Sənət, sənətkar və zaman
189
arasındakı barışmaz ziddiyyətlərə toxunulmaması» və s. əsərin
qüsurları kimi götürülsə də, qüdrətli şair Xaqanin həyatından
bəhs edən ilk irihəcmli epik əsər kimi dəyərlidir.
Hüseyn İbrahimovun «Əsrin onda biri» romanında X11
əsrin ilk onilliyində Atabəy Məhəmməd Cahan Pəhləvanın
hakimiyyəti dövründəki mühüm ictimai hadisələr və bu
hadisələr «fonunda» Azərbaycanın dahi memarı Əcəminin
«sənət dünyası», zülm və haqsızlığa qarşı etiraz, xalq gücünün
əzəməti, el-oba ruhunun yenilməzliyi verilmişdir.
A.Zöhrabbəyovun
«Odlu
diyar»,
M.S.Ordubadinin
«Qılınc və Qələm» romanları, Mehdi Hüseynin «Nizami»,
İ.Əfəndiyevin «Xurşudbanu Natəvan», N.Həsənzadənin «Ata-
bəylər» dramları və başqa bəzi nümunələr tarixi əsərlər kimi
dəyərlidir.
Mirzə Şəfi Vazehin həyatından bəhs edən əsərlər yaranır.
Belə ki, Nəbi Xəzri «Heykəlsiz abidə» mənsur poema və
«Mirzə Şəfi» dramını, F.Mustafayev «Mən işığa gedirəm» (rus
dilində) povestini yazmışdır. Əlisa Nicatın «Mirzə Şəfi» romanı
şairin dövrünü və həyatını daha dolğun əks etdirir. Yazıçının bu
roman üzərində iyirmi ilə yaxın işlədiyi, onun obrazını
yaratmaq üçün şeirləri ilə bərabər haqqında olan elmi, tarixi
məxəzlərdən, «vərəqləri solmuş əlyazmalarından da» istifadə
etdiyi bildirilir.
M.P.Vaqifin həyatından bəhs edən, onun yaşadığı əsrin
ictimai-siyasi
hadisələrini
parlaq
şəkildə
əks
etdirən
Y.V.Çəmənzəminlinin «Qan içində», S.Vurğunun «Vaqif»
əsərləri tarixi şəxsiyyətlərin həyatından, dövründən bəhs edən,
qüdrətli sənətkarlıq nümunəsi olan əsərlərdir.
Bayram Bayramovun yazdığı «Karvan yolu» tarixi ro-
manı Cəlil Məmədquluzadənin və onun ömür-gün yoldaşı,
ziyalı Azərbaycan qadını Həmidə xanımın həyatı haqqındadır.
Gülxani Pənah, Salatın Əhmədli
190
Və burada müəllif təsvir olunan dövrün ədəbi-ictimai mühitini
canlandırmağı, bu ziddiyyətli aləm haqqında dolğun, düzgün
təsəvvür yaratmağı qarşısına məqsəd qoymuşdur.
Şah İsmayıl Xətayinin 500 illiyi münasibətilə Əzizə
Cəfərzadə «Bakı-1501», Ə. Nicat «Qızılbaşlar», F. Kərimzadə
«Xudafərin körpüsü» dilogiyasını yazmışdır. Tənqidçilər bu
əsərləri dəyərləndirmiş «Tariximizin mürəkkəb dövrünü əks
etdirən bu əsərlərdə xalq həyatına da müraciət olunması,
zamanın ictimai-siyasi təzadlarının təsviri, zəngin insan
xarakterlərinin yaradılması»nı təqdirəlayiq bilir və «Dövrün
mühüm hadisələri, zamanın inkişaf dinamikası bu romanların
sücetini də müəyyənləşdirmiş» olduğunu, «həmin əsərlərdə
«dramatik
məqamlar»ın
«ictimai kolliziyalar» üzərində
qurulduğunu bildirir. Azərbaycan xalqının qəhrəmanlıq
tarixinin parlaq səhifələrini yaradan sənətkarlarımız var. C.
Cabbarlı «Od gəlini» əsərini yazdı. Bu ənənəni davam etdirən
şairlər O.Sarıvəlli «Babək», B. Vahabzadə «Dar ağacı»
dramalarını, Ə.Məmmədxanlı «Babək» romanı, Cəlal Bərgüşad
«Sıyrılmış qılınc» romanını yazdı. Xalq heç zaman ictimai-
siyasi müharibələrdə yadellilərə, qəsbkarlara qarşı mübarizə
aparan qəhrəmanlarını unutmur. Bu həm şifahi, həm də yazılı
ədəbiyyatda yaşayır. «1X əsrdə ərəb istilasına qarşı Azərbaycan
xalqının qəzəbi Cavidan, Babək hərəkatında özünün parlaq
ifadəsini» tapıb, «xalq və onun içindən çıxan qüdrətli
sərkərdələr, qəhrəmanlar azadlıq və istiqlaliyyət uğrunda gedən
ölüm-dirim mübarizəsində mərdliklə mübarizə aparmış, tarixin
şanlı səhifələrinə adlarını həkk etmişlər.
Mahmud İsmayılovun «Ağ yapıncı» romanı xalq hərə-
katının bədii ifadəsidir. Əsas mövzusu XVIII əsrin 30-40-cı
illərində Şəki əyalətində İran hakim dairələrinə qarşı xalq
azadlıq hərəkatından götürülmüşdür. İran şahının Azər-
Sənət, sənətkar və zaman
191
baycanda öz nüfuzunu artırmaq üçün vergiləri artırması xalqı
qəzəbləndirir, üsyan qaldırır. Genişlənən hərəkatı boğmaq üçün
Nadir şah 1735-ci ildə Şəkiyə cəza dəstələri göndərir.
Üsyançılara amansız divan tutulsa da, onların əzmini qıra
bilmirlər. Nadir şahın qardaşı İbrahim xanın başçılığı ilə
göndərdiyi 32 min nəfərlik İran qoşunu mühasirəyə alınır,
İbrahim xan öldürülür, qoşun məhv edilir. Əsərdə təsvir edilən
əsas hadisələr bunlardır. Əsərdə dövrün acınacaqlı vəziyyəti,
geniş xalq kütlələrinin dözülməz həyat şəraiti canlı, təsirli
səhnələrlə əks olunduğu, müəllifin əsərin «sücetinin mərkəzinə
xalqın taleyi ilə bağlı hadisələri» çəkdiyi, dövrün real
mənzərəsini canlandırması və s. tənqidçilər tərəfindən
dəyərləndirilir.
Sovet dövrü xalqımızın yaşadığı bir dövrdür. Hər bir
ictimai formasiyanın öz qanunları var. Ədəbiyyatımız heç bir
zaman tarixi poblemlərə biganə qalmayıb. Qələmə aldığı
mövzularda xalqın yaşadığı ictimai-siyasi şərait öz əksini
tapmışdır. XX əsrin ilk onillikləri ölkədə inqilabi mübarizələrin
kəskinləşdiyi illərdir. Bu illərdə xalqımız Xalq Cümhuriyyəti
yaratdı. Az keçmədi bu hakimiyyət süquta uğradı. Və inqilabi
mübarizələrin kəskinləşdiyi bir dövrdə ölkədə oktyabr inqilabı
qələbə çaldı. Fəhlə-kəndli hakimiyyətinin qurulmasında
inqilabçı şəxsiyyətlər yetişdi. Ölkədə Sovet hakimiyyətinin
qurulması, həyatda baş verən dəyişikliklər, mədəniyyətdə,
həyatda baş verən inqilabi dəyişikliklər bədii əsərlərin mövzusu
oldu. Bu hakimiyyətin qurulmasında qoxmaz bolşevik obrazları
yarandı. İnqilabi-azadlıq hərəkatının bədii inikasında məhz belə
inqilabçı, qorxmaz qəhrəmanların silsilə obrazları yaradıldı.
Firudin
Ağayev
Azərbaycanda
sovet
hakimiyyətinin
qurulmasında müstəsna xidmətləri olan, inqilabın ilk aylarından
mübarizə meydanında olan Çingiz İldırımın həyatının ən
Gülxani Pənah, Salatın Əhmədli
192
mühüm anlarını qələmə alır. «İldırım dənizdə çaxır», «İldırım
ömrü» romanları bu cəhətdən maraqlı əsər kimi dəyərləndirilir.
İnqilabi hərəkat tariximizə həsr olunan romanlar içəri-
sində cənubi azərbaycanlıların azadlıq mübarizəsindən bəhs
edən romanlar da var. M.S.Ordubadinin «Dumanlı Təbriz»
romanında Səttar xan hərəkatı, «Döyüşən şəhər», «Gizli Bakı»
romanlarında təxminən eyni dövrdə Bakı proletariatının
mübarizəsi təsvir ounurdu. İdeya -məzmunu, bədii kamilliyi ilə
seçilən Mirzə İbrahimovun «Gələcək gün» romanında Cənubi
Azərbaycan xalqının müəyyən ictimai tarixi dövrünün ictimai,
mənəvi həyatı hərtərəfli, dolğun şəkildə təsvir edilir.
Mirzə İbrahimovun «Pərvanə» romanı nəsrimizdə monu-
mental tarixi roman istiqamətində birinci təşəbbüsdür. Burada
nəinki geniş miqyaslı, kəskin dramatizmlə şərtlənən konfliktlər,
həm də son dərəcə qüvvətli, dolğun xarakterlər nəzərə çarpır.
Əsərdə həmçinin əsrin, zamanın aparıcı tendensiyalarını ifadə
edən problemlər də əks olunmuşdur. Romanın publisistik
ahəngi də həmin problemlərin vacibliyini şərtləndirir».
Tarixi mövzuda yazdığı əsərləri ilə seçilən Pənahi
Makulunun romanları xüsusilə dəyərləndirilir. «Səttarxan»,
«Gizli zindan», «Xiyabani», «Heydər Əmoğlu» romanlarında
Oktyabr inqilabının Şərq xalqlarının azadlıq və istiqlaliyyət
uğrunda
mübarizəsində oynadığı rol
faktlarla qələmə
alınmışdır. Səttarxanla başlanan inqilabın ikinci dalğası
Ş.M.Xiyabaninin adı ilə bağlıdır. «Xiyabani» romanında yazıçı
bu hərəkatı, «dövrün və məkanın özünəməxsus ruhunu,
koloritinin inandırıcı boyalarla» verir. Hər iki romanda
(«Xiyabani», «Heydər Əmoğlu») Cənubi Azərbaycandakı
milli-azadlıq hərəkatının iki görkəmli xadiminin obrazları
canlandırılmışdır.
Dostları ilə paylaş: |