Sənət, sənətkar və zaman
185
müşayiətçisi, yol yoldaşıdır. Muğam, mahnı və rənglər, səs və
ahənglər sözdən daha ilkindir, bu səs və ahəng insanın uşaqlıq
çağından həyatının axırınadək onunladır, onun özü, varlığı
deməkdir. «Yox, nəğmələr yaranmazdı, qəlbimizdən keçənləri
tamam deyə bilsəydi söz».
Nasirlərimizin həyatında müasir həyat aparıcı mövzu olsa
da, bu illərdə tarixi mövzulara aid də roman və povestlər
yazılırdı. S. Rəhimov «Şamo» romanı üzərində işləyərək onu
təkmilləşdirmiş, M. Cəlal «Yolumuz hayanadır» romanında
M.Ə. Sabirin bədii surətini yaratmış, XX əsrin əvvəlində baş
verən ictimai-siyasi-mədəni hadisələr də öz əksini tapır. Tarixi
mövzuda yazılmış M. Hüseynin «Səhər» romanı, Sabit
Rəhmanın «Nina» povesti 1901-1904 -cü il inqilabi hadisələrini
əhatə edir.
75 illik Azərbaycan ədəbi prosesini izləyərkən Azərbay-
canda yaranan tarixi romanların böyük bir hissəsinin görkəmli
sənətkarların həyatından, taleyindən bəhs etdiyinin şahidi
oluruq. Ədəbiyyatımızın tarixində, xalqımızın zəngin bədii
təfəkkürə malik parlaq simaları olub. Onların yaradıcılığı, ədəbi
mövqeyi haqqında elmi-tədqiqat əsərləri yazılıb. Yaranan bədii
əsərlər elmi-tədqiqat əsərlərindən fərqlidir. Bədii əsərlərdə
həyatı qələmə alınan sənətkarın tarixi obrazı yaradılır,
həyatında ən mühüm məqamlər təsvir və təqdim edilir. Yaranan
bədii əsərdə həmin şəxsiyyət haqqında daha geniş təsəvvürə
malik oluruq. Tarixi romanların estetik-tərbiyəvi əhəmiyyəti
böyükdür. Tarixi roman bədii biblioqrafiya deyil, burada
həyatı qələmə alınan, obrazı yaradılan sənətkarın yaşadığı
zaman, dövr, onun mühiti, yaşadığı dövrün sosial-siyasi
mənzərəsi, onun daxili aləmi, mənəvi dünyası ilə bağlı şəkildə
öz əksini tapır. Zəngin dolğun tarixi romanlar var və bunlardan
İsa Hüseynovun «Məhşər» romanını xüsusi ilə qeyd etmək
Gülxani Pənah, Salatın Əhmədli
186
lazımdır. Bu romanı yazarkən yazıçı «tarixi həqiqəti gözləmək,
zamanın koloritini canlandırmaq üçün ciddi axtarışlar aparmış,
müxtəlif mənbələrdə verilən məlumatları nəzərdən keçirmiş,
hürufiliyin ideya-nəzəri və bədii əsaslarını, xüsusilə Nəsiminin
zəngin yaradıcılığını öyrənmişdir, lakin o, əldə etdiyi tarixi
faktlar əsasında dövrün mahiyyətini açmağa, mənalandırmağa
nail olmuşdur». Əsərdə sücet xətində mühüm yer tutan Nəsimi
və onun mürşidi Nəimi obrazlarının zəngin daxili aləmi
inandırıcı, təbii boyalarla ifadə olunmuş, bir amala, ideyaya
xidmət edən, əqidəcə də bir-birini tamamlayan bu tarixi
şəxsiyyətlərin fəlsəfi görüşləri, həyata münasibəti, öz əqidəsinə
inamı ətraflı şəkildə səciyyələndirilmişdir. Nəimi öz
amallarının davamçısı kimi Nəsimini görür, Nəsimi də onun
yolgöstərəni, mənəvi atası kimi Nəimini bilir. İki böyük ustad-
şagird-müəllim bağlılığı hürufiliyin «vəhdət» ideyasının rəmzi
kimi qəbul edilir. Nəimi sağ ikən öz ruhunu şagirdinə köçmüş
sanır, bütün ümidlərini ona bağlayır: «... Cavidan öldü, həqiqət
Babək Xürrəmidə zühur etdi. Babək öldü, həqiqət Hüseyn
Həllacda zühur etdi. Fərrux öldü, həqiqət Şeyx Nizamidə zühur
etdi, Nizami öldü, həqiqət Şeyx Mahmudda zühur etdi. Silsilə-
miz mənimlə başlanmayıb, mənimlə də qurtarmır. Mən
təsbehin bir danəsiyəm. Ali ruh bu gün məndədir, sabah
digərində zühur etməlidir» (İsa Hüseynov. Məhşər. Bakı.
Gənclik. 1978.). Bir-birindən zəngin, bitkin obrazlar, ayrı-ayrı
görkəmli simalarla yanaşı tarixin əsl yaradıcısı olan geniş xalq
kütlələrinin rolunun da romanın sücetində mühüm yer tutması,
müxtəlif taleli insanların həyatının hərtərəfli təsviri, kütləvi
səhnələr əsərin bədii sənətkarlıq baxımından da müvəffəqiyyəti
kimi dəyərləndirilir. «Romanda dil və bədii təsvir vasitələri də
tarixin dolğun təcəssümünə xidmət edir. Müəllifin əsər boyu
Nəsiminin şeirlərindən istifadə etməsi sücet xəttinin inkişafına
Sənət, sənətkar və zaman
187
kömək etdiyi kimi, böyük şairin bədii obrazının hərtərəfli
canlandırılmasına da imkan yaradır. Bütün bunlar tarixi
gerçəkliyi, həyat həqiqətlərini bədii həqiqət səviyyəsinə
qaldırmaq məqsədi daşıyır».
Sənətkar və zaman bədii-fəlsəfi fikir tarixində Çingiz
Hüseynovun «Fətəli fəthi» romanı da əhəmiyyətli sayılır. Bu
əsərdə Mirzə Fətəli Axundovun həyatı və yaşadığı mühit, dövr
öz əksini tapmışdır. Azərbaycan ədəbiyyatına yeni ruh gətirən,
Azərbaycan realist dramaturgiyasının, realist nəsrinin banisi
sayılan, sənətin ictimai mənasını yüksək dəyərləndirən, xalq
həyatı ilə bağlılığına yüksək qiymət verən, maaarifçi şəxsiyyət,
materialist filosof, əlifba islahatçısı, «ziddiyyətli ömür yolu
keçmiş, yüksək rütbələrədək ucalmış», «sinəsi nişanlı, çiyni
paqonlu, libası altında həmişə xalqın dərdinə qalan, yanar
alovlu» döyünən ürək sahibi M.F.Axundovdan bəhs edən bu
roman fəlsəfi-psixoloci məzmunu ilə seçilir. Əsər bir çox
tənqidçilərin, alimlərin diqqətini cəlb etmiş, yazıçı fantaziyası,
detalların yerli-yerində təsviri, müasirliyə xidmət edən tarixin
«qabarıqlaşdırılması», dünənimizlə bu günümüz arasında
mənəvi varisliyin «bədii sənət dili ilə təcəssüm»ü və bu cür
«müasirlik ruhu» diqqətdən qaçmır, alman filosofu və ədəbiy-
yatşünası Heyns Plaviusun yazır: «Məni bir oxucu kimi
Hüseynovun maraqlı romanı hər şeydən çox onda heyrətlən-
dirir ki, müəllif canlandırdığı zamanın çərçivəsindən kənara
çıxmadan o dövrün hadisələrini təsvir etməyə və kəskin
müasirliyə necə nail olmuşdur» («Literaturnaya qazeta». 23
yanvar
1985).
Roman
bəzi
iradlarıyla
belə
yüksək
dəyərləndirilir: «Mirzə Fətəli Axundov əsər boyu mü-
hafizəkarlıq, köhnəlik və fanatizmə qarşı mübarizədə qüdrətli
yazıçı, inqilabçı, fədakar vətəndaş kimi oxucunun gözü
Gülxani Pənah, Salatın Əhmədli
188
qarşısında ucalır və onları da yüksək mənəvi-estetik ideallar
naminə mübarizəyə ruhlandırır».
XX əsrin 80-90-cı illərin tarixi nəsrində Mahmud İsma-
yılovun «Xaqani» və Hüseyn İbrahimovun memar Əcəmi
Əbubəkr oğlu Naxçıvaniyə həsr olunan «Əsrin onda biri»
romanları da dəyərli romanlardır.
«Xaqani» romanının ilk səhifələrində Şərq ölkələrinin
tarixində mühüm rol oynamış qüdrətli Atabəylər dövlətinin
meydana gəlməsindən söhbət açılır. Romanda Atabəylər
dövlətinin əsasını qoyan Eldəgiz tarixdə oduğu kimi mətin
iradəsi, ağlı, biliyi, eləcə də cəsarəti və igidliyi ilə tanınmış,
hərbi məharəti, qabiliyyəti ilə seçilən dövlət xadimi kimi təsvir
olunmuşdur.
Şəmsəddin
Eldəgizlə
bağlı
əhvalatlar,
Şirvanşahlar və Atabəylər dövlətinin daxili və xarici siyasəti,
iqtisadi və mədəni sahədəki nailiyyətlər, sənətkarlıq və ticarətin
inkişafı, təsvir olunan epizodlar «X11 əsr Azərbaycanın ictimai
mənzərəsini canlandırmağa yönəldilmişdir». Xaqani belə bir
dövrdə doğulmuş, böyümüş və zaman onu qüdrətli şair kimi
yetişdirmişdir. «Müəllif əsər boyu öz qəhrəmanının həyat
yolunu zamanın mürəkkəb, təlatümlü, keşməkeşli hadisələri ilə
bağlı şəkildə təsvir etməyə çalışmışdır. Xaqaninin anası
Rəbiyənin rumlu xaçpərəst nəsturi olması, sonralar qul kimi
satılması» kimi tarixi faktlar əsərdə öz əksini tapır.
Romanda Xaqaninin babası onu Şirvan bazarında satın
alır, tərbiyəsi, evdarlığı ilə atası Nəccarın diqqətini cəlb edir,
onlar evlənir və 1126-cı ildə Xaqani-ailənin ilk övladı dünyaya
gəlir. Əsərdə faktik məlumatların «çoxluğu»ndan bunları
müəllifin vahid sücet xəttində birləşdirə bilməməsi, müxtəlif
məclislərin, səhnələrin həddən artıq yer tutması, romanın
«bədiilik
qanunlarının
incəliklərinə
riayət
etməməsi»,
Xaqaninin dövründəki «hakim siniflərlə xalq kütlələri
Dostları ilə paylaş: |