Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə53/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   49   50   51   52   53   54   55   56   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
209 
etmədiyim  yeni  çalarlar,  qoxular,  rənglər  duyur,  görürəm. 
Məncə, həqiqi poeziyanın yolu budur». 
Öz  köhnə  yolları  ilə  gedən  «quruluşa  səcdə  edir,  cəmiy-
yətdə  gedən  yeniləşməni,  cəbhələnməni  görmür,  «bəziləri  isə 
gah  nala,  gah  da  mıxa  vuraraq  dumanlı,  mübhəm  bir  xaos 
yaradır»  və  bütün  bunlarla  yanaşı,  «hazırda  çağdaş  şeirimizin 
klassikləri,  komandanları  adlandırıla  biləcək,  öz  xalqına, 
vətəninə  həmişəki  kimi  təmənnasız  xidmət  edən  digər 
şairlərimiz  yenə  də  günün  ən  aktual  problemlərinə  əks-səda 
verir,  insanları  düşündürən,  cəmiyyətə  lazım  olan  mövzuları, 
mətləbləri  ön  plana  çəkirdi.  Bunlar  hazırda  yaşlaşmış,  lakin 
yenə 
də 
yazıb-yaratmaqdan 
doymayan, 
şeirimizin, 
ədəbiyyatımızın qeyrətini çəkən söz ustaları idi». 
60-cılar  nəslinin  nümayəndələri  bu  dövrün  tənqidinin 
zəifliyindən, ədəbiyyata gələn bu nəslin şair və yazıçılarının öz 
tənqidçilərinin  yetişməməsindən  gileylidirlər.  Çox  maraqlı 
haldır  ki,  məhz  həmin  altmışıncılarla  yanaşı  bir  dövrdə 
ədəbiyyatşünaslar, alimlər, tənqidçilər nəsli fəaliyyət göstərirdi, 
ancaq nədənsə onların sosializm realizmi metoduna-kommunist 
ideologiyasına zidd getməyə cəsarətləri çatmırdı. 
Məhz  bu  altmışıncılar  nəslinin  bəzi  nümayəndələrinin 
yazdıqları  əsərlərin  Yazıçılar  İttifaqının  Natəvan  klubunda 
müzakirəsində  iştirak  etmək  mənə  nəsib  olub.  Yadımdadır, 
Xəlil  Rzanın  kitabı  «qayçılananda»  acıqlı,  qəzəbli  səsi,  hətta 
söyüşləri.. Məmməd Arazın əsəbi halda tez-tez yerindən qalxıb 
oturması....  Məhz  bu  yeni  ovqat  narahatlıq  doğururmuş...    Nə 
isə, bu ayrıca bir tədqiqat işinin mövzusudur... 
 60-cılar nəslinin yaradıcılığı az da olsa son illərdə tədqiq 
və  tədqiqata  cəlb  edilir.  Amma  bu  dövrün  ədəbi  prosesinin 
Azərbaycan  ədəbiyyatının  ümumbəşəri  keyfiyyətləri,  dünya 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
210 
ədəbiyyatı  arenasındakı  yerini  üzə  çıxarmaq  üçün  obyektiv, 
vicdanlı tənqidçilərinin yolunu gözləyir.  
Şairlərin  yaradıcılığında  ana  Vətən,  onun  müasir  ictimai 
yaraları,  dünya,  kainat,  insan,  müharibə,  sülh,    həyata,  insana 
sevgi  hissləri,  özünə,  soykökünə  qayıdış,  yeniləşməyə, 
tərəqqiyə,  dünyəviliyə  meyil  güclü  idi.  60-cılar  nəslinin 
görkəmli şairlərindən olan Fikrət Qoca ədəbiyyata 1956-cı ildə 
«Kirpi» curnalının səhifələrində nəşr edilən «Bacıqızı» şeiri ilə 
gəlmiş  və  tez  bir  zamanda  ədəbi  ictimaiyyətin  diqqətini  cəlb 
etmişdir.  Moskvada  beş  illlik  Qorki  adına  «Ədəbiyyat» 
institutunu  müvəffəqiyyətlə  bitirib  Azərbaycana  qayıdan  şair 
1963-cü ildə «Qağayı» adlı ilk şeir kitabını nəşr etdirir. 
Rəsul  Rzanın  sənətə,  ədəbiyyata  sonsuz  məhəbbətinin 
nəticəsidir  ki,  gənc  nəslin  nümayəndələrinə  mənəvi  ata olmuş, 
onların  ədəbiyyat  aləmində  tanınması,  əsərlərinin  dərc 
olunması,  işıq  üzü  görməsi,  xalqın  onu  tanıması,  qiymət-
ləndirməsi  üçün  əlindən  gələni  əsirgəməmişdi.  Bu  gənclərdən 
biri  də    məhz  Fikrət  Qoca  olub.  Onun  «Haqq  tərəzisi», 
«Körpə»,  «Nadanın  qocalığı»,  «Mənim  məsləkim»,  «Tənha 
ağac»,  «Vallah,  adam  qocalmaz»  və  digər  lirik  şeirlərində 
novator şairin nəfəsi duyulur. 
Fikrət Qocanın lirik şeirləri ilə yanaşı irihəcmli poemaları 
da  zəngin  yaradıcılıq  imkanlarından  xəbər  verir.  «Yaralı 
çiçəklər», 
«Ulduzlu 
düşüncələr», 
«İnsan 
səviyyəsi», 
«İstanbulda  bir  ceviz  ağacı  var»  və  digər  poemalarında  şairin 
insan,  dünya  haqqında  bədii–fəlsəfi  düşüncələri  əks  olunur. 
Əsərləri bir çox xalqların dillərinə tərcümə olunmuşdur, keçmiş 
sovet  respublikalarında,  onun  hüdudlarından  kənarda  istedadlı 
qələm  sahibi  kimi  tanınır.  Əsərləri  Avropa,  Asiya  xalqlarının 
dillərinə tərcümə edilmiş Fikrət Qoca Avropa, Asiya, Afrika və 
Amerika  qitələrinin  bir  sıra  ölkələrində,  SSRİ  dövründə  bütün 


 
Sənət, sənətkar və zaman
 
 
 
211 
respublikalarda  müxtəlif  nümayəndə  heyətlərinin  tərkibində 
yaradıcılıq  ezamiyyətlərində  olmuş,  yazdığı  əsərlərdə  şairin 
görüşləri,  gördüyü  yerlər,  eşitdiyi  hadisələr  dəyərli  bədii 
əsərlərinin  mövzusuna  çevrilmişdir.  Onun  «Vyetnam  suitası», 
«Ünvansız  məktub»,  «Xose  Risal»  «Viktor  Xara»,  «Amilkar 
Kabral»  poemalarının  mövzusu  dünya  xalqlarının  həyatından 
götürülmüşdür. 
Onun  «Hamıya  borcluyam»,  «Dənizdə  ay  çiməndə», 
«Yatmadığım 
gecələrdə», 
«Adi 
həqiqətlər», 
«Seçilmiş 
əsərləri», «Günlərin bir günü», «Gül ömrü», «Özümə məktub», 
«Hələlik,  qiyamətəcən»  «Ömrümdən  anlar»  və  başqa  kitabları 
müxtəlif illərdə çap edilmişdir. 
Fikrət  Qoca  hansı  canrda  yazmasından  asılı  olmayaraq 
bütün  əsərlərində  həyatı,  insanları,  baş  verən  ictimai-siyasi 
hadisələri əks etdirmiş, özünəməxsus, oricinal qələmi, düşüncə 
tərzi  ilə  seçilmişdir.  Bəkir  Nəbiyev  yazır:  «Zaman  bu  nəslin 
boynuna  çox  ağır  bir  tarixi  yaradıcılıq  vəzifəsi  qoymuşdu. 
Onlar ədəbiyyatımıza təzə ab-hava,  təzə obrazlar,  yeni  fikirlər, 
təravətli təsvir və ifadə vasitələri gətirməli, sadə, adi insanların, 
sıravi  vətəndaşların  taleyini,  duyğu  və  düşüncələr  aləmini  öz 
əsərlərinin  leytmotivinə  çevirməli  idilər.  Onlar  bir  daha  öz 
əsərləri  ilə  sübut  etməli  idilər  ki,  problem  heç  də  təkcə  hansı 
canr,  forma  və ölçülərdə  yazmaqda  yox,  ilk  növbədə nədən və 
necə  yazmaqdadır.  Üzərindən  on  illər  keçdikdən  sonra 
yaşadığımız çağlarda ədəbi prosesə ümumən nəzər salan, onun 
inkişaf  qanunauyğunluqlarını  diqqətlə  izləyən  hər  bir  qərəzsiz 
təfəkkür  sahibi  təsdiq  edə  bilər  ki,  altmışıncılar  bu  böyük 
missiyanı  uğurla  yerinə  yetirmişlər.  Avtoportret  təsiri 
bağışlayan  «Adi  insan»  şeirində  Fikrət  Qoca  altmışıncıların 
yaradıcılığında 
əsas 
yer 
tutan 
adı, 
sıravi 
insanı 
ümumiləşdirməyə,  ondakı  böyüklüyün  mahiyyətini açıqlamağa 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
212 
uğurlu bir təşəbbüs göstərmişdi: «Bir içimlik su deyiləm içiləm, 
bir aşırım  yol deyiləm  birnəfəsə keçiləm.  Düzdü,  adi  insanam, 
sənin  boyda  deyiləm  ki,  kiçiləm.  Adi  insan  olmaq  özü 
böyüklükdür,  qardaşım.  Bu  adı  daşımaq  özü  bir  insan  ömrü 
üçün  böyük  yükdür,  qardaşım!».  Şairin  bu  misralarındadır 
insan. 
Fikrət  Qoca  tərcümələri  ilə  də  tanınır.  O,  Lermontovun, 
Şevçenkonun,  Mecelaytisin,  İ.  Voklerin,  X.  Risalın  və 
başqalarının  əsərlərini  yüksək  səviyyədə  tərcümə  etmişdir. 
Lirik  şeirlərlə  yanaşı  iri  həcmli  poemaların,  nəsr  əsərlərinin-
hekayələrin,  roman  və  povestlərin  də  müəllifidir.  O  yaratdığı 
nəsr  əsərlərində  də  insan  psixologiyasını,  baş  verən  həyat 
hadisələrini qələmə alıb. O, «Dəniz altındakı xatirələr», «Qoca 
söyüd  də  yıxıldı»,  «Kələfin  ucu»,  «Mavi  dünyanın  adamları», 
«Taleyin  ağır  taleyi»,  «Ölüm  ayrılıq  deyil»,  «Qar  əriyəndə», 
«Hələlik, qiyamətəcən» və digər nəsr əsərlərini yazmışdır.  
Fikrət  Qoca  gənc  yaşlarından  ədəbi  orqanlarda  məsul 
vəzifələrdə  çalışmışdır.  «Azərbaycan  gəncləri»  qəzeti  redak-
siyasında  şöbə  müdiri,  uzun  illər  «Qobustan»  curnalının  baş 
redaktoru  olmuşdur.  1997-cı  ildə  Azərbaycan  Yazıçılar 
Birliyinin  katibi,  2004-cü  ildə  birinci  katibi  seçilmişdir.  Öz 
təşkilatçılıq  fəaliyyəti  ilə də  böyük  nüfuza  malikdir.  Xalqımız, 
dövlətimiz  onun  əməyini  yüksək  qiymətləndirmiş,  ədə-
biyyatımızın  inkişafında  xidmətlərinə  görə  Azərbaycanın  ən 
yüksək  fəxri  adlarından  biri  olan  «Xalq  şairi»  adına  layiq 
görülmüşdür. Əməkdar incəsənt xadimi, Xalq şairi Fikrət Qoca 
«Şöhrət ordeni» ilə də təltif edilmişdir. 
Son illərdə şairin latın qrafikasıyla çap edilmiş altı cildlik 
əsərləri də Azərbaycan ədəbiyyatına zəngin töhfədir. 
İnsana,  həyat  hadisələrinə  münasibət  cəhətdən  poeziya-
mızın qarşısında duran  vəzifələrin öhdəsindən  məharətlə gələn 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə