Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə55/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   51   52   53   54   55   56   57   58   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
217 
Fikrət  Qoca  yaradıcılığında  mövzu  çoxdur.  Biri  o  birini 
təkrar  etməyən  ideyalarla,  məzmunla  zəngindir.  O,  sənətkar, 
şair  haqqında  əsl  sənət  adamı  kimi  danışır,  sənətkar  qəlbinə, 
sənətkar düşüncəsinə, duyğu və hisslərinə dərindən bələddir. O, 
böyük  sənətkarların  yaşadığı  hissləri  gözəl  başa  düşür. 
Nəsimiyə, 
Nəimiyə, 
Məhəmməd 
Füzuliyə 
və 
digər 
sənətkarlarımıza münasibətində şair taleyi haqqında düşünəndə 
damla-damla əriyir:  
Şairlik ən böyük dərddi. 
Böyük dərdi olan kəslər 
Ölür can qurtarır barı. 
Böyük dərdli şairləri  
Ölməz yaradıbdı Tanrı, 
-deyir.  Bu  deyimdə  «böyük  dərdli  şairləri»  dedikdə  dünyanın 
dərdini,  kədərini öz şəxsi dərdi kimi qəbul  edən,  qeyri-bərabər 
hüquqlu  cəmiyyətdə  əzilən,  məhv  olan,  arzu  və  istəklərinə 
qılınc  çəkilən  insanların  mənəvi,  cismani,  ağrı-acılarını  onlar 
kimi  yanaşmağı  bacaran,  qəflət  pərdəsini  gözlər  qabağından 
götürmək  istəyən,  bu  istəklə  mübarizə  meydanına  atılan 
cismən,  mənən  şam  kimi  dərd  əlində  əriyən  Füzuli  də,  dərisi 
soyulan  Nəsimi  də,  Həllac  Mənsur  da,  Nəimi  də,  neçə-neçə 
dahi  şəxslər  də  yada  düşür.  Bəşər  dərdini,  sevgisini  yaşadan 
misralarında,  əsərlərində  şair  gördüyü  böyüklüyü,  yüksəkliyi 
duyur.  Bu  duyumda  sevgi,  hörmət,  sənətə,  sənətkara  ustad 
gözüylə baxmaq F.Qoca yaradıcılığında əsasdır. 
Fikrət  Qocanın  «Cənnətdən  qovulanlar»  əsərində  to-
xunduğu  məsələlər  çoxdur.  Bu  əsər  bir  həyat  fəlsəfəsi,  insan 
fəlsəfəsi,  vətən,  millət  fəlsəfəsi,  humanizm  fəlsəfəsidir.  Bu 
əsərdə bütöv Azərbaycan eşqi var, o tayda-Güneyimizdə gedən 
milli azadlıq hərəkatına rəğbət var, bu azadlıq hərəkatının verə 
biləcəyi səadətə, xoşbəxtliyə inam var: 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
218 
Orda böyük Azərbaycan tarixi yazılır. 
Qanla yazılır. 
Tariximdən qara ləkələri yuyur qan. 
Farsın hökmranlığından, 
 
 
mənim əsarətimdən gedir zaman. 
Lap yaxındadır o gözəl gələcək…. 
Özünü  dağa,  daşa,  oda,  suya  vuran  şair  o  taylı,  bu  taylı, 
Qarabağlı,  Zəngəzurlu,  İrəvanlı,  Göyçəli  bir  Azərbaycanını 
«cənnət» adlandırır  və özünü,  millətini cənnətdən qovdu Allah 
«Azərbaycan  kimi  bir  cənnətə  doğru»  –deyir  və  bu  vətənin 
qədrini 
bilməyə 
çağırır 
millətini, 
torpağını 
sevənləri-
Azərbaycan vətəndaşını! 
Fikrət  Qocanın  ədəbiyyata  gəldiyi  illər  Azərbaycan 
nəsrinin  sürətlə  inkişaf  etdiyi  bir  dövr  idi.  Müharibə,  onun 
dəhşətləri,  xalqların  faşizmə  qarşı  nifrəti,  müharibəyə  düçar 
olan  torpaqlarda  faşizmə  qarşı  aparılan  partizan  hərəkatı,  ön 
cəbhə,  arxa  cəbhədə  olan  insanların  faciəli  həyatı,  qələbəyə 
inam  üstündə  köklənmiş  xalqların  dəyanəti,  əzmkarlığı  və  s. 
mövzular  bu  illərdə  yaranan  nəsr,  şeir,  dram  əsərlərinin  əsas 
mövzularını təşkil edirdi. 
Azərbaycan  nəsri,  Azərbaycan  hekayəsi  öz  rəngarəngliyi 
ilə  diqqəti  cəlb  etmişdir.  Mehdi  Hüseyn,  M.  İbrahimov, 
İ.Hüseynov,  Ə.Məmmədxanlı,  Mir  Cəlal,  Əbülhəsən,  Ə.Və-
liyev,  İ.  Şıxlı,  İ.  Əfəndiyev,  İ.  Hüseynov  və  b.  adını  çəkmədi-
yim  onlarla  nasirimiz  cəmiyyətdə  baş  verən  hadisələri,  yeni-
likləri özündə əks etdirən gözəl nəsr nümunələri yaratmışdılar. 
Fikrət  Qocanın  «Qoca  söyüd  də  yıxıldı»,  «Bir  gecə»  və 
başqa  hekayələri,  «Dəniz  altındakı  xatirələr»,  «Qar  əriyir», 
«Mavi  dünyanın  adamları»  povestləri,  həmçinin  «Taleyin  ağır 
taleyi» romanı… psixoloci səpkidə yazılmış əsərlərdir… 


 
Sənət, sənətkar və zaman
 
 
 
219 
Ümumiyyətlə,  F.  Qocanın  nəsr  əsərlərində  belə  bir  xətt 
daha  qabarıq  nəzərə  çarpır:  müasir  dövr  keçmişlə  üz-üzə 
qoyulur,  burada  qarşılaşdırma  yox,  sadəcə  olaraq  ayrı-ayrı 
dövrlərin və hər dövrün yetirməsi olan insanların psixologiyası 
araşdırılır. 
F.Qocanın  nəsr əsərlərinin  hər biri  zərurətdən  yaranıb.Və 
həyatda  baş  verən  bu  prosesləri  ancaq  nəsr  dili  ilə  vermək 
olardı.  
Nizami Cəfərov yazır: «Bizdə ədəbi inkişaf elədir ki, nəsr 
təfəkkürü  ardıcıl  olaraq  şeir  təfəkküründən  qidalanır.  Lakin 
Fikrət  Qocanın  poetik  marağı  elədir  ki,  bir  sıra  hallarda  nəsr 
materialına da nüfuz edir, poeziyada nəsr kökündə də düşünür, 
eksperimentlər  aparır,  bütün  eksperimentlər  isə  əsas  bir 
məqsədə-klassik  normativliyi  zədələmədən  şeir  təfəkkürünün 
hüdudlarını genişləndirmək məqsədinə xidmət edir» 
Fikrət  Sadıq  gənc  yaşlarından  şeirə,  ədəbiyyata  həvəs 
göstərmiş,  şeirlər  yazmış,  univesitetdə  oxuduğu  illərdə  mət-
buatla  yaxından  əlaqə  saxlamış,  universitetin  nəşriyyatının 
buraxdığı  almanaxlarda  şeirləri  ilə  çıxış  etmiş,  60-cılar 
nəslindəndir. 
  İlk  şeri  1946-cı  ildə  Bakıda  "Azərbaycan  gəncləri" 
qəzetində dərc olunan "Bahar" şeri idi. "Cığır" (1963), "Ömrün 
bir  günü"  (1965),  "Dəniz  küçəmizə  gəlir"  (1968),  "Sevgi 
yağışı"(1970), "İşığın yaşı" (1974), "Ağ cığır" (1979), "Yerdən 
göyə  ümid"  (1981),  "Məndən  soruşsalar"  (1985),  "Dünya  öz 
işindədir" (1989), "Seçilmiş əsərləri" (1991),  "İşlə ev arasında" 
(1997),  "Gözlədiyim  ömür",  "Taleyin  acığına"  (2003)  və  s. 
kitabların müəllifidir. 
Sonrakı illərdə şair bütün ömrünü yaradıcılığına bağlamış, 
otuzdan  çox  kitab  nəşr  etdirmişdir.  O,  nəsr  sahəsində  də 
qələmini sınamış "Xırdaca gəlin", "Daş  balkon", "İlk məhəbbət 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
220 
haqqında  daha  bir  hekayə»,  "Sinif-sinif  oyunu"  və  s. 
hekayələrini yazmışdır.  
Fikrət  Sadıq  qələmini  publisistika  sahəsində  də  sınamış 
uğurlu nəticələr əldə etmişdir. Belə ki, onun yazıdığı bu ədəbi-
bədii  publisistik  yazılar  ədəbiyyatımızın  düzgün  inkişafı 
məsələlərilə,  bir  çox  sənətkarların  ədəbi-bədii  yaradığıcılığı 
haqqında dəyərli fikirlərlə zəngindir. "Məmməd Arazdan yeddi 
söz",    "Müşfiqin  işığında  yol  getmək  olar",  "Adını  de,  səni 
tanıyım",  "Ümmandan  damla",  "Rəsul  Rza",  "Vətənə  qayıt", 
"Balaş  Azəroğlu",  "Xəlil  Rza  kimdir?",    "Söz  haqqında  söz", 
"Təbiəti  qoruyun"  kimi    çoxlu  sayda  publisistik  yazıların 
müəllifidir. 
Uşaqlar  üçün    bir-brindən  mənalı  əsərlər  yazmışdır.  O, 
"Cırtdan hara getmişdi" (1970), "Bala kirpi" (1972), "Göydə nə 
var"  (1978),  "Göydən  alma  düşmədi"  (1982),  "Gəlin  dənizi 
yuyaq" (1988), "Şeirli əlifba" (1988), "Bir parça vətən" (1998)  
kitabları  ilə  uşaq  ədəbiyatını  daha  da  zənginləşdirmişdir. 
"Yumaq  top"  Bakıda  Kukla  teatrında,  "Bir  parça  vətən"-
Bakıda,  Gənc  Tamaşaçılar  teatrında,  "Oğul"-Şamaxıda,  "Biri 
vardı, 
biri 
yoxdu"-(Alp 
Ağuz) 
Lənkəranda 
tamaşaya 
qoyulmuşdur."İçəri 
şəhər", 
"Naxçıvan-50", 
"Süleyman 
Rüstəm" sənədli filmlərinin "Cırtdanın yeni sərgüzəştləri" cizgi 
filminin ssenarilərini yazmışdır. 
Şairin  əsərləri  dünyanın  bir  çox  dillərinə  də  tərcümə 
edilmişdir.  "Raneniye  doma"  (1970),  "Veçernaya  pesnya" 
(1974),  "Semisvetni  klubok"  (1981),  "Nadecda  ot  zemli  do 
neba" (1995), "Belaya tropa" (1995), Ukrayna, rus, belarus, es-
ton,  litva,  qazax,  özbək,    macar  və  digər  dillərdə  tərcümə 
olunmuş şeirlərin müəllifidir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə