Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə64/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   60   61   62   63   64   65   66   67   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
253 
Yaddaqalan sənədli hekayələri («Qabaqcıl mexanizator», «Araz 
daşan  yerdə»),  povest,  hekayə,  esseləri  («Bolluq  yaradanlar», 
«Qırmızı  qərənfil»,  «Adsız  təpə»,  «Qayıdacağam»,  «Görə 
bilmədim»,  «Ömür»  və  s)  ilə  zəngin  çoxlu  sayda  kitabların 
müəllifi 
Yasif 
Nəsirli 
Azərbaycan 
Milli 
yaradıcılıq 
Akademiyasının  akademiki,  Azərbaycan  Respublikası  Ali 
Sovetinin  deputatı,  Beynəlxaq  mükafat  laureatı  və  s.  yüksək 
adlara layiq görülmüş, bir sıra curnal və nəşriyyatlarda, eləcə də 
digər  məsul  vəzifələrdə  çalışmaqla  bərabər  ömrünü  ədəbi 
mühitə  bağlayan  istedadlı  qələm  sahibi  kimi  ədəbiyyat 
tariximizə adı yazılmışdır. 
Elbrus  Şahmar  ədəbi  fəaliyyətə  60-cı  illərdə  başlamış, 
kiçik  və  iri  həcmli  nəsr  əsərləri  ilə  tanınmış  yazıçıdır.  Əsər-
lərində  xalq,  dövlət  mənafeyi  əsasdır.  Vətəninə,  torpağına  göz 
dikənlərin  gözünü  ovmağa  hazır  döyüşkən  yazıçıdır.  Başı 
bəlalar çəkmiş torpağın övladı kimi bu gün də yazdığı əsərlərdə 
təəssübkeş  oğul,  yurd  itkisi  çəkən  vətəndaş,  düşmən  əlində 
qalan  torpaqların  ağrı-acısı  ilə  göynəyən  vətən  təəssübkeşidir. 
«Kövrək məhəbbətim Qubadlı», «Xanimanım Qubadlı»,  «Odla 
su  arasında»,  «Dağlar,  mənə  qar  göndər»,  «Ocaq  yanğısı», 
«İşıqlı  ömür»,  «Şah  İsmayıl  Qartalları»  kimi  iyirmidən  çox 
kitabın  müəllifi  Elbrus  Şahmar  sözüylə,  yaradıcılığı  ilə 
tanınmış nasir, publisistdir. 
Ənvər  Əhməd  «Nəslimiz»,  «Anamın  izləri»,  «Sevgi  yur-
du»,  «Sevgi  cavan  qalır»,  «Sağlıq  olsun»,  «Kəfənim  qandan 
biçilər» kimi onlarla şeir və poemalar kitabının müəllifidir.  
Çingiz  Əlioğlu  şeir,  hekayə,  ədəbi-bədii  tərcümələri, 
publisistik  məqalələri  ilə  tanınmış  istedadlı  qələm  sahibidir. 
«Nikbinlik»,  «Alnından  Ay  doğan  adam»,  «Ömür  ağacı», 
«Günəşli  dayanacaqlar»,  «Tanrını  tanı»  kimi  onlarla  kitabın 
müəllifidir. Keçmiş sovetlər birliyi ölkələrində də tanınan şairin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
254 
İ.  Şklyarevski  («Quş  kölgəsi»),  Ayven  Soutoll  («Bəs  sabah 
necə?»),  L.T.  Tatyaniçeva,  R.  Babloyandan  etdiyi  tərcümələri 
dünya  ədəbi  mühiti  ilə  maraqlanan  oxucularımıza  dəyərli 
töhfələrdir. 
Müxtəlif  ölkələrdə  keçirilən  festivalların,  poeziya  günlə-
rinin,  sovet  ədəbiyyatı  günlərinin  iştirakçısı  olmuş,  fəxri  fər-
manlara,  ədəbi  mükafatlara  layiq  görülmüş  Çingiz  Əlioğlunun 
lirikası onu oxucularına sevdirib. 
Paşa  Qəlbinurun  şeirlərində  işıq,  nur,  həyat  eşqi  əsasdır. 
«Ay  bir  əlçim  buluddur»,  «Rəngli  göz  yaşları»,  «İtmiş  həsrət 
kimi»,  «Ağlıma  gələnlər  başıma  gəldi»  bədii  kitablarında 
toplanan  lirik  əsərlərində  insan,  onun  xoşbəxtliyi,  təbiətə, 
insanlara qayğı, məhəbbət poetik ifadələrlə verilir. 
Aqil  Abbasın  ilk  hekayəsi  70-ci  illərdə  «Ədəbiyyat  və 
incəsənət»  qəzetində  dərc  olunmuş  «Şirinlik»  hekayəsidir.  
«Evləri  köndələn  yar»,  «Ən  xoşbəxt  adam»  (povestlər  və 
hekayələr), 
«Batmanqılınc» 
(roman), 
«Çadırda 
Üzeyir 
Hacıbəyov  doğula  bilməz»  və  s.  kitabların  müəllifidir. 
«Ədalət» qəzetinin baş redaktorudur.  
Firuz  Mustafa  nasir,  dramaturq,  ədəbiyyatşünas  kimi 
fəaliyyət  göstərir.  «Göyəm  kolları»,  «Dünyanın  rəngi»,  «Kəh-
raba»  hekayə  və  povestlər,  «Çəhrayı  tunel»,  «Teatr  meydanı» 
romanlarının,  «Adsız»  pyeslər  kitabının,  «Mənəvi  tələbatın 
inkişaf dialektikası» monoqrafiyasının müəllifidir. 
Arifə  Arif  qızının  tərcümələri  diqqətəlayiqdir.  Ərəb 
yazıçısı  Necla  Bədirin,  qazax  yazıçısı  Berik  Şahanovun,  N. 
Rəsulzadənin,  Ç.  Abdullayevin,  N.Rəsulzadənin  əsərlərini, 
Viktor  Yerofoyevin  “Yaxşı  Stalin”  əsərini  Azərbaycan  dilinə 
tərcümə etmişdir. 


 
Sənət, sənətkar və zaman
 
 
 
255 
Gənc tərcüməçi Tovuz Teymurova Sadıq Yəmni, Emdad 
Avşar,  Ümid  Yaşar  Oğuzcan,    Berik  Şahanov  və  başqalarının 
əsərlərini dilimizə tərcümə edib. 
Tofiq  Mahmud  tərcümə  və  publisistika  ilə  70-ci  illərdən 
məşğul  olur.  «Əsrdən  keçən  çığır»,  «Polad  belə  bərkiyir» 
sənədli  povestlərin,  «Dünya,  gözəl  dünya»  romanının  və  s. 
müəllifi olmaqla  yanaşı onun N.Dubovun  «Qaçqın» romanının 
tərcüməsi  maraqla  qarşılanmışdır.  Tərcümə  sahəsində  uğurları 
çoxdur. V.Perevoznikovun («Canlı uçuş»), M. Vamoşun («Mən 
və  mən»)  romanlarını  tərcümə  etmiş  və  nəşr  etdirmişdir. 
Tərcümə  etdiyi    V.Sropovun  «Qarşılıqlı  əlaqə  (ailə:  nigah  və 
boşanma-problemlər, 
mülahizələr)» 
kitabı 
«Azərbaycan» 
curnalında çap olunmuşdur.  
Azərbaycan  böyük  bir  dünyadır.  Özü  öz  məmləkətinin 
içində böyük dünyadır. O dünyanın öz söz xiridarları var. Cinsi 
lətifə  qadınların  söz  dünyası  üzü  Qorquddan  bəri    gəlir,  hələ 
gəlir,  həl  yoldadır,  nə  qədər  dünyası  var,  yolu  var,  o  yol 
gediləcək, gediləcək, gediləcək… 
O  yolda gedən  yolçuları udub  minilliklər,  yüzilliklər,  qə-
rinələr.  Görünənlər  az  qalıb.  Amma  o  söz  dünyasının  o  yol-
çularının  mövcudluğundan  xəbər  verir.  Bu  gün  bəşəriyyətə 
Nizami,  Füzuli,  Vaqif  kimi  böyük  sənətkarlarla  yanaşı,  Məh-
səti,  Heyran  xanım,  Ağabəyim,    Natəvan,  Aşıq  Pəri,  Şəfiqə 
xanım  Əfəndizadə,  Aşıq  Zərnigar,  Ümgülsüm  Sadıqzadə, 
Həmidə 
Məmmədquluzadə, 
Nigar 
Rəfibəyli, 
Gültəkin 
Bakıxanova,  Güllü  Məmmədova,  Mədinə  Gülgün,  Mirvarid 
Dilbazi,  Zivər  Ağayeva,  Xalidə  Hasilova,  Ələviyyə  Babayeva, 
Xanımana  Əlibəyli,  Gülrux  Əlibəyli,  Narınc  Xatun,    Əzizə 
Cəfərzadə,  Hökumə  Bülluri,  Elmira  Axundova,  Rüzgar 
Əfəndiyeva,  Firuzə  Məmmədli,  Səfurə  Pirsultanlı,  Cahan 
Əfruz,  Həbibə  Məmmədqızı,  Fəridə Əliyarbəyli,  Cahan Əfruz, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
256 
Nurəngiz  Gün,  Azadə,  Kəmalə  Ağayeva,  Aləmzər  Əlizadə, 
Fatma  Həsənqızı,  Aləmzər  Sadıqqızı,  Sima  Şirvanlı,  Mahirə 
Abdulla,  Nüşabə  Məmmədova,  Nüşabə  Məmmədli,  Azadə 
Taleh,  Bəsti Bərdəli,  Həqiqət Rzayeva,  Gülşən  Lətifqızı,  Arifə 
Arifqızı,  Salatın  Əhmədli,  Sona  Vəliyeva,  Bəsti  Əlibəyli, 
Südabə  Ağabalayeva,  Dinarə  Gərəkməzli,  Şəfəq  Sahibli,  Sona 
Xəyal,  Sakitə  Ülvi,  Şəfəq  Əlixanlı,  Fəridə  Ləman,  Zəminə 
Xınalı,  Fəridə  Hacıyeva,  Şəfəq  Nasir,  Fərqanə  Mehdiyeva, 
Tamilla  Şəfəq,  Aybəniz  Kəmalə,  Nailə  Yusifqızı,  Kübra 
Əliyeva, Südabə Sərvi, Mina Rəşid, Məlahət Yusif qızı, Almaz 
Ülvi,  yurdundan  didərgin  düşmüş  Azəri  qızı  Hülya  Sönməz, 
Güney  Azərbaycanımızdan  Haciyə  Zəhra,  Günəş  Mərəndi, 
Fatma  Əzizcan  və  başqaları  ədəbiyyat  aləminə  adı  yazılmış 
istedadlı qadınlarımız, qələm sahibləridir.  
Onların  içərisində  siyasi  repressiyalara  məruz  qalmış 
qadınlarımız  var.  Ümgülsüm  Sadıqzadə.  Əri  yazıçı  Seyid 
Hüseyn  xalq  düşməni  kimi  güllələnmiş,  özünü  Sibirə  sürgün 
etmişlər.  1946-cı  ildə  vəfat  etmişdir.  Gənc  yaşlarından  Üm-
gülsüm xanımın «İqbal», «Yeni söz», «İstiqlal», «Azərbaycan» 
qəzetlərində,  «Məktəb»,  «Dirilik»  curnallarında  şeirləri, 
hekayələri, məqalələri  çap olunurdu. «Solğun çiçək» miniatürü 
«Qurtuluş» curnalının 1915-ci ildə keçirdiyi müsabiqədə birinci 
yeri tutmuş, Sabirin «Hophopnamə»si və «Qurtuluş» curnalının 
birillik  abunəsi  ilə  mükafatlandırılmışdır».  Yaradıcılığının 
çiçəkləndiyi  bir  vaxtda  repressiyaya  məruz  qalmış  Ümgülsüm 
xanım yüzlərlə ziyalı qadınlarımızdan biridir. 
Gülarə Qədirbəyova... onun redaktəsi ilə çıxan milli ruhda 
yazılmış  «Bir  sarayın  tarixi»  kitabına  görə,  Əhməd  Cavad, 
Hüseyn  Cavid,  Seyid  Hüseyn  kimi  ziyalılarla  sıx  əlaqə 
saxladığına görə əks-inqilabçı millətçi təşkilatın fəal üzvü kimi 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə