Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə52/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   48   49   50   51   52   53   54   55   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
205 
sevinc», «Eşitmədiyim  mahnı»,  «Qoy  bizimlə qalsın»  və s.  ki-
tabları  Moskvada  kütləvi  tiracla  nəşr  olunmuş,  əsərləri  xarici 
ölkə xalqlarının dillərinə tərcümə olunmuş, «Bayquş gəlmədi», 
«Bütün  yaxşılıqlar  üçün  ölüm»  əsərləri  Azərbaycan  Dövlət 
mükafatına  layiq  görülmüşdür.  «Böyük  şəhərin  nağılları», 
«Katastrofa» 
(1963), 
«Uşaqlığın 
son 
gecəsi» 
(1968), 
«Naməlum  mahnı»,  «İki  povest»  əsərləri  rus  dilində  nəşr 
olunmuşdur. 
Bu  dövrdə  ailə-məişət  mövzusunda,  xalqın  mənəvi 
saflığına  həsr  edilmiş  əsərlər  yaranırdı.  S.  Rəhimovun  «Saçlı» 
romanının  son  cildləri,  «Ağbulaq  dağlarında»  romanları,  «Ata 
və  oğul»,  «Arzu»,  «Yanan  buludlar»  povestini,  müharibə 
mövzusunda İ.Qasımov və N. Seyidbəylinin birlikdə yazdıqları 
«Uzaq 
sahillərdə», 
S.Vəliyevin 
«Mübahisəli 
şəhər», 
M.İbrahimovun,  Ə.Vəliyevin,  İ.Şıxlının  bir  sıra  hekayələri, 
Ə.Əbülhəsənin 
«Müharibə», 
M.Cəlalın 
«Yaşıdlarım» 
romanları,  M.Hüseynin  «Fəryad» povesti  yazılır.  Böyük Vətən 
Müharibəsi  mövzusunda  yazılmış,  müharibə  həyatı  geniş  epik 
lövhələrlə  təsvir  edilmiş,  azərbaycanlı  döyüşçülərimizin  Krım 
cəhbəsində,  Adriatik  dənizi  sahillərindəki  Triyest  torpağında 
partizan  hərəkatında  fəal  iştirakı  və s.  məsələlər geniş təsvirini 
tapmışdır. 
İsmayıl Qarayev XX əsrin 50-ci illərindən hekayə, roman, 
povest və oçerkləri ilə tanınır. O, «O və mənim anam» (1964), 
«Aydınlıq»  (1968),  «Tərtərin  mahnıları»  (1969),  «Əməyin 
bəhrəsi»  (1972),  «Gecə  keçir»  (1973),  ölümündən  sonra  
«Dağlar  dağımdır  mənim»  (1994),  «Sxodka»  (mikroroman), 
«Yalandır» (mikroroman), «İnsan var hələ» (mikroroman) kimi 
25-ə  qədər  kitabın  müəllifidir.    Repressiyaya  məruz  qalmış, 
uzun  müddət həbsxanalarda  mənəvi  və  cismani əzab  çəksə də, 
sonralar  bəraət  almış,  ömrünün  sonlarına  qədər  doğma 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
206 
kəndlərində  yaşamış İsmayıl Qarayevin əsərləri  bədii cəhətdən 
dəyərli əsərlərdir. 
Mikayıl  Rzaquluzadə  nasir,  şair,  tərcüməçi  kimi  zəngin 
yaradıcılığı  ilə  tanınır.      20-dən  çox  («El  gücü»,  «Ağ  dana», 
«Qu  gölü»,  «İstək»,  «Dan  söküləndə».  «Ölkənin  çiçəkləri», 
«Nəsillərdən-nəsillərə»,  «Yaz  günəşi»  və  s)  bədii  kitabların 
müəllifidir.  Ədəbi  fəaliyyətə  1923-cü  ildə  «Abdulla  Şaiq» 
kitabçasına  daxil  edilmiş  «Müəllim»  şeiri  ilə  başlayan  M. 
Rzaquluzadənin 
dünya 
və 
keçmiş 
SSRİ 
xalqlarının 
ədəbiyyatından 
tərcümələri 
var. 
60-dan 
çox 
tərcümə 
kitablarının  müəllifi  M.Rzaquluzadənin  tərcüməçilik  fəaliy-
yətinin  genişliyi,  zənginliyi  insanı  heyran  qoyur.    Onun  tərcü-
mələrində    Nizami,  Y.Lebedinski,  T.Oldric,  R.Kiplinq, 
M.Şoloxov,  A.Düma,  İ.S.Turgenev,  A.Darbni,  L.Tolstoy,  S. 
Svift  və  adını  çəkmədiyim  onlarca  sənətkarların  əsərlərini 
dilimizə tərcümə etməklə dünya ədəbiyyatı haqqında Azərbay-
can  oxucularının  biliklərini  dərinləşdirmiş,  ədəbiyyata  marağı 
gücləndirmişdir.  
    
 
    
 


 
Sənət, sənətkar və zaman
 
 
 
207 
XX ƏSRİN 60-80 -cı İLLƏR ƏDƏBİYYATI,  
SENZURA... 
 
XX  əsrin  50-ci  illərinin  sonu,  60-cı  illərin  əvvəllərində 
sovet  cəmiyyətində  şaxtası  qılınc  kimi  kəsən  kommunist  ideo-
logiyasının  buzu  yavaş-yavaş  sınmağa  başladı.  Sosializm 
realizm  metodu  ədəbi  yaradıcılığa  polad  kimi  sərt  təzyiqini 
artıq  göstərə  bilmirdi.  Yazıçının  müstəqil  düşünmə,  yaratma 
hissi,  azadlıq  duyğuları  bu  polad  hasarları  uçururdu,  sənətkar 
istəyi  bu  buxovları qırırdı.  Cəmiyyətdə gedən quruculuq  işləri, 
hər  sahədə  özünü  göstərən  müvəffəqiyyətləri  ilə  yanaşı,  
qüsurları,  problemləri  ilə də ədəbiyyatın  mövzusuna çevrilirdi. 
Repressiya,  şəxsiyyətə  pərəstişin  faciəvi  nəticələri,  stalinizm 
siyasətinin  dəhşətləri  ədəbi  mövzulara  yol  alırdı.  Sovet 
kommunist 
ideologiyasının 
Azərbaycan 
vətəndaşlarına, 
bütövlükdə  Azərbaycana,  onun  alim,  ziyalı,  kütləsinə  vurduğu 
zərbələr  ifşa  edilirdi.  Buxovlanmış  ədəbiyyat  kommunist 
ideologiyası,  sosializm  quruculuğu  çərçivəsindən  çıxırdı, 
ümumbəşəri  mövqe  tuturdu,  insanın  daxili  aləminə,  mənəvi 
dünyasına  maraq  artırdı.  Yazıçı  psixologiyasında  çərçivələr 
görünməməkdə  idi.  Kommunist  ideologiyasına  zidd  əsərlər 
çətinliklə  də  olsa  yaranmaqda  idi.  50-60-cı  illərdə    ədəbiyyata 
gələn  yeni  istedad  sahibləri  əvvəlki  yazıçı  nəslindən  fərqli 
düşüncələrlə  yaşayıb-yaradır.  Ədəbi  prosesdə  yeni  bir  ab-hava 
duyulur.  Bu  da  ədəbiyyatımızın,  Azərbaycan  ədəbiyyatının 
ümumi  xarakterinə,  məzmununa  «həlledici  təsir»  göstərirdi:  
hər  dövrdə  cəmiyyətin  aparıcı  qüvvələri  olan  alimlər,  şairlər, 
yazıçılar,  dramaturqlar  mövcud  cəmiyyətlərində  gördükləri 
çatışmazlıqlarla  barışmamış,  bu  və  ya  digər  şəkildə,  sətiraltı 
mənalarla, üstüörtülü kinayələrlə, müəyyən simvolik vasitələrlə 
öz  etirazlarını  ifadə  etmişlər.  İctimai  fikir  tarixində  belə  hallar 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
208 
həmişə olub. Elə 50-ci illərdə kommunist  sisteminə, onun siya-
sətinə  belə  sətiraltı  mənalarla  etiraz  edənlərdən  birinin  Rəsul 
Rza  olduğunu  tənqidçilər  xüsusilə  qeyd  edirlər.  Onun 
«Rənglər»  silsilə  şeirlərini,  «Tez  yazan  qızlar»,  «Sarı  dana», 
«Balıq olmaq istəyirəm» və s. şeirlərini buna nümunə gətirirlər: 
«Bizim böyük bir əminliklə gəldiyimiz ən maraqlı qənaətlərdən 
biri  belədir  ki,  həqiqətən  də  60-cı  illərin    poeziyası  və  onun 
yaradıcıları məhz Rəsul Rzadan təsirlənən o zaman   hələ yeni-
yeni  şeirə-sənətə  gələn  cavanlardan  ibarət  olmuşdur.  Məzahir 
Daşqın,  Fikrət  Qoca,  Fikrət  Sadıq,  Əli  Kərim,  İsa 
İsmayılzadə,Tofiq  Bayram,  Cabir  Novruz,  Sabir  Rüstəmxanlı, 
Ramiz  Rövşən,  Vaqif  Səmədoğlu,  Vaqif  Cəbrayılzadə  və    s. 
özlərinin  poetik  yolunun  başlanğıcında  onun  qayğısını  görmüş 
və  bilavasitə  öz  həyatlarında  onun  təmasını  duymuşlar. 
Sonralar  onlardan  bəziləri  ənənəvi  şeir  formasına  keçsələr  də, 
məna və mahiyyət dəyişməz qaldı».  
Alimlər,  tənqidçilər  Rəsul  Rzanın  poeziyasının  həm 
məzmun,  həm  forma  etibarilə  də  novator  mahiyyət  daşıdığını 
təsdiq edən çoxlu sayda faktlara müraciət edirlər.  
60-cıların  bədii  irsi  Rəsul  Rza  kimi  novator  şairin  diq-
qətindən  yayınmadı.  O,  böyük  səmimiyyətlə  qeyd  edir  ki, 
mənim  ikinci  istedadımın  doğuluşunda  zaman,  dövr,  mühit 
həlledici rol oynamışdır. Böyük şair təbii bir təvazökarlıqla onu 
da  əlavə  edir  ki,  onların-60-cıların  şeirlərini  oxuyanda 
düşünürəm,  «illərlə  görüb  yanından  keçdiyim  şeylər  gözümdə 
yeni  rənglərlə  canlanır.  Bu  şeirləri  oxuyanda  özümü  daxilən 
əvvəl olduğundan artıq zənginləşmiş hiss edirəm. Bəzi detallar 
gözümdə böyüyür, yeni məna kəsb edir. Onlar məndə riqqət, ya 
təəssüf, həsrət, ya ümid dolu xatirələr oyadır. Əgər şair qardan 
yazmışdırsa,  qarda,  ağacdan  yazmışdırsa,  ağacda,  gözlərdən 
yazmışdırsa,  gözlərdə  nə  isə  bu  vaxta  qədər  duyub  dərk 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə