Sənət, sənətkar və zaman
213
Fikrət Qocanın şeirlərində müasirlik güclüdür. Onun insan,
təbiət gözəlliklərini tərənnüm edən lirik şeirləri ilə yanaşı,
həyat həqiqətlərini, olum, ölüm, ömür yükü, ehtiyac
üzüntülərinin zərif insan qəlbində yaratdığı qüssə, kədər motivli
şeirləri yaşadığı bir ömrün anlarıdır. Onun poeziyası məhz buna
görə bizə xoş təsir bağışlayır ki, qələmə aldığı hadisələr bizim
gündəlik rastlaşdığımız, gördüyümüz reallıqlardır. "Ömründən
anlar" insanları bir-birinə bağlayan duyğuların şair qəlbində
poetik ifadəsidir. Ömrün enişli-yoxuşlu yollarında şairin gözləri
qarşısında şöhrət dənizində üzənlər də var, ehtiyac içərsində
yaşayıb, gündə yüz yol üzü danlanan insanlar, sıxıntılar
içərisində göynəyən qəlblər də var, hər cür çətinliklər
qarşısında dağ vüqarını ayaqlar altına atmayan, şəxsiyyətini,
ləyaqətini dünya varından uca tutan da var, yaltaqlıq edib öz
şəxsi mənafeyi naminə ayaqlar altında öz mənliyini əzənlər də
var, övlad yolunda, onun xoşbəxt, sağlam böyüməsi naminə
şam kimi əriyən valideyn də var, torpağı yolunda canından
keçən əsl vətəndaş, əksinə onu satan vətən xaini də var. Və
bütün bu reallıqları biz insanlar yaşayırıq, görürük. Fikrət Qoca
qələmində bu reallıqlar poetikləşərək bizə qaytarılır, insanı öz
əməlləri qarşısında düşünməyə, təmizlənməyə, özünütərbiyəyə,
əməllərini yenidən götür-qoy etməyə, gələcək nəsillərə örnək
olmaq üçün özünüdərkə çağırır. O, insanları düşünməyə, bir-
birinin qədrini bilməyə, vətənpərvərliyə, saflığa, səmimiyyətə,
bütünlüklə bəşəri duyğularla, nəcib əməllərlə köklənməyə
səsləyir.
Fikrət Qoca müasir Azərbaycan poeziyası 60-cılar
nəslinin ən ləyaqətli sənətkarlarından biridir. Çox zəngin ədəbi
irsin sahibi olan sənətkarımızın dərin məzmunlu əsərləri
haqqında ədəbiyyatşünaslarımız, tənqidçilərimiz, şairin qələm
dostları onun poeziyasının, böyük ictimai məzmunlu nəsr
Gülxani Pənah, Salatın Əhmədli
214
əsərlərinin, dərin fəlsəfi estetik görüşlərinin təsir gücü haqqında
yazmış, yaradıcılığının müxtəlif sahələri haqqında qiymətli
fikirlər söyləmişlər.
Anar yazır: «Mən və mənimlə bir dövrdə 60-cı illərin
əvvəllərində ədəbiyyata gəlmiş şair və nasirlər bir məsələdən
hələ də razı qala bilmirik ki, bizim 60-cı illər nəslinin içərisində
«öz tənqidçilərimiz» yetişmədi. Bizim yaşıdlarımız içərisində
istedadı ilə seçilən 60-70-ci illər Azərbaycan poeziyası və
nəsrində yeni ictimai şüurun, ədəbi zövqün, əxlaqi prinsiplərin
tənqiddə ifadəçiləri olmaq istəmədilər və ya ola bilmədilər».
60-cılar kimi tanınan şair və yazıçılarımız 60-cı illər
ədəbiyyatının, ondan əvvəlki dövrün böyük qələm sahiblərinin
təcrübələrindən
yararlanmaqla,
onları
təkrar
etmədən,
ədəbiyyata yeni mövzular, ideyalar gətirməklə ədəbiyyatımızı
zənginləşdirdilər. 60-cı illərdə də 20-30, 40-50-ci illərin
nəslindən olan Osman Sarıvəlli, Məmməd Rahim, Nigar
Rəfibəyli, Rəsul Rza, sonralar B.Vahabzadə, Nəbi Xəzri, Əli
Kərim, Xəlil Rza və b. yazıb-yaradır, Azərbaycan ədəbiyyatına
xidmət edirdi. Lakin hər gələn nəsil öz fərdi üslub
keyfiyyətləri, öz poetik axtarışları ilə ədəbiyyata yeni ab-hava
gətirməkdə idi. 60-cılar ədəbiyyat aləmində özlərindən əvvəlki
sənətkarlardan öyrənməklə bərabər ədəbiyyatımızda yeni bir
nəsil kimi formalaşmaqda idilər. Onlar şeirlərində zaman,
təbiət,
dünya,
kainat,
elmi-texniki
nailiyyətlər,
insan
problemlərini qoyurdular. İnsan və zaman vəhdətində 60-cılar
insan düşüncəsini, idrakını, təfəkkürünü, onun mürəkkəb
aləmini əsas götürürdülər. Onların söhbət açdığı, düşündükləri
insan dünyası bu günü, sabahı, gələcəyi üçün narahat
insanlardır. Üzərilərinə bir insan kimi düşən məsuliyyəti duyan
müasir dünyagörüşə malik insanlardır. Onlar vətənpərvər
olmaqla yanaşı bəşəri amal sahibidirlər.
Sənət, sənətkar və zaman
215
Bu gün Fikrət Qocanın müraciət etdiyi mövzuların
bəşəriliyinə nəzər saldıqda inanırsan ki, o, zamanın şairidir.
İkinci Dünya müharibəsinin qanlı-qadalı, faciəvi illəri-o
müharibənin getdiyi torpaqların sinəsində açdığı yaraları Fikrət
Qoca «Xatın kəndi» şeirində daha təsirli şəkildə, müharibəyə
nifrət hissilə qələmə alır. Gördüyü «dəhşətlərdən daşa dönüb
zaman» «yatmış bu torpaqda».
Viranələr bayquşunun
Ən möhtəşəm sarayıdır
Yandırılmış Xatın kəndi.
O, Xatın kəndində öldürülmüş, yandırılmış insanların
xatirəsini əbədiləşdirmək üçün məzarlar üzərinə qoyulan
mərmərləri günahsız qurbanların «daşa dönmüş harayı» bilir.
Fikrət Qoca «Telefonla söhbət» şeirində Yer kürəsini
«xəstə» kimi oxucu qarşısına çıxarır:
Alo! Təcili yardım,
Kömək eləyin!
Bu misradakı təlaşı, həyəcan təbilini çalan şair onun
xəstəliyini «Nüvə silahı»nın başının üstdən asılmasında, «bir
ayağı qəbirdə» olmasında görür. O, həyəcan təbilini çalan, onu
qurtarmağa çalışan «günahlı-günahsız bütün canlıların yaşamaq
həvəsi»dir.
Zamanın gərgin, psixoloci portreti qarşımızdadır. Yer
kürəsinin simasında, çaldığı həyəcan təbilində insan var.
Yer kürəsi də yaşamaq istəyir. O da fırlanır. Başına
gətiriləcək müsibətlərdən xəbərsiz «fırlanır». Özünü «günə
verən» Yer kürəsinin taleyinə yanım var şairin bu misralarında.
«Dünyadan bir Araz axır» şeirində dünya mövzusunda öz
millətinin, xalqının dərd-sərini çözələyir, çəkdiyi ağrıların,
acıların verdiyi əzabları ifadə edir. «Araz xəstəliyi» dünyanın
xəstəliyidir, insan canında, taleyində oturub gücü çatan bu
Gülxani Pənah, Salatın Əhmədli
216
zərif, incə məxluqatı iynələyir, göynədir. Şair ikiyə bölünmüş –
Azərbaycan taleyini yaşayan ölkələrin, xalqların dərdini qələmə
alır. «İki qaşım arasından, iki gözüm arasından Araz axır»-
deyən şairə görə bir üzü od, bir üzü su olan Araz Vyetnam
elindən, Koreyadan axır, «keçidlərlə damğalanmış hər tindən
Araz axdığını, dünyanın yarısında «Araz xəstəliyi»nin
olduğunu onun ağrısını, acısını yaşamış, yaşayan bir elin övladı
kimi duyub qələmə alır. Araz xəstəliyi insan ömründən bac alır.
Həsrət, hicran, qürbət dərd-ələm, ayrılıq xəstəliyidir. İnsana
səadət, xoşbəxtlik vermir. Sinələrdəki ən şirin arzularda bir
Araz xəstəliyi var. O Araz «əsrimizdən axır», axır, axır, ancaq
«axmayacaq bir zaman». Burada şair insan qəlbini dünyasının
ədaləti-ədalətsizlikləri içərisində iynə ucu qədər də olsa
göstərdiyi ümidin arxasınca yollayır. Bax bu «axmayacaq bir
zaman», şairin ümidləri, arzuları, gələcəyə nikbin baxışlarının
səsidir. Şairin lirik qəhrəmanı inanır ki, ikiyə bölünən,
sinəsində ayrılıq, həsrət körpüsü salınan Arazlar «axmayacaq
bir zaman».
Şair dünyasını azad, insanlarını xoşbəxt, dünyanı sər-
hədsiz, millətləri, dövlətləri bir-birinə iddiasız, dost, qardaş
görmək istəyir. O, «Araz xəstəliyi»ni ürəyində gəzdirən bir
torpağın övladıdr və taleyi vətənin taleyinə bənzəyən ölkələrin
vətəndaşlarının dərdini –sərini yaxşı başa düşdüyündən onları
da özü kimi xəstə görmək istəmir. Dünya bəşər övladının
məskənidir. Hər kəs qismətinə düşən torpağa, sərvətə qane
olmalıdır. Özgə malına göz dikməməlidir. Nəfsinin əsiri
olmamalıdır.
Nəfsini
özünə
əsir
etməlidir.
Dünyanın
gözəlliklərini duymalıdır insan, o gözəlliklərdən zövq almalıdır.
Beş günlük dünyadan nə aparacağını da gözəl bilən insan
düşünməlidir, hərəkətlərinə, əməllərinə cavabdeh olmalıdır.
Dostları ilə paylaş: |