Sənət, sənətkar və zaman
193
«Son illərin tarixi romanları içərisində canrın ənənəvi
qayğılarına, üsul, manera və normalarına sığmayan yeni
nümunələr də vardır. Hər şeydən əvvəl tarixə müasir baxışla
səciyələnən real faktlara, mənbə və mərkəzlərdəki məlumatlara
çox da aludə olmayan, lakin dövrü, mühiti məhz tarixi
mənbələrdə və kitablarda göstərildiyi şəkildə canlandıran
müəlliflər bu əsərlərdə psixologizmə daha çox diqqət yetirirlər.
Bu cəhətdən xalq yazıçısı Mövlud Süleymanlının «Köç»
əsəri yeni tipli əsər kimi meydana çıxdı. Ədəbi yaradıcılığa
«Əllərim» adlı ilk şeiri ilə gələn M.Süleymanlının poetik
əsərləri, şeirlərdən ibarət ilk kitabı («Bir ünvan») nəşr olunur.
Sonralar çap olunan «Ayın aydınlığında», «Köç», «Şəhər
toylarının səsi», «Səs» və s. kitabları oxucu kütləsinin marağına
səbəb olur. «Dəyirman» pyesi Sumqayıt Dram Teatrında
tamaşaya qoyulmuşdur. «Köç» əsəri (1984) Azərbaycan tarixi
nəsrinin nümunəsidir. Tənqidçilərin diqqətini cəlb edən bu
əsərdə «bir qəbilənin keçdiyi yol fonunda xalqın ictimai–siyasi
inkişafı,
mədəni–etnoqrafik
siması»
ümumiləşdirildiyi,
«dünənimizlə bugünümüz arasında mənəvi varislik problemi öz
dolğun ifadəsini» tapdığı söylənir. Bəxtiyar Vahabzadə bu
romanı «dədə-babalarımızın işıqlı ruhuna nur çiləyən» gözəl bir
əsər
adlandırırdı.
«Köç»də
xalq
ruhu,
M.Süleymanlı
yaradıcılığı üçün səciyyəvi sayılan faktlar, poetika ənənələrinə
bağlılıq
da
tənqidçilərin
diqqətindədir.
Şifahi
xalq
ədəbiyyatından yaradıcılıqla yararlanan nasirin «Köç» əsəri
haqqında K.Vəliyev yazır: «Köç» romanı folklor sistemi üzrə
yazılıb, əsatiri görüşləri, nağıl və dastanları sənətkarlığa
birləşdirən müxtəlif yarıreal, yarımifik bir dünya təsvir etmiş,
insanın insanlaşması yolunu, qədim oğuzların təbiətə qarışmış
həyatını yarpaq-yarpaq çevirərək bəşəri hissləri, duyğuları
dilləndirməyə çalışmışdır».
Gülxani Pənah, Salatın Əhmədli
194
Əsərdəki geniş ümumiləşdirmələri ilə xalqın keçmişinin
təsviri, tarixi dövrdə yaşamış insanların xarakterinin bədii
şəkildə təqdimi, əsərin oxucuda yaratdığı hiss, təəssürat, xalqın,
yurdumuzun keçmişi haqqında dolğun təsəvvür, oturaq həyata
keçən, şəxsi rəqabət hisslərinin acı nəticələri, nəsillər arasında
gərginliklər yaradan ziddiyyətlər sənətkarlıqla təsvir olunur.
Qasım Qasımzadə bu əsəri «milli mənşədə gedən haçalanma…
əleyhinə çağırış harayı ilə yazılmış bir əsər» kimi
qiymətləndirir. Əsərin əsas sücet xəttində Qarakəllə və Qanıq
ev kökünün tarixi, iki qəbilə arasında əsrlər boyu davam edən
qan davası əsasdır. Poemada təsvir edilən adətlər, bu adətlərin
pozulmasının «bağışlanmaz təhqir» kimi qəbul edilməsi
oxucuların, yazıçıların diqqətindədir. Yazıçı, kinossenarist
Anar yazır: «Mövludun yazılarında məni ən çox cəlb edən onun
bu həyat tərzini yaxşı bilməsi, duyması və ifadə etməsidir. Bu
üslubun, bu ruhun, bu dilin köklərini uzaq dağ kəndində daha
aydın duydum. Elə «Köç» də dili, ruhu etibarilə Dədə Qorqud
dünyasının bir daşı, bir bulağı, bir kötücəsi deyilmi?»
Əsər yarandığı dövrdə tənqidçilərin mübahisəli mülahi-
zələrinə də yol açmışdır. Bu mübahisə doğuran köçəriliklə
bağlı məsələ haqqında M.İsmayılov yazır: «Əvvələn, onu qeyd
edək ki, bizim xalqımız heç vaxt köçəri olmamışdır. Arxeoloci
qazıntı materiallarından məlumdur ki, hələ eramızdan əvvəl VI
minillikdə bu torpağın sakinləri oturaq həyat keçirmiş, yüksək
mədəniyyət yaratmışlar. Bizim yurdumuza tarix boyu köçəri
qəbilələr gəlmiş, yerli camaatla qaynayıb –qarışmış, onun etnik
tərkibinin bir hissəsinə çevrilmişdir. Mal-qaranı qışlaqda,
yaylaqda saxlamaq isə köçərilik deyil, köçmə təsərrüfatıdır.
Azərbaycanın iqlim şəraiti keçmişdə də, elə indi də bunu tələb
etmiş və etməkdədir».
Sənət, sənətkar və zaman
195
Romanın bədii strukturu, poetikası, sücet-kompozisiyası,
dil-üslub xüsusiyyətləri «nəsrimizdə yaranan yeni keyfiyyətlər
kimi» təqdir edilir, «müasir dünya ədəbiyyatında mühüm yer
tutan folklor poetikası, nağıl-dastan deyim tərzi, şərti-simvolik
üslub kimi əlamətlər»in də romanda qabarıq nəzərə çarpdığı
bildirilir.
Elçinin «Mahmud və Məryəm» romanı iki dini ayrı,
ürəkləri bir gəncin məhəbbət macərası ilə bağlı olan folklor,
dastan motivlərindən yararlanmış, Azərbaycan tarixi nəsrinin
yeni meyil və çalarlarını üzə çıxaran roman kimi dəyərlidir.
Yazıçının real tarixi hadisələrlə «əfsanəvi-mifik motivləri»n
xarakterik cizgiləri ilə zəngin xalq həyatını, insan və zaman
problemini özündə əks etdirən romanı konkret tarixi dəqiqliklə
(«1514-cü il iyun ayının 28-i idi») başlayır. Lakin hadisələr
XVI əsrin əvvəlləri Səfəvilər dövlətinin Çaldıran döyüşləri
zamanını əks etdirməsi şərti xarakter daşıyır, yazıçının məqsədi
«psixoloci roman yaratmaq»dır (V.Quliyev), «müəllifin əsas
məqsədi qəhrəmanlarının həyat yolunu, duyğu və düşüncələrini
zamanın ictimai təzadları ilə qarşılaşdırmaq, ayrı-ayrı fərdlərin
deyil, ümumiyyətlə bəşəriyyətin taleyi ilə bağlı məsələlərə
diqqəti cəlb etməkdir. Romanın mərkəzində insan və zaman
kimi qlobal bir problem qoyulmuşdur».
Cənubi Azərbaycanda gedən milli–azadlıq hərəkatını,
xalqın apardığı mübarizələri özündə yaşadan Söhrab Tahir,
Balaş Azəroğlu, Əli Tudə və başqa sənətkarların əsərləri
Azərbaycan ədəbiyyatına xidmət edir.
Xalq şairi Balaş Azəroğlunun yaradıcılığı bu cəhətdən
diqqətəlayiqdir. İlk şeiri «Dnepr sahillərində»dir (1937).
1938-ci ildə ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Ərdəbil
şəhərinə köçən şair burada şahlıq üsul-idarəsinin yarıtmaz-
lığının, zəhmətkeş sadə xalqın çar zülmünün altında əzilmə-
Gülxani Pənah, Salatın Əhmədli
196
sinin, ölkədə baş verən ədalətsizliklərin, özbaşınalıqların baş
alıb getdiyinin, zülm və istismara məruz qalan cənubi
azərbaycanlıların həm şah üsul idarəsinin, həm də İranda
hökmranlıq edən Qərbi Avropa kapitalist dövlətlərinin çirkin
siyasətlərinin şahidi olmuş, qəzəb hissi ilə qarşılamış, gənc
yaşlarından ölkədə fəaliyyət göstərən milli–azadlıq hərəkatına
qoşulmuşdur. «O, ilk gündən İranın demokratik qüvvələri
arasında olmuş, azadlıq ideyalarının çoxalması və yayılması
işində güclü vətəndaşlıq xidmətləri göstərmişdir, milli
istiqlaliyyət, azadlıq və səadət tələbi ilə yaşayan güclü inqilabçı
şair kimi yetişmişdir. «Dnepr sahillərində» adlı ilk şeirini 1937-
ci ildə Bakıda çap etdirən Balaş Azəroğlu, 1941-ci ildə İranda
«İnqilab şairiyəm» adlı kəskin ruhlu əsər yazaraq Cənubi
Azərbaycan ədəbiyyatında heca vəznli yeni inqilabi poeziyanın
əsasını qoyur».
1942-ci ildə İran Xalq Partiyasına daxil olan azadlıq
mübarizi bədii yaradıcılığını da davam etdirir, «Doktor Ərani»,
«Şeyx Sədi məqbərəsi», «Nigar karvanı», «Arzu», «Gün
millətimdədir», «Acı xatirələr», «Səttarxan», «Tehran» inqilabi
ruhlu əsərlərini yazır. Təbrizdə nəşr olunan «Vətən yolunda»
(redaktoru Mirzə İbrahimov idi) qəzetində fəal çalışır. İlk
şeirlər kitabı İranda (1943-cü ildə) «Ziddi –faşist» cəmiyyəti
tərəfindən buraxılır. Yazıçıların cəmiyyətinin Ərdəbil şöbəsinin
sədri seçilən Balaş Azəroğlu 1945-ci ildə Azərbaycan
Demokratik Firqəsinə daxil olur və bu zaman o, artıq tanınmış
istedadlı sənətkarlardan biri idi. Təbrizdə milli hökumət
tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin
sədr müavini, «Yazıçılar və şairlər» cəmiyyətinin idarə
heyətinin üzvü (1946) Balaş Azəroğlu Şimali Azərbaycana
gəlib 1947-ci ildə Azərbaycan Dövlət Universitetində təhsil
almış,
eyni
zamanda
Cənubi
Azərbaycan
Yazıçılar
Dostları ilə paylaş: |