Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə56/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   52   53   54   55   56   57   58   59   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
221 
Fikrət  Sadıq  Rəsul  Rza  məktəbinin  layiqli  davamçısı  və 
özündən  sonra  gələn  qələm    sahiblərinə  bu  şəffaf  yolun 
bənzərsizliyini aşılamış qələm sahibidir.  
Əli  Kərimin  oricinal  yaradıcılıq,  deyim,  üslub  tərzi    var. 
«Azərbaycan»  curnalında  ədəbi  işçi  kimi  əmək  fəaliyyətinə 
başlayan şair, ömrünün sonunadək bu curnalda işləmiş, poeziya 
şöbəsinə  rəhbərlik  etmiş,  az  ömrünü  ədəbi-bədii  yaradıcılığa 
həsr  etmişdir,  50-60-cı  illər  poeziyasının  inkişafında  xüsusi 
xidmətləri  var.  1948-ci  ildə  «Azərbaycan  pioneri»  qəzetində 
çap  edilən  «Təzə  müəllim»  şeiri  ilə  ədəbiyyata  gələn  Əli 
Kərimin ilk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası 
münasibətilə  Moskvada  buraxılan  «İki  sevgili»  kitabıdır.    «İlk 
simfoniya»  (1957)  poeması  1957-ci  ildə  Moskvada  keçirilən 
tələbə və gənclərinVI Ümumdünya festivalında mükafata layiq 
görülüb.   «İki sevgi» (1960),  «Həmişə səfərdə» (1963), «Qızıl 
qanad»  (1965),  «Qaytar  ana  borcunu»  (1970),  «Uşaqlar  və 
ulduzlar»  (1971),  «Səfərdən  sonra»  (1972),  «Pillələr»  (1978) 
kitabları  nəşr  olunub.  Ölümündən  sonra  «Seçilmiş  əsərləri»  2 
cilddə  (1974-1975),    «Qayıt»  (1983)  kitabları  çap  olunub. 
«Həyat  faktlarına  xüsusi  poetik  yanaşma,  onlar  üçün  xüsusi 
poetik mühit yaratmaq üsulu» onun həm lirik, həm də irihəcmli 
əsərlərində  əsas  olduğu  bildirilir.  Müharibə  mövzusunda 
yazdığı  əsərlərdə,  ürəyəyatımlı  uşaq  şeirlərində  də  bu  əsasdır. 
Əli  Kərimin  nəsrində də   Əli  Kərim özünəməxsusluğu əsasdır. 
Onun həm nəsrində, həm də poeziyasında mövzu rəngarəngliyi, 
sənətkarlıq  keyfiyyətləri  yüksəkdir.  Onun  üslubunu,  «deyim 
tərzini, söz-obrazlarını davam etdirən şairlər var». 
Qabil  ədəbiyyatımıza  müharibədən  sonra  gəlib.  Onun 
şeirlərində  «vətəndaş  hissiyyatı,  vətəndaş  qüruru»  əsasdır. 
Qabil sözünü birbaşa, müstəqil deyən, düşündüklərini söyləyən 
şairdir.  O,  poeziyamıza gəldiyi gündən şeirləri  ilə hay-küysüz, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
222 
sakit,  təmkinli,  həlim,  zərif  və  xəfif  bir  poetik  titrəyiş 
gətirmişdir.  Qabili  təkcə  «şəhər  şairi»  sananlar,  onu  yalnız  bu 
mövzu  ilə  məhdudlaşdıranlar  da,  bizcə,  səhv  edirlər.  Doğrusu, 
onun şeirlərini oxuyarkən heç bir şəhər, kənd təsnifatı, bölgüsü 
aparmağa  ehtiyac  duymuruq.  Onun  şeirlərində  hər  şeydən 
əvvəl,  vətəndaş  hissiyyatı,  vətəndaş  qüruru  və  milli  sənətkarın 
könül ritmləri səslənir». 
Təbiət,  onun  nemətləri  haqqında  («Gül  bayramı»,  «Şofer 
və  sükut»,  «Qara  şanı»,  «Bir  bülbül  oxuyur»  və  s.),  gözəl 
poetik deyimləri, çörəyə, anaya, vətənə səcdə edən şairin bu üç 
məfhumda    kainatı,  həyatı,  yaşamağı,  namus  və  qeyrəti» 
gördüyünü  ifadə  etdiyi  (  «Yer  oğlu»,  «Mənim  romantikam», 
«Pullar  və  düşüncələr»,  «Azad  nəfəs»  və  s.)  şeirləri  bir  daha 
aydın göstərir ki,  Qabil sənətkardır.  Onun  «Səhər açılır». «Bol 
məhsullu  tarlada»,  «Sahil  işıqları»,  «Mənim  mavi  Xəzərim», 
«Nəsimi»,  «Nağaraçı»,  «Təmizlik»,  «Rübailər»  kimi  30-a 
qədər kitablarında toplanan əsərləri   hüdudsuz müşahidələrinin 
məhsuludur. 
Qabil yazdığı «Nəsimi» poemasında  orta əsrlər dövrünün 
qüdrətli  şairi,  hürufi  şairi,  böyük  fəlsəfi  düşüncələr  sahibi, 
mütəffəkkir  şair  Nəsiminin  obrazını  böyük  sənətkarlıqla 
yaratmışdır.  Onun  müraciət  etdiyi  mövzularda  lirik-publisistik 
düşüncələri  «fəlsəfi  ümumiləşdirmə  səviyyəsinə  qalxır.  Şair 
müasirlərindən  mənəvi  bütövlük,  insanlıq,  müdriklik  tələb 
edir». 
Əliağa Kürçaylının  «Seçilmiş əsərləri»,  «Durnalar Cənu-
ba  uçur»,  «Yollarda  axtar  məni»,  «Dünya  ovucumdadır», 
«Həyat  dolayları»,  «Bütövlük»,  «Ülkər»  kitablarında  yüzlərcə 
lirik  şeir  və  poemaları  toplanmışdır.  Onun  lirikasında  ictimai-
siyasi  səpkili  şeirlərlə  yanaşı,  müharibə,  saf  duyğular,  təbiət 
mövzuları öz poetik ifadəsini tapmışdır: 


 
Sənət, sənətkar və zaman
 
 
 
223 
Sevgidən danışan şeirlərimi, 
Dostlarım, yazmayın mənim adıma. 
Düzü, sevməmişəm mən sizin kmi, 
Gizli görüşlər də gəlmir yadıma. 
 
Məhəbbət yaşına girdiyim ildə, 
Bizim eşqimizi mərmilər dedi. 
Məhəbbət təşnəsi ağız da, dil də, 
El-oba dardadır kim sevər,-dedi. 
-misralarında  müharibənin  o  dövrdə  yetişən  gəncliyə  vurduğu 
mənəvi yaralar, iztirablar əsasdır.  
Ə.  Kürçaylının  «Boşanaq,  evlənərik»,  «Nənəmin  şahlıq 
quşu»  komediyaları,  uğurlu  tərcümələri  onun  bədii  axtarış-
larının  məhsuludur. 20-yə qədər çap olunmuş kitablarında top-
lanan  şeirlərində  müasir  mövzular  əsasdır.  Azərbaycan  Dövlət 
Nəşriyyatında  redaktor,  Yazıçılar  İttifaqında  dram  şöbəsinin 
rəhbəri,  «Azərbaycan»  curnalının  məsul  katibi,  «Yazıçı» 
nəşriyyatında  baş  redaktor  olmuş,  yaradıcılığının  çiçəkləndiyi 
bir vaxtda  dünyasını dəyişmişdir. Az  ömründə bədii imkanları 
yaratdığı əsərlərdə özünü bariz şəkildə göstərir.  
Əli  Tudə  ədəbiyyata  onlarla    eyni  vaxtlarda  gələn  şairlə-
rimizdən  biridir.  M.Gülgün,  B.  Azəroğlu,  S.Tahir kimi onu da 
tanıyanlar  «ədəbi  irsini,  həyatını,  mühitini  gözəl  bilənlər  onu 
vətən  və  yurd  zirvəsinə  yüksələn  bir  “Azadlıq  aşiqi”  kimi 
qiymətləndirir  və  onu  XX  əsrin  söz  və  əməl  qəhrəmanları  ilə 
müqayisə  edir.  Şairi  çox  haqlı  olaraq  Şandor  Petefi,  Pablo 
Neruda,  Nazim  Hikmət,  Musa  Cəlil  ilə  bir  sırada  görürlər. 
Onun  varlığında,  qanında-canında,  həm  də  xalqımızın  böyük 
şəxsiyyətlərinin-Səttarxan, 
S.C.Pişəvəri, 
Ş.M.Xiyabaninin 
Azadlıq və İstiqlal ruhu çırpınırdı». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
224 
40-dan  çox  kitabı  çap  olunan  Əli  Tudənin  «Cənub  nəğ-
mələri»,  «Bakının  işıqları»,  «Vətən  sevgisi»,  «Şimal  həsrəti», 
«Şeirlər», «Seçilmiş əsərləri», «Sevinc», «Gecikmiş vüsal» və s 
. bədii sənətkarlıq cəhətdən qüvvətli əsərlərdir. 
Əli  Tudənin  «poeziyası  düşündürücü,  heyrətləndirici 
poeziyadır.  Bu poeziyada  insan,  həyat,  varlıq,  Vətən,  Ana dili, 
Azadlıq,  İstiqlal  kimi  məfhumların  fəlsəfi  tərəfi,  sirli-soraqlı 
məzmunu açılır və ustad bir şairin təfəkküründə mənalandırılır. 
Bu  baxımdan  şairin  bütöv  bir  silsilə  təşkil  edən  dördlükləri 
ayrıca  qeyd  olunmalıdır.  Bu  dördlüklərdə  xalqımızın  bayatı 
yaddaşı, 
rübai 
hikməti, 
ustadnamə 
siqləti 
məharətlə 
sintezləşdirilmişdir: 
Sənətkar ilhamla silahlananda, 
Gözəl əsir olur kin də ürəkdə. 
 
Əqidə inamla silahlananda 
Milyona çevrilir min də ürəkdə. 
 
Həyatda nə varsa Azadlıq dilər. 
Sanma elə-belə axar göz yaşı. 
Yox! Qara bəbəyi oduyla dələr, 
Sanki Azadlığa çıxar göz yaşı. 
 
Arzu bir dənizdir, fırtınası var, 
Ancaq hardasa sahili yoxdur. 
Hansı arzunun ki, təmənnası var, 
Səmimiyyət adlı mənzili yoxdur. 
Şeirlərində  qoyulan  problemlərin  müasirliyi  də  tənqid-
çilərin diqqətindədir. «Əli Tudə sözün həqiqi mənasında müasir 
şairdir;  dövrün  ən  ümdə  problemləri,  çağdaş  məsələlər, 
aktuallığını  heç  zaman  itirməyəcək  mətləblər  onun  şeir 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə