Sənət, sənətkar və zaman
177
hekayələrində olduğu kimi hamısında güclü «müasirlik
duyğusu», yaşadığı dövrün ictimai həyatını, qarşıya çıxan
çətinlikləri görmək və onları bədii cəhətdən dərk edib qələmə
almaq» bacarığı var. Onun əsərlərinin dilinin «canlı, oynaq,
şirin təbii»liyi, «ahəngdar, aydın və səlis boyaları»n yaradıcılı-
ğına böyük təsiri var, tənqidçilərin fikrincə, «bu cəhət İ.Əfən-
diyevin əsərlərindəki incə psixoloci vəziyyətlər və müasirlik
duyğusu ilə birləşdikdə, onun qələmi daha əlvan bədii lövhələr
yaradır, bədii dilində parlaqlıq, cazibədarlıq artır, bu isə, öz
növbəsində,
bədii
əsərlərin
ümumi
bədii
təsirini,
emosionallığını gücləndirir».
İlyas Əfəndiyev yaradıcılığında dram əsərləri də mühüm
yer tutur. Uzun müddət Azərbaycan səhnəsini boş qalmağa
qoymayan İlyas Əfəndiyev dramaturgiyası olmuşdur. Ona
böyük məhəbbət qazandıran dram əsərləri səhnələrimizin
bəzəyidir.
«Unuda bilmirəm» (1968), «Məhv olmuş gündəliklər» ,
«Qəribə oğlan», «Bağlardan gələn səs», «Xurşudbanu
Natəvan», «Büllur sarayda», «Qəribə oğlan», «Şeyx Xiyabani»,
«Bizim qəribə taleyimiz», «Tənha iydə ağacı», «Hökmdar və
qızı» və s.pyeslərində insanı yaşamağa, yaratmağa, ömrünü mə-
nalı keçirməyə, xalqa, millətə yaramağa çağırır, özünü düşünən,
sabahına güvənməyən laqeyd insanlar tənqid edilir: «insanlarda
saf mənəviyyat uğrunda mübarizə hissi tərbiyə edir, tarixi
dramlarında da tarixi hadisələr deyil, zamanın ruhuna uyğun
olaraq insan, onun mənəvi dünyası ön planda verilir. Həyatda
baş verən nöqsanları tənqid etməkdən çəkinməyən yazıçı
şöhrətpərəstliyi, xalq mənafeyinə xor baxanları, məhdud
hisslərlə yaşayanları tənqid edir.
İlyas Əfəndiyev bədii əsərləri ilə yanaşı, bir çox pub-
lisistik məqalələrin müəllifidir, dövrünün yazıçıları ilə yanaşı
Gülxani Pənah, Salatın Əhmədli
178
klassiklərimiz haqqında ədəbi-tənqidi məqalələr yazmış, yeni
kitablar, kino–incəsənətlə bağlı fikirlərini ifadə edən dəyərli
yazılarla
dövrü
mətbuatda
müntəzəm
çıxış
etmişdir.
Ə.Əfəndiyev yazır: «Ümumiyyətlə, uzun yaradıcılıq yolu
keçmiş, ədəbiyyat, teatr, kino, rəssamlıq, dil, təlim–tərbiyə və s.
məsələlərə dair dörd yüzdən çox elmi–nəzəri və publisistik
məqalə yazmış İlyas Əfəndiyevin ədəbi estetik görüşlərini
təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: a) Bədii ədəbiyyat
haqqında düşüncələr, bədii teatr və səhnə sənəti. b) Elm,
mədəniyyət və incəsənətə dair fikirlər.
Yazıçıların müraciət etdiyi mövzular müxtəlif idi.
Yazıçıların öz sevdiyi, dərindən bələd olduğu mövzular, sahələr
vardır. İmran Qasımov, Yusif Əzimzadə, Hüseyn Abbaszadə,
Qılman İlkin, Salam Qədirzadə, C.Məmmədov, Seyfəddin
Dağlı, M.Süleymanov, Həsən Seyidbəyli, Süleyman Vəliyev,
Vidadi Babanlı, Anar, Elçin, C.Hüseynov, G.Hüseynoğlu,
Yusif Səmədoğlu belə nasirlərdəndir.
Azərbaycan Sovet ədəbiyyatının başlıca mövzularından
olan müasir kəndə yazıçı və şairlər məhəbbətlə, rəğbətlə
yanaşardılar, kəndlərdə gedən quruculuq işlərini dərindən bilən,
kənd həyatına yaxından bələd olan Mehdi Hüseyn, Mirzə
İbrahimov, Sabit Rəhman, Mir Cəlal, Əli Vəliyev, İlyas
Əfəndiyev kimi sənətkarlar 30–cu illərdən sonra «Saçlı»,
«Tərlan, «Qəhrəman», «Söyüdlü arx», «Ayrılan yollar»,
«Yarpaqlar», «Ayrılıq», «Yanar ürək» kimi onlarla povest və
romanlar yazdılar. Kənd həyatı ilə bağlı bu əsərlərdə mühüm
məsələlər, kəndin vacib həyati problemləri epik vüsətlə əks
etdirilirdi.
Akif Hüseynov yazır: «Yanar ürək», «Böyük dayaq»,
«Qara daşlar» tipli romanlarla nəsrimiz mürəkkəb, ziddiyyətli
və qüvvətli xarakterlər canlandırma sahəsində də mühüm
Sənət, sənətkar və zaman
179
qələbələr çalmışlar. Bu qələbələrin ədəbi fikrin sonrakı
inkişafında əhəmiyyətini – müharibədən sonrakı nəsrdə insan
xarakterinin tez-tez birrəngli boyaların qatı fonunda təsvir
edilməsi ilə müqayisədə xəyala gətirmək olar» (Akif
Hüseynov).
İlyas Əfəndiyev kənd mövzusunun nəsrimizdə ifadəsini
yeni ideya, estetik keyfiyyətlərlə zənginləşdirən yazıçıdır. Bu
illərin problemlərini, mənzərəsini canlandıran əsərlərdə, kənd
təsərrüfatında ictimai münasibətlər, köhnəliklə yeniliyin
mübarizəsi, elmi nailiyyətlərdən kənd təsərrüfatı məhsul-
darlığını artırmaq üçün istifadə olunması, xalqlar dostluğu
məsələləri («Dağlar arxasında üç dost») də təsvir edilir.
Əli Vəliyev, Ə.Ələkbərzadə Azərbaycan kəndinin inkişaf
yolunu, hər mərhələdə, hər dövrdə təsvir edən yazıçılar idi.
Əbülhəsənin «Yoxuşlar» romanı Azərbaycanın kəndinə həsr
olunmuş klassik əsərlərdəndir. Əli Vəliyevin quruculuq
işlərində fəal zəhmətkeşlərin əməyini, onların ailə münasibət-
lərini əks etdirən «Ürək dostları», «Gülşən», «Çiçəkli»,
«Narahat adam» əsərləri kəndi, orada gedən quruculuq işlərini
dərindən, müntəzəm müşahidə edib təsvir edilən romanlar,
povestlər kimi dəyərlidir.
Kənd həyatından bəhs edən əsərlər müəllifi İsa Hüseyno-
vun yaradıcılığı da müasir nasirliyin bir sıra ideya–estetik
keyfiyyətləri haqqında fikir söyləmək üçün zəngin material
verir. İlk dövrlərdə yazdığı hekayələri tənqidçilər «nəsrimizin
yeni gözəl nümunələrindən» sayırlar: Bu əsərlərdə «sənətə aid
keyfiyyətlər çoxdur: insan mənəviyyatına, daxili aləminə
nüfuz; surəti real danışdırmaq; təbii mükalimə, yığcamlıq, kiçik
bir detal ilə geniş bir aləm yaratmaq istedadı, tipikləşdirmə,
ümumiləşdirmə qüvvəsi; həyatı kənar müşahidəçi, seyrçi kimi
deyil, məhz vətəndaş yazıçı kimi dərk edə bilmək, onun
Gülxani Pənah, Salatın Əhmədli
180
dərinliklərinə cuma bilmək bacarığı, nəhayət, konkret həyat
probleminin həllini vermək məharəti».
İsa
Hüseynovun
əsərlərində,
Bayram
Bayramov
«Açılmamış kitab», Ə.Yusifoğlu «Düşmənimin düşməni»,
S.Əhmədov «Dünyanın arşını», «Dan qaranlığı», Əfqan
Əsgərov «Gülyanaq», Fərman Kərimzadə «Qarlı aşırım», Sabir
Azəri «Yol üstündə toy» kimi nəsr əsərlərində sağlam ruhlu əsl
vətəndaş, namuslu, əməksevər, çətinlikdən qorxmayan,
mənəviyyatı saf «canlı surətlər» yaradır və ədəbiyyata yenicə
gəldikləri zamanlarda bu yazılarda «hadisə, əhvalat ardınca
getmək əvəzinə, hadisələrin daxili mənasını kəşf etmək, insan
münasibətlərini araşdırmaq, müəyyən həyat problemini işıqlan-
dırmaq və yığcamlıq səciyyəvidir». (Kamal Talıbzadə).
Kənd mövzusuna həsr olunmuş Gəray Fəzlinin «İldırımlı
dağlar» romanında yurdumuzun gözəlliyi, füsunkarlığı, bu
yerlərdə yaşayan kənd adamları onların apardıqları yeni həyat
uğrunda mübarizə «realist planda, təbii münasibətlərdə»
canlandırıldığı,
müəllifin
burada
«mənəvi
təmizliklə
pozğunluğun, düzgünlüklə əyriliyin mübarizəsini» əsas
götürdüyü, «bəzi sevgi xətlərinin qeyri-təbiiliyinə, sücet
tamlığına və dinamikasına xələl gətirən artıq səhnələrin
olmasına baxmayaraq» yazıçının öz qarşısına «kənd əmək-
çilərinin arzu və əməllərini, öz gündəlik həyatlarında rast
gəldikləri çətinlikləri göstərmək kimi mühüm bir məqsəd»
qoyduğu tənqidçilərin təhlilində öz inikasını tapmışdır.
Ədəbiyyata «Ölkə», «Mənim səsim», «Təzə ünvan»
şeirlər kitabı ilə gələn Gəray Fəzli «İldırımlı dağlar», «Yeddi
ulduzlu səma», «Gecə günəşi», «Bir qəlbin asimanı», «Xatirəli
dünyam» kimi roman və şeirlər kitablarının müəllifidir. Dövrü
mətbuatda şeirləri, hekayə və romanları ilə yanaşı yaşadığı
dövrün, həyatın aktual problemlərini özündə əks etdirən
Dostları ilə paylaş: |