Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə69/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   65   66   67   68   69   70   71   72   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
273 
ölkəmizin düçar olduğu fəlakətlər, erməni-rus birləşmələrindən 
azad edilməsi uğrunda gedən mübarizələr dramaturgiyaya təsir 
edir.  İ.Əfəndiyev  «Xurşudbanu Natəvan»,  «Hökmdar və qızı», 
B.Vahabzadə «Göytürklər, yaxud özümüzü kəsən qılınc», «Dar 
ağacı»,  «Hara  gedir  bu  dünya»,  N.Xəzri  «Torpağa  sancılan 
qılınc»,  «Gecə  döyülən  qapılar»,  N.Həsənzadə  «Pompeyin 
Qafqaza  yürüşü»,  Ə.Məmmədxanlının  «Xürrəmilərin  ağ 
şahini»,  «Kəllə  və  qızılgül»,  Ə.Əmirlinin    «Ağqoyunlular  və 
qaraqoyunlular»,  Eldar  Baxışın  «Uzun  Həsən»,  M.Çəmənlinin 
«Cavad  xan»,  M.İbrahimbəyovun  «İstintaq»,  «Kaliforniyada 
dəfn»,  Elçinin  «Ah,  Paris,  Paris»,  «Arxadan  vurulan  zərbə», 
«Mənim  sevimli  dəlim»,  V.  Səmədoğlunun  «Bəxt  üzüyü», 
erməni  faşistlərinin  Qarabağ  və  onun  ətraf  bölgələrində 
törətdiyi  faciələri  özündə  əks  etdirən,  onların  yırtıcı  simasını 
ifşa  edən  N.Rüstəmovun  «Xocalı  harayı»,  V.Əsədovun 
«Didərginlər»,  Ə.Səməndərin  «Gül  yağışı»,  R.Səməndərin 
«Girovlar»,  N.  Hacızadənin  «Qisas  qiyamətə  qalmaz»,  G. 
Pənahın «Xocalı, ay Xocalı», R.İçərişəhərlinin «Nankor qonşu» 
və s. əsərləri yaranmışdır. 
Çox  maraqlı  haldır  ki,  50-60-cı  illərdə  ədəbiyyata  gələn, 
Azərbaycan  ədəbiyyatında  öz  sözünü  deyən  şair,  nasir, 
dramaturqlarımız  həm  də  ədəbi-tənqid,  ədəbiyyatşünaslıq, 
tərcüməçilik sahəsində də yetərincə uğurlar sahibidir.  
Yaşar  Qarayev  tənqidçi,  ədəbiyyatşünas,  Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü,  Əməkdar  elm 
xadimi  kimi  Azərbaycan  ədəbiyyatşünaslığının  tarixinə  düşən 
böyük alim, şəxsiyyətdir.  Müasir ədəbi prosesə, teatr tənqidinə, 
bədii  ədəbiyyatın  müxtəlif  problemlərinə  aid    çoxlu  sayda 
əsərlərin  müəllifidir.  «Ədəbi  proses»  adlı  illik  elmi-tənqidi 
məcmuənin  yaradıcısı,  redaktoru,  M.Qorki  adına  Dünya 
Ədəbiyyatı  İnstitutunun  hazırladığı  doqquz  cildlik  dünya 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
274 
ədəbiyyatı  tarixi,  «Çoxmillətli  Sovet  ədəbiyyatı  tarixi 
(inqilabaqədərki dövr) və Nizami adına Ədəbiyyat İnstitutunun 
hazırladığı  yeddi  cildlik  «Azərbaycan  ədəbiyyatı  tarixi» 
monumental  əsərlərin  müəlliflərindəndir.  Dünya  şöhrətli 
ədəbiyyatşünasın  «Faciə  və  qəhrəman»,  «Səhnəmiz  və 
müasirlərimiz»,  «Tənqid:  problemlər,  portretlər»,  «Poeziya  və 
nəsr»,  «Poeziyanın  kamilliyi»  və  s.  əsərləri  ədəbiyyatşünaslıq 
elmi üçün zəngin, qiymətli mənbələrdir. 
Qasım Qasımzadə ədəbiyyatşünas, ədəbi tənqid sahəsində 
səmərəli fəaliyyət göstərdiyi kimi, bədii yaradıcılıqda da böyük 
uğurlar  qazanmışdır.  Onun  «Böyük  kənd»,  «Bizim  şəhər, 
«Bizim  dağlar»,  «Ürək  döyüntüləri»,  «Kiçik  dayə»,  «Nəğməli 
ürəklər»,  «Bənövşə  yarpağı»,  «Dağlar  buraxmır  məni», 
«Daşdan keçən  söz», «Səndən ayrılalı»,  «Seçilmiş əsərləri»  və 
rus  dilində  çıxan  beş  şeir  kitabının  müəllifi  olmaqla  bərabər, 
«Azərbaycan  ədəbiyyatında  xalqlar  dostluğu»  (1956),  rus 
dilində «Nikolay Ostrovski» (1955), «Aşıq gördüyünü çağırar» 
(1969),  «Ədəbiyyatda  millilik  və  beynəlmiləlçilik»  (1982), 
«Ədəbiyyatımız 
və 
mənəviyyatımız» 
(1988) 
elmi 
monoqrafiyaların  müəllifidir.  Çoxlu  sayda  poetik  tərcümələri 
var.  M.Tursunzadənin  «Hindistan  balladası»,  «Asiyanın  səsi», 
İ.Noneşvilinin «Qonaq gəlin Gürcüstana», M.Mirşəkərin «Qızıl 
qışlaq»  əsərlərini  nümunə  göstərmək  olar.  Onun  şeirlərinin  və 
poemalarının  əsas  mövzusu  «müasir  narahat  dünyamızın 
dərdləri, 
xalqların 
azadlıq 
və 
istiqlaliyyət 
uğrundakı 
mübarizəsi,  yer  kürəsinin  dərdləri,  «bir  sıra  həlli  vacib  siyasi, 
sosial,  habelə  fəlsəfi  problemlərdir:  «Şair  «Aşıq  gördüyünü 
çağırar» tezisinə bütün bədii əsərlərində sadiq qalaraq mümkün 
qədər gördüyünü  «çağırmaq»  yolu  ilə getmiş,  meşələrimizdən, 
aran  mənzərələrimizdən,  şır-şır  axan  bulaqlarımızdan,  də-
nizlərimizdən,  göllərimizdən,  çaylarımızdan,  ovçuluqdan,  bir 


 
Sənət, sənətkar və zaman
 
 
 
275 
sözlə  ana  yurdun  füsunkar  təbiətinin  bütün  guşələrindən, 
nəhayət,  təbiətin əşrəfi-insandan poetik  himnlər oxuyur.  Şairin 
şeirlər  kitabında  bu  silsilədən  «Dağlar  buraxmır  məni»  başlığı 
altında  xeyli  əsər  verilmişdir.  «Asan  yollar,  çətin  yollar», 
«Bulaqların  mahnısı»,  «Təbiətin  qız  vaxtıdır»,  «Bir  şəlalə  var 
idi»,  «Göy  göl  mənzərələri»,  «Lalə»  və  s.  şeirləri  bu 
mövzudadır...  
Həm  şeirləri,  həm  poemaları,  həm  də  elmi-publisistik 
əsərləri  xalq,  vətən  sevgisi  ilə  döyünən  vətəndaş  şairin,  alimin 
qəlbinin səsidir.  
Əli  Mirzəyev  ədəbiyyatşünas  alim,  publisist,  şair  kimi 
ədəbiyyatımızın inkişafı, tədqiqatı sahəsində uğurla çalışmışdır. 
60-cı  illərdən  dövri  mətbuatda  elmi-pedaqoci,  publisistik 
yazıları  ilə  yanaşı  təmsilləri,  şeirləri  çap  olunub.  «Kəlbəcər 
faciələri», «Qanlı yanvardan əsən küləklər», «Vətən harayları», 
«Al  babanın  nağılları»,  «Çal  qılıncın,  babam  Qazan»  şeir  və 
poemaları  oxuculara  yaxşı  tanışdır.  Qarabağ  faciələri,  erməni 
faşistlərinin  işğal  etdiyi  ərazilərimizdə  törətdiyi  qanlı,  dəhşətli 
faciələr,  Xocalı  dəhşətləri,  ərən  oğullarımızın  qəhrəmanlıq, 
vətənpərvərlik  dolu  ömrü,  gənc  nəslin  uşaqların  qəlbində 
vətənə,  onun  keçmişinə,  bu  gününə  hörmət  və  ehtiram  hissləri 
tərbiyə etmək amalı bu kitablarda toplanmış əsərlərin ruhunda, 
qanındadır.  «Klasssik  poeziya  və  müasirlik»,  «Folklor  və 
Azərbaycan  uşaq  ədəbiyyatı»,  «Azərbaycan  uşaq  ədəbiyyatı»  
monoqrafiyalarının,  dərs  vəsaitlərinin  müəllifi  Əli  Mirzəyevin 
gənc  nəslin  təlim  və  tərbiyəsi  ilə  yanaşı  uğurlu  yaradıcılığı  ilə 
adı ədəbiyyat tariximizə yazılıb. 
Füzuli  Bayat  ədəbiyyatşünas,  tərcüməçi  kimi  müstəqillik 
dövründə  yetişmiş  alimlərimizdəndir.  «Azərbaycan  sehrli 
nağıllarının strukturu» mövzusunda namizədlik, «Oğuz dastanı: 
tarixi  mifoloci  kökləri,  təşəkkül,  spesifikası»  mövzusunda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
276 
doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  «Oğuz  epik  ənənəsi 
və  Oğuz  Kağan  dastanı»  monoqrafiyası,  «Zaman-zaman 
içində» türk xalq nağılları, «Şaman əfsanələri və söyləmələri», 
«Əlişir  Nəvai  haqqında  rəvayətlər»,  «Şah  Abbasın  arvadı» 
kitablarını toplayıb  tərcümə və tərtib etmişdir. 
Alim,  ədəbiyyatşünas  Əli  Saləddinin  şeirləri,  Akif  Bay-
ramovun  («Dost  məhəbbəti»,  «Sevinc»,  «Mirzə  Şəfi  Vazeh» 
televiziya  tamaşalarının  ssenarisini  yazıb),  Arif  Abdullazadə 
(«Duyum»  romanı,  «Bəxtimizin  kitabı»,  «Arzular»,  «Könüll-
ərin dünyası»  və s.  şeir və nəsr kitabları),  Atif  Zeynallının 15-
dən çox şeirləri, poemaları toplanmış kitabları, Famil Mehdinin 
20-yə  yaxın  poetik  əsərləri  toplanmış,  nəşr  olunmuş  kitabları 
bizə tanışdır. 
Cəfər  Xəndan  şair,  tənqidçi,  ədəbiyyatşünas  kimi 
Azərbaycan  ədəbiyyatı  tarixində  özünə  layiqli  yer  tutmuşdur. 
Onun  ədəbiyyatşünaslıq  sahəsində  onlarca  elmi-nəzəri  əsərləri 
ilə  yanaşı  «Bəyaz  gecələr»,  «Cəbhə  şeirləri»,  «Qafqaz»,  «İlk 
ayrılıq» kimi əsərləri də vardır.  
Məsud Əlioğlu tənqidçi, ədəbiyyatşünas kimi Azərbaycan 
ədəbiyyatı 
tariximizin 
səhifəsindədir. 
«Cəlil 
Məmməd-
quluzadə»nin  dramaturgiyası»  (1951),  «Mirzə  İbrahimovun 
dramaturgiyası» (1955), «S.S. Axundovun yaradıcılığı» (1956),  
«Rəsul  Rza»  (həyat  və  yaradıcılığı»  (1960),  «Məf-kurə 
dostları»  (1961),  «Tənqidçinin  düşüncələri»,  «Ədəbiyyatda 
yeni  insan»  (1964),  «Hüseyn  Cavidin  romantizmi»  və  s.  15-ə 
qədər  monoqrafiya  və  elmi  əsərlərin  müəllifi  Məsud 
Əlioğlunun  irsi  Azərbaycan  ədəbiyyatşünaslığına  daxil  olan 
qiymətli elmi əsərlərdir. 
Ədəbiyyatşünas,  tənqidçi  Pənah  Xəlilov  «SSRİ  xalqları 
ədəbiyyatı»  (iki  cilddə),  «Ədəbiyyatşünaslığın  əsasları»  (Mir 
Cəlalla  birlikdə),  «Sovet  ədəbiyyatı»,  «Kitabi-Dədə  Qorqud», 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə