Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə71/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   67   68   69   70   71   72   73   74   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
281 
İ.Əfəndiyevin «Bağlardan gələn səs» pyesi, İ. Qasımovun 
«Dairəni  genişləndirin»,  B.  Vahabzadənin  «İkinci  səs», 
N.Xəzrinin  «Sən  yanmasan»,  «Əks-səda»  pyesləri,  B.Vahab-
zadənin  «Yağışdan  sonra»  (1978).  «Yollara  iz  düşür»  (1979), 
İ.Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesləri yaranır: «60-
90-cı  illərdə  dram  yaradıcılığı  sahəsində  xüsusi  məktəb 
yaratmağa  qadir  olan,  yeni  yaradıcılıq  nümunələri  ilə  seçilən 
güclü  bir  nəsil  fəaliyyət  göstərirdi.  Buraya  İ.Əfəndiyev,  M. 
İbrahimov, Ə. Məmmədxanlı və s. kimi yaşlı nəsillə yanaşı, B. 
Vahabzadə,  N.  Xəzri  kimi  orta  nəslin,  Anar,  Elçin,  Ə.Əylisli, 
N.Həsənzadə,  A.Babayev,  Maqsud  və  Rüstəm  İbrahimbəyov 
qardaşları,  A.Məmmədov,  V.Səmədoğlu  və  digər  gənc  nəslin 
nümayəndələri daxil idi. Bu qüdrətli sənətkarların dram əsərləri 
səhnə sənətkarlığının, recissor və aktyor kadrlarının inkişafında 
müstəsna  rol  oynamışdı.  İstər  müasir,  istərsə  də  tarixi 
mövzularda  yazılmış  əsərlər  keçən  əsrin  dram  sahəsindəki 
uğurlu inkişafı haqda müsbət fikir formalaşdırır». 
60-cı illərdən başlayan milli-mənəvi dəyərlər müstəvisinə 
qayıdış,  bədii  ədəbiyyatda  insan  amilin  güclənməsi,  sonrakı 
dövr  ədəbi  prosesində  aparıcı  qüvvəyə  çevrilir.  İmperiya 
ideologiyasından,  kommunist  ideologiyasından  xilas  olmağa 
çalışan ədəbi prosesdə yaranan əsərlər tənqidçilər tərəfindən də 
dəyərləndirilirdi.  Bu  dövrdə  Mehdi  Hüseyn  (1909-1965), 
Məmməd  Arif  (1904-1975),  Məmməd  Cəfər  (1909-1992), 
Cəfər  Cəfərov  (1914-1973),  Mehdi  Məmmədov  ((1919-1985), 
Əkbər  Ağayev  (1915-1989),  Abbas  Zamanov  (1911-1993), 
Kamal Talıbzadə (1923-2006), Əziz Mirəhmədov (1920-2002), 
Qulu  Xəlilov  (1930-1995),  Yaşar  Qarayev  (1936-2002), 
Xeyrulla  Məmmədov  (1934-2006),  Xalid  Əlimirzəyev,    Bəkir 
Nəbiyev, 
Əflatun 
Saraclı 
və 
başqa 
tənqidçilər, 
ədəbiyyatşünaslar  həm  klassik,  həm  də  müasir  ədəbiyyatın 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
282 
görkəmli  şəxsiyyətləri,  nəzəri-estetik  problemləri,  elmi-
metodoloci 
prinsipləri 
haqqında 
bir 
sıra 
fundamental 
araşdırmalar  aparmışlar».  Bu  qüdrətli  tənqidçilər,  ədəbiyyat-
şünaslar  bədii  əsərlərlə  ədəbiyyata  gəlmiş,  ədəbiyyatın  həm 
elmi-nəzəri,  həm  də  bədii  silahı  ilə  «silahlanmışdılar».  Onlar 
ədəbiyyatın  nələrə  qadir  olduğunu,  sözün  bir  qoşuna  bərabər 
gücünü  duyan  şəxsiyyətlər  idi.    Onlar  ədəbi  prosesimizin 
düzgün  istiqamətdə  inkişafı  yolunda  bir  mayak  idilər.  Bəşəri 
ədəbiyyatın yaranması, onun düzgün istiqamət tutması yolunda 
ədəbi-tənqid  böyük  qüvvə  idi.  Qüdrətli  şairləri,  nasirləri  xalqa 
tanıtdırmaqda ədəbi tənqidçilər də böyük rol oynayırlar. 
Azərbaycan  ədəbiyyatında  detektiv  əsərlər  yaranmağa 
başlayır.  Onun  ilk  nümunələrini  Cəmşid  Əmirov  kimi  istedalı 
yazarlar yaradır, sonralar bu sahədə daha yaxşı detektiv əsərlər 
yaranır ki, onların əksəriyətinin müəllifi Çingiz Abdullayevdir. 
Azərbaycan  Dövlət  Universitetinin  hüquq  fakültəsini  bitirmiş, 
tələbəlik  illərindən  mətbuatla  yaxın  olmuş,  «Komsomol 
procektoru»  qəzetinin  baş  redaktoru  və  hüquq  fakültəsi  idman 
klubunun  Prezidenti  seçilmişdir.  1979-cu  ildə  Qazaxıstanın 
paytaxtında 
və 
1980-ci 
ildə 
Lvovda 
hüquqşünasların 
Ümusittifaq müsabiqələrində birinci yerləri tutmuşdur.  1981-ci 
ildə  universiteti  bitirəndən  sonra  SSRİ  Avrasiya  sənayesi 
Nazirliyinin müəssisələrində, 1984-1986-cı illər ərzində xaricdə 
işləmiş,  iki  dəfə  yaralanmış,  «Qırmızı  bayraq»,  «Qırmızı 
ulduz»  ordenləri,  medallarla  təltif  olunmuş  yazıçı  Bakıya 
qayıtdıqdan sonra Dövlət Təhlükəsizlik Komitəsi, prokurorluq, 
polis idarəsi kimi hüquq-mühafizə orqanlarına məsul vəzifələrə 
irəli  çəkilir.    Yerli  və  keçmiş  sovetlər  birliyinin  mətbu 
orqanlarında  müntəzəm  bədii  yazıları  ilə  çıxış  edən  yazıçının 
«Mavi mələklər» adlı ilk kitabı (1988) çapdan çıxmışdır. 


 
Sənət, sənətkar və zaman
 
 
 
283 
Fantastik  və  detektiv  əsərlər  müəllifi  Ç.  Abdullayevin 
əsərlərinə gənclərin marağı böyükdür. 
Ədəbi  fəaliyyətinə  tələbəlik  illərindən  başlayan  Ç.Ab-
dullayev  dövri  mətbuatda  oçerk,  məqalə,  detektiv  canrda 
yazdığı  hekayələrlə  müntəzəm  çıxış  edir,  rus  dilində  yazıb-
yaradır.  İngilis,  italyan  dillərində  sərbəst  danışan  yazıçının 
əsərləri  müxtəlif  dillərə  tərcümə  olunmuşdur.  Almaniyada, 
İrlandiyada,  Fransada,  Rusiyada  kütləvi  tiracla  buraxılmış,  20 
milyon  nüsxədə  olan  600-dən  çox  kitabının  dünyada  yayıldığı 
bildirilir.  Bu kitablar onu siyasi detektiv canrda yazmış yazıçı 
kimi  tanıtmaqla  yanaşı,  «Bankirin  ölümü»,  «Günəş  altında 
zülmət» 
kimi 
fantastik 
romanlar 
müəllifi 
kimi 
də 
şöhrətləndirmişdir.  «Mavi  mələklər»,  «Əclafların  qanunu», 
«Qanın  üç  rəngi»,  «Məhşər  ayağında»  əsərləri  Azərbaycan 
dilindədir.  Rusca yazılan əsərləri də geniş oxucu kütləsinin ən 
çox  maraq  göstərdikləri  əsərlərdir.  Hazırda  tiracı  23  milyon 
nüsxədən  artıq  və  27  dilə  tərcümə  olunmuş  138  roman  və 
povestin  müəllifi  Ç.Abdullayevin  kitabları  əsasında  yeddi 
çoxseriyalı və bir bədii film çəkilmişdir. 
«Dronqo» (13 seriya) 
«Yol verilən günah» (2 seriya) 
«Son diaqnoz» (2 seriya) 
«Milleniumda bir dəfə» (2 seriya) 
«Əclafın dəsti-xətti» (2 seriya) 
«Manyakın idrakı» (2 seriya) 
«Ümidin külü» (20 seriya) 
2006-cı  ildə  «Azərbaycanfilm»  kinostudiyasında  Çingiz 
Abdullayevin  romanı  əsasında  «Məhkumların  cənnəti»  filmi 
çəkilmişdir. «Qrand-master», «Humay», «Qızıl qələm», «Şərəf 
və  ləyaqət»  mükafatları  ilə  yanaşı,  «Dronqo»  filmi  «Qanun  və 
cəmiyyət»  adlı  Moskva  Beynəlxalq  detektiv  filmlərin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
284 
kinofestivalının  prizinə  layiq  görülmüş,  «2004-cü  ildə  alman 
kitab  nəşriyyatının  «Avropa  romanının  inkişafında  töhfələrinə 
görə» mükafatına layiq görülmüşdür. 
Avropa  yazıçılarının  «Avrovavilon  2000»  səfərinin 
iştirakçısıdır. 
1989-cu  ilin  fevralından    təşkilati  məsələlər  üzrə  Azər-
baycan  Yazıçılar  Birliyinin  katibi  vəzifəsində  çalışır.  1992-ci 
ildə PEN-klubun  vitse-prezidenti, 1994-cü  ildən  SAKS-klubun 
prezidenti,  2003-cü  ildə  Beynəlxalq  Ədəbi  fondun,  yanvar 
konfransında  Ədəbi  fonda  müştərək  sədr,    2005-ci  ildə 
Yazıçılar İttifaqı Beynəlxalq Cəmiyyətinin sədr müavini seçilən 
yazıçı 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə «Xalq 
yazıçısı»  adına  layiq  görülmüşdür.  Hüquq  elmləri  sahəsində 
fəaliyyəti böyükdür. Hüquq elmləri doktoru, professordur. 
Əlisəfa  Azayevin  dedektiv  əsərləri  «Gecəyarı  sui-qəsd», 
«Sirli  qətl»,  «Amansız  qatil»,  «Günahsız  məhbus»,  «Gizli 
əməliyyat»,  «Gözlənilməz  hadisə»  və  s.  kitablarında  toplanan 
əsərləri detektiv əsərlər kimi oxuculara tanışdır. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə