Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə68/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   64   65   66   67   68   69   70   71   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
269 
Çox  təəssüf  ki,  qadın  sənətkarlarımızın  yaradıcılığı  ye-
tərincə  tədqiq  edilmir,  ədəbi  mühitdə  tanınmış  qadın  sənət-
karlarımızın  yaradıcılığı  dövlət  qayğıları  ilə  əhatə  olunmur. 
Özüm  də  qadın  yazar  olduğumdan  nə  kimi  çətinliklərlə  yazıb 
yaratdığımızın canlı şahidiyəm. Biz həmişə ədəbi mühitin kölgə 
düşən  tərəfindəyik.  Bizə  günəş  işığı  az  düşür.  Milli-mənəvi 
dəyərlərimizə  həyatımızın  qanunu  kimi  baxırıq,  mübariz 
deyilik.  Mübariz  obrazlar  yaradırıq,  amma  həyatımıza  şamil 
etmirik.  Nəsə  polad  kimi  bir  sədd  var  qarşımızda,  çəkinmə, 
haqqını tələb etmə zəifliyi,  nə bilim nə, nə...  
Belə  olmasaydı  yetərincə  ədəbi  mühitdə  tanınmış  olsaq 
da,  yazılan  ədəbi-tənqidi  məqalələrdə  kişilər  ordusu  (döyüş 
qabiliyyəti  olan  da,  olmayan  da,  əsər  tacirləri  də)  öndə 
getməzdi,  əsl  sənətə,  ədəbiyyata  xidmət  edən  qadınlarımız  da 
üzə çıxarılardı. Bəzi ədəbiyyatşünaslarımız, tənqidçilərimiz elə 
qələm  sahiblərinin  adını  Azərbaycan  ədəbi  mühitində 
hallandırır  ki,  təəccüb  içində  qalırsan.  Tək-tük  kiminsə 
vasitəsilə azca olsa da öz haqqını əldə edən var, bu da dəryada 
damlaya bənzəyir. 
Yazar  qadınların  ədəbi  fəaliyyətini  nəzərdən  keçirərkən 
gəldiyim nəticənin təzahürüdür bu təəssüf hissi... 
Südabə  Sərvi  ədəbi  fəaliyyətə  «Yeni  həyat»  qəzetində 
dərc olunan yazıları ilə başlayıb. Müəllim işləməklə yanaşı şeir 
və  hekayələrini,  maraqlı  bədii-publisistik  məqalələrini  dövri  
mətbuat səhifələrində dərc etdirib.  
1995-2001-ci  illərdə  Bakıda  «525-ci  qəzet»,  «Mədəniy-
yət» və sair qəzetlərdə yazıçı -publisist kimi fəaliyyət göstərib.  
Sonrakı  illərdə  Azərbaycan  Dövlət  radiosunda  və  müxtəlif 
telekanallarda  ssenarist-redaktor  kimi  bir  çox  maraqlı 
verilişlərin  müəllifi  olub.  Azərbaycanın  tanınmış  sənətkarları 
haqqında  çəkdiyi  verilişlər  tamaşaçıların  rəğbətini  qazanıb, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
270 
ədəbiyyat  və  incəsənət  adamları,  klassiklərimiz  haqqında 
onlarla publisistik-analitik yazıların və ədəbi söhbətlərin müəl-
lifidir.  «Respublika»,  «Ədəbiyyat»,  «Kredo»  qəzetlərində, 
«Azərbaycan»,  «Ulduz»  dərgilərində  dərc  olunan  şeir  və 
hekayələri maraqla qarşılanıb.  «Bu dənizin gözü yaşlı sənsiz», 
türk dünyasının böyük yazarı Çingiz Aytmatov haqqında tərtib 
etdiyi  «Mən  Manasın  oğluyam»  və  s.  kitabların  müəllifidir.  
Yazdığı əsərlərdə həssas bir qəlbin səsi duyulur, vətənpərvərlik, 
torpağa, yurda sevgi, onun sabahı üçün narahatlıq, torpağından 
didərgin düşmüşlərimizin narahat ömrü, həsrəti, intizarı, ictimai 
dərdi  yaşayır.  Həm  bədii  publisist,  həm  də  poeziya  sahəsində 
uğurlu fəaliyyətini davam etdirir. 
Azadə  Taleh  lirik  şeirləri  ilə  yanaşı  ictimai  fəaliyyəti, 
publisistik  yazıları  ilə  tanınıb.  Azada  Taleh-Abbasqızı  geniş 
dünyagörüşə,  yaradıcılıq  imkanlarına  malikdir.  Əsl  vətəndaş 
şairdir.  Gənc  yaşlarından  ədəbi  yaradıcılığa  başlayan  Azadə 
Talehin  «Tənha ağac», «Sənsiz», «Nə yaxşı ki, dəniz varmış», 
«Dədə Qorqudda Borçalı izləri», «Borçalı lətifələri», «Taleyim 
mənim,  Talehim  mənim»,  «Bulaq»,  «Həqiqətin  təşnəsiyəm», 
«Yurdumun  Azadəsiyəm»,  «Haqqın  quluyam»,  «Dünya,  məni 
tanıdınmı»  və  s.  kitablarında  müxtəlif   canrlarda qələmə aldığı 
şeirləri  oxucularına  töhfəsidir.      «Qafqaz  Media»  İctimai 
Birliyinin  sədri,  «Qafqaz-Press»,  «Borçalı»  qəzetlərinin  baş 
redaktoru, «Kardiologiya» curnalının,  «Hakimiyyət və zaman» 
curnalının  rəhbəri  olan  Azadə  xanımın  yazdığı  şeirləri  onun 
nəcib,  həssas  qəlbinin  çırpıntılarıdır.  Səkkiz  dəfə  həkim  kimi 
bir zəvvar olaraq müqəddəs Həcc ziyarətində, Kərbəlada olub. 
Natəvan Dəmirçioğlu  «Səbət», «Yetim»,  «Üç  nöqtə» po-
vestləri, «Kəlağayı», «Avey əfsanəsi» və s. əsərlərini psixoloci 
səpkidə  yazmış,  yazıçı  öz  müşahidələrinə  əsasən  zəngin 
xarakterlər yaratmağa çalışmışdır.  


 
Sənət, sənətkar və zaman
 
 
 
271 
Natəvan  Dəmirçioğlunun  «Yetim»  povestini  ən  uğurlu 
nəsr  əsərlərindən  biri  saymaq  olar.  «Səbət»  povesti  də  eyni 
ruhlu  nəsr  əsərlərindən  biridir.  Qoyulan  problemlər  yazıçının 
yaradıcılıq  imkanlarının  zənginliyi  nəticəsində  bədii  həllini 
tapıb. 
Onun  qələmə  aldığı  əsərin  mövzusu  real  həyatdan  gö-
türülüb. İnsan taleyinə, arzusuna, ziddiyyətli həyat hadisələrinə 
biganə  qala  bilməyən  yazıçı  təxəyyülü  burada  əsasdır,  qələmə 
aldığı mövzu inandırıcı, həyatidir, canlı müşahidələrə əsaslanan 
yazıçı hadisələri reallıqlar üzərində kökləyib. 
Hər  bir  mənəvi  təhqirlərə  dözən,  içini  göynədən  ağrı-
acısını  gizlətməyə  çalışan,  aldadıldığını  ailə,  övlad  naminə  öz 
ürəyində  saxlayıb  açıb-ağartmayan  Qadın-Ana  böyüklüyü  ön 
plandadır, nə qədər acı olsa da, burada qoyulan məsələlər bizim 
yaşadığımız reallıqlardır. Natəvan Dəmirçioğlu hadisələri bədii 
təxəyyülünün  süzgəcindən  keçirib  oxucu  fikrini,  düşüncəsini 
özünə    böyük  ustalıqla  cəlb  edəcək  bir  formada  qələmə  alıb. 
Burda  diqqətimizi  cəlb  edəcək  əsas  məsələ  məhz  fərdi 
yaradıcılıq  keyfiyyətidir.  Bu  keyfiyyət  bir  yazıçı  qadına-
istedadlı qələm sahibinə məxsusdur. 
Aybəniz  Kəmalənin  poetikasındakı  humanizm  diqqəti 
çəkir.  Bir  çox 
kitabların  (“Həyat  burulğanında”,  “Tanrıya 
açılmış  əllər”  və  s.)  müəllifi,
  yazdıqları  ilə  diqqəti  çəkən 
Aybəniz  Kəmalənin  şeirlərindəki  fəlsəfi,  dini,  irfani  mövzular, 
onların  poetik  bir  dillə  ifadəsi    bir  daha  göstərir  ki,  Məhsəti 
Gəncəvi,  Heyran  xanım,  Xurşud  Banu  Natəvan  ənənələrini 
davam etdirən istedadlı şairələrimiz bu gün də yaşayır, yaradır, 
oxucu kütləsinin qəlbinə yol tapa bilir. 
Elmira Axundova, Rəhilə İsmayıllı, Rəhilə Qeybullayeva, 
Fəridə  Əliyarbəyli,  Sara  Oğuz,  Gülxani  Pənah, 
Salatın 
Əhmədli,
 Fəridə Ləman,  Mahirə  Abdulla,  Xanımana Əlibəyli, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
272 
Nuridə  Atəş,  Əminə  Tuncay,  Gülnarə  Camaləddin,  Sima 
Şirvanlı,  Mahcamal,  Məleykə  Turel,  Gülarə  Munis,  Nüşabə 
Məmmədli,  Roza  Qarabağlı,  Fərqanə  Mehdiyeva,  Aləmzər 
Sadıqqızı,  Nəsibə  Tahiri  Anadil,  Roza  Qarabağlı,  Zəminə 
Xınalı,  Nərgiz  Çalxanqaya,  Aləmzər  Əlizadə,  Güllü  Yoloğlu, 
Mərziyə  Səlahəddin,  Dilarə  Əliyeva,  Mina  Rəşid,  Minayə 
Əliyeva,  Xatirə  Fərəcli,  Könül  Abbasova,  Rəfiqə  Şəms, 
Minaxanım  Nuriyeva,  Rəfiqə  Nuray,  Könül  Nazimqızı,  Sona 
Vəliyeva,  Mehriban  Xalıq,  Minayə  Əliyeva,  Mətanət 
Hüseynxanqızı,  Məryəm  Şahverdiyeva,  Fəridə  Hacıyeva, 
Mehriban  Vəzir,  Xatirə  Fərəcli,  Xatirə  Əzizqızı,  Gövhər 
Əntiqə, Flora Xəlilzadə, Firəngiz Bayramova, Fəridə Hacıyeva, 
Lətifə  Əhmədzadə,  Lalə  Cavanşir,  Lalə  Həsənova,  Qiymət 
Məhərrəmova,  Kamilə  Nemət,  Xuraman  İsmayılova,  Xuraman 
Vəfa,  Xanım  İsmayılqızı,  Xalidə  Xalid,  Ümmülbanu,  Nəcimə 
Babayeva,  Narıngül  Nadir  qızı,  Natəvan  Dəmirçioğlu,  Nisəbə-
yim,  Nüşabə  Araslı,  Şirinxanım  Şadiman,  Tahirə  Məmməd, 
Tamella Pərvin, İlhamə Məhəmmədqızı, Münəvvər Tapdıqova, 
Mənzər  Niyarlı,  Məleykə  Səma,  Zərəngiz-Dəmirçi-Qayalı, 
Məleykə  Elcanlı,  Bəsti  Əlibəyli,  Günel  Anarqızı,  Mənzər 
Niyarlı,  Azadə  Taleh,  Azadə  Musayeva,  Türkan  Əfəndiyeva, 
Mədinə  Həsənova,  Rəhimə  Zeynalova,  Rəhilə  Elçin,  Rəhilə 
İsmayıllı, 
Rəfiqə 
Şəms, 
Zeynəb 
Bəhmənli, 
Zemfira 
Məhərrəmli,  Aybəniz  Kəmalə,  Şükufə  Mirzəyeva,  Şövkət 
Horovlu, Şərəf Cəlilli, Şəlalə Ana, Südabə Cəlil, Südabə 
Sərvi,
 
Şəhanə 
Şükür,  Sona  Xəyal,  Simuzər  Baxışlı,  Solmaz  Aman-
qızı,  Sevinc  Nuruqızı  və  s.  həm  nəsr,  poeziya,  həm  də  ədəbi 
tənqid,  ədəbiyyatşünaslıq  sahəsində  tanınmış  qadın  ziyalıları-
mızdır.  
90-cı  illərdə  Azərbaycan  həyatında  baş  verən  ictimai-
siyasi hadisələr, erməni faşistlərinin torpaqlarımızı işğal etməsi, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə