Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə58/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   54   55   56   57   58   59   60   61   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
229 
Zərdüştizmin  onun  xalqına,  vətəninə  aid  olduğunu,  Allahı 
yaradıcı  qəbul  edən  ilk  din-inam  meyarlarına    söykənərək 
yaşayan,  inkişaf edən,  yaradan bir soya,  millətə mənsubluğunu 
sübut  etməyə  çalışır  və  bununla  fəxr  etməkdə  haqlıdır.  Çünkü 
onun  dili,  mədəniyyəti,  tarixi  doqquz  min  ildən  də  qabaq 
yaranmış  olsa  da,  o  yaşayır.  Onu  yaşadan  varisləri,  bu  dilin 
sahibi  olan  müasir  türk  xalqlarıdır.  Xalqın  varlığı  elə  tarixin 
özüdür.  Xalq  özü  bu  tarixi  kitabı,  min  illərin,  minilliklərin 
maddi  və  mənəvi  mədəniyyətini  yaşadır,  qoruyur,  cilalayır, 
püxtələşdirir.  Dünya  sivil  mədəniyyət  tarixinə  bu  xalq  Dədə 
Qorqud,  Nizami,  Füzuli  kimi  böyük  dühalar  bəxş  edib.  Onlar 
öz  kökü  üstündə  şaxələnib,  qabiliyyəti,  istedadının  işığında 
yetişib. 
Hələ 
kağızlara 
köçürülməyib, 
sinədanlarında  
minilliklərin  həyat  hadisələrini    yaşadan,  qoruyan,  istəyi 
düzlük, haqq-ədalət, insanlığa sevgi üzərində pərvəriş tapan, bu 
yolda çalışan, çarpışan Allah yolu tutan xalqımın parlaq, şərəfli 
əcdadlarından görüb, götürüb. Şeirə, sənətə, sözə, hikmətə tanrı 
hikməti,  tanrının  göndərdiyi  qüdrət  kimi  baxan,  insana,  insan 
ağlına,  zəkasına,  istedadına  yüksək  qiymət  verən  bu  xalqın 
övladıdır AzərAzər də. Onu yaşadan, qoruyan var: 
   
Tanrımdır, xalqımdır, birdə ki, bəşər, 
   
Ölümdən, itimdən gözləyib məni 
Yaradana  yaxın,  onu  özünə  əziz  bilən,  doqquz  min  ildir 
(bəlkə də daha çox) ki, düzlük yolunda əyrilərlə pəncə-pəncəyə 
olan  xalqının  ilkin  yaradılışının  ən  qədimliyini    misralarında 
şair  poetik  dillə    tərənnüm  edir,  onun  həyat  vəsiqəsini,  həyata 
gəlişi,  doğum  vəsiqəsini  yazır,  aşağıdakı  bu  dörd  misra  özü  
yazılmamış  təbiətin  qanunları  kimi,  həqiqət  ölçüsü  kimi 
oxucunun diqqətindədir: 
   
 
Göydən bir daş düşüb dənizə bir gün 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
230 
Qoşaboğaz dəniz dibdən alışıb. 
Mən onda anadan olmuşam, oğul, 
Taleyim o gündən onda qarışıb. 
Dünya  yaranandan  türk-azəri  deyilən  bir  xalqın    möv-
cudluğunu    bu  gün  özünün    varlığında  da  duyan  şair  daş 
kitabələrin,  "Qobustan  nağılı"  deyilən  qayaüstü  naxışlar, 
cizgilər, "Ana hökmdar", "Sevgi  əfsanəsi", "Qızıl qan" deyilən 
yadigarların  o  əsrlərdən,  minilliklərdən  xəbər  verdiyini,  o 
minillikləri bü gün də özündə yaşatdığını, indiyə kimi nəsildən-
nəslə ötürülərək saxlanılıb, kitablara  çevrildiyini və özünün də 
onları gələcək nəsillərə çatdırma borcunu başa düşür. Yaratdığı 
«Epos»u  xalqının,  soyunun  tarixini,  mədəniyyətini,  milli-
mənəvi  dəyərlərini,  onunla  bağlı  müxtəlif  əsrlərdə  deyilən 
qiymətli tarixi  məlumatları,  mənbələri,  xüsusi  ilə  də sinədəftər 
xalqının  keçdiyi  həyat  yolunu,  həqiqətləri  özündə  yaşadan 
folklorunu  dərindən  öyrənməklə,  ömrünün  müdrik  çağında 
əlinə  qələm  götürüb  xalqının,  millətinin  dastanını  yazmağa 
cürət  edən,  istədiyinə  nail  olan  və  bu  yolda  böyük  bir  sənət 
əsəri  yaratmaqla  indiyə  qədər  fikirlərini,  yazdıqlarını  bir 
nöqtəyə  toplayıb  xalq,  vətən,  millət  mənafeyini  əsas  götürən 
vətən  ziyalısının  öz  ulusuna,  uruq-turuğuna  hörmət  və 
məhəbbətin  ifadəsi  kimi  qəbul  etsək,  onun  gələcək  nəsillərə 
soyuna,  kökünə  bağlılığa  çağırışı  kimi  qiymətləndirsək,  səhv 
etmərik.  
Gülhüseyn  Hüseynoğlu  böyük  Vətən  müharibəsinin  son-
larında  ədəbiyyata  gəlmiş,  mənsur  şeir  müəllifi,  Azərbaycan 
nəsrinin  görkəmli  nümayəndəsidir.  Onun  «Bir  ömrün 
çıraqları», 
«Etiraf», 
«Nigarançılığın 
sonu», 
«Ay 
nur 
çiləyəndə»,  «Yanacaq  üçün»,  «İnsan»,  «Gözəl»,  «Mücrü», 
«Seçilmiş əsərləri»,  «Ömrümüz boyu», «İnsanlar və dalğalar», 
«Qatar  gedir»,  «Xəzərin  qoynunda»,  «Poylunun  gənc  çobanı» 


 
Sənət, sənətkar və zaman
 
 
 
231 
oçerklər kitabı çap olunmuşdur.  Onun yaradıcılığı üçün aparıcı 
canr  mənsur  şeirdir:  «mənsur  şeir  dünya  ədəbiyyatında  nadir 
poetik  canrlardan  biridir.  «Mənsur  şeiri  çətin  canr  sayanlar 
haqlıdırlar. Şeiri nəsrlə yazmaq xüsusi istedad tələb edir. Vəzn 
və qafiyədən başqa əsl şeirə xas bütün poetik incəliklər mənsur 
şeirdə  də  vardır.  Əslində  mənsur  şeirin  vəznə  və  qafiyəyə  heç 
ehtiyacı da yoxdur. Bu canr bədii nəsrin qısalıq, lakonizm və az 
sözlə  dərin  məna  ifadə  edən  məziyyəti  ilə  şeirin  hikmətli 
sözlərlə,  aforizmlərlə  dolu  lirik  poetik  vüsətini  özündə 
birləşdirir»  Bu  canrda  yazılmış    əsərlərin  özünü  də,  onların 
müəllifini 
də 
barmaqla 
saymaq 
olar... 
Azərbaycan 
ədəbiyyatında bu canrı G.Hüseynoğlu təmsil edir. 
Nəriman  Həsənzadə  yaradıcılığa  lirik  şeirlərlə  başlamış, 
ədəbiyyatımızda, 
poeziyamızda 
lirik-dramatik 
poemalar, 
mənzum  dramlar  ustası  olub,  Azərbaycan  tarixinin  müxtəlif 
dövrlərini  özündə  əks  etdirən  əsərlərini  qələmə  almış,  tarixçi-
filosof,  şair-filosof  müdrikliyi  ilə  ədəbi  yaradıcılığında 
tanınmışdır.  Onun  müasir  mövzulara  həsr  olunan  şeirlərindəki 
səmimilik,  incə  lirizm,  ailə-məişət  xarakterli  əsərləri  «ən  yeni 
dövr Azərbaycan poeziyasının uğuru» sayılır. 
Nəriman  Həsənzadə  oricinal  poetik  keyfiyyətə  malik 
şairdir. Qorki adına Ədəbiyyat  instututunda aldığı təhsil «onun 
poetik  istedadının  cilalanmasında,  düşüncənin,  ideyalarının 
daha  da  demokratikləşməsində»  böyük  rolu  olmuşdur,  
dövrünün ədəbi mühitinə dərindən bələd olan lirik şairin  50-ci 
illərdə  ilk  kitabı  nəşr  olundu.    «Dostlar  gözləyir  məni»,  «Qız 
ürəyi»,  «Hardasan»  kiçik  şeirlər  kitabı  ilə  yanaşı    mükəmməl 
yaradıcılıq  keyfiyyətlərini  özündə  əks  etdirən  «Sizdən 
ayrılmadım»,  «Könlüm  şeir  istəyir»,  «Yadına  düşəcəyəm», 
«Niyə  demədiniz?»,  «Nəriman»,  «Zümrüd  quşu»,  «Nabat 
xalanın  çörəyi»  və  s.  əsərlərin  müəllifidir.  «Mənim  gecəm-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
232 
gündüzüm»,  «Sən  bağışladın»,  «Bir  az  möhlət  istəyirəm 
ömürdən»,  «Fikir  eləmə»,  «Kimin  sualı  var»,  «Seçilmiş 
əsərləri»,  «Bütün  millətlərə»  (1991),  «Gəlimli-gedimli  dünya» 
və s. kitabları Azərbaycan ədəbiyyatına qiymətli nümunələrdir. 
«Nabat  xalanın  çörəyi»  povesti  onun  poetik  düşüncələriylə 
zəngin  nəsr  əsəridir.    Rus,  alman,  italyan  dillərinə  tərcümə 
olunmuş 
bu 
povest 
zəngin 
yaradıcılıq 
məhsuludur. 
N.Həsənzadənin  tərcüməçilik  fəaliyyəti  də  yaradıcılığında 
mühüm  yer  tutur.  Onun  rus,  ukrayna,  türkmən,  çin,  kalmık 
dillərindən tərcümələri yaxşı nümunələrdir. 
N.Həsənzadənin  yaradıcılığındakı  «kövrəklik  də,  həsrət 
də,  hicran  da  məhz  onun  ürəyindən  süzülüb  gələn  poetik  bir 
dillə  ifadə  olunduğu  üçün  oxucunu»  düşündürür.  Xəlil  Rza 
yazır:  «şair  cəsurluğunun  atributlarından  biri  səmimiyyətdir. 
Nəriman  Həsənzadə  təpədən-dırnağacan  səmimi  şairdir,  onun 
daxilən işıqlı, mən deyərdim ki, günəşli poeziyasında bircə yad 
xala, ürəkdən qopmayan ifadəyə rast gəlmək çətindir». 
Tədqiqatçı  alimlər  onun  yaradıcılığını  yüksək  qiymətlən-
dirir.  N.Cəfərov  fikirlərində  haqlıdır  ki,  «şairlik  N.Hə-
sənzadənin  stixiyasıdır-o  təkcə  şeirində,  nəsrində,  dramatur-
giyasında  deyil,  adi  məişətində  də  şairdir,  yazanda  da,  yaz-
mayanda  da  şairdir».  Yaradıcılığındakı  mövzu  rəngarəngliyi 
insana  ehtiram  və  məhəbbət  konsepsiyası»,  təbiətin  əsrarəngiz 
gözəlliyinə  məftunluq,  vətənə  ülvi  bağlılıq,  qadın  ləyaqətinə 
hörmət  və  s.    N.Həsənzadənin  şeirlərinin  «ana  xəttini»  təşkil 
edir.    Şairin  beynəlxalq  mövzuda  yazdığı  əsərləri    oxucu 
kütləsinin  sevdiyi  əsərlərdir,  bu  əsərlərdə  o,  fərdi  poetik 
ümumiləşdirmə  tipinə  malik  təkrarsız  bir  şairdir.  Siyasi  lirika 
da  onun  yaradıcılığında  əsas  mövzulardandır.    Məsələn, 
«Tarixdən  imtahan  götürmədilər»  şeirində  Sovet  dövlətinin 
faciəli taleyi poetik şəkildə verilir: 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə