1942-ci ildə hərbi rəis məktəbinin dinləyicisi olmuş,
1944-cü ilədək «Azərbaycanfilm»də ssenari şöbəsinin rəisi
işləmiş,
Azərbaycan
Nazirlər
Sovetinin
yanında
Kinomatoqrafiya nazirinin birinci müavini, kollegiya üzvü,
«Literaturnaya qazeta»nın xüsusi müxbiri (1944-1953),
Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi
(1953-1954), «Literaturnıy Azerbaydcan» curnalının baş
redaktoru (1954-1956), 1961-ci ildə Azərbaycan yazıçılarının
qurultayında Yazıçılar İttifaqının katibi seçilmiş, 1975-ci ilin
yanvarından AYİ-nın idarə heyətinin birinci katibi kimi
çalışmışdır. N.Seyidbəyliylə birlikdə yazdığı «Uzaq sahillərdə»
Sənət, sənətkar və zaman
163
romanı ondan çox dillərə tərcümə olunmuş, həm ölkə daxilində,
həm də xarici ölkələrdə geniş yayılmışdır. «Ceyran» povestində
müharibə zamanı döyüşlərdə qəhrəmancasına həlak olan, qərib
ellərdə dəfn olunan azərbaycanlı qızın həyatından bəhs edilir.
Zəngin irsinə pyesləri, hekayələri, povest və romanları,
oçerkləri, esseləri, ssenariləri, publisistikası daxildir. Əlliyə
yaxın qısametraclı filmlərin (novella, oçerk, dizi film)
ssenaristidir. İlk kino əsəri olan «Yeni horizant» (1940) filmi-
nin ssenarisini yazan istedadlı xalq yazıçısı «Dəniz üzərində
şəfəq», «Dairəni genişləndirin», «Ömrümüz çox qısadır»
pyeslərini, «Yeni üfüqlər», «Odlar ölkəsi», «İradə», «Abşeron
ritmləri» və s. kinossenarilərin, «Ceyran», «Fransız qobeleni»,
«İtaliya mozaikası» əsərlərini, «Xoşbəxt gün», «Xəzərin
şəfəqləri», «Xəzər neftçiləri haqqında dastan», «Sən nə üçün
yaşayırsan», «İnsan məskən salır», H.Seyidbəyli ilə birlikdə
«Dəniz cəsurları sevir», «İllər keçir» və s. roman, povest,
ssenarilərin müəllifidir.
İ.Qasımovla birlikdə bir sıra gözəl əsərlərin müəllifi
Həsən Seyidbəyli «Bizim Astarada», «Qiymətli damcılar»,
«Kür sahillərində» hekayələr kitablarının, «Kənd həkimi»,
«İllər keçir», «Tərsanə», «Çiçək» və s. roman, povest və dram
əsərlərinin müəllifi kimi oxuculara tanışdır. İ.Qasımovla
birlikdə yazıdığı «Uzaq sahillərdə» romanı Azərbaycan bədii
nəsrində bir hadisəyə çevrilir, onun «Tərsanə» romanı tənqidçi
və alimlərin diqqətini çəkmişdir: «hər şeydən əvvəl özünün
bitkin, mükəmməl süceti, maraqlı kompozisiyası, aydın ideyası,
fərdi, ümumi cizgilərə malik xarakterləri, sadə, axıcı, bədii dil,
nəhayət, əsərin bütün səhifələrinə, sətirlərinə çilənmiş müasirlik
və intellektual səviyyəsi ilə diqqəti cəlb etməkdədir». Burada
yazıçının ədəbiyyatımızda az işlənmiş bir mövzuya toxunması,
«istehsalat prosesinin təsviri ilə əsəri yükləmədən, daha çox
Gülxani Pənah, Salatın Əhmədli
164
əmək prosesində çalışan, yetişən, inkişaf edən, kamilləşən
adamların iş və əməllərini, duyğu və düşüncələrini tamamilə
yeni planda, yeni poetik boyalarla bizə çatdırmağa müvəffəq
olduğu» dəyərləndirilir.
Uşaqlar üçün «Vəfalı it və oğru pişiyin nağılı», «Qaraca
toyuğun balaları» ilə yanaşı «Cəbhədən cəbhəyə» povestini
yazmışdır. Yaratdığı əsərlərin dinamik sücet xətti, üslub,
maraqlı kompozisiyası onun əsərlərini oxuculara sevdirib.
Azərbaycan nəsrinin inkişafında Süleyman Vəliyevin
yaradıcılığı da diqqəti cəlb edir. «Əmanət kassası» «Bığlı ağa»
(1937) povesti, «Şeir cüllütü» (1939), «Molla Məmiş və
sandıq» (1939), «Səadət yollarında» (1957), «Mübahisəli
şəhər» (1962), «Düyünlər» (1970), «Gül dəstəsi» (1972), «Hə-
yatın dadı» (1980), «Daşlı bulaq» (roman), «Seçilmiş əsərləri»
2 cilddə (1983), «Qanadı sınmış quş da uçarmış» (1989)
kitablarında toplanan hekayə, povest, roman, xatirə və oçerkləri
haqqında sənətkarlıq baxımından tənqidçilər dəyərli fikirlərini
söyləmişlər. Müharibə illərində faşist hərbi düşərgələrinə
düşmüş, zülm və işgəncələri gözləri ilə görmüş, sonralar qaçıb
partizanlara qoşulmuş, İtaliya və Yuqoslaviya müqavimət
hərəkatının fəal iştirakçılarından olmuş Süleyman Vəliyev
yazdığı əsərlərdə gördüklərini yazmışdır. «Mübahisəli şəhər»
romanını tənqidçilər bu cəhətdən təhlil edir: «Romanın real,
sənədli əsası ədibin xəyalı, təxəyyülü ilə birləşərək hadisələrin
təhkiyəsində bir cazibədarlıq, şirinlik yaradır. Xüsusilə əsərin
əsas qəhrəmanlarından olan Aslanla mübahisəli şəhər olan
Triqlavanın talelərindəki oxşarlıq, hər ikisinin əsirlikdən, kölə-
likdən xilasolma cəhdləri müəllif tərəfindən çox inandırıcı
verilmişdir. Ümumiyyətlə, romanı oxuyarkən italyan həyatı,
məişəti, təbiət mənzərələri oxucunu cəlb edir, onu düşündürür».
Dostları ilə paylaş: |