Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə67/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   63   64   65   66   67   68   69   70   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
265 
ki,  sağalmayıb  bu  həsrət  yarası  işləyəcək,  zaman-zaman  bizi 
göynədəcək, xatirələr bu yaranın gözünü qoparacaq, qanadacaq, 
dırnağıyla  eşəcək,  eşəcək,  ağrısı  ürəyinə  dağ  çəkəcək.  Güney 
Azərbaycanın  Zəncan  şəhərində  dəmirçi  ailəsində  doğulmuş, 
ömrünü  Quzey  Azərbaycanında  başa  vurmuş,  ən  gözəl 
günlərini,  həyatının  ən  coşqun  çağlarını  el  həsrətiylə,  vətən 
acısıyla keçirmiş Hökümə Bülluri yazır: 
 
Yenə hicran əlində, qəlbim sorağa düşdü, 
Yadıma Təbriz, Zəncan, Gözəl Marağa düşdü... 
Gəzdiyi  meşələri,  düzləri,  qoynu  bağlı-bağatlı  çölləri 
yadına  salan  şairənin  ellərinin  həsrəti  içindən  bir  gizilti  kimi 
keçir. 
 
Mərəndin müşk qoxuyan, ətirli yaylaqları, 
Şəklim ayağım altda, axan bulağa düşdü. 
Körpə bir ceyran baxır ürkək baxışlarıyla, 
Uzaqlardan baş alıb yaxın otlağa düşdü. 
Mən necə də sevməyim, şəhərimi, kəndimi? 
Onların eşqi ilə qəlbim sorağa düşdü. 
Güneyli-Quzeyli  Azərbaycanını  dərin  məhəbbətlə  sevən 
vətənpərvər şairin kəndinə, şəhərinə həsrət qəlbinin göynərtiləri 
var  bu  misralarda,  -«uzaqlardan  baş  alıb  yaxın  otlağa»  düşən 
körpə ceyranı,  daş dibindən qaynayan  bulaq  «çağırır»,  vüqarla 
duran, «kölgəli»  dağlar onu məftun edir. 
Bu  gün  Hökümə  Büllurinin,  onun  kimi  neçə-neçə  yazar 
qadınlarımızın  arzu  və  istəklərini,  ümummilli  kədərini  qələmə 
alan şairələrimiz, nasirlərimiz yetişir... 
Sara  Rəhimova  (1928-1975)  «Azərbaycan  qadını»  cur-
nalında  ədəbi  işçi  kimi  fəaliyyətə  başlamış,  1952-ci  ildən 
məişət  və  mənəvi  əxlaq  problemlərinə  həsr  olunmuş  hekayə-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
266 
lərlə («Ədəbi həsrət», «Peşimançılıq»,  «Dönük qız», «Sevinc» 
və  s)  dövri  mətbuatda  tanınmışdır.  «Hekayələr»,  «O  qayıtdı», 
«El  anası»,  «Pəncərə»  və  s.    kitablarında  müxtəlif  illərdə 
yazdığı  povestləri  və  hekayələri  nəşr  olunmuşdur.  Ya-
radıcılığının çiçəkləndiyi bir dövrdə-47 yaşında vəfat etmişdir. 
Elmira Axundova tanınmış yazıçı-curnalist kimi vətəninə, 
xalqına,  mədəniyyətimizin  inkişafına  xidmət edir. 90-cı  illərdə 
Azərbaycanın  haqq  səsinin  dünyaya  çatdırılmasında  əsl 
vətəndaş  qeyrətiylə  çalışdığı,  böyük  fədakarlıqlar  göstərdiyi 
məlumdur. Bu illər ərzində Azərbaycan həqiqətlərinin dünyaya 
çatdırılması üçün mübarizə yolundan çəkilməmişdir.  Onun İsa 
Nəcəfovla  birgə  yazdığı  «Naşirin  ölümü»,  «Şüşə  saray» 
əsərlərində  H.Əliyevin  həyat  və  fəaliyyəti  əhatəli  şəkildə  əks 
etdirilmişdir.  Dörd  cildi  çap  olunmuş,  iki  cildi  də  çapa 
hazırlanan  «Heydər  Əliyev:  Şəxsiyyət  və  zaman»  (Az.  və  rus 
dilində)  kitabları  «gərgin əməyin,  cilalanmış  istedadın   heç  bir 
maneədən,  təzyiqdən  qorxub  çəkinməyən  vicdanlı  qələm 
adamının 
könül 
meyvələridir». 
Elmira 
xanım 
vaxtilə 
«Literaturnaya  qazeta»  qəzetindəki  obyektiv,  kəsərli  çıxışları 
ilə  tanınmış,  oxucuların  rəğbətini  qazanmışdır.  Bu  gün  həm 
istedadlı  qələm  sahibi  kimi,  həm  də  millət  vəkili  kimi 
ədəbiyyatımızın, 
mədəniyyətimizin 
inkişafı 
uğrunda 
fəaliyyətini davam etdirir. 
Firuzə  Məmmədli  60-cı  illərdə  Xaçmazda  «Dostluq» 
qəzetində  çıxan  «Ay  həkim»  şeirilə  ədəbiyyata  gəlib,  mət-
buatda dərc olunan digər lirik şeirləri ilə yanaşı tənqidi və pub-
lisistik  məqalələrin  də  müəllifidir.  «Gümüş  damla»,  «Yoluma 
bahar  düşüb»,  «Yetkinlik»,  «Bir  qarış  ucalıq»,  «Məni  mənlə 
bölən  dünya»  «Seçilmiş  əsərləri»,  3  cilddə,  «Ömrün  axarı», 
«Dilək  yaxasına  dönnəm  yenidən»,  «Bədii  dilin  estetik 
mənbələri»  və  s.  kitabları  çap  olunmuşdur.  120-yə  yaxın  elmi 


 
Sənət, sənətkar və zaman
 
 
 
267 
və  publisistik  məqalənin  müəllifidir.  «Ədəbi  ictimaiyyətdə  öz 
poetik  deyim  tərzi,  özünün  poetik  zövqü»  olan  Firuzə 
Məmmədli yaradıcılığı haqqında onlarla məqalələr yazılmışdır. 
Ələkbər  Salahzadə  fikirlərində  haqlıdır  ki,  «Firuzə  xanım 
poetik  hiss  və  fikirlərlə  cilalanmış  ən  uğurlu  şeirlərində  sözə 
həssas,  sözün  məna  çalarlarından  məharətlə  faydalanan 
bənzərsiz  şairdir.  Kövrək  misraları,  şeirilə  yanaşı,  məna  yükü 
ilə  dopdolu,  sərt  həqiqətlərdən  yoğrulmuş,  sanki  qranitdən 
yonulmuş  elə  poetik  nümunələri  var  ki,  bunların  müəllifinin 
qadın  olduğuna  inanmaq  olmur.  Görünür,  çətinliklərinə  sinə 
gərib  dəf  elədiyi  həyatın  bütün  sərtlikləri  ona  bir  kişiyanalıq 
aşılayıb».  
İstedadlı  qadın  yazarlarımızdan  Rüzgar  Əfəndiyevanın 
imzası oxuculara çox gözəl tanışdır. Əsərləri  dövri mətbuatda, 
almanaxlarda  çap  edilmişdir.  80-dən  artıq  şeirinə  mahnı 
bəstələnmişdir.  Bəstəkar  Vasif  Adıgözəlovun  «Natəvan»  
operasının  ariya  və  duetlərinin  mətninin,  «Unuda  bilməzsən», 
«Ulduzlar  niyə  yatmır»,  «Gözlə»,  «Sehrli  gülün  nağılı», 
«Ömürdən keçən illər», «Lalənin ləçəyi», «Gələn də var, qalan 
da  var»,  «Ağdam  döyüşür»  (sənədli  hekayələr)  kitablarının 
müəllifidir. Lirik, ahəngdar, həzin lirikasında insan, tale, qayğı 
dolu  ömür,  sabaha  inam,  ümid,  kədər,  başı  bəlalar  çəkən 
torpağın dərdi, həsrəti, doğma itkilərinin törətdiyi sarsıntılar-əsl 
bəşəri,  insani  duyğularla  köklənmiş  əsərlərində  oricinal, 
bənzərsiz qəlbin səsi duyulur: 
 
Günlərimin avandı nə, tərsi nə, 
Fələk yazıb bu sevgini tərsinə. 
Gedən yollar heç dönərmi  tərsinə, 
Ümid qalıb bu yolların düzünə.... 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
268 
Rüzgar    Əfəndiyevanın  əsərləri  dövri  mətbuatda,  alma-
naxlarda  çap  edilir,  şeirləri  orta  məktəb  dərsliklərinə,  dərs 
vəsaiti və metodik vəsaitlərə salınmışdır.  Hekayə və povestləri 
(«Yol gözləyənlər» «Sabah da qar yağsa...), «Ağdam döyüşür», 
«Vətəndir Arifin səsi», «Əbədi günəş» (poema) və s. kimi 15-ə 
qədər kitabın müəllifidir.  
Yazıçı,  publisist,  “Turan”  Qadınlar  Mərkəzinin, 
“Bura  Vətəndir”  və  DAMM-ın  Qadın  Şurasında    idarə 
heyətinin üzvü, “Kitab evi” İctimai Birliyinin sədri Salatın 
Əhmədli  onlarla  bədii,  publisist  kitabların  müəllifidir. 
“Heydər  Əliyevin  dil  siyasəti”,  “Hər  kim  yüz  il 
yaşamasa”,    “Səfərnamə”  (iki  cildlik)  və  s.  kitabların 
müəllifi,  onlarla 
kitabın  tərtibatçısıdır.  Yaradıcılıq 
xidmətlərinə  görə  “Qızıl  qələm”  media  mükafatına, 
“Vicdanlı  qələm”,  “Milli  heysiyyət”  fəxri  diplomlarına 
layiq görülüb. 
Mahirə  Abdulla  ədəbiyyata  şeirlə  gəlib.  İlk  şeiri  1966-cı 
ildə Qubadlıda  nəşr olunan  «Avanqard» qəzetində çap olunub.  
«Qoruyaq  dünyamızı»,  «Qırmızı  təpələr»,  «Tərk  edilmiş 
yuvalar»,  «İlğım  cənnətlər»,  «Bəyaz  ömür»  və  s.  adda  onlarla 
şeir  kitablarının  müəllifidir.  Nəsr  aləmində  də  uğurlu  əsərləri 
ilə  («Ürəkkeçmə»,  «Əvvəl,  axır»)  tanınır.  Nəsr  əsərlərində 
insan  ömrü,  qadın  taleyi,  gerçək  həyatın  acılı-şirinli  anları, 
vətən,  xalq  təəssübkeşliyi,  yurd  həsrəti,  gərgin  həyəcanlar, 
sarsıntılar,  situasiyalara  düşən  insanın  üzülməyən  ümidlərinin 
işığında  sabaha  can  atması-işıqlı,  xoşbəxt  gələcək  üçün 
çarpışması  əsərlərinin  ana  xəttindədir.  Fəlsəfə  elmləri 
namizədidir.  Mahirə  Abdulla  «Qatmaqarışıq  nizam»  albom-
kitabında 
öz 
rəsmlərini 
bədii 
yaradıcılığının, 
fəlsəfi 
düşüncələrinin yeni, oricinal forması kimi təqdim edir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə